160
Zədələnmələr. Qapalı zədələnmələr dəri səthinin bütövlüyü
pozulmadan bədənin dərialtı toxumalarının və daxili orqanların
əzilməsindən, beyin sarsıntısından, orqanizmin ümumi kontuzi-
yasından, oynaq baş ağrılarının sərpməsindən, çıxıqlardan və s.
ibarətdir.
Əzilmə
zamanı bədənin səthindəki toxumalar və daxi-
li orqanlar zədələnə bilər.
Bədənin səthindəki yumşaq toxumalar əzilərkən ağrı, şiş,
qançırolma halları baş verir. Bunlar əzilmənin əsas əlamətləri-
dir. Belə hallarda sıxıcı vasitələrdən sarğı qoyulur, buzlardan
istifadə edilir, əzilmiş yeri rahat vəziyyətdə saxlayırlar. Döş qə-
fəsinin və qarın nahiyəsinin güclü əzilməsi zamanı
daxili or-
qanlar: ağciyər, dalaq, böyrəklər və qaraciyər zədələnə bilər.
Belə zədələnmələr zamanı daxili qanaxmalar baş verə bilər.
Əzilmə zamanı buz qoymaq və belə adamları dərhal tibb müəs-
sisələrinə çatdırmaq lazımdır. Baş güclü zərbəyə məruz qaldıq-
da beynin zədələnməsi mümkündür.
Beyin əzilərkən
baş ağrıları, ürək bulanması, qusma halları,
huşunu itirmə halları baş verir.
Beyin əzilməsi və sarsıntısı zamanı ilk yardım zədələnmiş
adamın tam rahatlığını təmin etməkdən, başa
soyuducu buz
qoymaqdan ibarətdir. Hər hansı bir şəxsin bütün bədəni çox
güclü zərbəyə məruz qaldıqda ümumi
kontuziya
baş verə bilər
ki, bu zaman həmin şəxs adətən, huşunu itirir, baş gicəllənməsi,
nitqin, eşitmə və görmə qabiliyyətinin pozulması, yaddaşın zə-
iflənməsi və ya tamamilə itirilməsi halları baş verir. Belə adam-
ları dərhal və ehtiyatla tibb müəssisələrinə çatdırmaq lazımdır.
Do'stlaringiz bilan baham: