Bioloji zədələnmə ocağı
bioloji silahın tətbiqi nəticəsində
insan, heyvan və bitki təlafatı olan əraziyə deyilir. Bakterioloji
hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri qəlpələr
yayılaraq, torpaq və bitki üzərinə damcılar və toz şəkilli
maddələr çökür. Düşmən bakterioloji silah tətbiq etdiyi
rayonlarda insanlar arasında epidemiya, həmçinin mal-qaranın
qırılması halları baş verir. Bunların qarşısını almaq üçün
observasiya və karantin təyin edilir.
Observasiya
epidemiya ocağında yoluxucu xəstəliklərin
yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən
təcridetmə-məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri
sisteminə deyilir.
Karantin
bakterial yoluxma ocağını təcrid etmək, xəstəlik-
lərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan
qaldırmaq məqsədilə yerinə yetirən epidemiya əleyhinə rejimi
prafilaktika tədbiri sisteminə deyilir.
Tapşırıqlar və suallar:
1.Kimyəvi silah nədir? 2.Kimyəvi silahın hansı zədələyici
amilləri var? 3.Ümumzəhərləyici və Dəridə yara çıxaran
zəhərli maddələri müqayisə edin. 4.Gpz yaşardıcı zəhərli
maddələr hansılardır? 5. Bioloji silah nədir və necə tətbiq
olunur? 6.Bioloji zədələnmə ocağı nədir? 7. Observasiya və
karantinin fərqini izah edin.
148
III. FƏSİL
TİBBİ BİLİKLƏR VƏ İLK TİBBİ YARDIM
QAYDALARI
Do'stlaringiz bilan baham: |