Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Aseptika və antiseptika haqqında anlayış


Download 2.81 Kb.
Pdf ko'rish
bet80/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   76   77   78   79   80   81   82   83   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Aseptika və antiseptika haqqında anlayış. Yaraların mik-
robla çirklənmədən qorunmasında və yoluxub ağırlaşmasının 
qarşısının alınmasında aseptika və antiseptika çox vacib əhə-
miyyətə malikdir. 
Aseptika
cərrahiyə əməliyyatları, sarğı qoyma zamanı, ya-
ralının və ya xəstənin yarasına, toxumalarına, orqanizminə 
infeksiya törədicilərinin düşməsinin qarşısını almağa yönəl-
dilən tədbirlərə deyilir. Mikroblardan tamamilə təmizlənmiş 
materiallara, alətlərə, sarğı vasitələrinə steril əşyalar deyilir. 
Mikrobların məhv edilməsi prosesi sterilizasiya adlanır. 
Antiseptika
yaradakı, toxumadakı mikrobların məhv edil-
məsinə yönəldilmiş müalicə profilaktika tədbirləridir. Mik-
roblara məhvedici təsir göstərən çoxlu kimyəvi maddələr və 
dərmanlar, bioloji preparatlara antiseptik maddələr deyilir. 
Bunlara yod cövhəri, tibbi spirt, xloramin, revanol və kali-
um-permanqanat məhlulları aiddir. 
Fərdi sarğı paketi təyinatı və əhəmiyyəti. Fərdi sarğı pake-
ti–ölçüləri 32x17,5 sm olan iki pambıq tənzif yastıqçadan və 
eni 10 sm, uzunluğu 7 m olan bintdən ibarətdir. Yastıqçaların 
biri bintin ucuna tikilmişdir, digəri isə bint boyu sərbəst hə-
rəkət edə bilir.
Yastıqçalar və bint sterildir, mumlu kağıza bükülmüşdür. 
Paketin xarici örtüyü rezinli parçadan hazırlanmışdır. Sarğı 
materialının bu cür ikiqat örtüyü onun steril saxlanmasını tə-
min edir. Paketə sancaq da qoyulmuşdur. Örtüyün üstündə 
paketdən istifadə qaydası göstərilmişdir (şəkil 73). İkiyastıq-
çalı paketlərdən əlavə, tərpənməz biryastıqçalı paketlər də var-
dır.
Steril və qeyri–steril bintlər
sarınmış halda olan tənzif zolaq-
dan ibarətdir. Bintin sarınmış hissəsinə bintin yumağı, sərbəst 
ucuna isə bintin ucu deyilir. Steril bintlər perqament kağıza her-
metik sürətdə bükülü olur. 


156 
Steril salfetlər
bir neçə qat qatlanmış və hərəsində 20 ədəd 
olmaqla mumlu kağıza hermetik bükülmüş dördkünc tənzif par-
çalardan ibarətdir. Böyük salfetlərin ölçüləri 70x68sm, kiçik 
salfetlərin isə 68x35sm -dir. 
Kiçik steril sarğı
eni 14 sm, uzunluğu isə 7 m olan bintdən və 
onun ucuna tikilmiş 56x29 sm ölçülü bir pambıq – tənzif yas-
tıqçadan ibarətdir. 
Böyük steril sarğının
isə 65x45 sm ölçülü yastıqçası olur ki, 
ona bərkidici altı qatdan tikilmişdir. Sarğıdan geniş yaralar və 
yanıqlar zamanı istifadə edilir. 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling