Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
X12-ARĐMA – dəyişən
(sürüşən) kəmiyyətlərdən istifadə edərək
mövsümi kənarlaşmaların hamarlaşdırılması üzrə kompüter proqramıdır. Sıralar ARĐMA modellərinə uyğun olaraq
mövsümi kənarlaşmaların hamarlaşdırılması üzrə proqnozlaşdırılır.
- MHS-nin termini kimi iki əsas mənaya malikdir: 1) əsas kapitalın istehlakı nəzərə alınmır, məsələn, iqtisadiyyatın xalis gəliri, xalis mənfəəti; 2) balanslaşdırıcı hesab edilir, yəni əks iqtisadi faydaya malik məbləğin ondan çıxılması yolu ilə müəyyənləşdirilir, məsələn xalis vergilər (subsidiyalar çıxılmaqla vergilər), xalis ixrac (idxal çıxılmaqla ixrac).
müəssisənin daimi fəaliyyət göstərə bilməyəcəyi nəzərə alınarsa, xərclər çıxılmaqla aktiv və passivlərin satışının dəyəridir. XALĐS DAXĐLĐ MƏHSUL - bazar qiymətləri üzrə xalis daxili məhsul ÜDM-dən əsas kapitalın istehlakını çıxmaq yolu ilə əldə edilir.
Şurasının 4-cü direktivinin 28-ci maddəsində müəyyən edildiyi kimi) əmtəə və xidmətə görə artıq ödənişlərin qaytarılması, ƏDV və dövriyyə ilə əlaqədar olan digər vergilər çıxılmaqla, şirkətin tipik fəaliyyətinə aid olan əmtəələrin satılması və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin məbləğindən ibarətdir. XALĐS ƏLAVƏ DƏYƏR - aralıq istehlakın və əsas kapitalın istehlakının dəyəri çıxılmaqla, məhsulun dəyəri kimi müəyyənləşdirilir.
amortizasiyasının həcmindən investisiya çıxılmaqla, ümumi investisiyadır.
balanslaşdırıcı maddədir və aşağıdakı kimi müəyyən edilir: a) xalis yığım üstəgəl əldə edilmiş kapital transferlər, çıxılsın ödənilmiş kapital transferlər; b) əsas kapitalın istehlakı, silinmiş qeyri-maliyyə aktivləri çıxılmaqla alınmış dəyər.
- istehsal prosesində əldə olunmuş ilkin gəlirlərin MHS-də ümumi kəmiyyətidir və qalan dünya ölkələri ilə qarşılıqlı əlaqələr nəticəsində mülkiyyətdən gəlirlərin saldosudur. Xalis milli gəlir ümumi milli gəlirdən əsas kapitalın istehlakının çıxılması ilə bazar qiymətləri üzrə müəyyənləşdirilir.
-
gəminin kommersiya məqsədilə istismar olunan həcmidir. Bu göstərici gəminin tam registr tutumundan yük və sərnişin daşımaq üçün istifadə edilə
bilməyən hissələrini çıxmaqla müəyyənləşdirilir.
- ikili yazmanın nəzəri sistemidir, kredit üzrə
yazmaların məbləğinin debet üzrə yazmaların məbləğinə bərabər olmasını, başqa sözlə,
hesabların saldosunu ifadə edir. Təcrübədə, məlumatların müxtəlif keyfiyyət üzrə fərqlənən mənbələrindən istifadə edilməsinə uyğun olaraq, bir sıra əməliyyatlar üzrə göstəricilər qeyri-dəqiq müəyyənləşdirilə bilər
və ümumiyyətlə, müəyyənləşdirilə bilməz. Bu ona gətirib çıxarır ki, kredit və debet yazmalarını balanslaşdırmaq mümkün deyildir, onlar “xalis səhvlər və buraxılışlar” adlanan balanslaşdırıcı yazmaları aparmaq hesabına kənarlaşdırılır. Bu yazma müəyyən dəqiqliyi təmin edir, lakin yadda saxlamaq lazımdır ki, kredit və debet üzrə yazmalardakı səhvlərin özü balanslaşdırıla bilər, buna görə də, bu yazmanın adı “xalis” terminini özündə birləşdirir. XALQ – etnik mənada etnosdur. XALQ TƏSƏRRÜFATI BALANSI (XTB) – planlı iqtisadiyyat şəraitində, təkrar istehsalın əsas iqtisadi göstəricilərini, artım sürətini və proporsiyalarını əks etdirən balans cədvəlləridir. Keçmiş SSRĐ-də ölkə üzrə XTB ilk dəfə 1923/24- cü maliyyə ili üçün tərtib edilmişdir və 1991-ci ilədək hazırlanmışdır. XTB aşağıdakı üç hissədən ibarət olmuşdur: 1) ümumi məhsulun və milli gəlirin təkrar istehsalı balansı; 2) əmək balansı; 3) milli sərvət balansı. XTB ümumi məhsulun
balansı); ümumi məhsulun və milli gəlirin istehsalı, bölüşdürülməsi, yenidən bölüşdürülməsi və son istehlakı balansı (yekun maliyyə balansı); ümumi məhsulun dövriyyəsi balansı; məhsul və
balansı); əmək ehtiyatları balansı; fəhlə və mütəxəssislərin ixtisaslı kadrlar balansı; əsas fondlar balansı; kapital qoyuluşları balansı; əmək və əsas fondların sahələrarası balansı; dövlətin maliyyə ehtiyatları balansı, əhalinin pul gəlirləri və xərcləri balansı göstəriciləri daxil edilirdi.
265
XTB-də xalq təsərrüfatı iki: istehsal (maddi nemətlər yaradan) və qeyri-istehsal (maddi nemətləri istehlak edən) sahələrinə bölünürdü. Đstehsal sferasında yaradılan məhsullar bölünürdü: maddi-əşya forması
baxımından istehsal vasitələrinə və
istehlak mallarına; dəyər baxımından digər malların üzərinə keçirilmiş və yeni yaradılmış (ödəmələr və milli gəlir) dəyərə. Ölkənin
təsərrüfat fəaliyyətinin və maddi
istehsalının son nəticəsi bütövlükdə milli gəlirin həcmi ilə müəyyən edilirdi. Beləliklə, XTB-də qeyri-istehsal sahəsində əhaliyə (maarif, səhiyyə, mədəni xidmət) və cəmiyyətə göstərilən xidmətlər (elm, idarəetmə) kənarda qalırdı. XTB-də cədvəllər sahələr və mülkiyyət növlərinə görə tərtib edilirdi. Hazırda XTB əvəzinə Milli Hesablar Sistemi (MHS) tətbiq olunur.
– hasil edilmiş faydalı qazıntılar və başqa təbii resurslar, onlardan hazırlanmış, sonradan yenidən
emal edilməli olan materiallardır. XAMMAL VAHĐDĐNDƏN ALINAN MƏHSUL
– hazır məhsul
istehsalında xammaldan istifadənin texniki-iqtisadi göstəricisidir. Müəyyən növ hazır məhsul
buraxılışının, məhsulun istehsalına sərf olunan əsas xammalın və ya yarımfabrikatın miqdarına olan nisbəti kimi hesablanır; xammal nə qədər yaxşı istifadə olunarsa, xammal vahidindən alınan məhsul bir o qədər çox, xammal sərfinin xüsusi çəkisi isə az olar. Xammal vahidindən alınan məhsul göstəricisi məhsul vahidinə sərf olunan xammalın xüsusi çəki göstəricisinə tərs mütənasib göstəricidir və bu, daha çox kənd təsərrüfatı məhsullarının təkrar emalı sahəsində tətbiq olunur. Xüsusi çəki sərfi (m) adətən, maddi ehtiyatların hər bir növünün ayrı-ayrılıqda fiziki vahidlərdə məhsul növünün natura formasında verilən vahidinə bölünməsi ilə, m =
düsturu ilə hesablanır (burada M - bütün məhsul həcminin istehsalı üçün verilən ehtiyat növünün ümumi sərfi; g – istehsal edilmiş yararlı məhsul vahidlərinin sayıdır). Xammal vahidindən alınan məhsul göstəricisi (G) oxşar olaraq hesablanır və aşağıdakı düsturla müəyyən edilir: G =
1 və ya G = M g
Xammal vahidindən alınan məhsul göstəricisinin dinamika əmsalı ümumi şəkildə aşağıdakı kimi olur:
1 0
m =
0 0
g : 1 1 M g XAMMAL VƏ MATERĐALLAR – (I) - böyük və ya kiçik dərəcədə emala məruz qalmış, sonradan hazır məhsulun hissəsi olacaq əşya və maddələrdir. (II) - mal və xidmətlərin istehsalı və əsas fondların artırılması üçün alınmış əşya və materiallardır. Köməkçi
və qablaşdırıcı materiallar kimi istehlak olunan xammalı özündə birləşdirir. (III) - öz istehsalı prosesində aralıq ehtiyatlar qismində sahibkarın istifadə üçün nəzərdə tutduğu mallardır (yanacaq, alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar, ehtiyat hissələri, məhsulların (malların) qablaşdırılması və nəqli üçün taralar, tikinti materialları, toxum və əkmək materialları, yem, mineral gübrələr, zəhərli kimyəvi preparatlar, biopreparatlar). Belə mallar yenidən satılmaq üçün nəzərdə tutulmamışdır. XAMMAL, MATERĐAL VƏ DĐGƏR ƏMƏK ƏŞYALARININ EHTĐYATLARI- NIN DƏYĐŞMƏSĐ – ƏDV (əlavə dəyər vergisi) çıxılmaqla, alıcıların qiymətləri ilə
qiymətləndirilir. Bu ehtiyatlar istehsalda aralıq məsrəflər kimi istifadə olunmaq üçün nəzərdə tutulur. Müsbət və mənfi olan bu göstəricilər əlavə dəyərin hesablanmasına imkan verir. Đstehsal prosesində istifadə olunmaq üçün nəzərdə tutulmuş məhsullar həm mal, həm də xidmətlər kimi ola bilər. Đstifadəçilərdə ehtiyatların dəyişməsi istehsal vahidində olan xammal, material və digər əmək əşyalarının bütün ehtiyatlarına bərabərdir. Belə ki, bu ehtiyatlar iqtisadi vahidin istehsal prosesində istifadə olunur və onlar “aralıq istehlakın” makroiqtisadi kateqoriyasının bir hissəsini formalaşdırır. XAMMAL, MATERĐAL, DĐGƏR ƏMƏK ƏŞYALARI VƏ XĐDMƏTLƏRĐN ALIN- MASI - mülkiyyət və avadanlıqların icarəsi, lizinq, müvəqqəti heyət və ümumilikdə şəxsi istifadə (təhlükəsizlik xidməti, süpürgəçilər və s.) üçün kənar təşkilatların bütün xidmətləri kimi istehsal amillərinin təmin edilməsinə aid edilən istehsal prosesində və xidmət göstərilməsində istifadə olunan bütün mallar hesab edilir. Alındığı vəziyyətdə yenidən satılmaq üçün alınmış xammal, material, digər əşyalar və xidmətlər bu maddədən çıxarılır və “Alındığı vəziyyətdə yenidən satılması üçün əmtəə və xidmətlərin alınması” başlığı altına daxil edilir. 266
Xammal, material, digər əmək əşyaları və xidmətlərin alınması Avropa Milli Hesablar Sistemində (AMHS) müəyyənləşdirildiyi kimi, milli hesablar sistemində “Aralıq istehlak” sərlövhəsi altında təsnifləşdirilir. Xammal, material, digər əmək əşyaları və xidmətlərin alınması “Əmtəə və xidmətlərin alınması” göstəricisinin bir hissəsi hesab edilir. XARĐCĐ BAZARDA ĐXRACIN PAYI –
ölkənin dünya tələbatında ixracatının həcmidir. XARĐCĐ BAZARDA TOPDANSATIŞ TĐ- CARƏTĐ – müəssisələrə o zaman xarici bazarda topdansatış ticarət fəaliyyətli kimi baxılır ki, onların əsas və yeganə iş fəaliyyəti aşağıdakı fəaliyyət növlərindən biri olsun: - əmtəənin xaricdə alınması və onların topdansatış ticarəti müəssisəsinin yerləşdiyi ölkədə təkrar satışı (idxal ticarət); - əmtəələrin topdansatış ticarəti müəssisəsinin yerləşdiyi ölkədə alınması və onların xarici ölkələrdə təkrar satışı (ixracat); - əmtəələrin xarici ölkələrdə alışı və təkrar satışı. Bu zaman müəssisənin yerləşdiyi ölkədə bu əmtəələrin sərhədi keçməsi faktı əhəmiyyət kəsb etmir (tranzit ticarət). Təkrar satış üçün nəzərdə tutulmuş əmtəələrin idxalı və ya əmtəələrin ixracı, müvafiq olaraq, əmtəə alışı və ya təkrar satışının ümumi həcminin 50%-nə bərabər və ya ondan çoxdur.
XARĐCĐ ƏMTƏƏLƏR – 1) xarici mənşəli olub, müəyyən ölkə xaricində sərbəst dövriyyəyə buraxılan əmtəələrdir; 2) Azərbaycan əmtəələri kateqoriyasına düşməyən istənilən əmtəələrdir.
– “fəal nəqliyyat növü” kimi müəyyənləşdirilmiş növdür. Burada, - ixracda əmtəələr ölkənin statistik ərazisindən çıxarılmalıdır; - idxalda əmtəələr ölkənin statistik ərazisinə daxil olmalıdır.
xarici
ölkələrlə ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığının, valyuta-maliyyə və
kredit münasibətlərinin istiqamət, forma, üsul və vasitələrinin məcmusudur.
KASI – xarici ölkələrlə ticarət, xidmət, xarici investisiya, turizm, istehsal kooperasiyaları və valyuta əməliyyatlarını xarakterizə edən
statistikadır. XARĐCĐ ĐQTĐSADĐ FƏALĐYYƏTDƏ XĐDMƏTLƏR – istehsal prosesi ilə sıx bağlı olan xidmətlərlə beynəlxalq ticarətdir. Belə ki, xidmətin istehsalı prosesi azı iki tərəfin – rezidentlərin və qeyri-rezidentlərin iştirakını nəzərdə tutur. Xidmətin fərqləndirici cəhəti istehsal və istehlak arasında qarşılıqlı əlaqə hesab edilir. Bu onu göstərir ki, yeni yaradılan xidmət sonrakı istehlak üçün saxlanıla bilməz. Beynəlxalq xidmətin əsas növlərinə aşağıdakılar daxildir: nəqliyyat və turist xidmətləri (səfərlər),
maliyyə xidmətləri, kompüter və informasiya xidmətləri, lizinq mükafatlandırılması və digər işgüzar xidmətlər, mədəniyyət və istirahət sahələrində xidmətlər, təhsil xidmətləri, hüquq və mühasibat xidmətləri, dövlət xidmətləri və göstərilənlərə daxil olmayan digər növ xidmətlər.
ĐNVESTĐSĐYALAR – xarici
investorların gəlir əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyduqları bütün növ əmlak və intellektual dəyərlərdir. Xarici fiziki və hüquqi şəxslər, dövlətlər, beynəlxalq təşkilatlar xarici investor ola bilərlər. Xarici investisiyalar birbaşa, portfel və sair investisiyalara bölünür.
– hər hansı bir ölkədə, yerləşdikləri ölkənin qanunvericiliyinə əsasən investisiyalar həyata keçirən ölkələrin xarici fiziki şəxsləri, həmçinin dövlət və beynəlxalq təşkilatlarıdır.
– borc kapitalının valyuta və əmtəə resurslarının qaytarılma, müddətlilik və faizlərin ödənilməsi şərtləri ilə müvəqqəti istifadəyə verilməsi ilə bağlı beynəlxalq iqtisadi münasibətlər sahəsindəki hərəkətidir.
beynəlxalq təşkilatların, xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətidir.
daxil olmayan, “portfel investisiya”nı təşkil edən törəmə maliyyələridir. Qiymətli kağızlara 267
səhmlərdən başqa istiqrazlar, bonlar (pul və s. almaq üçün kredit kağızı), veksellər, köçürülmüş depozit sertifikatları, imtiyazlı səhmlər, bank
haqqında qeyd) və bazar borc qəbzləri aid edilir.
– ixrac və idxaldan ibarət ölkələrarası ticarətdir. Xarici-ticarət maliyyə əməliyyatları müəssisə və təşkilatlar tərəfindən sərbəst keçirilir, silah və strateji xammal ticarəti isə dövlətin səlahiyyətində qalır. XARĐCĐ TĐCARƏT BALANSI – digər ölkələrlə ixrac və idxalın həcmini əks etdirən sənəddir. Đxracın həcmi idxalın həcmindən çox olduqda, xarici ticarət balansı aktiv, əksinə olduqda isə passiv sayılır.
– idxal və ixrac məhsullarının satış qiymətidir. Onun formalaşdırılmasında dünya qiymətinin səviyyəsi və bazarın konkret seqmentində qiymət səviyyəsi, rəqiblərin təklif etdikləri məhsulların satış şərtləri, satışın həcmi, əmtəələrin çatdırılması vaxtı, onun yenilikləri və keyfiyyəti nəzərə alınır. Xarici ticarət təcrübəsində məhsulların satışının müxtəlif variantları yayılmışdır ki, bu da mal göndərmə (göndərmə, təyinat və s. məntəqələr) şərtlərindən fərqlənir. Vergilərin ödənilməsi, əmtəələrin sığortalanması və nəqliyyat xərclərinin ödənməsi sövdələşmənin şərtləri ilə müəyyən edilir.
(ixracatçı) tərəfindən imzalanan müqavilədir (sazişdir). Müqavilədə mal, xidmət və s. mübadiləsi üzrə idxal-ixrac əməliyyatları sahəsində tərəflərin (kontragentlərin) müəyyən hüquq və
vəzifələri müəyyənləşdirilir. Müqavilənin əsas şərti əmtəənin mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsidir.
– ölkənin xarici
ticarətinə dair
məlumatların kontragent-ölkələrin məlumatları ilə müqayisəliliyini təmin etmək məqsədilə tətbiq edilən, xarici ticarət üzrə statistik göstəricilərin unifikasiyası, onların hesablanması metodları, təsnifat və siyahılarına dair materiallardır. Bu metodologiya Gömrük Əsasnaməsi və “Gömrük tarifləri barədə” ölkənin qanunvericilik aktlarına əsaslanır, ölkənin bu sahədə qanunvericilik aktlarında BMT-nin Statistika Komissiyasının təklifləri və AĐ Statistika Bürosunun “Xarici ticarət statistikası üzrə istifadəçilər üçün tövsiyə”ləri nəzərə alınmışdır. Metodologiyada xarici ticarətin gömrük statistikasının uçot obyektləri və onların, o cümlədən boru kəmərləri ilə nəql edilən və elektrik ötürücüləri vasitəsilə ötürülən malların (əmtəələrin) uçotu qaydalarını müəyyənləşdirir. Bütün idxal olunan və ölkədən ixrac edilən malların uçotunun əsas prinsipləri gömrük rejimi
ilə müəyyənləşdirilir. Metodologiyada həmçinin kontragent-ölkənin, malların uçotu anlarının, malların statistik dəyərinin, malların təsnifatının və
s. müəyyənləşdirilməsi prinsipləri də verilir. Xarici ticarətin gömrük statistikasında malların idxal və ixracının uçotu ticarətin uçotunun ümumi sistemi əsasında aparılır. Materiallarda istifadə edilən göstəricilərin eyni qaydada şərh edilməsinin təmin olunmasına dünya təcrübəsində və özündə əsas gömrük
rejimi anlayışlarını əks etdirən
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində verilmiş termin və anlayışların köməyi ilə nail olunur.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling