Morfologiya haqqinda məlumat
Download 65.79 Kb.
|
Azərbaycan-dili-Morfologiya-MTT-1-kurs (1)
Qeyri-müəyyən əvəzlik. Bu əvəzliklər cümlə daxilində konkret olmayan şəxsin və ya başqa əşyaların adlarını bildirən sözlərin əvəzində işlənir. Qeyri-müəyyən əvəzliklərin müəyyən bir qismi kim sözünün şəkilçi, qoşma və başqa sözlərlə işlənməsi ilə əmələ gəlir: kimi, kimisi, kimsə, kim isə, hər kim və s.
Göstərilən qeyri-müəyyən əvəzliklərin hamısı hallana bilər. Məs.: Kimini qandırır, kimini yandırır. Qeyri-müəyyən əvəzliklərin bəziləri nə sözünün isə (-sə) ədat ilə və ya hər sözü ilə birgə işlənməsindən əmələ gəlir: nə isə, hər nə. Nə sözü isə (-sə) ədatı ilə işlənərkən ədatdan əvvəl hal şəkilçisi də qəbul edib, qeyri-müəyyən əvəzlik ola bilir: nəyinsə Bu əvəzliklər cəm şəkilçisi ilə də işlənir: nələr isə, nələrdənsə, nələrinsə Biri, birisi, hər biri sözlərindən ibarət qeyri-müəyyən əvəzliklər vardır ki, bunlardan yalnız hər bir sözü hallanmır; qalanları hallanmır, lakin cəmlənmir. Kəs sözü vasitəsilə hər kəs, bir kəs, hər bir kəs, filankəs kimi sözlər əmələ gəlir və ismin bütün hallarında qeyri-müəyyən əvəzlik kimi işlənir. Bunlardan yalnız filankəs sözü cəm şəkilçisi ilə işlənə bilir: O, hər kəsin evinə gedib-gələr, hər kəsin sirrini bilər. Buna dəymə, filankəsin oğludur. Hər sözünü kim sözü ilə birgə işlətdikdə hər kim qeyri-müəyyən əvəzliyi əmələ gəlir, hallanır, lakin cəmlənmir: Hər kimə dost dedim, düşməni-can oldu mənə. Dilimizdə hamı, hamısı, bəzi, bəzisi, neçəsi, neçələri və s. kimi qeyri-müəyyən əvəzliklər vardır ki, bunlar ismin bütün hallarında işlənir: Hamı onu təbrik edirdi. Qeyri-müəyyən əvəzliklərdən hərə əvəzliyi cəmlənmir, hallanır və mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra da ismin bütün hallarında işlənə bilir: hərəmizə, hərəsini, hərəmizdən
Download 65.79 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling