Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- YERLĐ
- Əmək hüquq münasibətlərində
- Cinayət-prosessual hüquqda
YERĐNĐ DƏYĐŞMĐŞ ŞƏXS – 1946-cı il BMT EKOSOS-un qətnaməsinə əsasən, hakimiyyətin hərəkətləri nəticəsində vətəndaşı olduğu ölkədən, yaxud əvvəlki yaşayış yerindən köçürülmüş, yaxud dini, siyasi və başqa səbəblər üzündən yerini tərk etməyə məcbur olmuş şəxsdir. Termin hərbi əməliyyatlar, sənaye qəzaları, bədbəxt hadisələrin (aclıq, zəlzələ və s.) qurbanlarına aid olunur.
Qaçqınlar kimi,
xüsusiləşdirilmiş beynəlxalq müdafiə və yardım obyekti olmayaraq, yerini dəyişmiş şəxs bir sıra beynəlxalq idarələrin diqqət və fəaliyyət sferasına daxildir: UNĐSEF, bədbəxt hadisələrdə yardım göstərilməsi üzrə BMT əlaqələndiricisinin bürosu, Beynəlxalq Qırmızı Xaç Komitəsi, həmçinin humanitar qeyri- hökumət təşkilatları (aclıq çəkənlərə Oksford Yardım Komitəsi, “Sərhədsiz həkimlər” və s.), Ümumdünya Ərzaq Proqramı. Xüsusi hallarda BMT Baş katibi, yaxud Baş Assambleyanın qərarı ilə, yerini dəyişmiş şəxs BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (məsələn, 1970-ci ilin sonu – 1980-ci illərin əvvəlində – Şimali-Şərqi Afrika və Cənubi-Şərqi Asiyanın bir sıra ölkələrində) sferasına daxil edilir.
– sifətdir. Registrdə istifadə olunan ən kiçik coğrafi bölgüdür.
–
idarəetmə orqanlarının altbölməsidir. Ayrıca institusional vahidlərdən və əsasən yerli idarəetmə orqanları tərəfindən maliyyələşən və nəzarət olunan
qeyri-kommersiya təşkilatlarından ibarətdir.
bölməsində orta hesabla vaqonun işlənməsinin bir tsiklinə (dövrünə) düşən vaqonların yüklənmə və boşaldılma əməliyyatlarının sayıdır. Yüklənmiş və boşaldılmış vaqonların sayının dəmir yolu şəbəkəsi bölməsində, sahəsində görülmüş işlərə nisbəti ilə müəyyən edilir (“Dəmir yolunun işi”nə bax).
YERLĐ ÖZÜNÜĐDARƏ – insan inkişafı layihələrinin və
proqramlarının həyata
keçirilməsində iştirakın ən kompleks formasıdır. Đki
şəkildə mövcud
ola bilər:
inzibati- təsərrüfatçılıq və inzibati-siyasi müstəqillik. Birinci halda, yerli orqanların rəhbərləri mərkəzi hakimiyyət tərəfindən təyin edilir və hakimiyyət lokal (yerli) səviyyədə təmsil edilir. Đkinci halda, yerli orqanların rəhbərləri müəyyən siyasi müstəqilliyi olan seçkilərlə təyin edilir.
ticarətin öyrənilməsi üçün ticarətlə məşğul olan vahidlər (dükanlar, şəhər bazarlarında çadırlar) hesab olunur və müəssisə bir neçə regionda yerləşən minlərlə dükana malik ola bilər. Bundan əlavə, ticarətlə məşğul olan yerli vahidin işgüzar fəaliyyət növü onların asılı olduğu müəssisənin fəaliyyət növündən fərqlənir. Məsələn, ayaqqabı və dəri mallarının pərakəndə ticarəti kimi təsnifləşdirilən yerli vahid ayaqqabı istehsalı sahəsində təsnifləşdirilən müəssisədən asılı ola bilər.
YERLĐ VAHĐD – (I) - hüquqi şəxslərin struktur bölməsidir. (II) - coğrafi cəhətdən bir ərazidə yerləşən müəssisədir və ya onun bir hissəsidir (məsələn, sex, kontor, şaxta və ya anbar). Bu yerdə və ya bu yerdən eyni bir müəssisə üçün bir və ya bir neçə şəxs tərəfindən (hətta iş vaxtı tam olmasa da), bəzi istisnalar olmaqla, iqtisadi fəaliyyət həyata keçirilir. Yerli vahid statistik vahid hesab edilir. Yerli vahidlər onların əsas fəaliyyət növü üzrə Avropa Đqtisadi Fəaliyyət Növləri Təsnifatına (2- ci versiya) uyğun olaraq təsnifləşdirilir. Yerli vahidin əsas fəaliyyət növü heç də həmişə bu vahidin aid olduğu müəssisənin əsas fəaliyyəti ilə eyni olmur. Yerli vahid özünün göstərdiyi xidmət növünə görə “layihə bürosu” kimi təsnifləşdirilə bilər ki, bu da əsas fəaliyyət növü sənaye olan müəssisənin bir hissəsi ola bilər. Müəssisəyə gədikdə isə, onun bütün yerli vahidləri, hətta muzdu işçilərə malik olmasa belə, nəzərə alınmalıdırlar.
bu
göstəricidən müəssisələr registrində qeydiyyatdan keçmiş yerli vahidlərin uçotu üçün istifadə edilir və buraya yalnız fəaliyyətdə olan yerli vahidlər (hətta onlarda muzdla işləyənlər olmadıqda belə) daxil edilir. Adətən, belə məlumatlar ani statistik müşahidə əsasında əldə edilir və müəyyən dövrə vəziyyəti əks etdirir.
vəzifələri şəxsiyyətin əqli, emosional və fiziki inkişafına kömək edən, ev şəraitinə uyğun əlverişli şəraitin yaradılması; tərbiyə olunanların sosial müdafiəsi; tibbi-psixoloji və tibbi-pedaqoji reabilitasiyanın və sosial adaptasiyanın təmin edilməsi; təhsil proqramının mənimsənilməsi, şəxsiyyətin cəmiyyətin və dövlətin maraqları istiqamətində öyrədilməsi və tərbiyə olunması;
704
tərbiyə olunanların qorunmasının təmin olunması sağlamlığının gücləndirilməsi hesab
edilən müəssisələrdir. Müəssisələrdə tərbiyə olunanların saxlanması və öyrədilməsi tam dövlət təminatı hesabına həyata keçirilir. Müəssisələrin növləri aşağıdakılardan ibarətdir: körpə evləri; uşaq evləri; uşaq ev-məktəbləri; yetim uşaqlar və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat-məktəblər; sanatoriya uşaq evləri; xüsusi uşaq evləri; xüsusi internat-məktəbləri.
qanunla müəyyən olunmuş yaşdır – bu yaşa çatmaqla vətəndaşın hüquq səlahiyyəti (yəni öz hərəkətləri ilə vətəndaş hüquqları almaq və özü üçün vətəndaşlıq vəzifələri yaratmaq imkanı) başlayır, həmçinin digər hüquq və vəzifələri (seçki hüququ, nikah və ailə sahəsində hüquq və vəzifələr) yaranır. Yetkinlik yaşı Azərbaycan Respublikasında – 18 yaşdır.
– 18 yaşına çatmamış vətəndaşlardır. Mülki hüquq vətəndaşların yaşı ilə (yetkinlik yaşına çatması) tam hüquq səlahiyyətinin başlanmasını, yəni öz hərəkətləri ilə bütün fəaliyyət sahələrində hüquq və vəzifələrini müəyyən etmək imkanlarını (hüquqa malik olma, yəni mülki hüquq və vəzifələrə malik olma qabiliyyəti doğulduğu andan yaranır) müəyyənləşdirir. Qanunvericilikdə hüquqi
nəticə verməyən yetkinlik yaşına
çatmayanlar (15 yaşadək) və məhdud hüquqa malik yetkinlik yaşına çatmayanlar fərqləndirilir (15 yaşdan 18 yaşadək). Yetkinlik yaşına (18 yaşa) çatmayanlara nikaha girməyə yol verilirsə, onda onlar nikaha düşdüyü vaxtdan tam həcmdə hüquq və vəzifələrə malik olur. Hüquqi nəticə verməyən yetkinlik yaşına çatmayanlar adından hüquqi hərəkətləri onların qanuni nümayəndələri – valideynləri, övladlığa götürənləri, qəyyumları aparır. Lakin ayrı-ayrı hallarda hüquqi nəticə verən hərəkətlər etmək üçün yetkinlik yaşına çatmayanların hüququ tanınır. Məsələn, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanı övladlığa götürmək üçün onun razılığı olmalıdır. Əmlaka varis olma zamanı yetkinlik yaşına çatmayanlara mühüm güzəştlər verilir (onların mirasda mütləq paya hüququ var, yəni vəsiyyətin məzmunundan asılı olmayaraq, onlara 3 2
olmayan payı miras qalır). Əmək hüquq münasibətlərində yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlara bərabər tutulur, əməyin mühafizəsi, iş vaxtı, məzuniyyət vaxtı, bir neçə digər əmək şəraiti sahəsində bir çox güzəştlərdən istifadə edirlər. Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq təminatlar nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara işəgötürən tərəfindən əməl olunması məcburidir. Bu işçilərlə müqavilə bağlayarkən, onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Onların iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır. Bu şəxslərin azsaylı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz. Yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə
qəbul edilməsinə yol verilmir. Orta ümumtəhsil peşə məktəblərinin, liseylərin və orta ixtisas tədris müəssisələrinin 14 yaşına çatmış şagirdlərinin istehsalat təlimi keçmələri üçün dərsdən asudə vaxtda onların səhhətinə ziyan yetirməyən yüngül işlər yerinə yetirməklə, valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilməsinə yol verilir. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən iş yerlərində, o cümlədən gecə klublarında, barlarda, kazinolarda, spirtli içkilərin, narkotik vasitələrin və toksiki preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə qadağandır. Yaşı 18-dən az olan işçi tərəfindən ağırlıq qaldırma ilə bağlı işlərdə məhdudiyyət qoyulur. Əmək Məcəlləsinə əsasən, yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçməlidirlər. Bu Məcəllə ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində onlara əmək haqları müvafiq vəzifələr və peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir. Həmçinin işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş
işəmuzd qiymətlər üzrə ödənilir. Qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir. Yeniyetmə işçilərin gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət və bayram günləri, iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsi, habelə onların
ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddətdə yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.
705
Đxtisası (peşəsi) üzrə peşəkarlıq səviyyəsi kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə, Əmək Məcəlləsinə (70-ci maddəsinin “c” bəndi) əsasən, yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz. “Sosial
müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir. Belə ki, yeniyetmələrə nəzərdə tutulmuş müavinətlər aşağıdakı müddətlərə təyin edilir: a) əlilliyə görə 16 yaşınadək əlil uşaqlara müavinət – əlillik müddətinə; b) vəfat etmiş şəxsin 18 yaşına çatanadək uşağına (əyani təhsil alanlara təhsili bitirənədək); v) vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə; q) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət. 18 yaşına çatmamış şəxslər cinayət qanununun xüsusi mühafizəsindədirlər. Belə ki, azyaşlıya qarşı cinayət etmə, yetkinlik yaşına çatmayanlar cinayətə təhrik etmək, yaxud iştiraka cəlb etmək məsuliyyəti ağırlaşdıran şərtlər sayılır. Yetkinlik yaşına çatmayanların düzgün inkişaf maraqlarını incitmə, cinsi yetkinliyə çatmamış şəxslə cinsi əlaqəyə girmə, pozğun hərəkətlər etmə, aliment ödəməkdən qəsdən
yayınma, qəyyumluq vəzifələrinə sui-qəsd, spirtli içkilərlə ticarət qaydalarının pozulması, cinayətə, sərxoşluğa, narkomanlığa cəlb etmə və s. bu kimi hərəkətlərə görə cinayət məsuliyyəti müəyyən olunmuşdur. Yetkinlik yaşına çatmamış şəxs tərəfindən cinayətin törədilməsi faktına
məsuliyyəti yüngülləşdirən şərt kimi baxılır. 18 yaşına çatmayanadək cinayət törətmiş şəxslər ömürlük, yaxud 10 ildən çox müddətə azadlıqdan məhrum oluna bilməz. Yetkinlik yaşına çatmayanlar azadlıqdan məhrum etmə cəzasını böyüklərdən ayrı koloniyalarda keçirlər. Qanunvericilikdə göstərilmiş yaşa çatanadək ictimai təhlükəli hərəkətlər etdikdə, cinayət məsuliyyəti istisna olunur, lakin onlara qarşı tərbiyə tədbirləri (xüsusi məktəblərə yaxud xüsusi peşə məktəblərinə və s. göndərmə) görülə bilər. Cinayət-prosessual hüquqda yetkinlik yaşına çatmayanlar üçün hüquq və qanuni maraqlarına əlavə təminatlar nəzərdə tutan xüsusi normalar mövcuddur. YIĞILMIŞ ĐTKĐLƏR - əvvəlki maliyyə illərinin bağlanmasında ortaya çıxan itkilərdir. Bu itkilər ehtiyatlara aid edilmirlər və ya nizamnamə kapitalından çıxmaqla silinmirlər. Sonrakı maliyyə ilinin mənfəətindən çıxıla və ya onun defisitinə (kəsirinə) əlavə edilə bilər.
– illik hesabları yoxlayan orqan tərəfindən bölüşdürülməsi daha uzun müddətə təxirə salınan mənfəətdir. YIĞIM – gəlirlərin istifadə olunması hesabında iki versiyada balanslaşdırıcı maddədir. Onun kəmiyyəti, son istehlaka xərclər çıxıldıqdan sonra sərəncamda qalan gəlir kimi və faktiki son istehlak çıxılmaqla təshih edilmiş sərəncamda qalan gəlir kimi alındığından asılı olmayaraq, dəyişməz qalır.
– MHS-nin hesabı olmaqla, onda müəyyən dövr üçün iqtisadi fəaliyyət sektorlarının və institusional vahidlərin iqtisadi fəaliyyətləri nəticəsində maliyyə və qeyri-maliyyə
təsbit edilir. Ona dörd hesab aiddir: kapitalla əməliyyat hesabı; maliyyə hesabı; yenidən qiymətləndirmə hesabı; aktivlərin həcmində digər dəyişikliklər hesabı. YIĞIMA MEYL - əhalinin mövcud real gəlirlərindən yığım məqsədinə ayırdıqları hissəsidir. Đqtisadi nəzəriyyədə və iqtisadi-riyazi modelləşdirmədə son yığım meyli – mövcud real gəlirin əlavə vahidinin əlavə yığıma yönəldilmiş hissəsidir. Bir qayda olaraq, real gəlirin səviyyəsi nə qədər yüksək olarsa, son yığım meyli də bir o qədər yüksək olar. Son istehlaka meyl məbləğinin və son yığıma meylin cəmi vahidə bərabərdir. YIĞMA TĐKĐNTĐ – bina və tikililərin tikinti sahəsində yüksək dərəcədə zavod hazırlığı olan iri elementlərdən, konstruksiyalardan və detallardan ucaldılan tikinti metodudur.
– faydalı məlumat tərkibli dinamiki sıradan anormal halları aradan qaldıran alətdir. Xətti
süzgəcdən keçmə
əməliyyatı bu sıranın müşahidə yekunlarının ardıcıl hesablanmasıdır:
∑ + − = = t p t i i i t x w S 1 (1) burada t S - ölçülmüş orta; i w - i müşahidəsinin çəkisi;
- sıranın i anında səviyyə qiyməti; p – müşahidələrin S hesabında istifadə olunan sayı; t vaxtın cari anıdır. (1) tipli ifadə xətti yoxlama, x dəyişəni giriş, S isə fitrin çıxışı adlanır. Adi yoxlama halında sürüşkən ortadan istifadə edilir ki, burada da müşahidələr eyni w=1/p
706
çəkiyə malikdirlər, daha əvvəlki və ya daha sonrakı verilənlərin çəkisi isə sıfırdır. Yoxlamaya, həmçinin eksponensial sürüşkən orta da aiddir: 1 )
( − − + =
t t S S α αχ , burada 0 < α < 1, o halda ki, yoxlama aşağıdakı şəkildə yazıla bilər: + − + − + = − − 2 2 1 ) 1 ( ) 1 ( t t t t S χ α α χ α α αχ ... Burada ən böyük çəki t χ -nin cari qiymətidir, daha köhnə müşahidələr üçün çəki həndəsi azalır. Adaptiv yoxlamada çəkinin dəyişənləri istifadə olunur, burada vaxt sırası boyunca hərəkətin hər bir addımında onların üzərində düzəlişlər aparılır. YOXLAMA BLANKI – statistik formulyardır, əhalinin yoxlanması proqramına daxil edilmiş əlamətlər üzrə suallara cavabların yazılması üçün nəzərdə tutulur. Tətbiq olunan blank – kartoçkalar (fərdi formulyarlar) yalnız bir şəxs, yaxud digər müşahidə vahidi (ailə, ev təsərrüfatı, mənzil) haqqında cavabları yazmaq üçün, yaxud blank- siyahılar (siyahı formulyarı) – bir neçə şəxslər, yaxud
digər müşahidə vahidləri haqqında cavabları yazmaq üçündür; sonuncu halda hər şəxs üçün ayrıca sətir və ya sütun ayrılır. Cavablar yoxlama blankında sözlə deyilənləri yazmaqla, cavabların təklif olunan variantlarından birinin altında xətt çəkməklə, yaxud qrafik işarə qoymaq yolu ilə qeyd edilir. Siyahı vərəqəsi, ailə kartı, müxtəlif anketlər yoxlama blankına aiddir; yoxlama blankı yoxlama aparan işçilər, yaxud sorğu aparılanların özləri tərəfindən doldurulur, misal üçün, anket sorğusu aparılan zaman. YOXSULLUĞUN GƏRGĐNLĐK ĐN- DEKSĐ – kvadrata yüksəldilmiş və müvafiq region üzrə seçmədə ailələrin ümumi sayına daxil edilmiş aşağı gəlirin orta aralığıdır. Bu göstərici daha kasıb ailələrin gəlirlərinin defisitliyini müəyyən edir.
təminat səviyyəsi nisbətən aşağı olan və buna görə də özünün maddi və mənəvi tələblərini aşağı səviyyədə ödəyən əhalinin və ailənin vəziyyətidir. Yoxsul əhalinin sayı və onun həyat səviyyəsi ölkənin
inkişaf səviyyəsindən asılıdır. Yoxsulluğun sərhədləri, əhalinin şəxsi istehlak üçün ehtiyatlarla təminatının faktiki və normativ əsasları əsasında və uyğun olaraq, adamların maddi və
mənəvi tələblərinin ödənilməsi səviyyəsi ilə qiymətləndirilə bilər. Statistika təcrübəsində yoxsulluğun qiymətləndirilməsində müxtəlif metodlardan və
onların kombinasiyalarından istifadə edilir: 1) statistik - əhalinin gəlirlər üzrə bölüşdürülməsi əsasında (şəxsi ehtiyatların əsas tərkibi kimi); 2) normativ - maddi və mənəvi sərvət və xidmətlərin (natura və dəyər ifadəsində) istehlakının zəruri ictimai minimum normalarının müəyyən edilməsi əsasında; 3) öz-özünü qiymətləndirmə metodu - əhalinin xüsusi sorğu məlumatları əsasında (“Yaşayış minimumu”na bax). Yoxsulluq insan
inkişafının imkanlarının genişləndirilməsi yolunda əsas maneələrdən biridir. Hazırda dünyanın müxtəlif ölkələrində bir milyarda yaxın insan yoxsulluqdan və doyunca yeməməkdən əziyyət çəkir. Buna görə də, təsadüfi deyil ki, 2000-ci ilin sentyabr ayında Minilliyin Sammitində Birləşmiş Millətlər Təşkilatının üzvü olan 189 ölkə tərəfindən qəbul edilmiş Minilliyin Bəyannaməsində yoxsulluğun ifrat formaları ilə mübarizə inkişafın əsas məqsədləri siyahısında birinci adlandırılmışdır. Yoxsulluğun müəyyən edilməsinin bir neçə yanaşması mövcuddur. Đki ənənəvi yanaşma, mütləq və nisbi yanaşma istisna olaraq, gəlir və ya istehlakla əlaqələndirilir. Müasir
dünyada yoxsulluq anlayışı genişlənmişdir. Buna görə də, “çoxşaxəli” yoxsulluğun şərhinə və ölçülməsinin metodlarına yeni yanaşma təklif olunur.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling