Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet64/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   60   61   62   63   64   65   66   67   ...   183

HEYVANDARLIQ  MƏHSULLARI

  –  mal-

qaranın,  quşların  və  digər  kənd  təsərrüfatı 

heyvanlarının  bəslənməsi  və  kökəldilməsinin 

nəticəsidir;  mal-qaradan  və  quşlardan  təsərrüfat 

istifadəsi  prosesində  alınmış  (ət,  süd,  yun, 

yumurta) 

məhsullar, 

həmçinin 

arıçılığın, 

baramaçılığın,  balıqçılığın  və  s.  məhsullarıdır. 

Mal-qaranın və quşların bəslənməsinin məhsulları 

canlı artım çəkisini, cavan mal-qara və quşların və 

yemlənmədə və kökəltmədə olan mal-qaranın çəki 

artımını toplamaqla müəyyənləşdirilir. Əgər cavan 

heyvanların çəki artımının birbaşa uçotu haqqında 

məlumat  yoxdursa,  onda  mal-qaranın  və  quşların 

bəslənməsinin  məhsul  istehsalı  balans  metodu  ilə 

hesablanır.  Təsərrüfatdan  kənara  satılmış  və 

təsərrüfatda 

kəsilmiş 

mal-qaranın 

çəkisinə 

heyvanların ilin əvvəlinə olan sayının ilin sonuna 

mövcud olan sayı ilə müqayisədə çəki artımı əlavə 

edilir və kənardan daxil olmuş mal-qaranın kütləsi 

çıxılır. 

Süd 

istehsalı, 



təsərrüfatda 

cavan 


heyvanlara  içirdilmiş  süd  də  daxil  edilməklə, 

inəkdən,  camışdan,  keçidən,  qoyundan  və 

dəvədən  faktiki  sağılmış  südlə  müəyyən  olunur. 

Yun istehsalının uçotu zamanı qoyundan, keçidən, 

dəvədən  faktiki  qırxılmış  bütün  yun  və  keçi  tükü 

nəzərə alınır:  onun istifadə  istiqamətlərindən  asılı 

olmayaraq,  yunun  faktiki  və  ya  təmiz  lifə 

(yuyulmuş  yun)  çevrilmiş  çəkisi  göstərilir. 

Yumurta  istehsalına,  quşların  təkrar  istehsalına 

(inkubasiya)  istifadə  olunmuş  yumurta  uçota 

alınmaqla,  bütün  növ  ev  quşlarından  alınmış 

yumurta  daxil  edilir.  Bal  alınması  -  arılar 

tərəfindən  yığılmış,  həm  şandan  çıxarılmış,  həm 

də  qış-yaz  dövründə  arıların  yemlənməsi  üçün 

saxlanılmış balın miqdarı ilə müəyyən olunur. 

 

HEYVANDARLIQ 



STATĐSTĐKASI

 

 

heyvandarlığın  vəziyyətinin  göstəricilər  sistemini 

öyrənən kənd təsərrüfatı statistikasının bölməsidir. 

Heyvandarlıq  –  kənd  təsərrüfatının  yeyinti 

məhsulları  (süd,  ət,  yumurta,  bal  və  s.)  və  emal 

sənayesi üçün xammal (yun, tiftik, təbii ipək, dəri 

və  s.)  istehsalı  məqsədilə  kənd  təsərrüfatında 

heyvanların  yetişdirilməsi  ilə  məşğul  olan 

altbölməsidir. 

Heyvandarlıq 

statistikasının 

göstəricilər  sisteminə  aşağıdakılar  daxildir:  mal-

qaranın sayı, mal-qaranın növ və cins tərkibi, mal-

qaranın  kökəldilməsi  və  kökəldilmə  dərəcəsi, 

təsərrüfat  kateqoriyası  və  ərazi  üzrə  yerləşməsi, 

sürünün 


təkrar 

istehsal 

göstəriciləri 

(dişi 


heyvanların süni mayalandırılması, onların artımı, 

nəsil  vermə,  körpə  heyvanların  saxlanması  və 

yetişdirilməsi  və  s.),  heyvandarlıq  məhsullarının 

həcmi, 


kənd 

təsərrüfatı 

heyvanlarının 


 

248 


 

məhsuldarlığı. 

Heyvandarlıq 

statistikası 

zootexniki  tədbirləri,  yem  bazasının  vəziyyətini, 

yem  xərclərini,  onunla  təmin  olunan  heyvanları, 

onların istifadəsinin səmərəliliyini nəzərə alır. 

 

HEYVANDARLIQDA  YEM  BAZASI



  – 

göstəricilər  sistemi  ilə  xarakterizə  olunan, 

yemlərin  həcmi,  keyfiyyəti  və  tərkibidir.  Daxil 

olma  mənbəyindən  asılı  olaraq,  yemlər  kənd 

təsərrüfatından  və  sənayenin  emal  və  digər 

sahələrindən daxil olan yemlərə bölünür.  

Kənd təsərrüfatından daxil olan yemlərin mənbəyi 

biçənəklər,  otlaqlar,  yem  bitkilərinin  əkini;  yem 

üçün nəzərdə tutulmuş dənli bitkilərin və kartofun 

səpini;  yemləmə  üçün  istifadə  olunan  süd, 

yumurta  və  digər  heyvandarlıq  məhsulları;  ikinci 

dərəcəli  ərzaq  və  texniki  bitki  məhsulları  hesab 

edilir.  Emal  sənayesindən  kombinə  edilmiş  yem, 

balıq,  ət-süd,  yağ-ekstrakt  və  un  sənayesi 

tullantıları,  digər  sahələrdən  –  mikrobiologiya  və 

kimya sənayesi məhsulları daxil olur. 

Mənşələrinə  görə  yemlər  fərqləndirilir:  heyvani, 

kimyəvi  və  mikrobioloji  sintez  və  mineral.  Bitki 

yemləri qaba (quru ot, senaj, küləş, saman və s.), 

şirəli  (silos,  kartof,  yem  üçün  meyvəköklülər) 

yeyinti sənayesinin tullantıları (cecə, barda), yaşıl 

(yaşıl  (tər)  yem  və  əlavə  tər  qidaları),  qüvvətli 

(yem taxılı, taxıl tullantıları, kombinə edilmiş yem 

və  s.)  yemlərə  bölünür.  Heyvanların  saxlanılması 

üsulundan  asılı  olaraq,  burdaq  və  otlaq  yemləri 

fərqləndirilir.  Yemlər  özü  tərəfindən  istehsal 

edilmiş və alınmış ola bilər.  

Yemlərin  həcmi  ayrı-ayrı  növlər  üzrə  naturada, 

həmçinin  yem  vahidi  ilə  ifadə  olunmuş  ümumi 

qidalıq  üzrə  nəzərə  (hesaba)  alınır.  Yem  vahidi 

kimi  1  kq  quru  (standart)  yulafın  qidalılığı  qəbul 

edilir. 


Yemlərin  keyfiyyəti  onun  tərkibindəki  quru 

maddələrlə, həzm olunan proteinlə, nişasta, şəkər, 

sellüloz, 

makro 


və 

mikroelementlərlə, 

vitaminlərlə,  amin  turşuları  və  digər  maddələrlə 

xarakterizə  olunur.  Qaba  və  şirəli  yemlər 

keyfiyyət üzrə siniflərə bölünür. 

Heyvandarlıda 

yem 

bazasının 



vəziyyətinin 

qiymətləndirilməsi  üçün  alınmış  yemlərin  həcmi 

ilə  yanaşı,  yem  sahələrinin  ölçüləri,  onların 

ümumilikdə  və  bitki  növləri  üzrə  məhsuldarlığı, 

həmçinin  heyvanların  növlər  üzrə  və  şərti  baş 

hesabı ilə yemlə təmin edilməsi də nəzərə alınır.  

 

HƏDDĐ-BULUĞA 

ÇATMAMIŞLARIN 

CĐNAYƏTKARLIĞI

  –  14-18  yaşlarında  olan 

yeniyetmələr  tərəfindən  törədilmiş  cinayətlərin 

məcmusudur 

 

HƏDDĐ-BULUQ  (MƏHSULDAR)  DÖV-



 – qadın həyatının faktiki olaraq uşaq doğduğu   

hissəsidir.  Adətən,  reproduktiv  yaş  həddindən 

çıxmış, yəni 50 yaşdan yuxarı olan qadınlar üçün 

müəyyənləşdirilir.  Doğum  dövrü  özündə  qadının 

sonuncu  uşağı  doğduğu  yaşla  birinci  uşağı 

doğduğu  yaş  arasındakı  fərqi  göstərir.  Qadınlar 

koqortası  (dəstəsi)  üçün  doğum  dövrü  yalnız  orta 

səviyyədə müəyyənləşdirilə bilər. 



 

HƏKĐM  VƏ  ORTA  TĐBBĐ  HEYƏT 

VƏZĐFƏLƏRĐNĐN  KOMPLEKTLĐLĐYĐ

  – 

tutulmuş vəzifələrin sayının ştat sayına nisbətidir. 



 

HƏQĐQĐ ƏMSAL

  (Lotka əmsalı)    – əhalinin 

təkrar  istehsalının  verilən  rejiminə  müvafiq  olan 



stabil əhalinin təbii artım əmsalıdır. Həqiqi əmsal 

demoqrafik 

vəziyyəti 

əhalinin 

gələcək 

dinamikasına  proyeksiya  etmək  yolu  ilə  onun 

təhlil vasitəsidir. Bu məqsədlə, həqiqi əmsalla (r

yanaşı, doğumun (b) və ölümün (m) həqiqi əmsalı 

stabil 

əhalinin 



müvafiq 

xarakteristikalarına 

bərabər olan r=b–m düsturu ilə öyrənilir.  

Stabil  əhali  nəzəriyyəsindən  elə  nəticəyə  gəlinir 

ki,  doğum  və  ölümün  yaş  intensivliyi  dəyişməz 

qalan 


istənilən 

əhali 


vaxtın 

son 


aralığı 

qurtardıqdan  sonra  stabil  əhaliyə  çevrilir.  Bu 

zaman  bir  sıra  müxtəlif  kəmiyyətlərdən  keçərək, 

təbii  artımın  ümumi  əmsalı  əhalinin  təkrar 



istehsalı  rejiminin  inteqral  xarakteristikasından 

biri  olan  həqiqi  əmsala  çevrilir.  Həqiqi  əmsal 

anlayışı (ing. – true rate of natural increase) elmə 

A.Lotka tərəfindən daxil edilmişdir. Müasir xarici 

ədəbiyyatda  belə  terminlərdən  intrinsic  [rate] 

(ing.), [taux] intrinsèque (fr.) – “şəxsi”,  “daxilən 



xas olan” kimi istifadə olunur. 

Qadının  sağ  qalma  funksiyası  l



F

(x)  və  doğum 

funksiyası  f(x)  ilə  həqiqi  əmsal  tapmaq  üçün 

aşağıdakı tənliyi həll etmək (təxmini) lazımdır:  



=



0

1

)



(

)

(



)

(

dx



x

l

x

f

x

e

F

rx

δ

 



burada 

δ

(x)  –  ananın  yaşından  asılı  olaraq  yeni 

doğulanlar  arasında  qızların  sayıdır.  Bu  tənliyin 

bir  həqiqi  kökü  var,  yəni  hər  cütlük  üçün  f(x)  və 



l

F

(x)  bir  və  yalnız  bir  həqiqi  əmsal  mövcuddur. 

Tənliyi  həll  etmək  üçün  ehtimal  olunur  ki, 

δ

ananın yaşından asılı deyil. Birinci yanaşmada  



T

nR

r

0

1



=

 

 



burada R

0 

– təkrar istehsalın netto-əmsalıdır: 



=



0

0

)



(

)

(



dx

x

f

x

l

R

F

δ

 



 

249 


T  –  uşaq  doğulduğu  zaman  ananın  yaşı 

0

1



R

R

=

 

olur; 



  

dx

x

f

x

xl

R

F

=



0



1

)

(



)

(

δ



 

r  –  daha  dəqiq  kvadrat  tənliyin  kökü  kimi  tapıla 

bilər  


0

1

2



1

0

2



=

+



nR

Tr

r

β

 



burada  

0

2



2

0

1



R

R

R

R









=



β



=

dx



x

f

x

l

x

R

F

)

(



)

(

2



2

δ



Göstərilən  inteqrallar  adətən  sayca  inteqrasiya 

metodlarının köməyi ilə hesablanır. 

Diskret  modeldə  həqiqi  əmsalın  təkrar  istehsalı 

matrisi  müsbət  xüsusi  λ  rəqəmin  loqarifmi  kimi 

tapılır:  r=1nλ,  λ  belə  şərtlə  müəyyən  edilir: 

P

P

A

λ

=



 kimi P vektoru mövcuddur, burada A 

– təkrar istehsalın matrisidir. 

Təbii artım əmsalından fərqli olaraq, həqiqi əmsal 

– əhalinin mövcud yaş strukturundan asılı deyil və 

yalnız  doğum  rejiminin  və  nəslin  kəsilməsi 

ardıcıllığının  əhalinin  sayının  dinamikasına  birgə 

təsirini ölçür. Stasionar əhalidə r=0 olduqda (sadə 

təkrar  istehsalı)  valideynlərin  nəslinin  uşaqların 

nəsli  ilə  kəmiyyətcə  əvəzlənməsi  baş  verir;  stabil  

əhalidə  r<0  olduqda  (dar  təkrar  istehsalı) 

nəsillərin  kəmiyyətcə  əvəzlənməsi  təmin  olunur; 



r>0  olduqda  (geniş  təkrar  istehsalı),  əhalinin  sayı 

nəsildən  nəslə  artır.  Real  əhaliyə  tətbiqində 

göstərilən  nisbətlər  onun  sayının  müşahidə  anına 

həqiqi  artma  ölçüsünü  xarakterizə  etmir,  çünki 

keçmişdəki  təkrar  istehsal  rejiminin  təsiri  altında 

təşəkkül  tapmış,  doğum  və  ölümün    dəyişməyən 

yaş  intensivlikləri  şəraitində  mümkün  olan 

hipotetik  vəziyyətdir.  Bir  qayda  olaraq,  həqiqi 

əmsal  faktiki  müşahidə  olunan  təbii  artım 

əmsalına bərabər olmur.  



 

HƏQĐQĐ-TƏSADÜFĐ    SEÇMƏ

  –  hər  bir 

vahidin  seçməyə  düşmə  və  ya  baş  məcmunun 

(seçmənin 

əsasının) 

eyni 

saylı 


elementar 

vahidlərinin  hər  bir  mümkün  kombinasiyasının 

eyni  dərəcədə  seçməni  təşkil  etmə  ehtimalı  olan 

seçmə  əsasından  təsadüfi  seçilmiş  vahidlərdən 

ibarət    altçoxluqdur.  Həqiqi-təsadüfi  seçmə  heç 

bir  hissələrə  və  qruplara  bölünmədən,  elementar 

vahidlərin  (müşahidə  vahidlərinin)  əsasından 

təsadüfi  (təkrar)  seçilməsinə  əsaslanır.  Bu  zaman 

seçmənin 

çoxluğu 

təsadüfi, 

sıralaşdırılmış, 

nizamsız (sistemləşdirilməmiş) ola bilər. 

 

HƏR 100 000 NƏFƏRƏ DÜŞƏN QƏSDƏN 

ADAM  ÖLDÜRMƏLƏRĐN  SAYI

  (Minil-

liyin  bəyannaməsində  əks  olunmuş  inkişaf 

göstəricilərindən) - cinayət və ədalət məhkəməsi 

məsələləri üzrə BMT-nin Regional Elmi-Tədqiqat 

Đnstitutunun  verdiyi  tərifə  uyğun  olaraq,  qətl 

gücün  tətbiqi,  onun  baş  verməsinə  kömək  və  ya 

digər  adam  tərəfindən  güc  göstərilməsi  yolu  ilə 

insanı  həyatdan  məhrum  etməkdir  (qəsdən  adam 



öldürmə  termini  qanunazidd  və  ya  əvvəlcədən 

düşünülərək  insanı  həyatdan  məhrum  etmə 

zamanı işlədilir).  

Bu  göstərici  qəsdən  adam  öldürmələrin  sayının 

əhalinin  ümumi  sayına  bölünməsi  və  100  000-ə 

vurulması yolu ilə hesablanır. 

 

HƏR  100  NƏFƏRƏ  DÜŞƏN  FƏRDĐ 

KOMPÜTERLƏRĐN  SAYI

  (Minilliyin  bə-

yannaməsində  əks  olunmuş  inkişaf  göstəricilə-

rindən)  -  istənilən  vaxt  anında  bir  istifadəçinin 

işləməsi üçün nəzərdə tutulmuş kompüterlərdir.  

Mövcud  olan  fərdi  kompüterlərin  (FK)  ümumi 

sayı əhalinin sayına bölünür və 100-ə vurulur. 

 

HƏR  100  NƏFƏRƏ  DÜŞƏN  ĐNTERNET 

ĐSTĐFADƏÇĐLƏRĐNĐN  SAYI

  (Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  –  internetdən  istifadə  etmiş 

əhali  son  12  ay  ərzində  istifadə  yerindən  asılı 

olmayaraq  internet  vasitəsilə  hər  hansı  məqsəd 

üçün internetdən istifadə etmiş şəxslərdir.   

Đnternetdən istifadə edənlərin ümumi sayı əhalinin 

sayına bölünür və 100-ə vurulur. 

 

HƏR  100  NƏFƏRƏ  DÜŞƏN  TELEFON 

XƏTLƏRĐNĐN  VƏ  MOBĐL  RABĐTƏ 

ABUNƏÇĐLƏRĐNĐN 

SAYI

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən) 

abunəçilərin 

telefon 

qurğularını  ümumi  istifadədə  olan  telefon 

şəbəkəsinə 

birləşdirən 

və 

bölünmüş 



ATS 

avadanlıqları portuna malik olan telefon xətlərinin 

sayını bildirir. 

Mobil 

rabitə 

abunəçiləri 

termini 


mobil 

texnologiyaya  əsaslanmaqla,  ümumi  istifadədə 

olan  telefon  şəbəkəsinə  qoşulmuş  və  avtomatik 

ictimai  telefon  xidmətinin  abunəçisi  hesab  edilən 

mobil telefon istifadəçilərini bildirir.  

Telefon  xətlərinin  ümumi  sayı  əhalinin  sayına 

bölünür 

və 


100-ə 

vurulur. 

Mobil 

rabitə 


abunəçilərinin  ümumi  sayı  əhalinin  sayına 

bölünür və 100-ə vurulur. 

 


 

250 


 

HƏRƏKƏT  ƏMSALI

  –  “Ömrün  qalan 

hissəsinin əmsalı”na bax. 

 

HƏRƏKƏT 



HEYƏTĐ 

(NƏQLĐYYAT 

VASĐTƏLƏRĐ) 

PARKININ 

TEXNĐKĐ 

HAZIRLIQ  ƏMSALI

 

– 

 

müəssisənin 

sərəncamında  olan  nəqliyyat  vasitələrinin  ümumi 

sayında  texniki  cəhətdən  saz  olan  nəqliyyat 

vasitələrinin  payıdır.  Konkret  vaxta  texniki 

cəhətdən 

saz 

vasitələrin, 



müəssisənin 

sərəncamında olanların ümumi sayına olan nisbəti 

və  istismarda  (iş  parkında)  və  saz  vəziyyətdə  boş 

dayanma 


vaxtlarının 

cəminin, 

müəssisənin 

sərəncamında  olan  hərəkət  heyətinin  (nəqliyyat 

vasitələrinin)  ümumi  vaxt  büdcəsinə  nisbəti  ilə 

hesablanır.  Nəqliyyat  vasitəsinin  yükgötürmə 

qabiliyyəti,  sərnişin  tutumu  və  ya  gücü  nəzərə 

alınmaqla və ya alınmamaqla hesablanır. 

 

HƏRƏKƏT 

HEYƏTĐ 

(NƏQLĐYYAT 

VASĐTƏLƏRĐ)  PARKINDAN  ĐSTĐFADƏ 

ƏMSALI

  –  nəqliyyat  vasitəsinin  müəssisəsinin 

sərəncamında  olduğu  ümumi  vaxtdan  onun 

istismarda  (işçi  parkda)  olduğu  vaxt  hissəsidir. 

Yükgötgürmə,  sərnişin  tutumu  və  ya  nəqliyyat 

vasitəsinin  gücü  nəzərə  alınmaqla  və  nəzərə 

alınmamaqla  ölçülməklə,  dəmir  yolu  nəqliyyatı 

vasitələrinin istismarda olduğu vaxtın müəssisənin 

sərəncamındakı  park  vaxtının  kəmiyyətinə  olan 

nisbətlə  müəyyənləşdirilir  (“Hərəkət  heyətinin 

(nəqliyyat vasitələrinin) vaxt büdcəsi”nə bax). 

 

HƏRƏKƏT  HEYƏTĐNĐN  (NƏQLĐYYAT 



VASĐTƏLƏRĐNĐN)  DÖVRĐYYƏSĐ  (REY-



)  –  bir-birinə  yaxın  yüklərlə  və  digər 

əməliyyatlarla 

məhdudlaşan 

nəqliyyat 

vasitələrinin  işinin  istehsal  dövrəsidir.  Müəyyən 

strukturla  (texniki  əməliyyatların  tərkibi  ilə) 

xarakterizə  olunur,  qət  edilən  məsafə,  sərf  edilən 

vaxt,  daşınan  yüklərin  (daşınmış  sərnişinlərin) 

miqdarı, yerinə yetirilmiş işlərin həcmi və s. üzrə 

hesaba  alınır.  Bunun  üçün  nəqliyyat  vasitələrinin 

gücü nəzərə alınmaqla və nəzərə alınmamaqla, bir 

dövriyyəyə 

(reysə) 

orta 


hesabla  aşağıdakı 

göstəricilər  hesablanır:  yük  dövriyyəsinin  (brutto 

yük  dövriyyəsi,  kommersiya  yüklərinin  yük 

dövriyyəsi,  istismar  netto  yük  dövriyyəsi)  yerinə 

yetirilmiş  dövriyyələrin  (reyslərin)  sayına  nisbəti 

kimi  dövriyyələrin  (reyslərin)  orta  məhsuldarlığı; 

qaçışın məsafəsinin (ümumi, yüklə, yüklənməmiş) 

yerinə  yetirilmiş  dövriyyələrin  (reyslərin)  sayına 

nisbəti  kimi  dövriyyənin  (reysin  –  ümumi,  yüklə, 

yüksüz)  məsafəsi;  ümumilikdə  və  dövrənin 

elementləri üzrə nəqliyyat vasitələrinin iş vaxtının 

yerinə  yetirilmiş  dövriyyələrin  (reyslərin)  sayına 

nisbəti  kimi  ümumilikdə  və  istehsal  dövrəsinin 

elementləri  üzrə  dövriyyənin  (reysin)  orta 

müddəti;  növlər  üzrə  əməliyyatların  ümumi 

sayının  yerinə  yetirilmiş  dövriyyələrin  (reyslərin) 

sayına  nisbəti  kimi  növlər  üzrə  texnoloji 

əməliyyatların orta sayı.  

Avtomobilin yürüşü - yüksüz vəziyyətdə yürüş də 

daxil  edilməklə,  yükləmə  məntəqələri  arasında 

avtomobilin hərəkət etmə dövrəsidir. Yol getməyə 

sıfır  qaçışda  (məsafədə)  -  qarajdan  yükləmə 

məntəqəsinə  və  yükboşaltma  məntəqəsindən 

qaraja  hərəkət  də  daxil  edilir.  Aşağıdakı 

əməliyyatlar  daxil  edilir:  yüklə  hərəkət,  yüksüz 

hərəkət,  yük  əməliyyatları  altında  boş  dayanma, 

texniki səbəblərə görə xətdə boş dayanmalar, sair 

səbəblərə görə boş dayanmalar. 



Yük 

vaqonunun 

dövriyyəsi 

– 

vaqonların 



yüklənmə  anından  növbəti  yüklənməsi  anına 

qədər  olan  iş  prosesidir.  Buraya  aşağıdakı 

əməliyyatlar  aiddir:  mənzillər  üzrə  hərəkətlər, 

aralıq  stansiyalarda  boş  dayanmalar,  yükləmə 

əməliyyatları,  texniki  əməliyyatlar  (yenidən 

işləmələrlə və onlarsız). 



Qatar  dövriyyəsi - əsas depodan sonrakınadək bir 

buraxılışda lokomotivin iş prosesidir. Bura aiddir: 

vaqonların  başında  sahədə  iş,  çoxlu  vahidlər 

sistemi  üzrə  ikinci,  ikili  maşınlarda  (dartıcı 

qüvvəsində),  hərəkətə  gətirməkdə  və  yaxud 

təklikdə  hərəkətdə  (o  cümlədən  mənzillər  üzrə 

hərəkətlər və aralıq stansiyalarda olmalar), dönmə 

məntəqələrində  (o  cümlədən  stansiyalarda  və 

depolarda) 

boş 


dayanmalar, 

qeydiyyat 

məntəqələrində  (o  cümlədən  stansiyalarda  və 

depolarda) 

boş 

dayanmalar, 



lokomotiv 

briqadalarının  dəyişdirilməsi  stansiyalarında  boş 

dayanmalar. 

Təyyarə  reysi  –  hərəkət  cədvəlində  (planda) 

nəzərdə tutulan, başlanğıc məntəqəsindən sonuncu 

məntəqəyədək  bir  istiqamətdə  hava  yolu  üzrə 

nəqliyyat uçuşudur. 



Dəniz gəmisi nəqliyyatının reysi – iki və bir neçə 

liman arasında yüklərin və sərnişinlərin daşınması 

üzrə  gəminin  nəqliyyat  işinin  tam  istehsal 

dövrəsidir.  Onun  davamlılığı  hərəkətdə  və 

dayanacaqdakı  vaxtların  cəmi  kimi  hesablanır. 

Gəminin  hərəkət  vaxtı  gəminin  hərəkətə  sərf 

etdiyi  vaxt,  yəni  gəminin  baş  maşınının  iş  vaxtı 

hesab  edilir.  Gəminin  dayanma  vaxtına  gəminin 

limanlarda  və  ya  reydlərdə  bütün  dayanma 

vaxtları 

aiddir, 

onlardan 

gəminin 

yük 


əməliyyatları istehsalına sərf etdiyi vaxt ayrılır. 

Çay  gəmisi  nəqliyyatının  reysi  –  nəqliyyat 

işlərinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  göndəriş 

limanından 

təyinat 


limanına 

qədər 


işlərin 

dövrəsidir.  Reyslərin  iki  növü  fərqləndirilir:  özü 

hərəkət  edən  yük  gəmisinin  yüklə  və  yaxud 

yedək-itələmə  üçün  yüklənmiş  özü  hərəkət 

etməyən  gəminin  (heyətin)  yüklə  üzməni;  yüksüz 


 

251 


gəminin  və  yaxud  yedək-itələmək  üçün  yüksüz 

gəminin (heyətin) yüksüz üzməni. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   60   61   62   63   64   65   66   67   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling