154
§ 17. SARĞILAR. QANAXMALAR VƏ
ZƏDƏLƏNMƏLƏR
Sarğı materialı və ondan istifadə etmək qaydaları. Yara-
nın üstünü örtmək üçün işlədilən parça materiallara
sarğı
materialı
deyilir. Sarğı materialı hidroskopik (nəmçəkən),
yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla
sterilləşmək xassələrinə malik olmalıdır.
Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, ağac pam-
bıqdan, ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarət-
dir. Tənzifdən istifadə etməklə tabel sarğı vasitələri hazırla-
nır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qey-
ri steril bintlər, tənzif kürəciklər,
tamponlar, yastıqçalar və
tənzif dolaqlardır.
Sarğıların növləri, onların qoyulması qaydası. Yaraların
yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən
ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı
qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qo-
yulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından
ibarətdir. Yaranın sarınması prosesinə
sarğı qoymaq
deyilir.
Sarğı yaraya mikrob düşməsinin qarşısını alır, qanaxmanın
dayanmasına kömək edir, ağrıları azaldır. Sarğı yaraya toxu-
nan daxili hissədən və yaranın üstündə saxlanılan
xarici his-
sədən ibarətdir. Sarğıların aşağıdakı növlərə ayrılır:
- Yumşaq (tənzif, parça, sintetik materiallar) sarğılar;
- Bərkiyən (gips, nişasta) sarğılar;
- Sərt (müxtəlif materiallardan hazırlanmış şina) sarğılar;
-
Sıxıcı sarğılar;
- Yapışqan sarğılar;
- Bint sarğılar;
- Ləçək sarğılar;
- Sapandvari sarğılar.