Morfologiya haqqinda məlumat


Download 65.79 Kb.
bet9/15
Sana02.01.2022
Hajmi65.79 Kb.
#200342
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Bog'liq
Azərbaycan-dili-Morfologiya-MTT-1-kurs (1)

Şəxs əvəzliyi. Şəxs əvəzlikləri dildə şəxs məfhumlarını heç bir konkretlik bil­dirmədən, heç bir şəxsin konkret adı çəkilmədən ümumi şəkildə ifadə etmək üçün işlədilən əvəzliklərdir. Şəxs əvəzlikləri, öz məzmunundan və formasından asılı olaraq, qayıdış və yiyəlik məzmunları da ifadə etdiyi üçün onları şərti olaraq üç yerə ayırmaq olar: müəyyən şəxs əvəzliyi, yiyəlik şəxs əvəzliyi və qayıdış şəxs əvəzliyi.

Müəyyən şəxs əvəzlikləri hər üç şəxsin (I, II, III) tək və cəmini ümumi şəkildə bildirən mən, biz; sən, siz; o, onlar əvəzliklərindən ibarət müstəqil sözlərdir.

Birinci və ikinci şəxs əvəzliklərinin cəmi isimlərin cəmindən fərqləndiyi kimi, üçüncü çəxsin cəmindən də fərqlənir; yəni bunların təki ayrı-ayrı söz, cəmi də başqa bir sözlə ifadə olunur. Biz və siz sözləri iki nəfəri bildirdiyi kimi, milyonlarca şəxsləri də bildirir: bizlər, sizlər

Biz və siz sözləri cəm şəkilçisi ilə birlikdə ismin bütün hallarında işlənir. Məs.: Sizlərdən hər şey gözləmək olar.




Download 65.79 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling