161
da yerdəyişməsi zamanı
çıxıq
(şəkil 76) baş verir.
Bu zaman,
oynaq kisəsinin bütövlüyü pozulur, oynaq bağları qırılır, hərə-
kət çətinləşir. Çıxıqlar zamanı ilk tibbi yardım göstərmək yal-
nız həkimin iştirakı ilə olmalıdır. Çıxıq baş verdikdə insana ağ-
rıkəsici dərman vermək məsləhət görülür.
Şəkil 76. Sərpmə zamanı buz qoyulması (solda) və çıxıq (sağda)
Sınıqların növləri və əlamətləri. Kəskin hərəkət edərkən, zər-
bə nəticəsində, hündür yerdən yıxılarkən, müxtəlif qəzalar nəti-
cəsində, zəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar
qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bü-
tövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində yara olur.
Açıq sınıqlar daha qorxuludur. Sınıqlar zamanı sınmış sümük
hissələri öz yerini dəyişən və dəyişməyən növlərə ayrılır
Sümüklər yalnız iki hissəyə parçalandıqda belə sınığa
tək sı-
nıq
deyirlər. Sümüklər bir neçə hissəyə parçalandıqda isə onlar
mürəkkəb sınıq
adlanır. Qəzalar, fəlakətlər, zəlzələ zamanı
adamların bir neçə sümüyündə mürəkkəb sınıqlar baş verə bi-
lər. Yanıqlar və radiasiya zədələnmələri ilə birlikdə törəyən sı-
nıqlar daha ağır olur. Güllə və ya mərmi qəlpəsinin təsirindən
yaranan sınığa güllə sınığı deyilir. Belə sınıqlar sümüklərin iri
və ya xırda hissələrə parçalanması, sınıq yerinin ətrafındakı
yumşaq toxumaların bir-birinə qarışması və ya ətrafların bir
hissəsinin kəsilməsi ilə xarakterizə olunur.