Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet91/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   87   88   89   90   91   92   93   94   ...   183

 

KASSADA  OLAN  NAĞD  PULLA  ƏMƏ-

LĐYYATLAR

  –  iqtisadi  subyektlər  tərəfindən 

pul  vəsaitlərinin  əldə  olunması  məqsədilə  pul 

hesabları,  asan  satılan  (pula  satıla  bilən)  qiymətli 

kağızlarla, depozit, yaxud kontokorrent hesablarla 

maliyyə  əməliyyatlarıdır.  Monetar  hakimiyyət 

tərəfindən  həyata  keçirilən  kassada  olan  nağd 

pulla  əməliyyatlar  aşağıdakıları  birləşdirir:  dövlət 

kassalarının ödəniş vəsaitləri ilə təmin edilməsini; 

köçürülən  veksellərin  (“Barat  veksel”ə  bax)  və 

dövlət  istiqrazlarının  uçotu  və  inkasasiyasını; 

müxbir  hesabların  və  onlarla  əməliyyatların  idarə 

olunmasını; 

emissiyasını, 

konvertasiyasını; 

istiqraz  vərəqlərinin  və  dövlətin  digər  borc 

öhdəliklərinin idarə olunması və ödənilməsini.  



 

KEÇĐD  ĐQTĐSADĐYYATLI  ÖLKƏLƏR

  – 


keçmişdə  mərkəzləşdirilmiş  planlı  iqtisadiyyatı 

olan,  bazar  iqtisadiyyatına  keçən  Şərqi  Avropa 

ölkələri  və  keçmiş  SSRĐ-nin  respublikalarıdır. 

2009-cu  ilin  əvvəlinə  Şərqi  Avropa  ölkələri: 

Albaniya,  Bolqarıstan,  Macarıstan,  Rumıniya, 

keçmiş  Çexoslovakiya  dövlətləri  (Çexiya  və 

Slovakiya)  və  keçmiş  Yuqoslaviya  Federativ 

Respublikaları  Birliyinin  dövlətləri  (Bosniya  və 

Herseqovina,  Xorvatiya,  Sloveniya,  Makedoniya, 

Monteneqro  (keçmiş  Yuqoslaviya  Respublikası) 

və  Serbiya).  SSRĐ-i  ərazisində:  Baltik  ölkələri 

(Latviya,  Litva  və  Estoniya)  və  Müstəqil 

Dövlətlər Birliyi ölkələri. 

 

KEÇĐRĐLMĐŞ  DƏYƏR

  -  istehlak  olunmuş 

istehsal  vasitələrinin  dəyərində  maddiləşmiş, 

keçmiş əməyi əks etdirən əmtəələrin dəyərinin bir 

hissəsidir. 

Əmək 

vasitələrinin 



(binaların, 

maşınların,  avadanlıqların  və  s.)  dəyərinin 

keçməsi  tədricən,  hissə-hissə  baş  verir,  əmək 

əşyalarınınkı (xammalın, materialların, yanacağın) 

isə bütövlükdə, birdəfəlik baş verir.  

 

KEYFĐYYƏT

  –  BMT-nin  standartlar  üzrə 

beynəlxalq  təşkilatının  ĐSO  8402-1986  sənədində 

keyfiyyəti: “məhsul və xidmətlərin verilmiş və ya 

nəzərdə  tutulmuş  ehtiyacları  (tələbi)  ödəmək 

qabiliyyətini 

təsdiq 

edən 


xassə 

və 


xüsusiyyətlərinin  məcmusu”  kimi  səciyyələndirir. 

 

351


Bu  anlayışı  “Keyfiyyətin  ümumi  idarə  edilməsi” 

sərlövhəsi çərçivəsində təhlil etmək olar. 

Statistik  məlumatların  keyfiyyəti  əsasən  aşağıda 

sadalanan 

bir 

sıra 


meyarlar 

üzrə 


müəyyənləşdirilir:  

Đstifadəçilərin 

tələblərinə 

uyğunluq

əgər 


istifadəçilərin  ehtiyaclarına  uyğun  gəlirsə,  sorğu 

münasibdir. Đstifadəçilərin və onların sorğularının 

eyniləşdirilməsi vacib şərt hesab edilir. 

Dəqiqlik 

(doğruluq): 

verilmiş 

statistik 

məlumatlarla  bağlı  yekun  səhvlərin  bir  sıra 

qiymətləndirilməsindən  ibarətdir  və  bu,  düzgün 

(naməlum) 

və 


qiymətləndirilən 

kəmiyyətlər 

arasındakı fərq kimi tapılır.  

Nəticələrin  vaxtında  əldə  olunması:  əksər 

istifadəçilərin  hesab  etdikləri  kimi,  statistik 

müayinələrin  nəticələrinin  maraqlı  olması  üçün, 

onların  əldə  eldə  edilməsi  mümkün  qədər  tez 

olmalıdır.  

Müxtəlif 

mənbələrdən 

alınan 

statistik 

məlumatların  uyğunluğu:  müxtəlif  mənbələrdən 

alınan  statistik  məlumatlar,  əgər  onlar  eyni  bir 

“hadisəyə” aiddirlərsə, uyğun olmalıdır (yəni eyni 

nəticəni verməlidir).  



Nəticələrin  yayılması:  statistik  məlumatların 

yayılmasının 

düzgün 

təşkili 


statistikanın 

qiymətləndirilməsində çox vacib sayılır, çünki bu 

məlumatlar  yalnız  istifadəçilərə  çatdırıldığı  halda 

faydalı olur. 



Xərclərin  miqdarı:  məlumatların  dəqiqliyi  ilə 

onların  vaxtında  əldə  olunması,  yayılmasının 

təşkili  və  büdcəsi  arasında  ciddi  qarşılıqlı  əlaqə 

olmasını  nəzərə  alaraq,  bunları  həmişə  statistik 

materialların qiymətləndirilməsi prosesində yadda 

saxlamaq vacibdir.  



Müqayisəlilik:  əsas  məsələ  ondan  ibarətdir  ki, 

milli  konsepsiyalar  arasında  fərq  ola  bilər  və  bu 

da  öz  növbəsində  Avropa  səviyyəsində  qəbul 

edilmiş 


nəzəri 

müəyyənləşdirmələrdən 

(təriflərdən)  fərqlənə  bilər.  Avropa  Statistika 

Bürosunun  yanaşmasına  görə  bu,  məlumatların 

birləşdirilməsində 

və 


ya 

müqayisələrin 

aparılmasında bir sıra səhvlərə gətirib çıxara bilər. 

 

KEYFĐYYƏT  ƏLAMƏTLƏRĐNĐN  ƏLA-

QƏ ƏMSALI

 – iki keyfiyyət əlaməti arasındakı 

əlaqələrin 

qiymətləndirilməsinə 

və 


birinin 

əsasında 

digərinin 

hərəkətinin 

proqnozlaşdırılmasına  imkan  verən  qiymətin 

miqdar  xarakteristikasıdır.  Sıra  əlamətləri  üçün 

daha  çox  Spirmen,  Kendall  dərəcə  korrelyasiyası 

əmsalından  və  Kemen  məsafəsindən,  nominal 

əlamətlər  üçün  isə  daha  çox  Pirson  və  Çuprov 

əmsallarından istifadə edilir. Đki keyfiyyət əlaməti 

arasındakı  əlaqəni  birləşdirilmiş  cədvəl  şəklində 

vermək olar.  



 

KEYFĐYYƏT  GÖSTƏRĐCĐLƏRĐ  ĐNDEK-

  –  dinamikada  ərazilər  üzrə,  həmçinin 

layihələrlə, 

müqavilələrlə 

müqayisədə 

məcmusunun 



 

vahidlərinin 

əlamətlərinin 

(məhsulun  qiyməti  P,  maya  dəyəri  Z,  əmək 

tutumu 

t, 


material 

tutumu 


L, 

bitkilərin 

məhsuldarlığı və ya heyvanların məhsuldarlığı Y, 

maşınların  məhsuldarlığı  V  və  s.)  dəyişməsi 

səviyyəsini xarakterizə edir. 

Ayrı-ayrı məhsul və ehtiyatlar (maşınlar, fəhlələr, 

əkinlər,  heyvanlar)  üzrə  ümumi  formada  fərdi 

indekslər alınır: 

 

                                   



0

1

x



x

i

x

=

 



 

Burada 


1

x

- öyrənilən səviyyə (hesabat dövründə); 

0

x

- baza səviyyəsidir.  

Eynicinsli məhsul qrupu üzrə orta səviyyə indeksi 

müəyyənləşdirilir: 

 

                                  



0

1

x



x

i

x

=

 



Müxtəlifcinsli məhsul q

1

 və ya müxtəlif ehtiyat Q



j

 

qrupları  üzrə  aqreqat  indeksləri,  adətən,  hesabat 



dövrünün  çəkilərində  (məhsulun  q

i

  və  resursların 



Q  həcmi)  alınır.  Bu,  ümumi  formada  aşağıdakı 

kimidir:  

 





=

0

1



1

1

x



q

x

q

I

x

 və ya 


=



0

1

1



1

x

Q

x

Q

I

x

 

 



Fərdi indekslərin  

0

1



x

x

I

x

=

və q



1

x



 və yaxud Q

1

x



1

 

aqreqatlarına  dair  məlumatların  mövcudluğunda 



orta  harmonik  indeks,  məsələn,  qiymət  indeksi 

müəyyənləşdirilir: 

 

                        



i

p

q

p

q

I

p



=

1

1



1

1

 



 

Eyni  ilə  bu  qaydada  qrup  indeksləri  (Đ

qr

)  alınır. 



Keyfiyyət  göstəriciləri  indeksi  qrupuna  qeydə 

alınmış  tərkibinin  geniş  istifadə  olunan,  vacib 

indeksləri daxil edilir: 

 

qiymət indeksi 



=



0

1

1



1

p

q

p

q

I

p

 



 

352 


maya dəyəri indeksi 



=

0

1



1

1

z



q

z

q

I

z

 

 



əməyin məhsuldarlığı indeksi: 



=

1

1



0

1

t



q

t

q

I

t

 

 



eynicinsli  qrup  üzrə  bitkilərin  məhsuldarlığı 

indeksi: 



=



0

1

1



1

y

S

y

S

I

y

 və ya müxtəlifcinsli  bitki 

qrupları üzrə:   



=

0

0



1

0

1



1

p

y

S

p

y

S

I

yp

 

 



burada: S - əkin sahələri; y - əkin sahəsi vahidində 

məhsulun 

dəyəridir. 

Oxşar 


olaraq 

təhlilin 

vəzifələrindən 

və 


çıxış 

məlumatlarının 

xarakterindən  asılı  olaraq,  digər  göstəricilərin 

indeksləri də əldə edilir. 

Keyfiyyət 

göstəricilərinin 

dinamikasının 

qiymətləndirilməsi  üçün    həmçinin  dəyişən 

tərkibin  orta  səviyyəsi  indeksindən  də  istifadə 

edilir:


 



÷



=

0

0



0

0

0



1

1

1



1

p

q

z

q

p

q

z

q

I

erc

kilenortax

pmehsulaзe

 

 





÷

=



0

0

0



0

1

1



0

1

t



q

p

q

t

q

p

q

I

eri

relilikdey

emeyinseme

 

 



Onların  miqdarına  ən  keyfiyyətli  əlamətlərlə 

(maya  dəyəri,  əməyin  məhsuldarlığı  ilə)  yanaşı, 

məhsulun  tərkibində  1  manatlıq  məhsula  çəkilən 

xərclərin müxtəlif səviyyələri və ya əmək xərcləri 

vahidində  məhsulun  buraxılışında  olan  irəliləyiş 

də təsir göstərir. 



 

KEYFĐYYƏTƏ  STATĐSTĐK  NƏZARƏT

  – 

əldə  olunan  keyfiyyət  səviyyəsinin  və  ondakı 

dəyişikliklərin  meyllərinin  qiymətləndirilməsində 

istifadə  olunan  metodlardır,  riyazi  statistikanın 

bölməsidir.  Keyfiyyətə  statistik  nəzarət  məhsulun 

keyfiyyətinin  idarə  edilməsi  üzrə  tədbirlərin 

ümumi sistemində mühüm rol oynayır. 

 

KEYFĐYYƏTĐ 

NƏZƏRƏ 

ALMAQLA 

TƏSHĐH

 

– 

beynəlxalq 

müqayisələrin 

aparılmasında 



təmsilçi-malların 

keyfiyyətində 

fərqlərin 

uçotudur. 

Təmsilçinin 

qeyri-oxşar 

olduğu 


və 

onun 


əvəz 

edilməsi 

və 

ya 


kənarlaşdırılması  yolu    ilə  aradan  qaldırılması 

mümkün 


olmadıqda, 

malın 


keyfiyyətindəki 

fərqliliyin  uçotu  nümayəndənin  qiymətinə  düzəliş 

əmsalı  daxil  edilməklə  həyata  keçirilir.  Təshih, 

mal  haqqında  doğru  və  tam  məlumat  olduğu 

hallarda aparılır. Bəzən elə vəziyyət  mövcud olur 

ki,  belə  hallarda  ölçülən  parametrlərə  (S-tipli 

təshih) və bilavasitə keyfiyyət tipli (R-tipli təshih) 

ölçülməyən 

fərqlərə 

kənarlaşmanın 

düzəliş 


əmsalının daxil edilməsi zəruriliyi yaranır.  

C-tipli  ölçülən  parametrlərdə  kənarlaşmalar  xətti 

(düz  mütənasib)  yenidən  hesablamanın  (məsələn, 

qablaşdırmanın  ölçülərindəki  fərqlərin  uçotu 

üçün) köməyi ilə və ya bir əsas və yaxud bir neçə 

qiymət  əmələ  gətirən  parametrlər  mövcud 

olduqda,  qedonizm  metodunun  köməyi  ilə 

müqayisəli 

şəklə 

gətirilə 



bilər. 

Çoxamilli 

mürəkkəb  statistik  metodlardan  istifadə  heç  də 

həmişə qənaətbəxş nəticə vermir, xüsusilə “Maşın 

və  avadanlıqlar”  qrupunun  mürəkkəb  texniki 

məmulatları üçün. 

Bilavasitə  ölçülməyən  parametrlər  üzrə  mal  və 

xüsusilə  də  xidmətlərin  fərqlərinə  aid  olan 

keyfiyyətdəki  (R-tipli  təshih)  fərqləri  uçota 

(nəzərə)  almaq  daha  çətindir.  Malın  qiymət  və 

xüsusiyyətləri  arasındakı  qarşılıqlı  əlaqəyə  onun 

çoxamilli  asılılıq  formasında  verilməsi  vasitəsilə 

baxılır.  Hal-hazırda  dəqiq  metodiki  tövsiyələr 

işlənməmişdir  və  onlara  münasibət  ziddiyyətlidir. 

Geniş  mənada  həmçinin  standartda,  tərtibatda, 

orijinallıqda 

mövcud 

olan 


fərqləri 

də 


qiymətləndirmək lazımdır. Bununla yanaşı, nəzərə 

almaq  lazımdır  ki,  müxtəlif  nəsildən  olan  mallar 

(avtomobillər,  EHM,  təyyarələr,  tozsoranlar, 

maşınlar və s.) bir çox hallarda qiymət və qiymət 

əmələgətirmə  parametrlərində  müxtəlif  qarşılıqlı 

əlaqəyə malik olurlar ki, bu da sadə təshihə imkan 

vermir.  

Eyni  zamanda,  “sair  hallar”  adlanan  hallar  da 

mövcuddur  ki,  burada  keyfiyyətdəki  fərqlərin 

şübhəsizliyinə baxmayaraq, fərqlərin ölçülməsinin 

özü və qiymətləndirmə standart metodlardan (poçt 

və rabitənin, ictimai nəqliyyatın, bərbərxananın və 

s. xidməti) fərqlənir. Qiymətləndirmənin bütün bu 

hallarının 

tərkibində 

subyektiv 

elementlər 

mövcuddur.  Bu  növlərin  qiymətlərinin  təshih 

edilməsi,  bir  qayda  olaraq,  zəif  əsaslandırılmışdır 

və  ondan  mümkün  qədər  ehtiyatlı  istifadə 

edilməlidir.  Belə  ki,  onlar  paritetlərə  və  müvafiq 

olaraq,  dəyərin  real  həcminə  təsir  göstərir.  Buna 

görə  də,  belə  təshihlərin  aparılmasında  onların 

qaçılmaz olduğuna əmin olmaq lazımdır. 

 

KEYNS



  (Keynes)  Con  Meynard  (1883–1946)  – 

ingilis 


iqtisadçısı, 

publisist, 

Kembric 

Universitetinin  professoru  (1920)  -  dövlət 

tənzimləməsi  nəzəriyyəsində  müəyyən  məşğulluq 

və kapital qoyuluşu siyasətinin nəticələri əsasında 



 

353


əhalinin  artması  və  iqtisadi  dinamikasının 

asılılığını  təhlil  etmişdir;  kapitalın  yenidən 

toplanması  və  işçi  qüvvəsinin  artıq  olmasını 

iqtisadiyyatın  inkişafında  zəruri  nəticə  hesab 

edərək, 

“investisiyaların 

sosiallaşması” 

zəruriliyini  müdafiə  etmişdir.  Đlk  dəfə  valyuta-

maliyyə  siyasətinin  həyatın  dəyəri  dinamikasına, 

məşğulluğun nominal əmək haqqının dəyişməsinə 

təsirini  tədqiq  etmişdi.  Hesab  edirdi  ki,  əgər 

sənaye  ölkələri  daxili  siyasətin  köməyi  ilə  tam 

məşğulluğu  təmin  edə  və  əhalinin  dinamikasında 

tarazlığa nail ola bilsələr, onların arasında iqtisadi 

ziddiyyətlər  yox  ola  bilər.  “Tam  məşğulluq” 

dedikdə,  Keyns  normal  işsizlik  səviyyəsinin 

saxlanılması  kimi  və  bu  səviyyənin  fəhlələrin 

əmək  haqqına  müəyyən  təzyiq  göstərməsi 

funksiyasının  yerinə  yetirilməsi  üçün  kifayət 

olduğu,  lakin  bütövlükdə  cəmiyyət  üçün  ciddi 

təhlükə yaratmayan səbəb kimi başa düşürdü. 

Keyns  doktrinası  və  onun  modifikasiyaları 

iqtisadiyyatın  dövlət  tənzimləməsində  iqtisadi 

nəzəriyyə  və  praktikada  mühüm  rol  oynamaqda 

davam edir. Məşğulluq, sosial təminat, səhiyyə və 

digər  sahələrdə  dövlət  proqramlarına  yönəldilmiş 

sosial-iqtisadi  siyasət  obyektiv  olaraq  əhalinin 

təkrar istehsalının şərtlərini müəyyən edir. 

Ən məşhur əsərlərindən biri “Məşğulluq, mənfəət, 

faizin və pulun ümumi nəzəriyyəsi”dir (1936).  



 

KƏND  ƏHALĐSĐ

  -  ölkənin  kənd  yaşayış 

məntəqələrində  yaşayan  insanlardan  ibarətdir. 

Kənd  təsərrüfatı  əhalisindən  fərqli  olaraq, 

insanların  kənd  əhalisinə  aid  olmaları  üçün 

onların  məşğuliyyət  xarakteri  deyil,  yalnız 

yaşadıqları məkan əsas götürülür. 

 

KƏND  TƏSƏRRÜFATI

  –  kənd  təsərrüfatı 

bitkilərinin  becərilməsi  və  kənd  təsərrüfatı 

heyvanlarının  yetişdirilməsi  əsasında  yeyinti 

məhsulları və sənaye üçün xammal  mənbəyi olan 

iqtisadiyyat  sahəsidir.  Heyvandarlıq  və  bitkiçilik 

(əkinçilik) 

kimi 

altsahələri 



vardır. 

Kənd 


təsərrüfatında  əsas  istehsal  vasitəsi  torpaqdır. 

Kənd  təsərrüfatına  bir  sıra  xüsusiyyətlər  xasdır: 

istehsal  prosesində  bioloji  və  təbii  amillərdən 

istifadə 

edilməsi, 

istehsalın 

mövsümiliyi, 

təsərrüfatçılıq  obyektlərinin  yerləşdirilməsi  (kiçik 

hissələrlə) və s. 

 

KƏND 

TƏSƏRRÜFATI 

BĐTKĐLƏRĐ 

MƏHSULLARININ  ÜMUMĐ  YIĞIMI

  –  

bütün  əkin  sahələrindən  istehsal  olunmuş  (faktiki 

yığılmış)  məhsulların  həcmidir.  Ayrı-ayrı  bitkilər 

(kartof,  şəkər  çuğunduru,  günəbaxan  və  s.)  və  ya 

bitki  qrupları  (dənli  və  paxlalı,  tərəvəz,  bostan, 

yem  üçün  kökümeyvəlilər  və  s.)  üzrə  hesablanır. 

Statistika  orqanları  kənd  təsərrüfatı  bitkiləri 

məhsullarının  ümumi  yığımının  miqdarını  ölkə, 

region, 

həm 


də 

hər 


bir 

inzibati 

rayon 

səviyyəsində,  bütün təsərrüfat kateqoriyaları üzrə 



və  ayrılıqda  kənd  təsərrüfatı  müəssisələri,  fərdi 

sahibkarlar,  ailə  kəndli    və  ev  təsərrüfatları  üzrə 

uçota alır.  

Məhsulun  yığımdan  əvvəlki  görünən  mənzərəsini 

faktiki yığımdan fərqləndirilir.  

Statistika  təcrübəsində  əksər  kənd  təsərrüfatı 

bitkilərinin  məhsulları  ilkin  mədaxil  çəkisi  ilə  

(pambıq  və  tütün  hesablama  çəkisində)  uçota 

alınır.  Dənli  bitkilərin  və  dən  üçün  günəbaxanın 

ümumi  yığımları  həm  ilkin  mədaxil  çəkisində, 

həm  də  təmizlənmədən  sonrakı  çəkidə    göstərilir. 

Yağlı  bitkilər  (qıvrım-kətan,  xardal,  soya, 

gənəgərçək  və  s.)  üzrə    döyülərək  təmizlənmiş 

toxumların miqdarı əks olunur. Keşniş toxumunun 

yığımı  hesablama çəkisində göstərilir. 

 

KƏND  TƏSƏRRÜFATI  BĐTKĐLƏRĐNĐN 

MƏHSULDARLIĞI

  –  vahid  sahədən  (örtülü 

torpağın  hektarından  və  ya  m

2

-dən)  kənd 



təsərrüfatı 

məhsullarının 

orta 

toplanışını 



xarakterizə  edən  göstəricidir.  Kənd  təsərrüfatı 

məhsullarının  aşağıdakı  göstəricilər  sistemi  tətbiq 

olunur:  bitkilərin  vegetasiyası  (cücərməsi)  və  ya 

məhsuldarlıq  növlərinin  müəyyən  dövr  ərzində 

formalaşan  məhsuldarlığının  miqdarı;  yığımdan 

əvvəl  köküstü  məhsuldarlıq;  kənd  təsərrüfatı 

bitkilərinin 

yığım 


sahəsinə 

görə 


faktiki 

məhsuldarlığı.  Statistikada  məhsuldarlıq  demək 

olar  ki,  bütün  kənd  təsərrüfatı  bitkilərində  yazda 

dəqiqləşdirilmiş  məhsuldar  sahənin  1  hektarına 

hesabı  ilə  də  hesablana  bilər.  Çətənə  və  kənaf 

(toxumçuluğa),  birillik  və  çoxillik  otlar  (quru  ot, 

yaşıl  yem  və  toxum  üçün),  təbii  biçənəklər, 

mədəni  və  yaxşılaşdırılmış  otlaqlar  üzrə  orta 

məhsuldarlıq yalnız faktiki yığılmış sahə vahidinə 

hesablanır.  Əksər  kənd  təsərrüfatı  bitkilərində 

faktiki  məhsuldarlığı  hesablamaq  üçün  ilkin 

mədaxil edilmiş çəkidə (dənlilər üzrə - iş tam başa 

çatdırıldıqdan 

sonra) 


ümumi 

yığım 


göstəricisindən istifadə edilir.  

 

KƏND  TƏSƏRRÜFATI  HEYVANLARI-

NIN  MƏHSULDARLIĞI

  –  müəyyən  dövrdə 

bir heyvan hesabı ilə orta məhsul verimidir. Kənd 

təsərrüfatı 

heyvanlarının 

məhsuldarlığı 

göstəriciləri faktiki məhsul verən heyvanlar qrupu 

üzrə  və  ya  bu  məhsulun  istehsalı  üçün  saxlanılan 

bütün 

heyvan 


qrupları 

üzrə 


hesablanır. 

Göstəricilərin  hesablanması  zamanı  bu  məhsulun 

istehsalında,  onlar  üçün  ikinci  dərəcəli  olan 

heyvanlar  nəzərə  alınmamalıdır.  Bir  inək  və 

camışdan  orta  süd  sağımı  ilin  əvvəlinə  süd  verən 

sürüdəki  bir  inək  və  camışdan,  onların  orta  illik 

sayı hesabı ilə hesablana bilər. Bir qoyundan orta 


 

354 


yun  qırxımı  ümumi  yun  qırxımını  qoyunların  ilin 

əvvəlinə  olan  sayına  bölməklə  hesablanır;  bu 

göstərici 

ayrıca 


olaraq 

zərifyunlu, 

yarım 

zərifyunlu,  yarım  qabayunlu,  qabayunlu  qoyunlar 



üzrə  də  hesablanır.  Bəslənmədə,  kökəltmədə  və 

yemləmədə  olan  bir  baş  malın  kütləsinin  orta 

günlük  artımı  bəslənmədə,  kökəltmədə  və 

yemləmədə  olan  malın  ayrıca  olaraq  hər  bir 

heyvan 

növləri 


və 

qrupları 

üzrə 

malın 


saxlanmasının  yem  günlərinin  həcminə;  müəyyən 

vaxt anına bir baş malın orta kütləsi (yemləmədən 

çıxarılma,  satış  və  s.)  –  malın  ümumi  kütləsini 

onun  sayına  bölməklə  hesablanır.  Yumurtlayan 

toyuqların  orta  yumurtlama  qabiliyyəti  -  il  üçün 

toyuq 


yumurtalarının 

sayını 


yumurtalayan 

toyuqların  orta  illik  sayına  bölməklə  hesablanır. 

Yuxarıda  göstərilənlərdən  başqa,  məhsuldarlığın 

aşağıdakı  göstəriciləri  müəyyən  olunur:  bir  baş 

quşun  orta  çəkisi,  bir  dovşanın  orta  çəkisi,  ilin 

əvvəlinə  və  ya  bal  yığımı  dövründə  olan  bir  arı 

ailəsindən  orta  bal  alınması,  bir  barama  toxumu 

qutusuna  (barama  qurdunun  yumurtası)  düşən 

barama alınması. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   87   88   89   90   91   92   93   94   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling