Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Qanaxmanın növləri və xüsusiyyətləri


Download 2.81 Kb.
Pdf ko'rish
bet82/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   78   79   80   81   82   83   84   85   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Qanaxmanın növləri və xüsusiyyətləri. Damar zədələndikdə 
qanaxma baş verir. 
Qanaxma
zədələnmiş qan damarından qa-
nın kənara çıxmasına deyilir. İnsanın qan damarlarında bədən 
qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi bəzi orqanlarda (dalaqda, 
qara ciyərdə, ağciyər və dəridə) ehtiyat halında saxlanılır. Qa-
nın miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və 
digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2- 
2,5 litr qan itirildikdə ölümlə nəticələnir. Qanaxma 2 yerə bölü-
nür: Daxili və xarici qanaxma (daxili qanaxma: parenhimatoz; 
xarici qanaxma: arterial, venoz və kapilyar aiddir). 
Arterial qanaxma
ürəkdən ətraflara qan aparan arteriya da-
marlarının zədələnməsilə baş verir. Bu, qanaxmanın qorxulu 
növüdür, qanın əlamətləri al-qırmızı rəngdə, nəbz tezliyi ilə ax-
masıdır. Arterial qanaxmalar venoz qanaxmalara nisbətən az tə-
sadüf edilir, çünki bədən səthinə gələn arteriyalar çox azdır. Ar-
terial qanaxma həyat üçün qorxuludur. Arteriyalar zədələndik-
də qan fəvvarə kimi xaricə çıxır. Qanın arterial damardan ax-
ması onun al - qırmızı olması ilə müəyyən olunur.
 
Venoz qanaxma
arterial qanaxmadan fərqli olaraq qan yara-
dan fasiləsiz surətdə, lakin şırnaq yaratmadan axır, rəngi tünd 
qırmızı olur.Bu cür qanaxmalar ən çox venaların zədələnməsi 
zamanı baş verir. Bu qanaxma həyat üçün təhlükəlidir. 


159 
Kapilyar qanaxma
dərinin, dərialtı toxumaların və əzələlərin 
nazik damarları zədələnərək baş verir. Bu qanaxma cüzi zədə-
lənmələrdən baş verə bilər. Qan kapilyarlarda yavaş, surətlə və 
aşağı təzyiqlə axdığına görə bu cür qanaxmanı saxlamaq asan-
dır (şəkil 75).

Şəkil 75. Qanaxmanın növləri
 
 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling