Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MODELĐN EYNĐLƏŞDĐRĐLMƏ ŞƏRTĐ
- Dərəcə qaydası
- Sıra qaydası
- MODELĐN STRUKTUR FORMASI
- MODELLƏR BANKI
- MODELLƏRĐN QĐYMƏTLƏNDĐRĐLMƏ- SĐ
- MODELLƏRĐN SPESĐFĐKASĐYASI
- MODELLƏŞDĐRMƏ METODU (demoq- rafiyada)
- YULAN ÜMUMĐ ĐNVESTĐSĐYALAR
- MÖVCUD ƏHALĐ
- MÖVCUD MALLAR
- MÖVSÜMĐ DƏYĐŞMƏ
- MÖVSÜMĐ DƏYĐŞMƏLƏRƏ DÜZƏLĐŞ- LƏR
- MÖVSÜMĐ DƏYĐŞMƏLƏRĐN HAMAR- LANMASI
- MÖVSÜMĐ DƏYĐŞMƏLƏRĐN TƏSHĐH EDĐLMƏSĐ
- MÖVSÜMĐ ĐŞÇĐLƏR
MNEMOKOD - assembler dilinin sadələşdirilmiş növüdür. Burada əməliyyat kodları mnemonik abreviatura şəklində yazılır (sözlərin baş hərfləri ilə müxtəsər yazılışı; məsələn: 1. BDU - Bakı Dövlət Universiteti, RĐH - rayon icra hakimiyyəti; 2. Đki və daha çox sözdən ixtisarla düzəldilmiş bir söz; məsələn: kolxoz, sovxoz).
– 1) təsadüfi kəmiyyətlərin elə mümkün qiymətidir ki, onun vasitəsilə fasiləsiz hallarda
mövcud olduqda, paylanma bir modalı, iki moda mövcud olduqda, biomodalı, üç və daha çox moda mövcud olduqda isə multimodalı paylanma (bölgü) adlandırılır. Multimodalı paylanmadan büdcə
tədqiqatlarında seçilmiş vahidlərin təbəqələrə ayrılmasında (qruplaşdırma, təsnifləşdirmə və sistemləşdirmədə) daha çox istifadə edilir; 2) Sosial-iqtisadi hadisələrin quruluşunu öyrənmək məqsədi ilə variasiya bölgü sıralarının quruluşunu xarakterizə edən göstəricilərdən biridir və öyrənilən hadisədə ən çox təsadüf olunan variant və ya yüksək tezliyə malik olan variantdır. Diskret variasiya bölgü sıralarında modanı hesablamaq üçün heç bir riyazi hesablama aparılmır və ən çox rast gəlinən göstərici moda hesab olunur. Bərabər fasiləli variasiya bölgü sıralarında moda aşağıdakı düsturla hesablanır: ) ( ) ( 3 2 1 2 1 2 0 0 f f f f f f d X M − + − − + =
Burada X 0 - modal fasiləsinin aşağı sərhəddini, fasilə kəmiyyətini, 1
- modal variantdan əvvəlki çəkini,
2 f - modal variantın çəkisini, 3
– modal
variantdan sonrakı çəkini göstərir.
– ekonometrika modelinin qurulmuş forması üzrə onun struktur forması parametrlərinin birmənalı müəyyənləşdirilməsi şərtidir. Modelin qurulmuş formasından struktur model formasına keçid, struktur forma
parametrlərinə aprior
məhdudiyyətlərin verilməsini və modelin
eyniləşdirmə şərtinin yerinə yetirilməsini tələb edir.
Ekonometrik modellərin eyniləşdirilməsinin aşağıdakı meyarları mövcuddur.
modelin
struktur forma
tənliklərinin eyniləşdirilə bilinməsi üçün, modelin struktur formasının parametrlərinin matrisləri ilə struktur parametrlərə olan məhdudiyyətlərin matrislərinin hasil dərəcəsi 1 çıxılmaqla modelin endogen dəyişənlərinin sayına bərabər olması vacib və kifayətdir. 458
Sıra qaydası: struktur forma tənliklərinin eyniləşdirilməsi üçün, vacibdir ki, struktur parametrlərinə olan məhdudiyyətlərin aprior sayı 1 çıxılmaqla model tənliklərinin sayından az olmasın.
–
ekonometrik modelin tətbiq olunan hadisəni və ya obyekti təsvir edən dəyişənlərin səbəb-nəticə, korrelyasiya və digər əlaqələrini əks etdirən ilkin formasıdır. Ekonometrik modelin
statistik qiymətləndirilməsi və asılı
dəyişənlərin qiymətlərinin alınması üçün struktur formanı modelin alınmış formasına dəyişdirirlər.
– optimal qərarların seçilməsinin təmin edilməsinə imkan verən statistik və xüsusi marketinq modelləri dəsti formasında marketinq tədqiqatlarının nəticəsidir (qruplaşmasıdır) və marketinq tədqiqatlarında mövcud olan üç anlayışdan biridir.
– modelin parametrlərinin qiymətləndirilməsi metodudur.
- ilkin ekonometrik modelin dəyişənlərin səbəb- nəticə, korrelyasiya və oxşar münasibətlərini əks etdirən struktur formada olan formasıdır. Struktur model formasında bir endogen dəyişən digər endogen dəyişənin funksiyası ola bilər. Modellərin forması, endogen dəyişənlərin cari qiymətlərinə nisbətdə ilkin tənliklər sisteminin həlli nəticəsində alınır. Ekonometrik modelin forması modelin statistik qiymətləndirilməsi və asılı dəyişənlərin qiymətlərinin alınması üçün istifadə olunur.
modellərin riyazi formada yazılmasıdır. Bir qayda olaraq, modellərin spesifikasiyası özündə
ekonometrik tədqiqatın birinci mərhələsini əks etdirir, bundan sonra isə modeldə əks olunan iqtisadi sahə haqqında məlumatların toplanması, onun parametrlərinin qiymətləndirilməsi, onun xüsusiyyətinin öyrənilməsi və onunla əldə edilən nəticələrin reallığının yoxlanması həyata keçirilir. Modellərin tam spesifikasiyası endogen və ekzogen dəyişənlərinin müəyyən edilməsini, onlar arasındakı əlaqələrin tənliyinin yazılmasını, modelin parametrlərinə məhdudiyyətin qoyulmasını, bölünməyə nisbətən ehtimal olunan və təsadüfi komponentin kovariasiyasının qəbul edilməsini nəzərdə tutur.
təkrar istehsalını bütöv, yaxud onun müxtəlif elementlərini bir-biri arasında müəyyən şəkildə bağlı olan və adətən, riyazi formada, yəni demoqrafik modellərin qurulması yolu ilə ifadə olunan bu əlaqələrin kəmiyyət xarakteristikasına yol verən orqanik dəyişən şəkildə təsvir etməyə əsaslanır. Modelləşdirmə metodu praktiki olaraq demoqrafiyanın bütün bölmələrində tətbiq olunur. Modelləşdirmə metodunun metodoloji məsələlərinə
baxılır. Modelləşdirmə metoduna təhlil metodu kimi daxildir: 1) demoqrafik modelin və qanunların əsas elementlərinin müəyyən edilməsi, onların əsasında onlarla qarşılıqlı əlaqədə olan demoqrafik proseslərin, hadisələrin və
s. qanunauyğunluqların öyrənilməsi vasitəsilə; 2) konkret əhaliyə
tətbiqində hesablamalarda demoqrafik modeldən istifadə; 3)
bu hesablamaların nəticələrinin faktiki məlumatlarla tutuşdurma, kənarlaşmaların aşkar edilməsi; 4) demoqrafik modelin qeyri-müvafiqliyi səbəblərinin və real demoqrafik prosesin təhlili, modelin
təkmilləşdirilməsi məqsədi
ilə modelləşdirmə metodunun tətbiqində müvəffəqiyyət modelin
ilk şərtinin real demoqrafik əlaqələrə və qanunamüvafiq olması ilə müəyyən edilir. Belə uyğunluğa demoqrafik qanunauyğunluqların qabaqcadan dərin
və keyfiyyətli təhlili əsasında nail olunur. MONETAR QIZIL – pul-kredit tənzimləyici orqanlarına məxsus olan və ehtiyat aktivi kimi çıxış edən qızıldır.
– iqtisadi nəzəriyyədir və buna uyğun olaraq, dövriyyədə olan pulun miqdarı
təsərrüfat konyunkturasının formalaşdırılmasının müəyyənləşdirici amili hesab edilir. Dövriyyədə pul kütləsinin dəyişməsi ilə ümumi milli gəlirin miqyası arasında birbaşa əlaqə
mövcuddur. Bu
nəzəriyyəyə görə,
inflyasiyasız iqtisadi artıma dövriyyədəki pul kütləsi üzərində nəzarət yolu ilə nail olunur. Onun artımının həddindən artıq olması
dövlət büdcəsinin kəsiri, hökumətin nəzarətinin zəifliyi ilə izah olunur. Bu nəzəriyyə M.Fridmenin tədqiqatlarına əsaslanır və XX əsrin 70-80-ci illərindən geniş yayılmağa başlanmışdır.
– 1) digər sistemlər üzərində nəzarət sistemidir; 2) digər proqramlar üzrə daxil etmə və icranı idarə edən proqramdır; 3) müəyyən növ hadisələr barədə məlumatların toplanması üçün xidmət proqramıdır; 4) informasiyanın EHM-dən mətn və təsvirlər formasında insanlara
459
ötürülməsi üçün nəzərdə tutulan yardımçı qurğudur. MONĐTORĐNQ – (I) - dəyişkən dövriliklə xüsusi hazırlanmış müşahidə proqramı üzrə fasiləsiz müşahidə növüdür və müşahidə olunan hadisələrin dinamikasındakı dəyişmələrdən asılıdır. Məsələn, sosial-əmək sferasının (o cümlədən işsizliyin), bazar qiymətlərinin və s. monitorinqi.
ictimai rəyin, əhalinin, ekspertlərin, sosioloji – öyrənilən obyektin dəyişməsi haqqında obyektiv məlumat verən xüsusi tərtib olunmuş anketlər və sonradan onların analizi əsasında müntəzəm aparılan kütləvi sorğulardır. Əhalinin monitorinqi, bir qayda olaraq, ailə səviyyəsində (həyat səviyyəsinin və keyfiyyətinin dəyişməsi, gəlirli qrupa mənsubiyyəti, işləyən üzvlərin müəssisələri ilə münasibəti və s.) situasiyaya qiymət
verir. Əhalinin sosial- demoqrafik müşahidələri əslində monitorinqdir və hər hansı ailə seçimində eyni müntəzəmliklə aparılır. Ətraf mühitin monitorinqi – insanın təsərrüfat və digər fəaliyyəti ilə bağlı ətraf mühitin müşahidəsi, qiymətləndirilməsi və vəziyyətinin proqnozudur. “Monitorinq” termini BMT-nin ətraf mühitə dair Stokholm konfransının keçirilməsi (1972)
ərəfəsində, insanı əhatə edən təbiət mühitinin vəziyyəti üzərində müşahidə sisteminin yaradılması və kritik vəziyyətlərin qarşısının alınması üzrə ilk təkliflərin işlənib hazırlanması zamanı meydana çıxmışdı. Dünyanın ayrı-ayrı ölkələrində, həmçinin beynəlxalq səviyyədə müxtəlif miqyaslı monitorinq sistemləri yaradılmışdır; onların çoxu konkret təbiət obyektləri və ya təbii mühitin elementlərinin öyrənilməsində cəmləşmişdir. Monitorinqin vəzifəsi ilk növbədə antropogen çirklənmə proseslərinin müşahidəsi ilə bağlıdır, lakin bəzi alimlər öz çıxışlarında monitorinq funksiyalarının genişləndirilməsini, hətta onun ekoloji xidmətə çevrilməsini bildirirlər. Aşağıdakı monitorinq formaları fərqlənir: baza monitorinqi, yaxud fon (ümumi biosfer, əsasən təbiət hadisələrini izləmə, onların üzərinə regional antropogen hadisələri qoymadan), qlobal monitorinq (Yer biosferində və onun ekosferində ümumbəşəri prosesləri və hadisələri izləmə,
onların bütün
ekoloji komponentləri və yaranan ekstremal vəziyyət haqda xəbərdarlıq daxil olmaqla); regional (ayrıca region hüdudunda izləmə, burada proseslər və hadisələr həm təbii xarakterizə, həm də bütün biosfer üçün səciyyəvi olan baza fondundan antropogen təsirə görə fərqlənə bilər); impakt (xüsusən təhlükəli zonalarda və yerlərdə regional və lokal antropogen təsirlərin müşahidəsi). Kompüter qovşaqlarından istifadə müxtəlif miqyaslı monitorinq sistemləri arasında qarşılıqlı təsiri və informasiya mübadiləsini təmin etməyə imkan verir. MONOQRAFĐK TƏDQĐQAT – seçmə müşahidə metodudur. Bu metodla hadisələrin hər- hansı növünün təmsilçiləri olan müşahidə obyektlərinin ayrı-ayrı vahidləri əsaslı tədqiqata məruz qalır. Monoqrafik tədqiqat yeni hadisələrin qanunauyğunluqlarının və
meyllərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. MONOLOKAL NĐKAH (yunan. mónos – bir, vahid və lat. locus – yer) – bu nikah tipində ər- arvad bir ev təsərrüfatının tərkibinə daxil olur. Ən geniş yayılmış müasir nikah tipidir. MONOMETALĐZM – bir metalın ümumi ekvivalent kimi çıxış etdiyi və pul dövriyyəsinin əsasında durduğu pul sistemidir. Monometalizmdə qızıl, gümüş
və mis
fərqləndirilir. Monometalizmdə keyfiyyətsiz sikkələr, banknotlar və kağız pullar sərbəst surətdə qızılla dəyişdirilir. MONO-REGĐONAL GÖSTƏRĐCĐLƏR –
işçilərinin 80 faizinə qədəri bir regionda yerləşən müəssisələr mono-regional sayılır. Qeyd: “Müəssisənin fəaliyyətinin əsas regionu” termini ilə səhv salmaq olmaz MÖVCUD BĐNA VƏ TĐKĐLĐLƏRƏ QO- YULAN ÜMUMĐ ĐNVESTĐSĐYALAR –
mövcud bina və tikililərin dəyərləri ilə yanaşı, hesabat dövrü ərzində əldə edilmiş bina və tikililərin və onların tikildiyi torpaq sahələrinin dəyərlərini əks etdirir. Torpaq onda mövcud olan bina və tikililərlə birlikdə alındıqda, bu iki komponentin dəyərləri bölünmür və ümumi məbləğdə bina və tikililərin dəyəri torpaqdan bahadırsa, bu maddə üzrə qeydiyyata alınır. Əgər torpağın dəyəri onda mövcud olan bina və tikililərin dəyərindən bahadırsa, onda ümumi məbləğ “torpağa qoyulan ümumi investisiyalar” maddəsi ilə qeydiyyata alınır. Bu maddəyə birləşmə yolu ilə əldə olunan bina və tikililərin dəyərləri daxil edilmir. Mövcud bina və tikililərə qoyulan ümumi investisiyalar “Maddi məhsullara qoyulan ümumi investisiyalar” göstəricisinin bir hissəsidir.
– siyahıyaalmanın kritik anında (siyahıyaalmanın başlandığı gün saat 00- da) müəyyən yaşayış məntəqəsində, yaxud 460
müəyyən ərazi
vahidində olan
adamların məcmusunu (cəmini) əks
etdirən əhali
kateqoriyasıdır. Statistik mənada mövcudluq fiziki mənada
mövcudluqdan fərqlənir. Məsələn, siyahıyaalmanın kritik anında təkcə evdə olanlar deyil, həmin yaşayış məntəqəsinin ərazisində olan (qonaqlıqda, işdə, teatrda və s.), eləcə də yaşayış məntəqəsinin hüdudlarından kənarda, hər hansı bir
yaşayış evi
ilə əlaqəsi
olmayan (siyahıyaalmanın keçirilməsi mümkün olmayan yerdə) yerdə xidməti vəzifəni yerinə yetirənlər də mövcud əhali hesab edilirlər.
(müəssisələrin) sərəncamına verilmiş, cari və əvvəlki dövr ərzində istehsal edilmiş və ya idxal edilmiş mallardır.
təkrarlanan dəyişməsi, məhsul
buraxılışının ümumilikdə və ayrı-ayrı növlər üzrə ildən-ilə dövri olaraq müəyyən aylarda (dövrlərdə) artması və ya azalmasında ifadə olunur. Əsasən kənd təsərrüfatı xammalını (şəkər, meyvə-tərəvəz sənayesi və s.) emal edən sahələrə aid edilir. Bir çox hallarda bu, həmçinin temperatur rejimi (ilin müxtəlif vaxtlarında elektrik və istilik
enerjilərinin istehsalında olan dəyişmələr) və ya təbii
amillərdən (məsələn, oduncağın hazırlanması, müxtəlif növ metalların hasil edilməsi və s.) asılı olaraq, istehsal dövrünün xüsusiyyətləri ilə də
əlaqədardır. Sənaye
məhsullarının istehsalında olan ənənəvi mövsümi dəyişmələr kifayət qədər sabit xarakter daşıyır və ayrı-ayrı dövrlərdə aylıq (rüblük) dinamikaya nəzərəçarpacaq təsir göstərir. Mövsümi dəyişmələr, dəyişmələr dövrünün uzunluğu ilə (maksimum və minimumun qonşu nöqtələr arasında vaxt
kəsiyi), amplituda (göstəricilərin maksimum və minimum qiymətləri arasındakı fərq) və vaxta görə maksimumların yerləşməsi ilə xarakterizə olunur. Đqtisadi-riyazi modellərdə mövsümi dəyişmələr ya orta illik səviyyəyə (additiv mövsümi səmərə) əlavə edilmiş additiv üzv şəklində, yaxud da orta illik səviyyənin (multiplikativ mövsümi səmərə) qiymətinə vurulan multiplikativ üzv şəklində əks olunur. Additiv mövsümi səmərə metodundan istifadə hallarında, mövsümi dəyişmə orta illik səviyyədən asılı olduğu, multiplikativ metoddan istifadə etdikdə isə mövsümi dəyişmənin kəmiyyəti orta illik səviyyənin kəmiyyətinə mütənasib olduğu nəzərdə tutulur. Qeyri-sabit trend və mövsümi dəyişməni əks etdirən vaxt sıralarının modelləşdirilməsi və proqnozlaşdırılması üçün çox
vaxt uyğunlaşdırılmış modellər (Vinters, Teyla-Veyc, Boksa-Cenkins) tətbiq edilir.
LƏR – ehtimal edilir ki, sıra üç komponentdən ibarətdir: dəyişmələrdən, mövsümi və təsadüfi komponentlərdən; mövsümi
dəyişmələrin düzəldilməsi (təshihi) mövsümi komponenti sıradan çıxarır. Beləliklə, təshih edilmiş sıraları bir dövrü digəri ilə müqayisə etmək yolu ilə təhlil etmək olar. Avropa Statistika Bürosunun xarici ticarət, habelə iqtisadi sahələr üzrə aqreqasiya olunmuş məlumat sıralarının təshihi üçün əsas etibarilə istifadə olunan proqram X12-ARĐMA adlanır.
LANMASI – dinamika sırasından bu və ya digər üsullarla mövsümi dəyişmələrin kənarlaşdırılmasıdır. Bu əməliyyat üçün indeks metodları, sürüşən orta, reqressiya metodu, uyğunlaşma metodu və s. tətbiq edilə bilər. Riyazi modelləşdirmədə mövsümi dəyişmələrin iki növünü fərqləndirmək olar: dəyişmənin genişliyi müvəqqəti sıranın orta səviyyəsinə (trendin səviyyəsinə) mütənasib olan multiplikativ dəyişməni və dövrün müvafiq fazası üçün mövsümi dəyişmələrin genişliyi təxminən daimi və sıranın orta səviyyəsindən asılı olmayan additiv dəyişməni. Multiplikativ mövsümi
effektlər halında mövsümi dəyişmələr sıranın qiymətinin müvafiq mövsümilik əmsalına bölünməsi yolu ilə aradan qaldırılır; mövsümi effektdə mövsümi əmsallar sıranın qiymətindən çıxılır.
mövsümi təsirlərə meylli olan dəyişənlər arasında ekonometrik əlaqələrin qiymətləndirilməsinin ənənəvi vəzifəsidir.
– şəraiti və nəticələri əhəmiyyətli dərəcədə təbii şəraitin (ilin fəsillərindən, gün ərzindəki işıqlı vaxtdan və s.) vaxtaşırı dəyişikliklərindən asılı olan istehsaldır. Mövsümi istehsala kənd təsərrüfatı xammalının bir çox növlərinin emalı ilə bağlı istehsal, elektrik və istilik enerjisi istehsalı, torfun hasilatı və s. aiddir.
– davamlılığı altı ayı keçməyən, ilin müəyyən dövründə bağlanmış əmək müqavilələrinə uyğun olaraq işə qəbul olunan (şəkər istehsalı, meyvə və tərəvəzin emalı və s.), siyahı tərkibinə daxil edilən şəxslərdir.
|
ma'muriyatiga murojaat qiling