Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Əməyin mexanikləşdirilməsi səviyyəsi
- KƏND TƏSƏRRÜFATI MƏHSULLARI- NIN ĐSTEHSAL ĐNDEKSĐ
- KƏND TƏSƏRRÜFATI MƏHSULLARI- NIN SATIŞ QĐYMƏTĐ
- KƏND TƏSƏRRÜFATI MƏHSULLARI- NIN SATIŞI
- KƏND TƏSƏRRÜFATI MƏHSULLARI- NIN SATIŞI STATĐSTĐKASI
- KƏND TƏSƏRRÜFATI MƏHSULUNUN MAYA DƏYƏRĐ
- KƏND TƏSƏRRÜFATI MÜƏSSĐSƏSĐ
- KƏND TƏSƏRRÜFATI SĐYAHIYAALIN- MASI
- KƏND TƏSƏRRÜFATI STATĐSTĐKASI
- KƏND TƏSƏRRÜFATI TĐKĐNTĐSĐ
- KƏND TƏSƏRRÜFATI YERLƏRĐ
- KƏND TƏSƏRRÜFATINDA ĐXTĐSAS- LAŞMA
- KƏND TƏSƏRRÜFATINDA MATERĐAL XƏRCLƏRĐ
- KƏND TƏSƏRRÜFATININ ENER- GETĐK GÜCLƏRĐ (at gücündə)
- KƏND TƏSƏRRÜFATININ ĐNTENSĐV- LƏŞDĐRĐLMƏSĐ
- KƏND TƏSƏRRÜFATININ ÜMUMĐ MƏHSULU – özündə
- Bitkiçilik məhsulları
- Heyvandarlıq məhsulları
KƏND TƏSƏRRÜFATI ĐSTEHSALININ MEXANĐKLƏŞDĐRĐLMƏSĐ
- əsas (texnoloji) işlərin yerinə yetirilməsi üçün maşın, mexanizm və avadanlıqların istehsalda tətbiqi prosesidir. Statistika təcrübəsində işlərin mexanikləşdirilməsi səviyyəsi hesablanır. Bitkiçilikdə bu göstərici maşınlarla yerinə yetirilmiş müəyyən növ işin həcminin, həmin növ işin (tərəvəz, kartof, şəkər çuğunduru və s. yığımı) ümumi
həcminə nisbəti
kimi hesablanır; heyvandarlıqda - konkret növ işlərin (suyun verilməsi, yemin paylanması, tövlənin (yerin) təmizlənməsi və
s.) mexanikləşdirildiyi fermalarda və komplekslərdə olan mal-qaranın bu növdən olan mal-qaranın ümumi sayında payı kimi tapılır; Heyvandarlıqda mexanikləşdirmə səviyyəsinin müəyyənləşdirilməsində ümumiləşdirici göstərici suyun
verilməsi, yemlərin paylanması, tövlənin peyindən təmizlənməsi kimi işlərin
eyni vaxtda
mexanikləşdirilməsi daxil olan fermalarda və komplekslərdə işlərin kompleks mexanikləşdirilməsi hesab edilir; göstərilənlərdən əlavə, bu göstəricilərə inək tövlələrində inəklərin sağılması, yumurtlayan toyuqlar üçün
isə yumurtaların yığılması daxildir. Əməyin mexanikləşdirilməsi səviyyəsi mexanikləşdirilmiş əmək sərfinin ümumi əl işi və mexanikləşdirilmiş əmək sərfinə olan nisbəti kimi hesablanır.
kənd
təsərrüfatı bitkilərinin becərilməsi, kənd
təsərrüfatı heyvanlarının, quşların, dovşanların, arıların, ipək qurdlarının və
xəz dərili
heyvanların yetişdirilməsindən alınan məhsulların, həmçinin bu məqsədlər üzrə göstərilən aqrotexniki, zootexniki, baytarlıq, meliorasiya və su təsərrüfatı təşkilatları xidmətlərinin dəyəridir. Bazar
məqsədləri və ya istehsalçının öz tələbatını (şəxsi istehlaka, toxuma, yemə və s. məsrəflər) təmin etmək üçün nəzərdə tutulur. Kənd təsərrüfatı məhsullarının buraxılışı qismən aşağıdakı kimi qiymətləndirilir: bazar məhsulları satışının faktiki qiymətləri üzrə; qeyri-bazar məhsulları – oxşar bazar məhsullarının əsas qiymətləri və ya istehsal olunmuş məhsulun maya dəyəri üzrə. Kənd təsərrüfatı məhsulları buraxılışının tərkibindəki xidmətlər, onların faktiki ödənişləri ilə, bu xidmətlər pulsuz göstərildikdə isə xərclər üzrə qiymətləndirilir.
NIN ĐSTEHSAL ĐNDEKSĐ – hesablanarkən keçən ilin müqayisəli qiymətləri ilə onun həcm göstəricilərindən istifadə edilir. Kənd təsərrüfatı məhsullarının istehsal indeksi müqayisə edilən dövrlərdə istehsal olunan
bitkiçilik və
heyvandarlıq məhsullarının kütləsinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir.
müəssisələri və təşkilatlarının istehsal etdikləri kənd təsərrüfatı məhsullarını satdıqları qiymətdir. Belə qiymətlərlə müqavilələr əsasında tədarüklə məşğul olan təşkilatlar icarədarlarla, fərdi təşkilatlar, ailə kəndli
təsərrüfatları ilə
hesablaşmaları həyata keçirirlər. 1992-ci ildən satış qiymətləri sərbəstdir və tərəflərin razılığına əsasən müəyyən edilir. Onların quruluşu məhsulların istehsalına xərcləri və tələb və təklifin təsiri altında əmələ gəlmiş mənfəəti nəzərə alır. Satış qiymətləri kənd təsərrüfatı xammalından hazırlanan yüngül və yeyinti məhsullarının pərakəndə qiymətləri ilə sıx bağlıdır; onların səviyyəsinə kənd təsərrüfatı üçün satılan sənaye məhsullarının (texnika, gübrə, bitkilərin qorunmasının kimyəvi vasitələri, elektrik enerjisi, yanacaq-sürtgü materialları və s.) topdansatış qiymətləri də təsir göstərir.
– bilavasitə kənd təsərrüfatı mallarının istehsalçıları tərəfindən məhsulun satışı prosesidir. Satılmış məhsula həm məbləği faktiki ödənilən yüklənmiş (buraxılmış) məhsul, həm də ödənişi müəssisənin hesabına hələlik daxil olmamış və ya ödəniş hesabına veksel alınmış
355
məhsul daxil edilə bilər. Satışın həcminə - kənd təsərrüfatı müəssisələrinin, ailə
kəndli təsərrüfatlarının bazarda satışları, tədarük qaydasında birjalarda, hərraclarda, özünün şəxsi ticarət şəbəkəsindən və ictimai
iaşə müəssisələrindən, barter və s. üzrə satdıqları məhsul, həmçinin əhali tərəfindən bazarda tədarük qaydasında əmtəə və xidmətlərin ödənişinə görə satdıqları, bağışladıqları, borcların ödənilməsinə görə verdikləri məhsul və s. daxil edilir. Kənd təsərrüfatı məhsullarının satışının həcmi natura ilə və hesabat dövründə faktiki mövcud qiymətlərlə dəyər ifadəsi ilə hesablanır. Kənd təsərrüfatı məhsullarının tədarükü – dövlətin kənd təsərrüfatı məhsullarının, xammallarının və ərzağın sonrakı təkrar istehsalı və ya qarşılıqlı mənfəət şəraitində istehlakçıya (alıcıya) satışı üçün
əmtəə istehsalçılarından təşkil olunmuş alış formasında olan, məhsul satışının formalarından biridir. Tədarük əsasında dövlətin ehtiyacları üçün məhsul, xammal və ərzaq fondu formalaşdırılır. Məhsul tədarükünü ölkə v ə ya icra hakimiyyəti orqanları, yaxud onların tapşırığı ilə müəssisələr, təşkilatlar, kommersiya strukturları və s.
tərəfindən müəyyən edilmiş dövlət sifarişçiləri həyata keçirirlər.
təsərrüfatı statistikasının bir bölməsidir, kənd təsərrüfatı məhsullarının satışı prosesini öyrənir; ölkənin
ərzaq və
xammal fondlarının formalaşdırılması üzərində operativ müşahidəni təmin edir, özünün ticarət şəbəkəsi və ictimai iaşə müəssisələri vasitəsilə, barter üzrə, əmək haqqı formasında və s. kənd təsərrüfatı məhsullarının bazarlara, birjalara, hərraclara satış həcmini qeydə alır;
kənd təsərrüfatı məhsullarının istehsalçılarının və alıcılarının (müəssisələrin, təşkilatların, fiziki şəxslərin) tərkibini; bazarın infrastrukturu və rəqabət vasitələri, qiymət səviyyəsi və s. vəziyyətini öyrənir.
MAYA DƏYƏRĐ – məhsulun (işin, xidmətin) istehsalı prosesində istifadə olunan xammalın, materialların, yanacağın, enerjinin, əsas fondların (amortizasiya həcmində), əmək ehtiyatlarının (ayırmalarla əmək haqqı ölçüsündə), həmçinin istehsal xərclərinin (istehsal maya dəyəri) dəyər qiymətidir. Maya dəyərinin hesablanmasında aşağıdakı əsas məsrəf hissələri konkret becərilən bitki, ya da heyvanların növünə aid edilir: əmək haqqının ödənilməsi xərcləri, yanacağın dəyəri, sürtgü materialları, toxum, yemlər, döşəmə, gübrələr, bitki və heyvanları qoruma vasitələri, konkret kalkulyasiya obyektləri ilə əlaqəli digər xərclər. Müəyyən məhsul növlərinin maya dəyərinə birbaşa daxil edilməsi mümkün olmayan xərclər (köməkçi istehsal xərcləri, ümümistehsal və ümumtəsərrüfat xərcləri) dolayı metodlarla bölüşdürülür. Tam, ya da kommersiya maya dəyərini istehsal maya dəyərinin və məhsulların satış xərclərinin (məhsulun satışı ilə əlaqədar xərclər: saxlama, qablaşdırma, nəqliyyat xərcləri) cəmi yaradır.
–
mülkiyyətində və ya təsərrüfatının aparılmasında torpağı, həmçinin digər xüsusiləşdirilmiş əmlakı olan və bitkiçilik və heyvandarlıq məhsulları istehsalını, kənd təsərrüfatına xidməti həyata keçirən hüquqi şəxsdir.
Təsərrüfatçılığın kənddə üstünlük təşkil edən təşkilati-hüquqi formalı ailə kəndli təsərrüfatlarıdır. Bu təsərrüfatlarla yanaşı, həmçinin digər müəssisələr fəaliyyət göstərir: təsərrüfatlararası, sənaye, nəqliyyat və digər müəssisə və təşkilatların, elmi-tədqiqat idarə və təşkilatlarının yardımçı təsərrüfatları. Kənd təsərrüfatı müəssisələrinin statistik öyrənilməsi statistika orqanlarının apardığı statistik müşahidələr, seçmə müayinələr, həmçinin
MASI - kənd təsərrüfatının vəziyyəti haqqında statistik məlumatların toplanmasının xüsusi təşkil olunmuş birdəfəlik prosesidir. Siyahıyaalma ölkənin bütün ərazisini və ya onun hissələrini əhatə edə, kənd təsərrüfatı istehsalının ayrı-ayrı elementlərini və ya onun bütün məcmusunu öyrənə bilər. Kənd təsərrüfatı siyahıyaalınması eyni bir ana müşahidə vahidlərinin qeydiyyatı ilə, vahid proqram və metodologiya əsasında həyata keçirilir. 1950-ci ildən BMT-nin FAO təşkilatı 10 ildə bir
dəfə ümumi
kənd təsərrüfatı siyahıyaalınması keçirilməsi üçün metodologiya hazırlayır və onun keçirilməsi üçün bütün ölkələrə tövsiyələr verir.
Azərbaycan müstəqillik qazandıqdan sonra
ilk kənd
təsərrüfatı siyahıyaalınması 2005-ci ildə keçirilmişdir.
1) sosial-iqtisadi statistika sahəsidir, kənd təsərrüfatı istehsalının kütləvi hadisələri və proseslərinin statistik göstəricilər sistemini öyrənir, onların dərketmə metod və üsullarını işləyib hazırlayır; 2) kənd təsərrüfatı istehsalının şəraiti, hərəkəti, nəticələri və səmərəliliyi haqqında statistik məlumatların toplanmasını, işlənməsini, təhlilini və yayılmasını təmin edən praktiki fəaliyyət sahəsidir; 3) kənd təsərrüfatının vəziyyəti haqqında məlumatların məcmusudur. Kənd təsərrüfatı statistikasında əsas müşahidə
356
vahidləri müxtəlif növ və formalardakı kənd təsərrüfatı müəssisələri, ailə kəndli və ev təsərrüfatları hesab edilir. Đstehsalın şəraiti və nəticələrinin tədqiqində eyni zamanda torpaq sahələri, heyvanlar, işçilər və s. müşahidə vahidi ola bilər. Onlar haqqında məlumatların toplanması statistika müşahidələrinin köməyi ilə həyata keçirilir. Məlumatların mənbəyi ilkin hesabat sənədləri, ya
da vətəndaşların bilavasitə sorğusudur. Statistik məlumatlar bütünlükdə kənd təsərrüfatı statistikası, bitkiçilik və heyvandarlıq sahələri üzrə, mülkiyyət formaları və
təsərrüfat kateqoriyaları üzrə, inzibati-ərazi bölmələri üzrə birləşdirilir (“Kənd təsərrüfatı”, “Bitkiçilik (əkinçilik) statistikası”, “Heyvandarlıq statistikası”, və “Kənd təsərrüfatı siyahıyaalınması”na bax).
– kənd təsərrüfatı sahəsinə xidmət edən su təsərrüfatı tikintisi də daxil olmaqla, kənd təsərrüfatı təyinatlı istehsal əsas fondlarının yenilərinin yaradılması, fəaliyyət göstərənlərinin genişləndirilməsi, yenidən qurulmasıdır.
təsərrüfatı məhsullarının əldə edilməsi üçün müntəzəm istifadə olunan torpaq yerləridir. Bunlara əkin yerləri, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, biçənək və otlaqlar daxildir.
LAŞMA – əməyin ictimai bölünməsi və onun səmərəli təşkili formalarından biridir. Özünü öz aralarında bazar əlaqələri olan sərbəst sahələrdə, istehsalda və müəssisələrdə ayrı-ayrı kənd təsərrüfatı məhsulları növlərinin istehsalının bir yerə toplanmasında göstərir. Kənd təsərrüfatında ixtisaslaşma iqtisadi, sosial, demoqrafik, elmi- texniki və təbii amilləri, bitki və heyvanların bioloji xüsusiyyətlərini, torpaqdan, maddi
vasitələrdən və s. istifadənin xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir. Zona (ölkə, iqtisadi rayon, bölgə, kənd təsərrüfatı zonası və s.), sahədaxili (əlaqədar məhsulların ayrı-ayrı növlərinin istehsalının, ya da onun mərhələlərinin nisbətən sərbəst sahə və altsahələrə ayrılması), təsərrüfat (az ixtisaslaşmış müəssisələr və s.), təsərrüfatdaxili (müəssisənin struktur bölmələrinin məhsulun, işin ayrı-ayrı növlərinin istehsalı üzrə ixtisaslaşması) ixtisaslaşdırmalar bir-birindən fərqləndirilir. Đxtisaslaşma şey (oxşar məhsulların ayrılmış istehsalı, məsələn, südün, taxılın, yunun), mərhələli (məsələn, quşçuluqda ana quşların ayrılması, yumurtaların inkubasiyası və s.), funksional ola bilər. Đxtisaslaşma haqqında ümumi və əmtəəlik məhsulların, əkin sahələrinin, heyvanların sayının strukturları üzrə də mühakimə yürütmək olar.
XƏRCLƏRĐ – kənd təsərrüfatı istehsalında istifadə olunan material ehtiyatlarının və istehsal xarakterli işlərin (xidmətlərin) ödənilməsinə xərclərin dəyəridir. Kənd təsərrüfatı məhsullarının istehsalı və satışına material xərclərinin tərkibində toxum və əkin materialları; yem, o cümlədən sənaye istehsalı olan yemlər, kənd təsərrüfatının sair məhsulları (peyin, döşəmə materialları, inkubasiya üçün yumurta); mineral gübrələr; neft məhsulları; elektrik enerjisi; yanacaq; ehtiyat hissələri; təmir üçün təmir və tikinti materialları; kənar təşkilatlar tərəfindən yerinə yetirilmiş iş və xidmətlərin haqqının ödənilməsi və sair material (yüklərin daşınması üzrə,
torpağın yaxşılaşdırılması və yerin kimyalaşdırılması və digər aqrokimyəvi işlər, texnikanın təmiri, zootexniki və zoobaytar və xidmətlər və s. üzrə) xərcləri daxildir. Kənd təsərrüfatı müəssisələrində material xərcləri faktiki qiymətlərlə onların mühasibat uçotunun məlumatlarına, ailə-kəndli və ev təsərrüfatlarının isə müvafiq material ehtiyatlarının (iş, xidmət) müvafiq növlərinin orta alış qiymətlərinə uyğun olaraq qiymətləndirilir.
TƏSƏRRÜFATININ ENER- GETĐK GÜCLƏRĐ (at gücündə) – istehsal prosesinə xidmət edən bütün enerji mənbələrinin güclərinin cəmidir və ona daxildir: mexaniki və elektrik mühərriklərinin, elektrik qurğularının gücləri, canlı qoşqu gücləri. Kənd təsərrüfatının energetik güclərinin göstəricilərindən biri – enerji təminatı göstəricisidir, enerji gücləri cəminin əkin sahəsinə nisbəti ilə müəyyən edilir, digər göstərici - əməyin elektriklə təchizatıdır, bir işçiyə düşən orta illik energetik gücü xarakterizə edir.
baş sayı) vahidinə hesablamaqla, əlavə vəsait qoyuluşu, hər şeydən əvvəl müasir tipli istehsal avadanlıqları və qabaqcıl texnologiya əsasında kənd təsərrüfatı məhsullarının artımının təmin edilməsidir. Kənd təsərrüfatının intensivləşdirilməsi torpaq və ya əmək ehtiyatlarını, mal-qaranın baş sayını dəyişmədən və ya ixtisara salmaqla istehsalın həcmini
artırmağa imkan
verir. Kənd
təsərrüfatının intensivləşdirilməsinin istiqamətləri: yüksək məhsuldarlıqlı bitki növlərinin, heyvan növləri və hibridlərinin (iki müxtəlif cinsli növün və ya sortun cütləşdirilməsindən əmələ gələn 357
heyvan) yaradılması və tətbiq edilməsindən, kənd təsərrüfatının kompleks mexanikləşdirilməsi və kimyalaşdırılmasından, torpaqların meliorasiyasından, yemlərin keyfiyyətinin yüksəldilməsindən, daha qabaqcıl texnologiyanın və istehsalın təşkili formalarının seçilməsi, daha ixtisaslaşdırılmış əməyin tətbiq edilməsindən və s. ibarətdir. Kənd təsərrüfatının intensivləşdirilməsi, qanunauyğun olaraq, məhsulun maya dəyərinin azalmasına, istehsalın səmərəliliyinin artmasına gətirib
çıxarır. Kənd
təsərrüfatının intensivləşdirilməsinin səviyyəsi tətbiq edilən istehsal vasitələrinin və canlı əməyin xərclərinin həcmi və keyfiyyəti ilə, mal-qaranın sayının çoxluğu ilə, torpaq sahəsi vahidindən məhsulun alınması ilə, əkin sahələrinin strukturu ilə xarakterizə olunur.
Kənd təsərrüfatının intensivləşdirilməsinin səmərəliliyi xərclər və əldə edilmiş məhsul və gəlirlərin həcminin nisbəti ilə, əlavə qoyuluşların səmərəliliyi, əməyin
məhsuldarlığının artması və məhsulun əmək tutumunun azalması ilə müəyyənləşdirilir.
(faktiki) qiymətləri ilə bitkiçilik və heyvandarlıq məhsullarının yekun
dəyərini (ümumi
dövriyyəsini) əks etdirən kənd təsərrüfatı istehsalı həcminin ümumiləşdirici göstəricisidir. Bitkiçilik məhsulları – hesabat ilinin məhsulundan əldə edilmiş xammal məhsullarının dəyərini – taxıl, texniki bitki məhsulları (yağlı bitki toxumları, kətan və çətənə məhsulları, şəkər çuğunduru, tütün, pambıq, maxorka və s.), kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, yem bitkiləri (kökümeyvəli yem bitkiləri, birillik və çoxillik əkilmiş bitkilər, toplanmış quru ot, yaşıl kütlə və silos), kənd təsərrüfatı məhsullarının toxumları və əkmə materialları və
çoxillik bitkilər, güllərin becərilməsinin dəyəri və dekorativ məqsədlər üçün əkin materialları və ilin əvvəlindən axırına bitkiçiliyin (kənd təsərrüfatı məhsullarının və çoxillik əkilmələrin əkilməsi və bar verənə qədər becərilməsi) natamam istehsalının dəyərinin dəyişməsini və s. əks etdirir.
heyvanlarının və quşlarının yetişdirilməsi və təsərrüfat istifadəsi nəticəsində əldə edilmiş xam məhsulların (süd, yun, yumurta və s.) dəyərini, satılmış mal-qara və quşların dəyərini, cavan heyvanların bəslənməsi və mal-qaranın il ərzində kökəldilməsi üzrə çəki artımının dəyişilməsini, arıçılıq məhsullarının, hovuzlarda su sürünənlərinin və qurbağaların, yağış (Kaliforniya) sürfələri və s. yetişdirilməsinin dəyərini əks etdirir. Kənd təsərrüfatının ümumi məhsulu kənd təsərrüfatı müəssisələrində, fərdi sahibkar, ailə, kəndli və ev təsərrüfatlarında yaradılır. Cari (faktiki) qiymətlər əmtəəlik məhsulların çəkisinə, həm də təqvim ili üçün istehsal məqsədlərinə sərf
olunan məhsula
görə hesablanır. Əmtəəlik məhsullar kənd təsərrüfatı müəssisələrində istehsal məqsədləri üçün istifadə edilmiş satışın orta qiymətləri ilə - maya dəyərinə görə, fərdi sahibkar, ailə, kəndli və ev təsərrüfatlarında isə təsərrüfatın bütün kateqoriyaları üzrə malların əmtəəlik məhsullarının orta satış qiymətlərinə görə qiymətləndirilir. Kənd təsərrüfatı məhsullarının fiziki həcminin dinamikasının qiymətləndirilməsi üçün daimi qiymətlərlə dəyər göstəricisindən istifadə edilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling