Morfologiya haqqinda məlumat
Download 65.79 Kb.
|
Azərbaycan-dili-Morfologiya-MTT-1-kurs (1)
Təsirlik hal. Təsirlik hal bir neçə xüsusiyyəti ilə başqa hallardan fərqlənir. Əvvələn, bu hal üzərində təsir göstərilən əşyanı bildirdiyi üçün qrammatika kitablarında “təsirlik hal” adını almışdır. Bu haldakı söz cümlə daxilində müstəqim obyekt olduğu üçün həmişə cümlənin müstəqim obyekt-tamamlığı olur. Digər tərəfdən, bu halda işlənən sözlərə aid xüsusiyyətlərdən biri də onların, adətən, feli cümlələrdə işlənməsidir, bu da təsirlik halın, əsasən, fellərlə əlaqədar olduğundan irəli gəlir. Onu da əlavə etmək lazımdır ki, təsirlik halda işlənən sözlər bütün fellərlə deyil, yalnız təsirli fellərlə əlaqədar olur.
İsmin təsirlik halının əsas xüsusiyyətlərindən biri də onun xəbər şəkilçisi qəbul etməməsi və cümlənin xəbəri ola bilməməsidir. Qoşmaların təsirlik haldan sonra işlənməməsi də həmin halın xüsusiyyətlərindən biridir. Məlum olduğu üzrə, qoşmalar müvafiq hallarla işlənib, ismin başqa nitq hissələri, xüsusən fellə əlaqələnməsinə xidmət edir. Qoşmalar müəyyən haldan sonra işlənir. Onlar başlıca olaraq qeyri-müəyyən yiyəlik (Samir üçün), yönlük hal (Samirə görə), çıxışlıq hal (Samirdən ötrü) hallarla işlənir. Yerlik hal şəkilçilərindən sonra heç bir qoşma işlənmir. Təsirlik halın şəkli əlaməti –ı4, -nı4 şəkilçisidir. Məsələn: Şahlar maşını yola saldı. Təsirlik halın başlıca xüsusiyyətlərindən asılı olaraq, bu şəkilçinin hər zaman həmin halda iştirak etməsi vacib deyildir. Şəkilçinin iştirakı obyektin müəyyən və qeyri-müəyyən olmasından asılıdır. Demək, ismin yiyəlik halı kimi, təsirlik halın da müəyyən və qeyri-müəyyən təsirlik hal olmaqla iki növü vardır. Əgər obyektdə tam müəyyənlik məzmunu bildirmək nəzərdə tutulursa, təsirlik hal mütləq şəkilçi ilə işlədilir və müəyyən təsirlik hal adlanır: Rəhim kitabı oxuyur. Əksinə, obyektin məzmununda heç bir müəyyənlik nəzərdə tutulmursa və qeyri-müəyyənlik ifadə olunursa, həmin hal şəkilçisiz işlənir və qeyri-müəyyən təsirlik hal adlanır. Məsələn: Rahim qəzet oxudu.
Download 65.79 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling