Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Sınıqların əsas əlamətləri


Download 2.81 Kb.
Pdf ko'rish
bet85/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   81   82   83   84   85   86   87   88   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Sınıqların əsas əlamətləri
ağrıdan, şişkinlikdən və sınıq ye-
rində normal hərəkətin pozulmasından ibarətdir. Bu zaman ət-
rafların normal fəaliyyəti pozulur. Açıq sınıq hallarında yara-
dan sümük qırıqları görünə bilər (şəkil 77).
Şəkil 77. Bud sümüyünün oynaq sınığı
 
Ətrafların sümükləri sınarkən qol və qıç gödəlir və onlar sınıq 
yerində əyilir. Qabırğalar sınarkən tənəffüs çətinləşir və sınıq 
yerini əllə müayinə edərkən qabırğa qırıqlarının xışıltısı eşidilir. 
Çanaq və onurğa sümüklərinin sınması çox vaxt sidik ifrazının 
və aşağı ətraflardakı hərəkətin pozulması ilə müşayiət edilir. 
Kəllədaxili sümüklər sınarkən, adətən, qulaq deşiklərindən qan 
axır. Çox ağır sınıqlar zamanı şok halı baş verir. Arterial qanax-
ma olan açıq sınıqlar vaxtı şok, xüsusən, tez inkişaf edir. 
Travma şoku. 
Şokun səbəbi 
– orqanizmin bir dəfə və ya təkra-
rən ağır zədələnməsi ola bilər. Çox qan itirildikdə, qış vaxtı isə 
yaralanmadan sonra soyuqdəymə hallarında şok, xüsusən, tez 
baş verir. Əlamətlərin meydana çıxması müddətindən asılı ola-
raq şok birinci dəfə və təkrar baş verə bilər. İlkin şok zədələn-
mə halında və ya bundan dərhal sonra baş verir. Təkrar şok isə 
yaralıya yardım göstəriləndən sonra onu ehtiyatsız apardıqda və 
ya sınıq yeri pis immobilizasiya edildikdə baş verə bilər. Trav-
ma şokunun iki mərhələsi olur:


163 
- Həyacanlanma mərhələsi
- Tormozlanma mərhələləsi.
Həyəcanlanma
yaralanma baş verən kimi dərhal güclü ağrı-
ya qarşı orqanizmin reaksiyası kimi meydana çıxır. Bu zaman 
yaralı çox narahat ola bilər, ağrıdan qıvrılır, qışqırır, köməyə 
çağırır.
Tormozlanma
zamanı isə insan süstləşir, köməyə çağırmır, 
huşu olduğu halda hər şeyə biganə olur, bədəni soyuyur, sifəti 
avazıyır, nəbzi zəifləyir, tənəffüsü zəif hiss olunur.
Ağırlıqdan asılı olaraq, travma şoku 4 dərəcəyə ayrılır:
- Yüngül travma şoku; 
- Orta ağırlıqlı travma şoku; 
- Ağır travma şoku; 

Çox ağır travma şoku. 
Şokun qarşısını almaq üçün görülən əsas tədbir zədələnmə 
nəticəsində törəyən ağrıları kəsmək və ya azaltmaq, qanaxmanı 
dayandırmaq, yaralının soyuqlanmasına yol verməmək, ilk tibbi 
yardım tədbirini çox ehtiyatla icra etmək və yaralını apararkən 
ehtiyatlı olmaqdan ibarətdir. 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling