Morfologiya haqqinda məlumat


Download 65.79 Kb.
bet11/15
Sana02.01.2022
Hajmi65.79 Kb.
#200342
1   ...   7   8   9   10   11   12   13   14   15
Bog'liq
Azərbaycan-dili-Morfologiya-MTT-1-kurs (1)

İşarə əvəzliyi. Bu əvəzlikləri mənşə etibarilə şəxs əvəzliklərindən qədim olub müxtəlif məkan və zaman sərhədində yerləşən predmetləri göstərmək üçün işlədilir; daha doğrusu, həmin predmetləri konkretləşdirən əlamətləri ümumi şəkildə ifadə edir. Ədəbi dilimizdə ən çox işlədilən işarə əvəzlikləri bunlardır: bu, o, belə, elə, həmin

O işarə əvəzliyi şəxs əvəzliklərinin üçüncü şəxsinin eynidir və onun kimi hallanır. O əvəzliyi cümlənin mübtədası olduqda həm şəxs, həm də işarə əvəzliyi, təyin vəzfəsi daşıdıqda isə yalnız işarə əvəzliyi sayılır.

Üçüncü şəxs əvəzliyində olduğu kimi, bu, o işarə əvəzliklərinin hallanması ilə isimlərin hallanması arasında müəyyən fərq vardır. Bunlar da hallanarkən bütün hal şə­kilçilərindən əvvəl n samitinin əlavə olunmasını tələb edir: bu, bunun, buna, bunu, bunda, bundan, yaxud o, onun, ona, onu, onda, ondan

Bir sıra dillərdə olduğu kimi, Azərbaycan dilində də işarə əvəzlikləri isimlərin əvvəlinə əlavə edilməklə həmin ismi müəyyən edir. Məs.: Həmin işdə bir neçə ildir ki, çalışıram.

Sifətlərlə işarə əvəzliyini birləşdirən və ayıran müəyyən xüsusiyyətlər vardır:


  1. Hər ikisi isimdən əvvəl gəlib, eyni suala cavab olur.

  2. Hər ikisi cümlədə, əsasən, təyin olur.

3. Hər ikisi isimlə birlikdə işləndiyi zaman hal və cəm şəkilçisi qəbul etmir. Lakin substantivləşdikdə hər ikisi hal, cəm və xəbər şəkilçilərini qəbul edə bilir. Məs.: Elələrini aramızdan çıxarmaq lazımdır.


Download 65.79 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   7   8   9   10   11   12   13   14   15




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling