Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Download 2.81 Kb.
Pdf ko'rish
bet83/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   79   80   81   82   83   84   85   86   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Parenhimatoz qanaxma
daxili orqanlar qaraciyər, dalaq, ağ-
ciyər, böyrək zədələndikdə baş verir. Bu qanaxma kapilyar qa-
naxmadan daha təhlükəlidir. İnsanın sifətinə baxmaqla daxili 
qanaxmanı təyin etmək mümkündür. 
Daxili qanaxmanın əlamətləri 
aşağıdakılardır:
- Dəri örtüklərinin həddindən artıq avazıması;
- Soyuq tər;

Üşütmə;
- Səthi və zəif tənəffüs;
- Bəzi hallarda ağrı (ağrı olmaya da bilər);
- Bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması za-
manı);
- Bəzi hallarda qanlı öskürək (ağciyər qanaxmaları zamanı) 
və s. 


160 
Zədələnmələr. Qapalı zədələnmələr dəri səthinin bütövlüyü 
pozulmadan bədənin dərialtı toxumalarının və daxili orqanların 
əzilməsindən, beyin sarsıntısından, orqanizmin ümumi kontuzi-
yasından, oynaq baş ağrılarının sərpməsindən, çıxıqlardan və s. 
ibarətdir. 
Əzilmə
zamanı bədənin səthindəki toxumalar və daxi-
li orqanlar zədələnə bilər. 
Bədənin səthindəki yumşaq toxumalar əzilərkən ağrı, şiş, 
qançırolma halları baş verir. Bunlar əzilmənin əsas əlamətləri-
dir. Belə hallarda sıxıcı vasitələrdən sarğı qoyulur, buzlardan 
istifadə edilir, əzilmiş yeri rahat vəziyyətdə saxlayırlar. Döş qə-
fəsinin və qarın nahiyəsinin güclü əzilməsi zamanı daxili or-
qanlar: ağciyər, dalaq, böyrəklər və qaraciyər zədələnə bilər. 
Belə zədələnmələr zamanı daxili qanaxmalar baş verə bilər. 
Əzilmə zamanı buz qoymaq və belə adamları dərhal tibb müəs-
sisələrinə çatdırmaq lazımdır. Baş güclü zərbəyə məruz qaldıq-
da beynin zədələnməsi mümkündür. 
Beyin əzilərkən
baş ağrıları, ürək bulanması, qusma halları, 
huşunu itirmə halları baş verir.
Beyin əzilməsi və sarsıntısı zamanı ilk yardım zədələnmiş 
adamın tam rahatlığını təmin etməkdən, başa soyuducu buz 
qoymaqdan ibarətdir. Hər hansı bir şəxsin bütün bədəni çox 
güclü zərbəyə məruz qaldıqda ümumi 
kontuziya
baş verə bilər 
ki, bu zaman həmin şəxs adətən, huşunu itirir, baş gicəllənməsi, 
nitqin, eşitmə və görmə qabiliyyətinin pozulması, yaddaşın zə-
iflənməsi və ya tamamilə itirilməsi halları baş verir. Belə adam-
ları dərhal və ehtiyatla tibb müəssisələrinə çatdırmaq lazımdır. 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling