Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MƏNZĐL
- MƏNZĐL SAHĐBLĐYĐNƏ ZƏMANƏTLĐ HÜQUQU OLAN EV TƏSƏRRÜFAT- LARININ PAYI (Minilliyin bəyannaməsində
- MƏNZĐL TƏSƏRRÜFATI XĐDMƏTLƏ- RĐNĐN BURAXILIŞI
- MƏNZĐL-KOMMUNAL TƏSƏRRÜFATI
- MƏNZĐL-KOMMUNAL TƏSƏRRÜFATI XĐDMƏTLƏRĐ
- MƏNZĐL-KOMMUNAL TƏSƏRRÜFATI STATĐSTĐKASI
- MƏNZĐLLƏRĐN ÖZƏLLƏŞDĐRĐLMƏSĐ
- MƏRKƏZĐ DÖVLƏT ĐDARƏETMƏ OR- QANLARI
- MƏRKƏZLƏŞDĐRĐLMĐŞ KREDĐTLƏR
- MƏSKƏNLƏRĐN ƏHALĐ ÇOXLUĞU
- “MƏSRƏFLƏR-BURAXILIŞ”IN (ĐNPUT- OUTPUT ANALYSĐS) TƏHLĐLĐ
- MƏSULĐYYƏTĐN SIĞORTALANMASI
- MƏŞĞUL QADINLARIN SAYI
- MƏŞĞUL ŞƏXSLƏR
- MƏŞĞUL ŞƏXSLƏRĐN SAYI
- MƏŞĞULLARIN SAYI
- MƏŞĞULLUĞA AĐD PROQNOZ
- MƏŞĞULLUQ – (I)
MƏNŞƏ REGĐONU – AĐ-yə üzv ölkənin mallarının göndərildiyi regiondur, o yerdə ki onlar hazırlanmış, quraşdırılmış, yığılmış, emal və təmir edilmiş və ya lazımi qaydada saxlanmışdır. Bunlar olmadıqda, mənşə regionu dəyişdirilir.
– bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadəsində olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir.
Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: - özəl mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu;
445
- dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; - bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Đstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: - sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; - xüsusi təyinatlı mənzil fondu – Mənzil Məcəlləsinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır. Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və
texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin-yaşayış sahələrinin texniki
pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutur.
göstərici şəhərin yoxsullar yaşayan ən pis hissəsindəki şəhər əhalisini əks etdirir. Şəhərin yoxsullar yaşayan ən pis hissəsinin sakinlərinin sayı haqqında məlumatlar olmadıqda, BMT-nin yaşayış məntəqələri üzrə Proqramı (BMT- HABĐTAT) 2002-ci il üçün şəhər göstəriciləri üzrə ekspertlər qrupunun iclasında razılaşdırılmış şəhərin yoxsullar yaşayan ən pis hissəsinin tərifinə əsaslanan qiymətləndirmələr aparır. Mənzil sahibliyinə zəmanətli hüquq ifadəsi öz mənzillərinin sahibi hesab edilən, onları əldə etmək mərhələsində olan, onları xüsusi icarə edən və yaxud sosial təminat xətti üzrə, ya da ikinci icarəçi hüququnda mənzil alan ailələrə aid edilir. Mənzil sahibliyinə zəmanətli hüquqa malik olmayan əhali skvatterlər (mənzilə görə onların haqq ödəyib-ödəməməsindən asılı olmayaraq), evsiz və evə sahib olmaya dair rəsmi müqaviləsi olmayan ailələr kimi müəyyən edilir. BMT-HABĐTAT şəhərin yoxsullar yaşayan ən pis
ev
təsərrüfatlarını aşağıdakı bir və ya daha çox (bəzi şəhərlərdə iki və ya daha çox) şəraitin olmadığı halda bir dam altında yaşayan şəxslər qrupu kimi müəyyən edir: mənzil sahibliyinə zəmanətli hüquq;
konstruksiyanın lazımi keyfiyyətdə olması və mənzilin uzun ömürlülüyü; təhlükəsiz suya malik olma; sanitar-texniki vasitələrə və kifayət qədər yaşayış sahəsinə malik olma.
mənzilində yaşamağa görə ev təsərrüfatları xidmətləri də daxil olmaqla mənzilin kirayəyə verilməsi üzrə xidmətlərin dəyəridir. Mənzil təsərrüfatları xidmətlərinin bazar buraxılışı mənzilin kirayəyə verilməsindən əldə olunan (kirayə və icarə ödənişi) gəlirlərlə, həmçinin şəxsi mənzili
kirayəyə verəcəkləri halda ev
təsərrüfatlarının ala biləcəkləri şərti gəlirlərlə müəyyən edilir. Xidmətlərin qeyri-bazar buraxılışına müxtəlif xüsusi
mülkiyyət müəssisələrinin, ictimai təşkilatların kirayə və
icarə haqları ödəməməsindən, onlara aid olan mənzillərin dövlət
büdcəsinin vəsaitləri hesabına saxlanılmasına sərf olunan cari xərclər, həmçinin bu təşkilatların mülkiyyətində olan mənzil təsərrüfatlarına əsas kapitalın sərfi daxildir. Hazırda mənzilin bazar dəyəri haqqında toplu məlumatlar olmadığından, şəxsi mənzildə yaşamağa görə ev təsərrüfatlarının xidmətləri bu mənzilin saxlanmasına çəkilən cari xərclərin miqdarı və vətəndaşların mülkiyyətində olan mənzil təsərrüfatlarının əsas kapitalının sərfi ilə müəyyən edilir və qeyri-bazar xidmətlərinə aid olunur.
MƏNZĐL TĐKĐNTĐSĐ – yaşayış binalarının, daimi tipli yataqxanaların; əlil və qocalar üçün evlərin, uşaq evlərinin yataq korpuslarının və s. ucaldılmasıdır. Mənzil
tikintisinin həcmi,
istismara verilmiş ümumi və yaşayış sahəsi (m 2 - lə), tikilmiş mənzillərin, binaların sayı ilə xarakterizə edilir. Statistik müşahidə formalarının tərkibinə
həm də tikilən yaşayış evlərinin abadlığı, mərtəbələrin sayı, rahatlıq səviyyəsi göstəriciləri də daxildir.
- əhalinin həyat fəaliyyətinin bilavasitə asılı olduğu iqtisadiyyatın əsas fəaliyyətlərindən biridir. Mənzil-kommunal təsərrüfatı çoxsahəli struktura malikdir. Mövcud təsnifatlara görə, mənzil-kommunal təsərrüfatında statistik müşahidələr 15-dən çox fəaliyyət növü üzrə aparılır və iki əsas altqrupa bölünür: mənzil
446
MƏNZĐL-KOMMUNAL TƏSƏRRÜFATI XĐDMƏTLƏRĐ
– mənzil-kommunal xidmətlərindən; mənzillərin, binaların təmiri və fərdi evlərin tikintisi və mənzillərin dəyişdirilməsi xidmətlərindən; toxuculuq məmulatlarının, xəzdən və dəridən məmulatların yuyulması, təmizlənməsi və rənglənməsi üzrə təşkilatlar (firmalar) və fərdi şəxslər tərəfindən göstərilən xidmətlərdən; bərbərxana, gözəllik salonlarının və müalicə-kosmetika müəssisələrinin xidmətlərindən; hamam
və duşxanaların, lombardların xidmətlərindən; dəfn, basdırma və kremasiyaların təşkili üzrə
xidmətlərdən; informasiya-sorğu xidmətlərinin xidmətlərindən ibarətdir.
STATĐSTĐKASI – yaşayış fondlarının, onun abadlığının, əhalinin mənzil şəraitinin, əhalinin su, istilik, qaz, mehmanxanalar və əhali məntəqələrini digər abadlıq növləri ilə təmin edən müəssisə və xidmətlərin istehsal fəaliyyətinin mövcudluğu, vəziyyəti və tərkibini öyrənən elmi və praktiki statistika sahəsidir.
- dövlətin və bələdiyyənin yaşayış fondunda olan mənzillərin könüllü
olaraq orada
yaşayan vətəndaşların mülkiyyətinə verilməsidir.
- mərkəzi dövlət
idarəetmə orqanlarının alt sektoru mərkəzi dövlət idarəetmə orqanlarının institusional vahidlərindən və ya vahiddən, üstəgəl, əsasən dövlət tərəfindən maliyyələşdirilən və nəzarət olunan qeyri- kommersiya təşkilatlarından ibarətdir.
–
konkret işi (xidməti) maliyyələşdirmək üçün hökumət (mərkəzi bank) tərəfindən yerli orqanlara və hakimiyyətə, konkret sahələrə (müəssisələrə, idarələrə) verilən kreditlərdir. Adətən, mərkəzləşdirilmiş kreditlər investisiyanın inkişafını həvəsləndirmək məqsədi ilə daha aşağı faizlə verilir. Mərkəzləşdirilmiş kredit
milli iqtisadiyyatı, kredit-pul və bank sistemini stabilləşdirmək üzrə hökumətin (mərkəzi bankın) aləti hesab olunur.
– bir, yaxud bir neçə mühüm əlamətlərin məcmusu əsasında ayrılan məskən qruplarıdır. Ən mühüm əlamət olan hər bir məskənin sosial-iqtisadi əhəmiyyəti, onun istehsal və qeyri-istehsal (məsələn, inzibati, ticarət, mədəni-sağlamlıq, elmi-informasiya və s.) funksiyalarının ahəngi ilə müəyyən edilir; başqa mühüm əlamətlər – məskənlərdə əhali çoxluğu, iqtisadi-coğrafi vəziyyət, tarixi
inkişaf xüsusiyyətləri, memarlıq-planlaşdırma üslubudur. Đki əsas məskən tipləri olan şəhər və kənd məskənləri arasında, bir qayda olaraq, funksional strukturda və əhali çoxluğunda mühüm fərqlər var. Yerləşmə sistemində tutduğu yerdən asılı olaraq, yerləşmənin dayaq mərkəzləri, periferiya, şəhər ətrafı şəhər və peyk-şəhərlər fərqləndirilir.
– şəhər və kənd məskənlərinin daimi əhalisinin sayı məskənlərin böyüklüyünü xarakterizə etdikdə və onları təsnifləşdirdikdə, əsas göstəricilərdən biridir. Məskənlərin əhali çoxluğu
adətən yerləşmə sistemində məskənin yerinə yetirdiyi sosial-iqtisadi funksiyalarla bağlıdır.
– ölkənin, yaxud rayonun bir vahid sahəsinə düşən məskənlərin sayıdır. Kənd məskənlərinin sıxlığı 100 km 2 -lə, şəhər məskənlərinin sıxlığı isə 10000 kv.km-lə hesablanır. Azərbaycanda orta hesabla əhalinin ən yüksək sıxlığı Bakıda, ən aşağı sıxlıq isə Xızı rayonunda müşahidə olunur.
(lat. area – sahə, məkan) - əhali coğrafiyasında hər hansı bir əlamətə görə ayrılmış əhalinin yayılma ərazisidir.
metodlarının qərb ədəbiyyatında qəbul edilmiş adıdır.
– sığortaçının, sığorta obyektinə zərərin dəydiyi hallarda, sığorta
ödənişləri üzrə
daşıdığı məsuliyyəti nəzərdə tutan sığorta növlərinin məcmusudur.
Sığorta obyekti şəxsin əmlak maraqlarıdır, o halda ki, sığortası haqqında bu şəxsin vətəndaşlıq qanunvericiliyində qoyulan qaydalarda məsuliyyəti ilə əlaqədar müqavilə (sığortalanan şəxsin müqaviləsi) bağlanmışdır və bu müqaviləyə əsasən ona üçüncü şəxs tərəfindən: avtonəqliyyat vasitələrinin istifadəsi ilə; daşıyıcı kimi iştirak
edən (daşıyanın vətəndaşlıq məsuliyyəti) sığortalanmış nəqliyyat vasitəsinin istifadəsi ilə; ətrafdakılar üçün təhlükə yaradan sığortalanmış (müəssisələrin – yüksək dərəcəli təhlükəli mənbələrin vətəndaşlıq məsuliyyətinin sığortalanması) fəaliyyətin həyata keçirilməsi ilə; sığortalanmış peşə
fəaliyyətinin həyata
447
keçirilməsi
ilə (peşə məsuliyyətinin sığortalanması); sığortalanmış öhdəçilik, o cümlədən müqavilə öhdəçiliyi borclarının (yerinə yetirilməmiş öhdəçiliyə görə cavabdehlik sığortası) yerinə yetirilməməsi ilə əlaqədar dəyən zərərin əvəzi ödənilməlidir.
göstəricidən əməklərinin ödənilib- ödənilməməsindən və ya işlənmiş saatların miqdarından asılı olmayaraq, məşğul qadınların uçotunda istifadə olunur. Əgər məşğul qadınlar haqqında məlumatlar məşğul əhalinin ümumi sayı ilə birgə istifadə olunursa, onda bu məlumatların əldə edilməsi verilmiş (müəyyənləşdirilmiş) tarixdə keçirilmiş statistik sorğuya uyğun olaraq, həmin tarixdə olan vəziyyətə əsaslanmalıdır. Əgər
müəyyənləşdirilmiş vaxtda
(tarixdə) keçirilmiş statistik müşahidə əsasında əldə edilən qadınların sayı haqqında məlumatlar ani statistik müşahidə əsasında ölçülürsə, onda mövsümi işgüzar fəallıq bu göstəricini əhəmiyyətli dərəcədə artırar, hətta ümumi məşğulluğun orta illik kəmiyyətindən yüksək olan rəqəm əldə edilə bilər.
– müşahidə olunan vahiddə
işləyən (mülkiyyətçi işləyənlər, müntəzəm partnyor işləyənlər və ailə
müəssisəsinin haqqı ödənilməyən işçiləri daxil edilməklə), həmçinin bu vahiddən kənarda işləyən, ancaq ona aid olan və onun tərəfindən haqqı ödənilən (yəni ticarət nümayəndələri, tədarükçülər, təmir və istismar briqadaları) şəxslərdir. Qısa dövr ərzində işdə olmayan (yəni xəstəliyə görə,
haqqı ödənilən və ya
xüsusi məzuniyyətlərdə olanlar) və tətil edən şəxslər məşğullara aid edilir. Ancaq qeyri-müəyyən müddət ərzində işdə olmayanlar buraya daxil edilmir. Həmçinin hər bir ölkənin qanunlarına uyğun olaraq, natamam iş vaxtı işləyənlər və ödəmə cədvəlinə daxil edilmiş mövsümü işçilər, təhsil alan şəxslər və evdə iş görənlər də daxil edilməklə, əmək haqqı alan şəxslər məşğullara daxildir. Müayinə olunan vahidə digər müəssisə tərəfindən verilmiş kadrlar, digər müəssisələrin tapşırığı əsasında istismar və təmir işləri aparanlar, həmçinin məcburi hərbi
xidmət keçənlər məşğulların sayına daxil edilmirlər. Uzun müddətli müqavilə əsasında müəssisənin sərəncamında olan şəxslərə (böyük univermaqlarda nümayiş etdirənlərə) bu müəssisədə məşğul kimi baxılmalıdır. Ailə müəssisəsinin haqqı ödənilməyən işçilərinə müəssisə sahibi ilə birlikdə yaşayan, müntəzəm olaraq ona işləyən, ancaq hər-hansı müqaviləyə malik olmayan və yerinə yetirilmiş işə görə müəyyən məbləğ almayan şəxslər daxildir. Bu, yalnız özlərinin əsas məşğuliyyətinə görə digər təşkilatların ödəmə cədvəllərinə daxil edilməmiş şəxslərə aid edilir. Bu göstəriciyə sığorta agentləri kimi müstəqil işçilər daxil edilmir. Məşğullar aşağıdakı kimi bölünə bilər: - muzdlu işçilər; - evdə iş görənlər; - haqqı ödənilməyən şəxslər: məsələn, ailə müəssisələrinin işçiləri; - özü məşğul şəxslər.
olunan vahiddə işləyən (bu vahidə işləyən sahibkarlar, müəssisədə daimi işləyənlərin tərəfdaşları və ev müəssisəsində işləyən və muzd verilməyənlər daxil edilməklə) işçilərin, həmçinin müəssisədən kənarda işləyən, lakin həmin müəssisəyə malik olan və ondan əmək haqqı alan (məsələn, ticarət nümayəndələri, tədarükçülər, təmir və texniki xidmət briqadaları) şəxslərin ümumi sayıdır. Qısa dövr ərzində işdə olmayan şəxslər (məsələn, xəstəliyə görə məzuniyyət, haqqı ödənilən növbəti məzuniyyət, xüsusi hallara görə məzuniyyət), həmçinin qeyri-müəyyən vaxta qədər olmayanlardan başqa, tətil edən şəxslər daxil edilir. Buraya, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, natamam iş vaxtı ilə işləyən və əmək haqqı cədvəlində iştirak edən işçilər, həmçinin əmək haqqı cədvəlində hesablanan mövsümi işçilər, şagirdlər, evdə işləyənlər də daxildir. Mövcud müəssisə tərəfindən digər müəssisəyə göndərilən şəxslər, digər müəssisənin hesabına müşahidə edilən vahiddə təmir və texniki xidmət işlərini yerinə yetirən şəxslər, həmçinin hərbi xidmətdə olanlar istisna edilir.
– bu göstəricidən məşğulların uçota alınmasında istifadə edilir. Avropa milli hesablar sistemində (AMHS 1995-ci il) müəyyən edildiyi kimi məşğulların sayı iş yerlərinin sayına uyğun gəlir və orta illik kəmiyyət kimi hesablanır.
– əmək bazarında, o cümlədən məşğul olanlara və işsizlərə dair vəziyyətin kompleks sosial-iqtisadi qiymətləndirilməsidir; qısa, orta və uzunmüddətli perspektivə nəzərdə tutulur. Məşğulluq proqnozu metodologiyasına iki yanaşma mümkündür. Birinci - ölkənin sosial-iqtisadi inkişafının bu və ya digər variantlarının nəzərdə tutulan reallaşması nəticəsində məşğulluq sferasında nəticələri göstərməkdən ibarətdir. Digər yanaşma - məqsədli 448
proqnozun işlənməsi ilə bağlıdır, bu zaman birinci yerə məşğulluqda perspektivdə təmin olunması məqsədəuyğun olan
dəyişikliklərin qiymətləndirilməsi əsas götürülür. Bir qayda olaraq, ikinci yanaşma orta və uzunmüddətli məşğulluq proqnozunda istifadə olunur, çünki əmək sferasında keyfiyyət dəyişiklikləri üçün investisiya proqramları və ETT proqramlarının, sosial siyasətin və s. məqsədyönlü şəkildə yenidən istiqamətləndirilməsinə çox və ya az müddət lazım gəlir. Məşğulluğa aid proqnozla iqtisadiyyatın inkişafının ümumi strateji istiqamətləri nəzərə alınır. Məşğulluq proqnozu üçün ilkin informasiya
xüsusən
əmək qabiliyyətli yaşda olan əhalinin sayı və cins-yaş strukturu, proqnozdan qabaqkı dövrdə məşğulluq sahəsində və əmək bazarında vəziyyətin sosial- iqtisadi qiyməti, əmək potensialının formalaşma və istifadə meylləri, makroiqtisadi göstəriciləridir. Məşğulluq proqnozunun işlənməsi zamanı ekspert qiymətləndirmənin böyük rolu var; digər ölkələrlə oxşarlıq və müqayisələr metodundan da istifadə olunur.
Məşğulluğun və əmək bazarının vəziyyətini xarakterizə edən əsas
parametrlər proqnozlaşdırılır. Bu, bütövlükdə və sosial- demoqrafik qruplar üzrə işçi qüvvəsinin (iqtisadi
tələbatı (yaxud məşğul əhalinin), o cümlədən kişi və qadınların mümkün sayı; iqtisadiyyatda məşğulluq səviyyəsi (iqtisadi fəal əhaliyə, yaxud əmək qabiliyyətli yaşdakı əmək qabiliyyətli əhalinin sayına və ya əmək ehtiyatlarının sayına nisbətdə), məşğul olanların sahə və peşə strukturu; tələb və təklifin tarazlaşma dərəcəsi, işsizliyin miqyası və səviyyəsi kimi göstəriciləri əhatə edir. Məşğulluq proqnozu əsasında onun tənzimləmə tədbirləri işlənilir və onlar neqativ meyllərin yaranması, yaxud güclənməsini qabaqlaya bilər, yaxud da iqtisadi inkişafın gedişində məşğulluq sahəsində gözlənilən mənfi nəticələri yumşalda bilər.
– (I) - insanın keçmişdə, hazırda və gələcəkdə real və ya potensial olaraq qazanc və ya gəlir əldə etməsi üçün nəzərdə tutulmuş fəaliyyətinin istənilən növüdür. Məşğulluq, əsasını ixtisas (peşəkar ustalıq) və ya peşəkar ixtisaslaşma təşkil edən, yerinə yetirilən və ya yerinə yetirilməli olan funksiyalardan asılı olaraq təsnifləşdirilir. Məşğulluğu sənət (peşə) və ya ixtisasla qarışdırmaq olmaz. Vəzifə, sənət və məşğulluq (məsələn, vəzifəsi - elmi işçi, məşğulluğu isə bioloq) arasındakı uyğunsuzluq çox hallarda formal xarakter daşıyır. Đnsanların konkret məşğulluğu haqqında məlumatlar əhalinin siyahıyaalınmalarından və
müvafiq müayinələrdən əldə edilir. Bu zaman əsas məşğulluq, yaxud əsas və əlavə məşğulluq nəzərə alınır. Đqtisadi fəaliyyətlə məşğul olanlar üçün əsas məşğulluq sorğu edilənin özünün əsas hesab etdiyi fəaliyyət, ya da onun yaşamasına əsas vəsait verən fəaliyyət (gəlirin əsas mənbəyi kimi xidmət edən) hesab edilir. Siyahıyaalmada sorğu edilənin siyahıyaalmanın müəyyənləşdirildiyi dövrdəki məşğulluğu nəzərə alınır. Bu dövrdə işi və ya gəlir gətirən məşğulluğu olmayanlar üçün məşğulluq axırıncı iş yerinə görə yazılır. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, məşğul əhaliyə muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar; sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar; haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər; Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər; əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar; Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları aiddir. Qeyri-məşğulluq kəmiyyəti əmək ehtiyatlarına daxil olan işsiz və ya iqtisadi qeyri-fəal əhalinin sayı ilə müəyyən olunur. Buraya iş axtaranlar, işini dəyişdirənlər, müvəqqəti işləməyən və oxumayan gənclər, mövsümi məşğulluqla əlaqədar müvəqqəti işləməyənlər və işləmək istəməyənlər aiddir. Vətəndaşların iş yerlərinin təminatı ilə bağlı məşğulluğun münasibətləri iqtisadi, demoqrafik və sosial proseslərlə şərtlənir. Məşğulluğun iqtisadi məzmunu ictimai istehsalın səmərəliyini, sosial məzmunu
– işçinin
şəxsiyyətinin formalaşması və inkişafını, demoqrafik – məşğulluğun işçilərin cins-yaş xarakteristikaları ilə qarşılıqlı təsirini əks etdirir. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling