Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- HƏYATDA SAĞ QALMA FUNKSĐYASI
- HƏYATĐLĐK ĐNDEKSĐ
- HƏYATIN KEYFĐYYƏTĐ – (I)
- HĐMAYƏDƏ OLANLAR
- HĐPERMARKET VƏ YA SUPERMAR- KET
HƏRƏKƏTDƏ OLAN (KƏFKĐRLĐ, MÜTƏRƏDDĐD) MĐQRASĐYA - əhalinin müntəzəm olaraq bir yaşayış məntəqəsindən digərinə işə və ya təhsil almağa getməsi və geriyə hərəkətidir. Müntəzəmlik əmək fəaliyyəti və ya təhsil rejiminə uyğun gəlir. Hərəkətdə olan miqrasiya urbanizasiya şəraitində inkişaf etməyə başlamışdır. Hərəkətdə olan miqrasiyanın əsas istiqamətləri kənddən şəhərə, kiçik şəhərlərdən iri şəhərlərə hərəkətlərdən ibarətdir. Hərəkətdə olan miqrasiya ən çox iri şəhərlərin şəhərətrafı zonalarında və şəhərlərə toplaşmalarda (aqlomerasiyalarda), orta və
kiçik şəhər
məntəqələrində (zonalarında), urbanizasiya ərazilərinin kənd yerlərində müşahidə olunur. Ümumilikdə, şəhərlərin şəhərətrafı rayonlarında hərəkətdə olan miqrasiyanın sabit zonaları formalaşır ki, onun da əsas şərti nəqliyyatın inkişafıdır. Hərəkətdə olan miqrasiya şəhərlərdə əmək ehtiyatlarının formalaşmasının əsas mənbəyi hesab edilir və o iş yerinin, peşə təhsilinin seçilməsində eyni dərəcəli şərait yaradır. O, əhalinin səfərbərliyinə, dəyişkənliyinə, kənd sakinlərinin sosial quruluşunun dəyişməsinə və şəhər həyat tərzinin yayılmasına təsir göstərir. Bununla yanaşı, iqtisadi, nəqliyyat və sosial nöqteyi-nəzərindən, müəyyən mənfi cəhətlərə malikdir, xüsusən yola vaxt sərfi nəzərəçarpacaq dərəcədə yüksək olur. Hərəkətdə olan miqrasiya üzrə saldo (qalıq) müəyyən regiona gələnlərlə həmin regiondan digər regionlara gedənlər arasındakı fərq kimi müəyyənləşdirilir. Əmək ehtiyatları balansının qurulmasında tətbiq edilir. Onun köməyi ilə əhalinin yaşayış yeri üzrə, iş yeri üzrə qeydiyyatdan irəli gələn məsuliyyət balansın ehtiyat və
bölünmə hissələri arasındakı uyğunsuzluqlar aradan qaldırılır. HƏRƏKƏTĐN SIXLIĞI – gün ərzində, orta hesabla, əlaqə yolları şəbəkəsi bölməsindən bir və ya hər
iki istiqamətdə keçmiş
nəqliyyat vahidlərinin sayıdır. Hərəkətin intensivlik (gərginlik) göstəricisi kimi xarakterizə olunur. Bölmələrin məcmusu üçün bölmələrin hərəkətinin
255
sıxlığının qiymətinin orta kəmiyyəti, onların uzunluğu nəzərə alınmaqla, qatarların (gəmilərin, avtomobillərin) hərəkətdə olma məsafəsinin bölmələrin istismar uzunluğuna və hesabat dövründəki günlərin sayına nisbəti
kimi hesablanır. HƏRƏKƏTĐN TƏHLÜKƏSĐZLĐYĐ - dövlət hakimiyyəti və yerli
özünü idarəetmə orqanlarının, müəssisələrin, idarələrin və
vətəndaşların fəaliyyətinə aid olan, daşınma əməliyyatları prosesində nəqliyyatın fasiləsiz işləməsinə və qəza vəziyyətlərinin yaranmasına yol verilməməsinə, həmçinin mümkün qəzaların nəticələrinin azaldılmasına yönəldilmiş kompleks şəraitdir. Hərəkətin təhlükəsizliyi vəziyyəti nəqliyyat hadisələrinin sayı, onlarda ölənlərin və yaralananların, korlanmış nəqliyyat vasitələrinin sayı və s. göstəricilərlə xarakterizə olunur. HƏRRAC (AUKSĐON) – əvvəlcədən qoyulmuş hər hansı bir şərt olmadan müəssisənin, əmlakın, qiymətli kağızların və s. qabaqcadan müəyyən edilmiş vaxtda və qabaqcadan təyin edilmiş yerdə açıq satışıdır. Satışa çıxarılan “obyekt” ən yüksək qiymət təklif edən tərəfindən əldə edilir. HƏRRAC (AUKSĐON) QĐYMƏTĐ – hərracın aparılmasında əmtəənin qeydə alınmış rəsmi qiymətidir. Bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənə bilər, belə ki, əmtəənin nadir, az rast gəlinən xüsusiyyətlərini və əlamətlərini əks etdirir. Hərrac qiyməti hərrac edənin ustalığından əhəmiyyətli dərəcədə asılıdır.
– müəyyən yaşda şəxsin, yaxud şəxslər qrupunun gələcək ömür yaşlarının sayıdır; ölüm cədvəlləri əsasında yaşlar üzrə ölümün həmin səviyyəsini saxlamaq şərti ilə hesablanır. Potensial demoqrafiyanın mərkəzi anlayışı və əsas ümumiləşdirilmiş göstəricisidir. Adam-il ilə ölçülür; “nəslin əmək potensialı” anlayışı ilə qarşılıqlı bağlıdır. Dəqiq x yaşda şəxsin bu yaşda orta ömür uzunluğu ilə müəyyən edilir. Şəxsin x, x+1 intervalında orta həyat potensialı x və x+1 arasındakı yaşlarda olan bütün şəxslərin həyat potensialından orta kəmiyyətdir. Əhalinin məcmu həyat potensialı bütün yaşayanların həyat potensialının cəmi ilə müəyyən edilir; həyat potensialının artımı - əsasən doğulanların və gələnlərin sayı ilə, azalması – ölənlərin və gedənlərin sayı ilə müəyyən edilir. Bir şəxs üçün orta kəmiyyət kimi hesablanan həyat potensialı tək (fərdi) həyat potensialı adlanır. Fərdin, yaxud şəxslər qrupunun gələcək ömür illərinin ümumi sayı ümumi, yaxud tam həyat potensialıdır və onu xüsusi, yaxud qismi həyat potensialına bölmək olur. Şəxslər qrupunun m-dən M-dək yaşda bütün gələcək ömrünün (son w yaşa çatanadək) həyat potensialı (V) bərabərdir: ∑ −
+ ⋅ = 1 1 2 ) , 0 ; , ( M m x x x e e P w M m V
burada P x – x yaşda olan şəxslərin sayı, e x – gələcək ömrün orta uzunluğudur. m-dən M-dək yaşda olan əhalinin n-dən N-dək gələcək ömrü dövrünün həyat potensialına bərabərdir: ( ) ( ) ( ) ∑ − + + ⋅ − = 1 1 2 1 , ; ,
m x x x N N n n l l P e l e l N n M m V
dövrə, yəni m-dən M-dək qismi potensialı bərabərdir: ( )
) ( ) = − = w M M m V w M m V M m M m V , ; , , 0 ; , , ; , = ( ) ∑ ∑ − + − + + − + ⋅ 1 1 2 1 1 1 2 M m x x x M M M m x x x l l P e l e e P
burada l x – ölüm cədvəlində x yaşadək sağ qalanların sayıdır. Müəyyən qrup əhalinin həyat potensialı onun tərkibinə daxil olan şəxslərin sayından, qrupun yaş üzrə strukturundan və ayrı-ayrı yaşlar üçün (tam və ya natamam – hansı potensialın tədqiq olunduğundan asılı) gələcək
ömrün orta
uzunluğundan asılıdır. Əhali qrupunun həyat potensialının dəyişməsi doğulanların və ölənlərin sayı ilə, yaş üzrə ölənlərin strukturu, ayrı-ayrı yaş qrupları üçün gələcək ömrün orta uzunluğunun dinamikası, əhalinin qocalması, həmçinin gələnlərin və gedənlərin sayı və onların yaş strukturu ilə müəyyən edilir.
– ayrıca ölkənin, yaxud ərazinin vətəndaşları və ya sosial qruplarının rifah halını və həyatının keyfiyyətini xarakterizə edən kompleks göstəricidir. Əhalinin rifah halı əhali gəlirlərinin səviyyəsi, toplanmış maddi əmlak (mənzil, məişət texnikası əşyaları daxil olmaqla) və dövlət tərəfindən pulsuz göstərilən (təhsil, tibbi xidmət və s.) sosial xidmətlərin sayı ilə müəyyən edilir. Həyat səviyyəsini müəyyən etmək üçün müxtəlif metodikalardan, məsələn, minimum istehlak büdcələri sistemindən (fizioloji, yaşayış və sosial minimumlar) istifadə olunur, onların köməyi ilə müvafiq həddən (kasıblıq, yoxsulluq və s.) aşağı səviyyədə yaşayan şəxslərin payı, yaxud ailə büdcələrinin statistik müşahidəsi ilə müəyyən 256
olunur. Müxtəlif ölkələrdə iqtisadi inkişaf dərəcəsindən asılı olaraq, bu göstərici çox və ya az sosial yükü (minimum gəlirin əlavə sosial tələbatları ödəmək qabiliyyətini, adətən, mühüm tələbatların məhdud dairəsi) özündə daşıyır. Həyat səviyyəsini daha
dolğun müəyyən
etmək məqsədilə əhalinin müəyyən əmtəə növləri (bir insanın il ərzində istehlak etdiyi ətin miqdarı və s.), yaxud xidmətləri (min nəfərə düşən xəstəxana çarpayılarının sayı) ilə təmin olunmasının statistik göstəricisi də tətbiq olunur. Bir çox inkişaf etmiş ölkələrin həyat səviyyəsinə dair əsas vəzifə ayrı-ayrı əhali kateqoriyaları üçün onun lazımi səviyyədə saxlanmasıdır. Bu əhali kateqoriyasına əhalinin əmək qabiliyyəti olmayan qrupları, yaxud gəlir səviyyəsini öz əməyi ilə kifayət qədər təmin etməyə imkanı olmayan şəxslər aiddir. Bu halda müxtəlif sosial təminat sistemləri – əlillərə, işsizlərə, uşaqlı qadınlara müavinətlər, pensiyalar, maddi yardım, vergi güzəştləri tətbiq olunur. Əmək qabiliyyətli əhalinin həyat səviyyəsinin ümumi dövlət müdafiə sisteminə, inflyasiya səviyyəsindən asılı
olaraq, gəlirlərin indeksasiyası, yaxud ölkə iqtisadiyyatı və maliyyənin stabilləşməsinə yönələn siyasətin aparılması daxildir. Əhalinin sahibkarlıqla məşğul olan
təbəqəsinin həyat
səviyyəsinin əsas
tənzimləmə üsulu – vergi siyasətidir. Bu siyasət gəlirlərdə diferensiasiyanı ya artıra, ya da onu tarazlaşdıra bilər.
– aşağıdakı hallarda sığorta ödənişi üzrə sığortaçının vəzifələrini nəzərdə tutan
şəxsi sığorta
növlərinin məcmusudur: sığorta olunanın sığorta müddətinədək və ya onun sığorta müqaviləsində müəyyən olunan
yaşınadək yaşaması, sığortalananın ölümü, həmçinin sığorta olunana sığorta müqaviləsində nəzərdə tutulan hallarda pensiyanın (rentanın) ödənilməsi üzrə (“Sığorta
bax)
(sığorta müqaviləsinin müddətinin qurtarması, sığorta olunanın müəyyən yaşa çatması, ailəni dolandıranın ölməsi, əmək qabiliyyətinin daimi itirilməsi, sığortanın qüvvədə olduğu dövrdə cari ödənişlər (annuitetlər) və s.). Həyat sığortası müqavilələri bir ildən az olmamaq şərti ilə bağlanır.
–
ömür prosesinin kəmiyyət xarakteristikasıdır və funksiya elə ehtimala bərabərdir ki, yeni doğulmuş uşaq hər hansı dəqiq x-yaşadək sağ qalacaq, burada x – istənilən həqiqi rəqəmdir. Demoqrafiya ədəbiyyatında, adətən, l(x) kimi işarələnir. X-arqumentin tam qiymətinə müvafiq olan həyatda sağ qalma funksiyası qiymətləri
zaman ömür ehtimalı 1000, 10 000, yaxud 100 000-ə bərabər olan cədvəlin kökünə vurulur. Həyatda sağ qalma funksiyası əhalinin təkrar istehsalının riyazi modelləri sahəsində tətbiq olunur, burada həyatda sağ qalma funksiyası ölümün əsas xarakteristikası kimi istifadə olunur. Kəsilməz həyatda sağ qalma funksiyası əsasən modellərdən istifadə edir və burada nəzərdə tutulur ki, l(x) x-dən olan kəsilməz və diferensiasiyalanan funksiyadır. Determinist modellərdə hər hansı x-yaşına sağ qalma ehtimalı və bu yaşa çatmış şəxslərin payı üst-üstə düşür. Bundan çıxış edərək, həyatda sağ qalma funksiyası əhalinin təkrar istehsalının inteqral
intervalında yaşayanların sayını müəyyən etmək üçün istifadə olunur. Həyatda sağ qalma funksiyası üçün universal riyazi düsturu tapmaq üçün bir neçə cəhdlər edilmişdir, lakin riyazi modellərin qurulması əsasında həyatda sağ qalma funksiyası daha geniş yayılmışdır. Həyatda sağ qalma funksiyası əsasında bir sıra digər ölüm xarakteristikaları hesablanır. Belə ki, ölümün gücü (x) həyatda sağ qalma funksiyasının loqarifmin törəməsinə bərabərdir: ) ( 1 ) ( x nl dx d x − = µ
hesablanır: ∫ ∞ = x x dx x l x l e ) ( ) ( 1 yeni doğulanlar üçün müvafiq göstərici əyrinin altında olan sahəyə bərabərdir l(x).
– müəyyən vaxt ərzində, adətən bir ildə, doğulanların sayının ölənlərin sayına nisbəti, demoqrafik indekslərdən biridir. Əhalinin müsbət təbii artımı zamanı həyatilik indeksi birdən çox, mənfidə isə birdən azdır. Hesablanması üçün əhalinin sayı haqqında məlumat tələb etməyən nəsillərin təzələnməsinin şərti ölçüsü kimi, XIX əsrin ikinci yarısında yayılmağa başlamışdı. Rusiyada həyatilik indeksi (“yaşamaq qabiliyyəti əmsalı”) birinci V.Đ.Pokrovski (1897), Amerikada R.Pirl tətbiq etmişdi. Əhalinin sayı haqqında düzgün məlumatların meydana çıxması ilə əhalinin təkrar istehsalı ölçüsü kimi həyatilik indeksi əvvəl əhalinin təbii artımı əmsalı ilə, sonralar əhalinin yaş tərkibindən asılı olmayan digər göstəricilərlə, məsələn, əhalinin təkrar istehsalının netto-əmsalı ilə sıxışdırıldı. Müasir tədqiqatlarda həyatilik indeksi demək olar ki, tətbiq olunmur.
257
HƏYATIN KEYFĐYYƏTĐ – (I) əhalinin həyat səviyyəsi və şəraitinin xarakteristikasıdır. Müəyyən ərazinin, yaxud dövlətin əhalisinin həyat keyfiyyəti bir sıra iqtisadi, sosial, demoqrafik, ekoloji, coğrafi, siyasi və mənəvi amilləri ilə müəyyən edilir. Obyektiv amillər sırasında qida məhsullarının istehsalı, mənzil şəraiti, məşğulluq, xidmət sahəsinin inkişafı, təhsil, sosial təminat səviyyəsi və s. subyektiv amillər sırasında – iş və həyat şəraiti, fərdin sosial statusu, ailənin vəziyyəti və s. göstərilə bilər. Ölkələrin çoxu BMT ekspertlərinin (1961) hazırladığı əhalinin keyfiyyət və həyat səviyyəsi göstəricilərinin təsnifatından istifadə edir. Belə ki, BMT-nin Avropa Đqtisadi Komissiyasının təsnifatı həyatın keyfiyyətini 8 qrup göstəricilərinə ayırır. Əgər 60-cı illərin sonu – 70-ci illərin əvvəlində işlənmiş həyatın keyfiyyətinin Đsveç modelində birinci yerdə əmək və onun şərtləri, insanın iqtisadi və siyasi imkanları dururdusa, hazırda bütün ölkələrə (o cümlədən inkişafda olan) yayılan BMT-nin təsnifatında ərzaq (qida) məhsullarının istehlakı, əhalinin sağlamlıq vəziyyəti, təhsil səviyyəsi durur. Ölkələrarası müqayisələri aparmağa imkan verən həyatın səviyyəsinin və həyatın keyfiyyətinin vacib göstəricilərinə körpə ölümü əmsalı, həmçinin əhalinin qida rasionunun strukturu aiddir. Həyatın keyfiyyəti xarakteristikasında Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı tərəfindən işlənib hazırlanmış sosial göstəricilər sisteminin böyük əhəmiyyəti var və o həyat fəaliyyətinin 8 əsas aspektini: sağlamlıq və əmək həyatının keyfiyyətini, boş vaxt və istirahəti, istehlak əmtəə və xidmətlər bazarının, ətraf mühitin
vəziyyətini, şəxsi təhlükəsizliyi, sosial imkanları və sosial fəallığı əhatə edir. Həyatın keyfiyyətinin artması uzun müddət istifadədə olan
malların (məsələn, məişət texnikası) istehlakının artımında, bunun hesabına vaxtın və ev əməyinə məsrəflərin qənaətində, boş vaxtın genişlənməsində, xidmətlərə, istirahətə, mədəni istirahətə, turizmə və səyahətlərə xərclərin artımında əksini tapır. Həyatın keyfiyyəti əhalinin məlumatlanma səviyyəsindən və informasiyaya çatmasının mümkünlüyündən, vətəndaş və siyasi azadlıqlar səviyyəsindən və s. asılıdır.
və insanların tələblərinin və maraqlarının bütün kompleksinin ödənilməsi dərəcəsi üçün, bütün mövcud olanları birləşdirən mürəkkəb sintetik kateqoriyadır. Bu kateqoriyanın komponentlərinə mal və xidmətlər, gəlirlər, yığımlar, mənəvi tələblər, şəxsi təhlükəsizlik və sosial rahatlığın digər atributları, həmçinin ekoloji vəziyyət aid edilir.
– digər şəxsin himayəsində olan və
ya ondan,
özünün yaşamasının əsas vəsait mənbəyi hesab edilən, daimi yardım alan şəxslərdir. Əgər himayədə olan şəxslərin əsas və daimi vəsait mənbəyi digər şəxslərin yardımı hesab olunursa, bu zaman pensiya və təqaüdlərin alınması və yaxud müstəqil olaraq əldə etdikləri gəlir bu şəxslərin himayədə olanlar kimi tanınmasına maneə (əngəl) kimi xidmət edə bilməz. Əhalinin siyahıyaalınması zamanı
himayədə olanlar
yaşama vəsaiti
mənbəyindən asılı olaraq, ayrıca qrup kimi nəzərə alınır. HĐPERĐNFLYASĐYA – ölkənin aşağıdakı göstəricilərini əks etdirən iqtisadi vəziyyətdir: - alış və satış üzrə ticarət əməliyyatları kreditin verildiyi bütün müddət ərzində (verilən müddət davamiyyətli olmasa da) alıcılıq qabiliyyətinin gözlənilən azalmasını nəzərə alan qiymətlərlə həyata keçirilir; - əhali öz pullarını nisbətən sabit xarici valyutada saxlamağa üstünlük verir; - tarif faizləri, əmək haqqı və qiymətlər qiymət indekslərindən asılı olur; - son üç ildə inflyasiyanın ümumi səviyyəsi 100%-i aşır.
çeşidini təklif edən, maşınlar üçün dayanacaq yeri və müəyyən iri ticarət meydanına malik olan özünəxidmət formasında pərakəndə satış obyektləridir (dükanlarıdır) (Məsələn, Belçika, Danimarka, Đspaniya, Yunanıstan, Đtaliya, Lüksemburq, Hollandiya, Portuqaliyada ticarət meydanlarının sahəsi 2500 kv. m. və ya daha çox; Almaniyada 1500 kv. metrdən – 4999 kv. metrədək, iri supermarketlərin sahəsi 5000 kv. metr və ya daha çox; Đrlandiya, Böyük Britaniyada 2323 kv. m. və daha çoxdur). Qitədə yerləşən hipermarketlərdən fərqli olaraq, Đrlandiya və Böyük
Britaniyadakı super-
marketlərdə qeyri-ərzaq mallarının çox kiçik seksiyaları mövcuddur.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling