Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet178/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   175   176   177   178   179   180   181   182   183

YAŞ PĐRAMĐDASI

 - insanların yaşa və cinsinə 

görə  bölgüsünün  qrafik  təsviridir.  Bu  piramida 

özündə  hər  yaş  və  cins  üzrə  insan  sayının  və  ya 

onların  əhali  içərisində  payının  eyni  ölçülü  üfüqi 

xətt  şəklində  ikitərəfli  diaqramını  əks  etdirir. 

Xətlər  bir-birinin  üstündə  yaş  qiymətinin  artması 

qaydasında  yerləşir,  adətən  0-dan  100  qədər,  sol 

tərəfdən  –  kişilər  üçün,  sağ  tərəfdən  –  qadınlar 

üçün  göstərilir.  Belə  ki,  ölüm  nəticəsində  yaşlı 

insanların  sayı  cavanların  sayından  daha  az 

olduğundan,  yaşların  tam  yığımının  təsviri 

piramida formasını alır.  

Yaş  piramidası,  adətən,  əhalinin  siyahıyaalınması 

və  ya  illik,  yaxud  5  illik  yaş  qrupları  üzrə 

müşahidəsi 

haqqında 

məlumatlara 

əsasən 

piramidanın  pillələrinin  sahəsi,  həmin  insanların 



yaş  və  cins  üzrə  sayına  qrafik,  yaxud  bütün 

əhalinin  sayında  onların  payına  (müqayisədə) 

uyğunlaşması  şərti  ilə  qurulur.  Bununla  yanaşı, 

pillələrin 

uzunluğu 

həmin 


yaş 

qrupunun 

sıxlığından,  yəni  hər  yaş  vahidinə  nə  qədər  insan 

uyğun  gəldiyindən  asılıdır.  Əgər  yaş  strukturu 

haqqında 

ilk 


məlumatlar 

müxtəlif 

yaş 

intervallarında  ifadə  olunubsa,  daha  iri  qruplar 



üçün  yaş  piramidası  pillələrinin  uzunluğu  qrupda 

olan insanların sayının bütün yaş piramidası üçün 

yaş  vahidi  kimi  qəbul  olunmuş  intervalın 

uzunluğuna bölünməsi ilə ifadə olunur. Belə ki, 5-

illik  yaş  qrupları  üzrə  yaş  piramidası  qurularkən 

6-illik  yaş  qruplarının  sayı  6/5,  10-illik  yaş 

qruplarının  sayı  isə  2-yə  bölünməlidir.  Əgər 

böyük  yaş qrupu, məsələn, 70 yaşlı və daha yaşlı 

insanları birləşdirirsə, hesab olunur ki, bu interval 

100  yaşa  qədər  uzanır,  yəni  30  yaşa  bərabərdir, 

lakin  burada  hər  5  il  üçün  orta  sıxlıq  (70  yaş  və 

ondan böyük olan insan qrupunun 6-ya bölünməsi 



 

693


nəticəsində  alınması  mümkün  olur)  deyil,  100 

yaşa  çatmış  0  qədər  bərabər  sürətdə  azalan  sıxlıq 

əks olunur. Bəzən yaş piramidasında (ştrixləmə və 

ya  rəngləmə  ilə)  hər  yaşda  olan,  bir  çox  hallarda 

isə  nikahda  olan,  dul  və  boşanmış  hər  hansı  bir 

insan yarımqrupları ayrılır.  

Yaş  piramidası  əhalinin  bu  və  ya  digər  vaxtda 

yaş-cinsi  quruluşunu  əks  etdirir,  yəni  əhalinin 



təkrar  istehsalının  daimi  prosesində  onun  bəzi 

vəziyyətini  qeydə  alır.  Pillələrin  müqayisəli 

uzunluğu  ən  yaşlı  insanlardan  (çoxdan  doğulmuş 

insanlar)  başlayaraq,  ən  kiçik  yaşlı  (yaxınlarda 

anadan  olmuş)  insanlara  qədər  uzun  vaxt 

müddətində əhalinin yaş tərkibinə doğum və ölüm 

proseslərinin  və  həmçinin  indiki  zamanda 

formalaşmış  yaş  tərkibinin  əhali  artımının 

perspektivlərinə  təsiri  haqqında  məlumat  əldə 

etməyə imkan yaradır.  

Doğum  sayının  aşağı  düşməsinə  və  çağırış 

yaşında  olan  kişilərin  itkisinə  gətirib  çıxaran 

müharibə,  yaxud  əmək  qabiliyyətinə  malik  olan 

kişilərin 

sayını 

artıran 


daimi 

mühacirət 

nəticəsində,  əhalinin  sayı  və  yaş  strukturunda  və 

ya  onun  çoxalmasının  sürətində  baş  verən 

pozuntuların  təsiri  altında  yaş  piramidasının 

sərhədləri  qeyri-sabit  olur,  onlarda  əhalinin  artım 

və  itki  xarakterində  yaranan  əvvəlki  dəyişikliklər 

əks  olunur.  Belə  dəyişikliklər  əhalinin  yaş 

strukturunda  bir  növ  piramidanı  nöqsanlı  edən 

uzunmüddətli iz buraxır.  

Əhalinin siyahıyaalınmasının üst-üstə çəkilmiş iki 

yaş 


piramidası 

(bu 


zaman 

hər 


pillənin 

uzunluğunda  olan  fərq  dəqiq  qeyd  olunmalıdır) 

yaş-cins  strukturunda,  həmçinin  sayı  müxtəlif ola 

bilən  ayrı-ayrı  illərdə  eyni  yaşda  olan  müxtəlif 

nəsillərin  olması  ilə  nəticələnmiş  dəyişiklikləri 

göstərir. 

Bununla 

yanaşı, 


yaş 

piramidası 



demoqrafik 

proqnozu 

asanlaşdırır. 

Yaş 

piramidasının 



məkanda 

da 


müqayisəsi 

səciyyəvidir,  məsələn,  piramidaların  şəhər  və 

kənd əhalisi üçün: kənd yerlərində uşaqlar və yaşlı 

nəsil, şəhər yerlərində isə əmək qabiliyyətli yaşda 

olan  əhali  üstünlük  təşkil  edir.  Yaş  piramidası 

həmçinin 

yaş 

haqqında 



qeydə 

alınmış 


məlumatların dəqiqliyini qiymətləndirməyə imkan 

yaradır.  

Əhalinin  ayrı-ayrı  qruplarının  –  miqrantlar, 

məşğuliyyəti  olan  insanlar,  etnik  qruplar  və  ya 

ayrı-ayrı  regionların  əhalisinin  təhlil  məqsədi  ilə 

yaş  piramidaları  qurulur.  Demoqrafik  modellərin 

köməyi  ilə  yaş  piramidası  əhalinin  təkrar 

istehsalının  öyrənilməsində  də  öz  əksini  tapır. 

Real əhalinin və stasionar yaxud sabit əhalinin yaş 

piramidası  çevrəsini,  onların  təkrar  istehsal 

rejimlərinə  uyğun  olaraq  müqayisə  edərək,  real 

əhalinin  yaş-cins  tərkibi  və  sayını,  müasir doğum 

və  ölüm  səviyyəsinin  təsirinin  xarakterini  əyani 

şəkildə təsvir etmək olar.  

Keçmişə  yönəldilmiş  belə  təhlil,  təkrar  istehsalın 

bir  rejimdən  digərinə  keçidini  müşahidə  etməyə, 

başqa  ölkələrdə  və  başqa  dövrlərdə  belə  keçidin 

vaxtını müəyyən etməyə kömək edir.  

Yaş  piramidası  gələcək  nəsil  üçün  istər  ayrı-ayrı 

ölkələr,  istərsə  də  ölkələr  qrupunun  (məsələn, 

iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan), 

həmçinin 

dünyanın 

bütövlükdə 

demoqrafik 

proqnozlarının  müxtəlif  variantlarını  görməyə 

imkan  verir.  Yaş  piramidası  təsvirinə  stasionar 

vəziyyətinə  qədər  “cavan”  və  “yaşlı”  əhalisi  olan 

ölkələrin əhalisinin yaş-cins tərkibinin dəyişilməsi 

perspektivinin müqayisəsi üçün daha tez-tez xarici 

futuristlər müraciət edir.  

Yaş  piramidası  iqtisadi-demoqrafik  tədqiqatlarda 

da istifadə olunur. Burada yaş piramidası pillələri 

nəslin  sayını  yox  (yaş  qrupunun),  istehsalatda 

məşğul  olanların  sayını,  hər  yaşda  olan  və  ya 

həyatının  hər  dövründə  olan  insanların  istehsalat 

və  tələbat  həcmini  (adətən,  pul  şəklində),  işə  sərf 

olunmuş  vaxtını  əks  etdirir.  Şərti  nəsil  üçün  belə 

xüsusiyyətlər iqtisadi yaş piramidasının qurulması 

ilə əldə olunur.  



 

YAŞ  ŞKALASI

  –  bu  və  ya  digər  demoqrafik 

hadisənin  başlanması,  demoqrafik  proseslərin 

gedişatı,  yaşını  yaxud  əhalinin  yaş  tərkibini 

ölçmək  üçün  tətbiq  olunan  yaş  xarakteristikaları 

sistemidir.  Düz  xətlə  təsvir  olunur  və  onun 

üzərinə  eyni  məsafədə  dəqiq  yaşın,  yaxud  yaş 

intervalının  ardıcıl  qiymətlərinə  uyğun  müvafiq 

nöqtələr  qoyulur.  Şkalanın  dərəcələrinin  qiyməti 

kimi,  öyrənilən  prosesdən  asılı  olaraq,  günlər, 

aylar,  illər,  həmçinin  beş  illik,  yaxud  on  illik  yaş 

intervalları  tətbiq  olunur.  Analoji  şkala  bu  və  ya 

digər  demoqrafik  vəziyyətin  uzunluğu  öyrənilən 

zaman da tətbiq olunur. 

 

YAŞ 

ÜZRƏ 

HƏRƏKƏT

 

– 

cari 

hesablamalarda 

və 


ya 

əhalinin 

proqnoz 

hesablamalarında  əhalinin  gələcək  yaş  tərkibinin 

qiymətləndirilməsi  üsuludur.  Hər  bir  yaş  üzrə 

əhalinin  ilin  əvvəlinə  olan  sayı,  növbəti  ilin  (beş 

illiyin)  əvvəlinə  adamların  bir  hissəsinin  ölməsi, 

qalanların isə  yaşaması  nəzərə  alınmaqla,  sonrakı 

yaş  qrupuna  keçirilir.  Adətən,  yaş  üzrə  hərəkətdə 



yaş  intervalı  onun  həyata  keçirildiyi  zaman 

intervalına bərabər götürülür. Cari hesablamalarda 

yaşa  görə  hərəkət  üçün  yaş  üzrə  faktiki  ölənlərin 

sayından,  perspektiv  hesablamalarda  isə  -  ölüm 



cədvəlində  olan  yaşayanların  nisbi  sayından 

istifadə olunur. 



 

YAŞAMA  MÜDDƏTĐ

  –  bir  yerdə  fasiləsiz 

yaşanan  ömür  uzunluğu  və  əhali  miqrasiyasının 


 

694 


göstəricilərindən 

biridir. 

Əhalinin 

siyahıyaalınmasında 

sorğu 

olunana 


“Hansı 

vaxtdan  həmin  yaşayış  məntəqəsində  fasiləsiz 

yaşayır”  sualı  verməklə,  yaxud  yaşama  müddəti 

haqda  birbaşa  sualın  köməyi  ilə  müəyyən  edilir. 

Siyahıyaalmanın  aparıldığı  yerdə  doğulmuş  və 

bütün  ömrü  boyu  orada  yaşamış  şəxslərə  qeyri-

miqrantlar, qalanlarına isə miqrantlar kimi baxılır. 

Yaşama  müddəti  haqda  məlumatları  miqrantların 

miqrasiya  koqortaları  üzrə  təsnifləşdirmək  üçün, 

miqrasiyanın  bu  və  ya  digər  regionun  uzun 

müddət  üçün  əhalisinin  formalaşmasına  təsirini 

qiymətləndirmək üçün əsasdır. 



 

YAŞAYANLARIN SAYI

 – ölüm cədvəllərinin 

göstəricisidir,  verilmiş  yaş  intervalına  daxil  olan 

yaşlaradək  sağ  qalanların  intervalın  uzununa 

vurulmuş  orta  sayına  bərabərdir.  Adətən,  L

x

  kimi 


işarələnir. 

 

YAŞAYIŞ  BĐNALARI

  –  daimi  və  ya 

müvəqqəti  yaşayış  üçün  nəzərdə  tutulmuş, 

həmçinin  belə  məqsədlər  üçün  uyğunlaşdırılmış 

binalardır. Yaşayış binaları yaşayış fondlarına aid 

olan  (ümumi  təyinatlı,  yataqxana,  məktəb-

internatların yataq korpusları, uşaq evlərinin yataq 

korpusları,  qocalar  və  əlillər  evlərinin  yataq 

korpusları)  və  yaşayış  fondlarına  aid  olmayan 

(yay  bağları,  bağ  evləri,  hərəkət  edən  lövhəli 

evciklər, 

yaşayış 

üçün 


uyğunlaşdırılmış 

vaqoncuqlar,  yerlər,  vaqonlar  və  vaqonların, 

gəmilərin və s. kuzovları) binalara bölünür. 

 

YAŞAYIŞ 



DƏYƏRĐ 

ĐNDEKSĐ

 

– 

öz 


dövründə  sovet  iqtisadçısı  A.Konyus  və  belçikalı 

iqtisadçı  E.Engel  tərəfindən  irəli  sürülmüş 

ideyalar  əsasında  hesablanan  yaşayış  dəyərinin 

artma göstəricisidir. 

A.Konyus  1924-cü  ildə  yaşayış  dəyərinin  indeksi 

nəzəriyyəsinin  yaradılmasında  həlledici  addım 

atmışdır. Onun ideyalarından yarım əsr keçdikdən 

sonra  ABŞ  Əmək  Statistikası  Bürosunda  istehlak 

qiymətləri  indeksinin  hesablanmasında  (yaşayış 

dəyərinin  indeksi)  rəsmi  konsepsiya  statusu  adını 

almışdır.  

Ailələr  tərəfindən  əldə  edilmiş  istehlak  nemətləri 

yığımı, 

onların 


yaşayış 

səviyyəsi 

xarakteristikasına 

əsasən 


izah 

edilir 


(aydınlaşdırılır).  Ailənin  üzləşdiyi  qiymət  artımı 

onun  ümumi  istehlak  xərclərinin  (hər  dəfə  həyat 

səviyyəsinin  dəyişməzliyini  saxlamaq  üçün  bu 

gün  dünənə  nisbətən  daha  baha  olur)  artımı  kimi 

qiymətləndirilir.  Əmtəə  və  xidmətlərin  konkret 

yığımı  deyil,  onların  istehlakının  yekunu  qeyd 

olunmuş  hesab  edilir.  Başqa  sözlə,  ailənin 

tələbatlarının  öyrənilməsi  vəziyyətinin  ümumi 

nöqteyi-nəzərinə 

bərabər 


olan 

istehlak 

nemətlərinin  tam  yığım  dəsti  mövcuddur.  Bu 

ideya  yaşayış  dəyərinin  indeksi  nəzəriyyəsinin 

əsası  hesab  edilir.  Yaşayış  dəyərinin  indeksi 

aşağıdakı düsturla hesablanır: 

 

0

0



1

0

p



q

p

q

I



=

 

 



Burda  q

0

  –  baza  dövrünün  istehlak  yığımı;  p



0

  – 


baza  dövrünün  qiyməti;  p

1

  –  hesabat  dövrünün 



qiymətidir. 

Laspeyresin  məşhur  düsturundan  əsaslı  fərq 

ondadır  ki,  indi surətdə  müəyyən  edilmiş  baza  ili 

yığımı  əvəzinə  q

0

  yığımı  iştirak  edir  ki,  bu  da 



ailəyə  həmin  faydalılıq  məcmusunu  daşımaqla 

yanaşı, həm də optimallıq xüsusiyyətinə malikdir, 

o  mənada  ki,  onun  əldə  olunması  ailəyə  eyni 

faydalılıqla  qiymətlərin  yeni  sistemində  bütün 

digər yığımlardan ucuz başa  gəlir. 

 

YAŞAYIŞ EVLƏRĐNĐN ÜMUMĐ SAHƏSĐ

 

–  mənzillərin  yaşayış  və  yardımçı  otaqlarının 

(mətbəx,  qabaq  dəhliz,  mənzildaxili  dəhlizlər, 

vanna  və  duşxana  otaqları,  tualet,  anbar  və  ya 

quraşdırılmış 

təsərrüfat 

şkafları, 

həmçinin 

qızdırılan və yaşayış üçün yararlı olan mansardlar, 

yarımmərtəbələr,  eyvanlar,  şüşəbəndlər)  ümumi 

sahəsidir.  

Yataqxanalarda 

yardımçı 

yerlərə 

həmçinin 

mədəni-məişət təyinatlı və tibbi xidmət yerləri də 

aid edilir. 

Yaşayış  evlərinin  ümumi  sahəsinə  pilləkən 

qəfəslərinin, lift  salonlarının,  tamburların,  ümumi 

dəhlizlərin, 

eyvanların, 

lociyaların, 

meydançaların,  qızdırılmayan  mansardların  və 

yarımmərtəbələrin, 

həmçinin 

mənzil-istismar 

təşkilatları,  mağazalar,  rabitə  şöbələri,  uşaq 

müəssisələri, 

məişət 


xidməti 

və 


digərləri 

tərəfindən tutulmuş qeyri-yaşayış yerlərinin sahəsi 

daxil edilmir. 

 

YAŞAYIŞ  FONDUNUN  TƏCHĐZATI

  – 

yaşayış fondu aşağıdakılarla təchiz edilə bilər: su 



xətti  ilə,  əgər  daxildə  mərkəzləşdirilmiş  qaydada 

su  xəttindən  və  yaxud  artezian  quyusundan  su 

daxil  olan  bölüşdürücü  su  xətti  şəbəkəsi  

mövcuddursa;  kanalizasiya  ilə,  əgər  daxildə 

təsərrüfat-nəcis 

sularının 

küçə 

kanalizasiya 



şəbəkəsinə  və  yaxud  hopdurma  quyularına 

axıdılması 

üçün 

kanalizasiya 



qurğuları 

mövcuddursa;  isitmə  təchizatının  mənbələrindən 

asılı olmayaraq, mərkəzi isitməsi ilə: özünün bina 

qazanxanasından,  qrup  (məhəllə),  birləşmiş  və 

yaxud 

rayon 


qazanxanasından, 

istilik-enerji 

mərkəzlərindən,  həmçinin  hər  mənzildə  olan  su 

qızdırıcılarından  və  yerli,  mərkəzləşdirilməmiş 



 

695


aztutumlu, qaz və bərk yanacaqla işləyən qızdırıcı 

qazanlardan;  isti  suyun  (isti  su  təchizatı  sistemi) 

daxil olma üsulundan asılı olmayaraq vanna (duş) 

ilə:  qaz  (odun)  kalonkası  ilə  mərkəzləşdirilmiş, 

yerli su qızdırıcıları ilə təchiz olunmuş; döşəməyə 

qoyulan qaz plitəsinin quraşdırıldığı hallarda istər 

şəbəkə,  istərsə  də  maye  qazla;  mərkəzləşdirilmiş 

və  yaxud  azmetrajlı  istilik  qazanları  da  daxil 

olmaqla,  mənzillər  üzrə  su  qızdırıcılarından 

yaşayanların  məişət  ehtiyacları  üçün  isti  suyu 

yaşayış yerlərinə ötürən xüsusi su xəttindən isti su  

ilə.  


 

YAŞAYIŞ 

MƏNTƏQƏSĐ 

(YAŞAYIŞ 

YERĐ, MƏSKUN MƏNTƏQƏ)

 – daimi və ya 

mövsümi 


yaşayış 

yerdir. 


Onun 

struktur 

elementlərinin – yaşayış və insanların yaşayışının 

digər  maddi  formalarının,  əmək  sərf  etmə 

yerlərinin,  istehsal  infrastrukturu  obyektlərinin 

məcmusunun  məkan  məhdudluğu  və  ərazi  birliyi 

ilə  xarakterizə  olunur.  Adətən,  coğrafi  ada 

(toponimə)  malik  olur,  əhali  coğrafiyasında  əsas 

müşahidə  vahididir.  Yaşayış  məntəqəsi  müxtəlif 

məkan  formalarına  (yığcam,  toplanmış  və  s.), 

böyüklüyə, 

inzibati 

statusa, 

sakinlərin 

məşğuliyyət  növlərinə  malik  ola  bilər.  Yaşayış 

məntəqəsi  xüsusi  funksiyaların  yerinə  yetirilməsi 

hallarında,  digər  yaşayış  məskənlərindən  ərazicə 

uzaqda,  ayrıca  məskən  (xutor,  meşə  zolağı  və  s.) 

kimi  də  mövcud  ola  bilər.  Yaşayış  məntəqəsinin 

iki  əsas  tipi  mövcuddur:  şəhər  yerləri  və  kənd 

yaşayış məntəqələri.  

Əhalinin,  istehsalın  yerləşdiyi  yer  və  müəyyən 

nəqliyyat  qovşağı,  yaxud  sistemləri  məntəqəsi 

kimi  məskunlaşma  yeri  –  yerləşdirmə  qovşaqları 

və  sistemlərinin,  ərazi  istehsal  komplekslərinin 

formalaşmasında 

struktur 

elementidir. 

Məskunlaşma 

yerinin 


forma 

və 


tiplərinin 

müxtəlifliyi 

sosial-iqtisadi 

və 


təbii-coğrafi 

şəraitdə,  demoqrafik  xüsusiyyətlərlə  müəyyən 

edilir.  Tarixən  məskunlaşma  yerinin  müxtəlif 

tiplərə bölünməsi iri tutumlu əməyin ictimai-ərazi 

bölgüsü  ilə  bağlıdır  və  ilk  növbədə  sənaye  və 

ticarət  əməyinin  əkinçilik  əməyindən  ayrılmasına 

və bununla da şəhərin kənddən ayrılmasına gətirib 

çıxarır. 

Məskunlaşma 

yerinin 


təsnifləşdirilməsində, o cümlədən onların şəhər və 

kəndlərə  bölünməsi  üçün  ən  ümumi  və  tez-tez 

istifadə  olunan  əlamət  –  məskənlərin  əhali 

çoxluğudur.  

 

YAŞAYIŞ  MĐNĐMUMU

  –  minimum  istehlak 

səbətinin  dəyəri  və  icbari  ödənişlərin  cəmindən 

ibarət  sosial  normadır  və  əhalinin  əsas  sosial-

demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial 

vəziyyətinə  görə  fərqlənən  əhali  qrupları  (əmək 

qabiliyyətli  əhali,  pensiyaçılar,  əlillər,  uşaqlar  və 

s.)  üzrə  aztəminatlılığın  həddini  müəyyən  edir  və 

rəsmi  dövlət  nəşrlərində  dərc  olunur.  Đnsanın 

sağlamlığının  və  həyat  fəaliyyətinin  minimum 

səviyyəsi üçün zəruri olan ərzaq məhsulları, qeyri-

ərzaq  malları  və  xidmətlərin  elmi  normalar 

əsasında müəyyən edilmiş toplusudur. 

Yaşayış 


minimumundan 

əmək 


haqqının, 

pensiyaların,  təqaüdlərin,  ünvanlı  dövlət  sosial 

yardımının,  ehtiyac  meyarının,  müavinətlərin  və 

digər  ödəmələrin,  həmçinin  onlar  arasındakı 

nisbətlərin minimal ölçüsünü müəyyənləşdirərkən 

normativ kimi istifadə edilir. 

Yaşayış  minimumundan  aşağıdakı  məqsədlər 

üçün istifadə olunur: 

-  aztəminatlı  ailələrə  ünvanlı  dövlət  sosial 

yardımının 

göstərilməsi 

sisteminin 

formalaşdırılması və tətbiqi; 

-  aztəminatlı  ailələrin  rifahının  yüksəldilməsi 

konsepsiyasının 

və 


dövlət 

proqramlarının 

hazırlanması;  

-  əhalinin  həyat  səviyyəsinin  qiymətləndirilməsi 

və proqnozlaşdırılması;  

-  fiziki  şəxslərin  gəlirlərinin  vergiyə  və  icbari 

ödənişlərə 

cəlb 


edilməyən 

həddinin 

əsaslandırılması;  

-  əhalinin  pul  gəlirlərinin  və  əmanətlərinin 

indeksləşdirilməsi 

üzrə 


tədbirlərin 

işlənib 


hazırlanması və həyata keçirilməsi;  

dövlət 



büdcəsinin, 

yerli 


büdcələrin, 

büdcədənkənar 

dövlət 

fondlarının, 



qanunvericiliklə  tənzimlənən  qiymət  və  tariflərin 

formalaşdırılması.  

Minimum  istehlak  səbəti  əhalinin  əsas  sosial-

demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin 

xərc 

maddələri 



üzrə 

aşağıdakı 

tərkibdə 

formalaşdırılır:  

ərzaq 


məhsullarının 

minimum 


toplusu;  

-  fərdi  və  ailəvi  istifadə  olunan  qeyri-ərzaq 

mallarının minimum toplusu (geyim, ayaqqabı və 

dəftərxana  ləvazimatları,  təsərrüfat,  mədəni-

məişət və sanitariya əşyaları, dərmanlar və s.);  

xidmətlərin 



minimum 

toplusu 


(mənzil-

kommunal,  nəqliyyat,  rabitə,  məişət,  təhsil, 

mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.). 

Minimum  istehlak  səbətinin  tərkibi  dövlət  elmi 

idarə 

və 


müəssisələrinin, 

qeyri-hökumət 

təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq 

müəyyənləşdirilir.  

Yaşayış 


minimumunun 

ərzaq 


məhsullarının 

dəstinə  12  iriləşdirilmiş  qrupda  birləşdirilmiş 

ərzaq 

malları 


daxildir: 

çörək 


və 

çörək 


məmulatları; 

kartof;  tərəvəzlər; 

meyvə 

və 


giləmeyvələr;  ət  və  ət  məhsulları;  süd  və  süd 

məhsulları;  balıq  məhsulları;  yumurta;  şəkər  və 

şirniyyat  məmulatları;  bitki  yağları;  marqarin; 

duz;  istiot.  O  “səbətin”  minimal  dəyərində 



 

696 


əhalinin  bütün  sosial-demoqrafik  qrupları  üzrə 

əsas yeyinti maddələrinə və enerjiyə olan tələbatın 

tamamilə  ödənilməsini  təmin  edir.  Daha  ucuz  və 

asan  əldə  olunan  məhsullardan  təşkil  olunmuş 

ərzaq məhsullarının dəsti fizioloji istehlaka, enerji 

məsrəflərinə 

(kaloriliyə) 

və 


əsas 

yeyinti 


maddələrinin  miqdarına  uyğun  gəlir,  zəruri  dad 

keyfiyyətini, 

qidanın 

rəngarəngliyini, 

qidalanmanın 

təşkilində 

ənənələrə 

riayət 


edilməsini  təmin  edir.  Dəstlərin  təşkili  zamanı 

eyni  yeyinti  maddələrindən  ibarət  olan  malların 

qarşılıqlı əvəz olunması nəzərə alınır. Məsələn, ət, 

balıq, süd, yumurta - zülal mənbəyi; çörək, düyü, 

makaron  məmulatları,  şəkər  –  karbohidrat 

mənbəyi  kimi  xidmət  edir.  Rasionlarda  mineral 

duzların, 

kalsiumun, 

fosforun, 

həmçinin 

vitaminlərin miqdarına olan tələblər nəzərə alınır.  

Yaşayış  minimumunun  büdcəsinin  strukturuna 

ərzağa  olan  məsrəflərdən  başqa,  qeyri-ərzaq 

mallarına,  xidmətlərə,  vergilərə  və  digər  məcburi 

ödəmələrə çəkilən xərclər də daxil edilir. Minimal 

normalar  və  onların  əsasında  qurulan  istehlak 



səbəti vaxtaşırı dəqiqləşdirilir (yenidən baxılır).  

Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   175   176   177   178   179   180   181   182   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling