Morfologiya haqqinda məlumat


Download 65.79 Kb.
bet3/15
Sana02.01.2022
Hajmi65.79 Kb.
#200342
1   2   3   4   5   6   7   8   9   ...   15
Bog'liq
Azərbaycan-dili-Morfologiya-MTT-1-kurs (1)

Adlıq hal. Bu hala verilən addan məlum olur ki, o, yalnız əşyanın adını göstərmək vəzifəsini daşıyır. Azərbaycan dilindəki isimlər adlıq halda işlənərkən həm mücərrədlik, ümumilik və qeyri-müəyyənlik bildirir, həm də müəyyən varlığın adını göstərir.

Adlıq hal həm fel, həm də başqa nitq hissələri ilə əlaqədar olur. Başqa sözlə desək, adlıq halda işlənən söz həm feli, həm də ismi cümlələrdə işlənərək, həm feli, həm də başqa nitq hissələri ilə işlənən ismi xəbərlərlə əlaqədar olur.

Adlıq haldkı söz cümlənin mübtədası olur. Lakin bu halda işlənən söz cümlənin sonunda xəbər şəkilçisi qəbul edərsə, xəbər də ola bilər. Ümumiyyətlə, bütün mübtə­dalar mücərrəd halda ifadə olunduğu kimi, bəzə xəbərlər də mücərrəd halda ifadə oluna bilir. İnsana həqiqi bilik verən kitabdır.

Adlıq halda işlənən isimlər bəzən peşə, sənət, qohumluq mənsubiyyəti, titul bildirərək təyinlik məzmunu daşıyır və buna görə də izah etdiyi sözün hansı cümlə üzvü olmasından asılı olmayaraq cümlənin ayrıca üzvü – təyin olur. Məsələn: Hamı usta Cəlilin işini təriflədi.

Adlıq halda işlənən isimlər əşyanın düzəldiyi materialı bildirərək birinci növ tə­yini söz birləşməsinin birinci tərəfi kimi də işlənə bilər və bu zaman təyinlik məzmu­nu bildirdiyi üçün mübtəda vəzifəsi daşımır. Məsələn: Kərpic ev daş evdən isti olur.


Download 65.79 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   15




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling