NəzarəT-ÖLÇÜ Cİhazlari və avtomatlaşDİrma sahəSİNDƏ Dİaqramlar (sxemləR), ŞƏRTİ İŞARƏLƏR


Texnoloji , NÖC və Avtomatika sxemləri(P&IDs)


Download 1.57 Mb.
Pdf ko'rish
bet2/3
Sana16.02.2023
Hajmi1.57 Mb.
#1203804
1   2   3
Bog'liq
toaz.info-7nc-v-a-sxemlr-simvollar-23122019-pr 5d22efae40a1a255980297b1632a3948

3.Texnoloji , NÖC və Avtomatika sxemləri(P&IDs)
Müəssisənin NÖC və A strukturununun aşağı pilləsinin mütəxəssisləri -yəni montaj
quraşdırma ilə məşğul olan və ya istismar edən işçiləri isə daha çox cihazlara fərdi
yanaşmaqla kabelin tipi, birləşmə qaydaları, kabel və kabel damarlarının nömrələnməsi,
cihazın kalibrovka olunması, ölçü hədləri və s. bu tip daha dolğun məlumatlar maraqlandırır.
Bütün bu məlumatları onlar Texnoloji və NÖC və Avtomatika sxemləri(P&IDs), Prinsipial
sxemlər(Loop sheets) – dən istifadə etməklə əldə edə bilirlər. Bu sxemlərə misal olaraq
aşağıdakı şəkli göstərə bilərik(Şəkil-2)
Yuxaridakı sxemdən(Şəkil-2) göründüyü kimi texnoloji avadanlıqlarda quraşdırılmış NÖC və
A vasitələri və onlar arasında siqnal əlaqələrini görmək olur. Bu şəkildən yaradılacaq
avtomatik nəzarət və idarəetmə sistemi haqqında ümumi məlumat almaq olar.
4.Prinsipial sxemlər(Loop sheets)
Yaradılacaq bu avtomatik nəzarət və idarəetmə sisteminin quraşdırılması üçün prinsipial
sxemlərdən (loop diagrams) istifadə olunur. Buna misal olaraq aşağıdakı şəkli göstərə
bilərik.
4
Şəkil-2.Texnoloji və NÖC A sxemləri(P&IDs)


Bu sxemdə NÖC vasitələrinin ölçü hədləri, siqnal kabellərinin nömrələri, çıxış siqnalları , 
birləşmə qaydaları və s. daha detallaşdırılmış məlumatlar təsvir edilmişdir.
5. Funksional sxemlər
Funksional sxemlərin məqsədi isə yaradılacaq idarəetmə sisteminin strategiyası-nı daha 
dəqiq desək onun idarəetmə alqoritmini təsvir etməkdən ibarətdir.
5
Şəkil-3. Prinsipial sxemlər(Loop sheets
)


Funksional diaqramlara misal olaraq yuxarıdakı şəkildə təsvir olunmuş prosesi göstərə
bilərik. Bu prosesdə sərfölçən cihaz (FT) PİD kontrollerə siqnal göndərir. PİD kontroller
alınmış analoq siqnallarını konvert edərək emal edir və müvafiq çıxış siqnalını sərfi
tənzimləyən klapana (FCV) göndərir.
Funksional diaqramlar həmçinin idarəetmə strategiyasının müxtəlif dərəcəli xırdalıqlarını əks
etdirə bilir. Bunu aşağıdakı misalla izah edə bilərik. Biz bu şəkildə əlavə olaraq 1 transfer
blokunu (T) və 2 ədəd əllə sazlanma bloklarını görürük(Manual Adjusment). Operator bu
blok vasitəsilə kontrollerə tapşırıq qiymətinin verilməsini, avtomatik və əl rejimlərinin
seçilməsini, çıxış dəyişənlərinin idarə edilməsini həyata keçirə bilər. 
Şəkil-5 b şəklində göründüyü kimi kvadratik bloklarda göstərilmiş ∆ P , İ , D simvolları
avtomatik funksiyaları, romb şəkilli bloklar isə əl rejimli funksiyaları təsvir edir.

Download 1.57 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling