157
plastrdan istifadə etməklə də sarğı qoyulur.
Yaraların təsnifatı.
Yara
dəri səthinin, selikli qişaların
,
bəzən
isə dərin toxumaların, bütövlüyünün pozulması ilə baş verən
zədələnməyə deyilir (şəkil 74).
Şəkil 74. Barmaqda sadə yara
Güllə yarası, kəsilmə yarası, çapılma yarası, deşilmə yarası,
əzilmə yarası, dişləmə yarası və cərrahiyyə yarası yaraların
növləridir.
Güllə yarası
giriş və çıxış yara deşikləri olan, dəlib-keçən ya-
ra, güllə və qəlpənin toxumalarda ilişib qaldığı qapalı yara, gül-
lə toxunan yaralarıdır. Toxunan yara zamanı güllə və ya qəlpə
bədənə toxunub keçərək dəri səthini, yaxud yumşaq toxumaları
zədələyir, lakin yarada ilişib qalmır.
Kəsilmə yarası
kənarları hamar olur, yarıq nəzərə çarpır, güc-
lü qan axır, yara çirklənməyə az məruz qalır.
Çapılma yarası
dərinin parçalanması, vətərlərin, əzələ və da-
marların zədələnməsi güclü çirklənməyə məruz qalır. Çapılma
yaraların dərinliyi
eyni olmur, yaranın kənarlarındakı yumşaq
toxumalar əzilir və bir-birinə qarışır.
Deşilmə yarası
dəri örtüyü əhəmiyyətsiz dərəcədə zədələnir,
158
lakin belə yaralar daxili orqanların mümkün zədələnmələri ilə
əlaqədar təhlükə törədir. Bu cür yaralanma zamanı
xarici qa-
naxma zəif olan halda belə, damarların zədələnməsi nəticəsində
həyat üçün qorxulu daxili qanaxma baş verir.
Əzilmə yarası
kənarları qeyri-hamar, qanla dolu olması ilə sə-
ciyyələnir, yoluxmaya daha çox məruz qalır.
Dişləmə yarası
heyvanın və adamın tüpürcəyi ilə yoluxmuş
olur və çətin sağalır.
Cərrahiyyə yarası
cərrahiyyə əməliyyatları aparılarkən dəri
örtüyünün təmamilə pozulmasıdır.
Do'stlaringiz bilan baham: