164
§ 18. MÜXTƏLİF NÖV XƏSARƏTLƏR ZAMANI İLK
TİBBİ YARDIM
Donvurma. Güclü soyuqdan orqanizm toxumalarının zədələn-
məsinə
donvurma
deyilir. Ayaqlar və əllər
donvurmaya daha
tez məruz qalır. 0
0
C-dən yuxarı
olan temperaturda, xüsusən,
tez–tez dəyişən mülayim havada donvurma baş verə bilər. Yaş
və dar ayaqqabı, soyuq havada, qarda, yağışda uzun müddət hə-
rəkətsiz qalmaq, habelə fiziki və psixoloji yorğunluq, orqaniz-
min zəifləməsi, qan itirmə və əvvəllər baş vermiş donma halları
da tez donvurmaya səbəb olur. Donvurma zamanı toxumalar
dərhal zədələnmir. Əvvəlcə soyuğun təsirindən dəri avazıyır və
həssaslığını itirir. Zədələnmənin həqiqi dərinliyini və sahəsini
ancaq soyuğun təsiri kəsiləndən sonra, bəzən isə bir neçə gün-
dən sonra təyin etmək mümkün olur (şəkil 78).
Şəkil 78. Donvurma zamanı ayaqların vəziyyəti
Toxumaların zədələnməsinin dərinliyindən asılı
olaraq don-
vurma 4 dərəcəyə ayrılır: yüngül, orta ağırlıqlı, ağır və çox ağır
dərəcələri olur.
165
İlk tibbi yardım. İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi
isti binada yerləşdirirlir, əgər
buna imkan yoxdursa, onu çöldə
soyuqdan mühafizə edirlər. Yaş paltar və ayaqqabıları imkan da-
xilində quruları ilə əvəz edirlər. Əgər hələ toxumalarda dəyişik-
lik baş verməyibsə, donvurmuş sahələrə spirt, ətir çəkir və pam-
bıq tamponla və ya təmiz quru əllə donmuş yeri dərisi qızarana-
dək ehtiyatla sürtürlər. Zərər çəkmiş adamı isindirmək üçün təd-
bir görürlər; ona isti çay, qəhvə içirdirlər. Əgər
imkan varsa,
güclü soyuq vurmuş adamı isti su vannasına salırlar.
Do'stlaringiz bilan baham: