Yerlik hal. İsimlərin bu halı, başlıca olaraq, yer məzmunu ifadə edir. Bu halda işlənən sözlər ya iş, hərəkətin, ya da əşyanın yerini bildirir. Bunlar feli cümlələrdə iş və hərəkətin yerini bildirdiyi zaman yer zərfliyi, əşyanın nisbi yerini bildirdiyi zaman tamamlıq rolu oynayır. Məsələn: Tələbələr evdə dərsə yaxşı hazırlaşırlar (zərflik). Bugünkü qəzetdə şəhərimiz haqqında maraqlı məlumat vardır (tamamlıq).
Yerlik halın şəkli əlaməti –da, -də şəkilçisidir. Lakin bu şəkilçi hər zaman və hər yerdə hal şəkilçisi kimi işlənmir, müxtəlif nitq hissələri ilə işləndikdə aşağıdakı vəzifələri daşıyır:
Do'stlaringiz bilan baham: |