Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Download 2.81 Kb.
Pdf ko'rish
bet88/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   84   85   86   87   88   89   90   91   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

İlk tibbi yardım. İlk tibbi yardım göstərərkən belə adamı beli-
nə qədər soyundurur, ağız və burnunu lildən, selikdən təmizlə-
yir, hündür başaltının (mütəkkənin) və ya dizin üstünə qarnı üs-
tə yerləşdirirlir, sonra sinəsini basmaqla ağciyərlərdən və mədə-
dən suyu kənar edirlər. Bundan sonra süni tənəffüs verməyə və 
ürəyi xaricdən masaj etməyə başlayırlar (şəkil 79).
Şəkil 79. Zərərçəkənə süni nəfəs verilməsi qaydası
Bu zaman ən səmərəli üsul «
ağızdan - ağıza
» süni tənəffüs ver-
məkdir ki, belə süni tənəffüs zədəli şəxsin nəfəsi bərpa oluna-


167 
nadək davam etdirirlir. Əgər nəfəs bərpa olunmursa və zədələn-
miş şəxs özünə gəlmirsə, süni tənəffüs və ürəyin xaricdən ma-
saj edilməsi ancaq ölümün obyektiv əlamətləri meydana çıxar-
kən dayandırılır. Bu əlamətlər gözlərin bərəlməsi, işığa qarşı re-
aksiyanın olmaması, uzun müddət ürək döyüntüsünün olmama-
sı, meyit ləkələrinin aşkara çıxmasıdır. 
Nəfəs və ürəyin fəaliyyəti bərpa olunduqda isə zədə alan ada-
mı qızdırmaq, ona isti çay içirtmək və tibb müəssisəsinə çatdır-
maq lazımdır. 
Günvurma. Orqanizmin həddən artıq qızması zamanı adamlar-
da ağır xəstəlik - günvurma və ya istilikvurma baş verə bilər. 
Bu xəstəliklərin əsas əlamətləri bədənin hərarətinin 40
0
–41
0
C–
dək yüksəlməsi, nəbzin dəqiqədə 150–170 və tənəffüsün dəqi-
qədə 30 dəfəyədək tezləşməsi, sifətin kəskin surətdə qızarması, 
bəzən isə avazıması, çox güclü tərləmə, yeriyərkən adamın sən-
dələməsi, başın gicəllənməsi, baş ağrılarıdır (şəkil 80). 
Şəkil 80. Zərərçəkənə sərin hava vurulması 
 
İlk tibbi yardım. İlk tibbi yardım göstərərkən adamı kölgəli 
yerdə uzadır, paltarın yaxasını və bədəni sıxan digər yerlərini 


168 
açıb boşaldır, başa və sinəyə yaş dəsmal qoyur, su içirdirlər. 
Adam huşunu itirdikdə gicgahlarına naşatır spirti sürtür, nəfəsi 
kəsildikdə süni tənəffüs verir, ürəyin fəaliyyəti dayandıqda ürə-
yi xaricdən masaj edirlər.

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling