Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- HOLDĐNQ
- HOLDĐNQ MƏNFƏƏTĐ (ZƏRƏRĐ)
- HOMOGEN (OXŞAR) ĐSTEHSAL VAHĐDLƏRĐ
- HOMPERS ƏYRĐSĐ
- HÜQUQĐ ŞƏXSĐN DÖVLƏT QEYDĐY- YATI
- HÜQUQĐ VAHĐD
HĐSSƏ (HƏLQƏ) (KOMMERSĐYA) ƏMSALI – malın istehsalçıdan istehlakçıya keçdiyi yolda həlqələrin orta sayını xarakterizə edir və malın neçə dəfə alınıb-satıldığını göstərir. Həlqə
(hissə) əmsalı
aşağıdakı düsturla hesablanır:
∆ ± ∆ ± =
258
burada: O u və O
i uyğun olaraq, ümumi və xalis mal dövriyyə,
∆ - mal ehtiyatlarının artımıdır (+ E ∆ - artım; E ∆ - ixtisardır). Mal ehtiyatları çoxaldıqda onların artımı hissə əmsalının surət və məxrəcinə əlavə edilir, ixtisarında (azalmasında) isə əksinə, çıxılır.
– öz aktivlərinin tərkibində digər şirkətlərin səhmlərinin nəzarət paketlərinə malik olan səhmdar şirkətlər və ya korporasiyalardır. Səhmlərin nəzarət paketi dedikdə, digər şirkətlərin və korporasiyaların kapitalında iştirak payı başa düşülür. Bu, onların fəaliyyəti üzərində tam nəzarətin və səhmdarların və ya bu şirkətlərin idarəetmə orqanlarının ümumi iclaslarında qəbul edilən ən vacib qərarların qəbul edilməsi və ya rədd etmə hüququnun təminatına imkan verir. Bunun nəticəsində onlar fəaliyyətin vahid strategiyasını, siyasətini və taktikasını, holdinq kompaniyasının bütün bölmələrinin maraqlarının razılaşdırılmasını və nəzərə alınmasını həyata keçirir və ya fəaliyyətin, uyğun olaraq riskin diversifikasiya prosesini sürətləndirir. Holdinqlər iri müəssisələrin tərkibindən hüquqi sərbəst törəmə müəssisələr kimi bölmələrin ayrılması; hüquqi sərbəst müəssisələrin səhm paketlərinin birləşdirilməsi; yeni
səhmdar cəmiyyətlərinin təşkil edilməsi şəklində yaradılır. Holdinq şirkətlərinin ana firması digər şirkətlərin səhmlərinin çox da böyük olmayan hissəsinə malik olmaqla, onların fəaliyyətinə nəzarət edir, yəni mülkiyyətinə sərəncam verir. Holdinq şirkətlərinin əsas funksiyaları aşağıdakılardır: investisiyalaşdırma, innovasiyalaşdırma və marketinq. Holdinq şirkətləri iki yerə bölünür: səhmdar holdinq şirkətləri və qeyri-səhmdar holdinq şirkətləri.
inflyasiyaya görə aktivlərin qiymətlərinin dəyişməsi nəticəsində onların sahiblərinin əldə etdikləri mənfəətdir (zərərdir). MHS-də yenidən qiymətləndirmə hesabı göstəricisidir. Holdinq mənfəətinin hesablanması üçün fərdi qiymət indeksindən istifadə etməklə, orta illik qiymətlə aktivlərin yenidən qiymətləndirilməsi metodu tətbiq edilir.
statistik təhlil vahidləri hesab edilir. O, xərclərin və istehsal prosesinin yekcinsliyi üzrə müəyyənləşdirilən vahid iqtisadi fəaliyyət növünün həyata keçirilməsi, həmçinin yekcins məmulatların buraxılması ilə xarakterizə olunur. Öz növbəsində, məhsullar təsnifatına uyğun olaraq, sərf olunan (ilkin) və buraxılan məhsullar öz fiziki xarakteristikalarına, emal səviyyəsinə və tətbiq olunan istehsal texnologiyalarına görə bir- birindən fərqlənirlər. Homogen istehsal vahidləri bir institusional vahidə və ya onun hissəsinə uyğun ola bilər və əksinə, o heç vaxt iki müxtəlif institusional vahidə aid ola bilməz.
– S şəkilli əyrilərə aid olan trend növüdür. Bu əyrinin tənliyi aşağıdakı şəkildə olur: 1 * b t a k y =
a və b parametrləri Hompers əyrisinin formasını müəyyən edir. Əgər ln a<0-sa, əyri S şəklli formanı alır. Bununla yanaşı, funksiya k parametrinin qiymətinə bərabər olan yuxarı asimptota malik olur. Əgər ln a>0 olarsa, onda asimptota əyrinin aşağısından keçir, bununla yanaşı, b<1 üçün monoton əyri aradan çıxır (azalır), b>1 üçün isə monoton artır. Hompers əyrisində ən çox diqqəti cəlb edən ln a<0 və b<1 olan hallarda, bu növ əyridən təcrübədə “doyma” ilə müxtəlif proseslərin təsvir edilməsi üçün istifadə edilir. Hompers əyrisi tənliyinin loqarifmləşdirilməsi yolu ilə şəkli dəyişdirilmiş eksponentə keçilir: ln y t
k + b
t * ln a
HOSPĐTALA YERLƏŞDĐRĐLMĐŞ XƏS- TƏLƏRĐN TƏRKĐBĐ – stasionarda müalicədə olan xəstələrin yaş, cins, xəstəlik, bölmə profili üzrə bölünməsidir. Bu əlamətlər üzrə aşağıdakı
hesablanır: hospitalda yerləşdirilənlərin strukturu, müalicənin orta uzunluğu, əhalinin ayrı-ayrı qruplarının hospitalda yerləşdirilmə tezliyi, ölüm hallarının sayı. HTML (HYPERTEXT MARKUP LAN- GUAGE) – brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML Đnternetin fundamental baza texnologiyasıdır. HTML veb-səhifənin növünü və funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir. Hipermətn koduna malik
olan fayllar
(.htm) və
(.html) genişləndirməsi ilə göstərilir. HÜQUQ STATĐSTĐKASI
- hüquqi pozuntuların və onlar üzərində sosial nəzarət tədbirlərinin öyrənilməsi sahəsində tətbiq olunan, hüquq
elminin ümumi
prinsiplərinə və
mahiyyətinə əsaslanan statistikanın ümumi
nəzəriyyəsinin əsasları və üsulları sistemidir. Hüquq statistikasının göstəriciləri ictimai və dövlət quruluşunun və mülkiyyətin müxtəlif
259
formalarının qorunmasını, ayrı-ayrı fiziki və hüquqi şəxslərin Konstitusiya ilə verilmiş hüquq və maraqlarının müdafiə olunmasını əks etdirir. Hüquq statistikasının əsas məqsədi – Daxili Đşlər Nazirliyi, Prokurorluq və məhkəmələr tərəfindən qanun pozuntularının hesaba alınması və qanun pozuntularına qarşı həyata keçirilən tədbirlərdən ibarətdir. Hüquq statistikası cinayət hüququnu, ictimai və dövlət quruluşunun inzibati – mülki hüquqlarını, mülkiyyətin bütün formalarında vətəndaşların, təşkilatların hüquq və maraqlarının mühafizəsini həyata keçirən bütün dövlət orqanlarının işlərini nəzərə alır. Hüquqi pozuntuların xüsusiyyətləri nəzərə
alınmaqla, hüquq
statistikası aşağıdakılara bölünür: a) cinayət-hüquq statistikası; b) mülki-hüquq statistikası; c) inzibati-hüquq statistikası. HÜQUQ SUBYEKTĐ – 1) qanuna görə, birbaşa özü və ya nümayəndəsi vasitəsi ilə hüquqi qayda və vəzifələrə malik olan və onları həyata keçirən şəxsdir (fiziki və ya hüquqi). Hüquq subyekti – hüquq sahəsinin bütün sahələrində hüquqi münasibətlərin vacib elementidir, baxmayaraq ki, o, bu sahələrin hər birində müəyyən spesifik xüsusiyyətə malikdir; 2) dövlət tərəfindən mühafizə olunan subyektiv hüquqlara və hüquqi vəzifələrə malik olan vətəndaşlar və təşkilatlardır. Hüquq subyektləri hüquq və fəaliyyət qabiliyyətlərinə malik olmalıdırlar. Hüquq subyektlərinə vətəndaşlar (fiziki şəxslər), dövlət, dövlət orqanları, ictimai birliklər və siyasi partiyalar daxildir. Azərbaycan Respublikasında “Vətəndaşlar” kateqoriyasına ölkə vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər (onlara verilmiş hüquq qabiliyyəti həddində), həmçinin vətəndaşlığı olmayan şəxslər daxildir. Azərbaycan dövləti hüququn xüsusi subyektidir. O, hüququn subyekti kimi, konstitusiya hüquq münasibətləri sahəsində çıxış edir.
subyektə verilən və qanuna müvafiq olaraq dövlət qeydiyyatına alınmış addır. Bu ad səhmdarlar və ya tərəfdaşlar tərəfindən dəyişdirilə bilər. HÜQUQĐ ƏHALĐ (YAZILMIŞ ƏHALĐ, SĐYAHI ƏHALĐSĐ) - hər hansı qeydiyyatla, məsələn, qeyd etmə ilə, verilmiş yaşayış məntəqəsi ilə bağlı adamların məcmusunu birləşdirən əhalinin əsas
kateqoriyalarından biridir. Hüquqi əhali nə daimi əhaliyə, nə də mövcud əhaliyə bərabər (eyni) deyil. Belə ki, bu iki kateqoriya adamların inzibati rəsmiləşdirilməsi əsasında deyil, onların yaşına xarakterik olaraq bir-birindən fərqləndirilir. Hazırkı vaxtda hüquqi əhali çox vaxt statistika müşahidələrinin obyekti olur. Belə ki, bir qayda olaraq, faktiki əhali ilə uyğun gəlmirlər.
ölkələrində aşağıdakı hüquqi status formalarına rast gəlmək olar:
fiziki şəxs sahiblik edir. - yoldaşlıq: kollektiv ad altında sahibkarlıq fəaliyyətini həyata keçirən
şəxslərin assosiasiyasıdır. O, adətən məhdud məsuliyyətlə yoldaşlıq formasını qəbul edir.
məhdud
məsuliyyətlə səhmdar
kapitalı ilə
şirkətə, yoldaşlığa və məhdud məsuliyyətlə özəl şirkətə daxil olan müəssisədir. Avropa səviyyəsində bu kimi şirkətlər üçün hesabların nəşrinin ümumi qaydaları Şuranın 4-cü direktivində göstərilmişdir.
belə
təşkilatların mövcudluğu hər bir ölkənin qanunvericiliyi ilə şərtlənir və müəyyən hüquqi statusa malik olur. Onlar ümumi prinsiplər üzrə fəaliyyət göstərir: məsələn, onlara öz xidmətlərini cəmiyyətin üzvlərinə təqdim etmək, fəaliyyətlərinə mütənasib olaraq, onlar arasında gəlirləri bölüşdürmək hüququ verilir. - digər hüquqi formalı müəssisələr: bu qrupa milliləşdirilmiş müəssisələr, dövlət müəssisələri, həmçinin dövlət və yerli icra orqanlarının inhisarında olan müəssisələr daxildir. (II) - qanuni tanınmış hüquq və vəzifələrin toplusudur: mülkiyyət hüququdur. O, fiziki şəxsə xüsusi mülkiyyətə malik olmağa aşağıdakı imkanları verir: - öz adından müxtəlif fəaliyyət növlərini həyata keçirmək və şəxsi bizneslə məşğul olmaq hüququ; - digər şəxslərlə müqavilələr bağlamaq hüququ; - məhkəmədə iddiaçı və cavabdeh kimi iştirak etmək hüququ. Bu, öz maraqlarını qorumaq deməkdir. Hüquqi status istehsal hüquqları ilə də müəyyən edilir: öz əmlakı və pul vəsaitinə malik olmaq və onları idarə etmək hüququna malik olmaq. Bütün ölkələrdə hüquqi statusu təşkil edən hüquq, qanuna müvafiq olaraq, fiziki şəxslər üçün qəbul edilir, hüquqi şəxslər üçün isə onlar müəyyən edilmiş rəsmiyyətlər yerinə yetirildikdən sonra qəbul edilir. HÜQUQĐ ŞƏXS (VƏ YA HÜQUQĐ SUBYEKT) – (I) – qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu 260
əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Hüquqi şəxs 4 xarakterik əlamətə malikdir: - müstəqil balansın (kommersiya təşkilatında), yaxud müstəqil smetaların (qeyri-kommersiya təşkilatında) mövcudluğu. Hüquqi şəxsin əmlakı mülkiyyət hüququ ilə və ya digər məhdud əşya hüququ ilə (təsərrüfat və ya əməli idarə etmə) ona aid olmalıdır; - müstəqil əmlak cavabdehliyi. Hüquqi şəxs öz öhdəlikləri üzrə xüsusiləşmiş əmlakı ilə (yalnız mülkiyyətçisi tərəfindən maliyyələşdirilən istisna təşkil edir) cavab verir; - öz adından mülki dövriyyəyə müstəqil daxil olma. Hüquqi şəxs öz adından mülki-hüquqi müqavilələri (alış-veriş, mal göndərmə, daşıma, borc, icarə, podrat və digər) bağlamaq, yaxud digər üsullarla hüquqlar əldə etmək və ya cavabdehlik daşımaq hüququna malikdir; - təşkilatı vahidlik. Hüquqi şəxslər, onun təsisçilərinin sənədlərində möhkəmləndirilmiş müvafiq sabit quruluşa malikdir. Hüquqi şəxslər iki əsas meyar üzrə təsnifləşdirilir: fəaliyyətin məqsədi; təsisçilərin hüquqi şəxsin əmlakına hüququnun növlərinə görə. Fəaliyyətin məqsədindən asılı olaraq, bütün hüquqi şəxslər iki kateqoriyadan birinə aid olurlar: öz fəaliyyətlərində əsas məqsəd mənfəət əldə etmək
olan kommersiya təşkilatları (təsərrüfatçılıq yoldaşlıqları və cəmiyyətləri, istehsal kooperativləri, dövlət və bələdiyyə müəssisələri) və əsas məqsədi mənfəət əldə etmək olmayan və əldə olunmuş mənfəətin iştirakçılar arasında bölüşdürülməsi nəzərdə tutulmayan qeyri-kommersiya təşkilatları (müəssisənin mülkiyyətçisi tərəfindən maliyyələşdirilən istehlak kooperativləri, ictimai birliklər, dini təşkilatlar, xeyriyyəçilik və
digər fondlar, assosiasiyalar). Təsisçilərin hansı hüquqları özlərində saxlanmasından asılı olaraq, hüquqi şəxsləri üç qrupa bölmək olar: - təsisçilərin məcburi hüquqlara malik olduqları, lakin əmlak hüququna malik olmayan hüquqi şəxslər (təsərrüfatçılıq yoldaşlıqları və birlikləri, istehsal və istehlak kooperativləri); - əmlaka təsisçilərin öz mülkiyyət hüquqlarını saxladıqları hüquqi
şəxslər (dövlət
və bələdiyyələrin unitar müəssisələri, o cümlədən törəmə müəssisələr, həmçinin müəssisənin mülkiyyətçiləri tərəfindən maliyyələşdirilən); - təsisçilərinin onlara münasibətdə əmlaka heç bir hüquqa malik olmadığı hüquqi şəxslər (ictimai və dini təşkilatlar (birliklər), xeyriyyəçilik və digər fondlar, hüquqi şəxslərin birlikləri - assosiasiyalar və ittifaqlar). Hüquqi şəxslər onun təşkilati hüquqi forması və yerləşdiyi yeri göstəricilərini əks etdirən adla malik olurlar. Hüquqi şəxsin adı və yerləşdiyi yer onun təsis sənədlərində göstərilir. (II) - bir çox ölkələrin qanunvericiliyində istifadə edilən “hüquqi subyekt” və ya “hüquqi şəxs” (“fiziki şəxs” termininin əksi kimi) termini ölkələrin konstitusiya və qanunlarına və hüquqi status üçün xarakterik olan xüsusi hüquq və vəzifələrə uyğun olaraq, tam hüquqi normalar kompleksinə cavab verir.
YATI – dövlət reyestrinə (rəsmi siyahı) yeni yaradılmış, yaxud
yenidən təşkil
edilmiş təşkilatların daxil edilməsi, onlara müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsərrüfat subyektinin
vasitəsilə onların hüquqi statusu müəyyənləşdirilir və maliyyə orqanlarında (vergi, sosial-müdafiə) qeydiyyatı üçün əsas sayılır. HÜQUQĐ ŞƏXSLƏRĐN, ONLARIN XÜSUSĐLƏŞDĐRĐLMĐŞ BÖLMƏLƏRĐ- NĐN VƏ SAHĐBKARLARIN DÖVLƏT STATĐSTĐK REGĐSTRĐ - hüquqi şəxslər, onların xüsusiləşdirilmiş bölmələri və sahibkarlar haqqında, onların illik mühasibat hesabatları və dövlət statistika sisteminin bütün səviyyələrində vahid metodoloji, texnoloji-proqram və texniki qərarların istifadəsi ilə statistik müşahidələr nəticəsində əldə edilmiş digər göstəricilər də nəzərə alınmaqla, məlumatların toplanmasını, işlənməsini, saxlanmasını, axtarışını və
yayılmasını təmin edən informasiya sistemidir. Hüquqi
şəxslərin, onların
xüsusiləşdirilmiş bölmələrinin və fərdi sahibkarların dövlət statistik registri hal-hazırda Azərbaycanda fəaliyyət göstərən, bütün mülkiyyət və təsərrüfatçılıq növlərindən olan müəssisə və təşkilatları özündə cəmləşdirən Statistik vahidlərin Dövlət registrinin (SVDR) inkişaf etdirilmiş forması hesab edilir.
– hüquqi şəxsin rəsmi qeyd olunmuş, reyestrə daxil edilmiş, qeydiyyat zamanı yazılmış ünvanıdır.
261
HÜQUQĐ VAHĐD – hüquqi status verilmiş vahiddir. Hüquqi vahid statistik vahid kimi təsnifləşdirilmir. Hüquqi vahid fiziki və ya hüquqi şəxs ola bilər. Aşağıdakılar hüquqi vahid hesab edilirlər: - şəxslərdən və ya onların malik olduqları və ya üzvü olduqları idarələrdən və ya ayrı-ayrı fərdi şəxslərin və ya
müəssisələrin mülkiyyəti çərçivəsində həyata keçirilməsindən və ya onlar bu
müəssisənin işçiləri hesab edilib-
edilməməsindən asılı olmayaraq, mövcudluğu qanunla tanınmış hüquqi şəxslər; - müstəqil surətdə iqtisadi fəaliyyət həyata keçirən fiziki şəxslər. Hüquqi vahidlər təklikdə, bəzən isə digər hüquqi vahidlərlə birlikdə statistik vahid olan
“müəssisə”nin hüquqi əsası hesab edilir. 262
-X- X12-arima .................................................. 262 “Xalis” ........................................................ 264 Xalis aktivlərin dəyəri ................................ 264 Xalis daxili məhsul..................................... 264 Xalis dövriyyə ............................................ 264 Xalis əlavə dəyər ........................................ 264 Xalis investisiyalar ..................................... 264 Xalis kredit vermə və ya borc alma ........... 264 Xalis milli gəlir .......................................... 264 Xalis registr tutumu .................................... 264 Xalis səhvlər və buraxılışlar ....................... 264 Xalq ............................................................ 264 Xalq təsərrüfati balansı .............................. 264 Xammal ...................................................... 265 Xammal vahidindən alınan məhsul ............ 265 Xammal və materiallar ............................... 265 Xammal, material və digər əmək əşyalarının ehtiyatlarının dəyişməsi ............................. 265 Xammal, material, digər əmək əşyaları və xidmətlərin alınması ................................... 265 Xarici bazarda ixracın payı ........................ 266 Xarici bazarda topdansatış ticarəti ............. 266 Xarici əmtəələr ........................................... 266 Xarici gömrük sərhədində nəqliyyat növü . 266 Xarici iqtisadi əlaqələr ............................... 266 Xarici iqtisadi əlaqə statistikası.................. 266 Xarici iqtisadi fəaliyyətdə xidmətlər .......... 266 Xarici investisiyalar ................................... 266 Xarici investorlar........................................ 266 Xarici kredit ............................................... 266 Xarici miqrasiya ......................................... 266 Xarici mülkiyyət ........................................ 266 Xarici portfel investisiyaları ....................... 266 Xarici ticarət ............................................... 267 Xarici ticarət balansı .................................. 267 Xarici ticarət qiyməti ................................. 267 Xarici ticarət müqaviləsi ............................ 267 Xarici ticarət üzrə gömrük statistikasının metodologiyası ........................................... 267 Xarici ticarətdə orta qiymət indeksi ........... 267 Xarici ticarətin fiziki həcm indeksi ............ 267 Xarici ticarətin qiymət indeksləri ............... 267 Xarici ticarətin ölçü vahidi təsnifatı ........... 268 Xarici ticarətin uçot sistemi ....................... 268 Xarici turizm statistikası ............................ 268 Xarici valyuta ............................................. 268 Xarici yaddaş.............................................. 268 Xedjer ......................................................... 268 Xedjerləşdirmə ........................................... 268 Xərclər ........................................................ 268 Xərclər mərkəzi .......................................... 269 Xərclər üzrə ümumi daxili məhsul ............ 269 “Xərclər-buraxılış” cədvəlləri .................... 269 “Xərclər-buraxılış” modeli ........................ 269 Xərclərin inflyasiyası ................................. 269 Xərclərin və gəlirlərin tənzimlənməsi və bölüşdürülməsi hesabları ........................... 270 Xəstəxana çarpayıları ................................. 270 Xəstəxana müəssisələri .............................. 270 Xəstələnmə ................................................ 270 Xəstələnmə cədvəlləri ................................ 270 Xəstələnmə səviyyəsi ................................. 270 Xəstəlik statistikası .................................... 270 Xəstəlik, zədə və ölümün səbəbləri təsnifatı ...................................................... 271 Xəstəliklərin beynəlxalq təsnifatı .............. 271 Xəstənin stasionarda qalma müddətinin orta uzunluğu .................................................... 271 Xətali seçmə ............................................... 271 Xətti istehsal funksiyası ............................. 272 Xətti trend .................................................. 272 Xəzinə istiqraz kağızı ................................ 272 Xidmət ....................................................... 272 Xidmət sahələrinin fəaliyyətinin nəticələri 272 Xidmət sahəsi ............................................. 272 Xidmət sahəsində ümumi əlavə dəyər ....... 272 Xidmət sahəsinin infrastrukturu ................ 273 Xidmət sahəsinin mənfəəti ........................ 273 Xidmət sahəsinin sosial-iqtisadi potensialı 273 Xidmət səviyyəsi ....................................... 273 Xidmət statistikası ..................................... 273 Xidmət tarifləri .......................................... 273 Xidmətin göstərilməsinə görə fəaliyyətdən dövriyyə ..................................................... 273 Xidmətin satışından mədaxilin həcmi ....... 273 Xidmətlər ................................................... 273 Xidmətlərə tələbat ...................................... 274 Xidmətlərin kollektiv istehlakı .................. 274 Xidmətlərin son istehlakı ........................... 274 XML - extensible markup language .......... 274 Xüsusi (şəxsi) kapital ................................. 274 Xüsusi avtokorrelyasiya funksiyası ........... 274 Xüsusi borcalma hüquqları ........................ 275 Xüsusi fondlardan sosial sığortalar üzrə müavinətlər ................................................ 275 Xüsusi gömrük statistikası ......................... 275 Xüsusi iqtisadi zona (xiz) .......................... 275 Xüsusi korrelyasiya əmsalı ........................ 275 Xüsusi mülkiyyət ....................................... 275 Xüsusi təşkil edilmiş müşahidə ................. 275 Xüsusi təyinatlı avadanlıqlar ..................... 276 263
Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri ....................................................... 276 Xüsusi təyinatlı minik avtomobilləri .......... 276 Xüsusi ticarət.............................................. 276 |
ma'muriyatiga murojaat qiling