Təyin əvəzliyi. Təyin əvəzlikləri cümlədə isimlərdən əvvəl gələrək, onları təyin edir. Təyin əvəzliklərinə öz, bütün, hər, hər bir, filan, eyni və s. sözlər daxildir.
Öz əvəzliyi ya subyekti, ya da obyekti əvəz edir və yaxud da təyin edir.
Bütün sözü dəyişilməyərək, cümlədə isimdən əvvəl gəlir. Məsələn: Müəllim içəri girən kimi bütün sinif ayağa qalxdı.
Hər sözü təklikdə işlənmir, ancaq cümlədə isimdən əvvəl gələrək onu təyin edir və dəyişilmir. Məsələn: Hər bir bağın bağbanı var.
Hər bir təyin əvəzliyi də hər sözünün mənasına olduqca yaxın bir mənada işlənir və cümlədə yalnız təyin funksiyasını yerinə yetirir. Məs.: Biz hər bir tələbənin elmi dərnəkdə iştirakına nail olmalıyıq.
Filan, eyni sözləri də cümlədə isimdən əvvəl gələrək, onu təyin edir. Məs.: Filan adam işimə mane olur.
Do'stlaringiz bilan baham: |