Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
AKTĐVLƏR I. Uzunmüddətli aktivlər
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- II. Qısamüddətli aktivlər
- KAPĐTAL VƏ ÖHDƏLĐKLƏR III. Kapital
- IV. Uzunmüddətli öhdəliklər
- V. Qısamüddətli öhdəliklər
- MÜHASĐBAT STANDARTI
- MÜHASĐBAT UÇOTU
- Mülkiyyətin qorunmasının təmin olunması funksiyası
- MÜHASĐBAT UÇOTU GÖSTƏRĐCĐLƏRĐ
- MÜHASĐBAT UÇOTUNUN ƏMSALLARI GÖSTƏRĐCĐLƏRĐ
- MÜHASĐBAT UÇOTUNUN HESABLARI
AKTĐVLƏR I. Uzunmüddətli aktivlər 10. Qeyri-maddi aktivlər 11. Torpaq, tikili və avadanlıqlar 12. Daşınmaz əmlaka investisiyalar 13. Bioloji aktivlər 14. Təbii sərvətlər 15. Đştirak payı metodu ilə uçota alınmış investisiyalar 16. Təxirə salınmış vergi aktivləri 17. Uzunmüddətli debitor borcları 18. Sair uzunmüddətli maliyyə aktivləri 19. Sair uzunmüddətli aktivlər II. Qısamüddətli aktivlər 20. Ehtiyatlar 21. Qısamüddətli debitor borcları 22. Pul vəsaitləri və onların ekvivalentləri 23. Sair qısamüddətli maliyyə aktivləri 24. Sair qısamüddətli aktivlər
30. Ödənilmiş nominal (nizamnamə) kapital 31. Emissiya gəliri 32. Geri alınmış kapital (səhmlər) 33. Kapital ehtiyatları 34. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)
40. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 41. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər 42. Təxirə salınmış vergi öhdəlikləri 43. Uzunmüddətli kreditor borcları 44. Sair uzunmüddətli öhdəliklər V. Qısamüddətli öhdəliklər 50. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 51. Qısamüddətli qiymətləndirilmiş öhdəliklər 52. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 53. Qısamüddətli kreditor borcları 54. Sair qısamüddətli öhdəliklər
– mühasibat uçotunun aparılmasının konkret metod və formalarının, mühasibat sənədlərində olan göstəricilərin hesablanması metodlarının, mühasibat uçotu sahəsində mühasibat uçotunun normativ-sorğu sənədlərinin məcmusudur.
xərcləri və nəticələri haqqında cari və hesabat məlumatlarını əldə etmək məqsədilə onun əmlakının, öhdəliklərinin və
iqtisadi əməliyyatlarının dəyəri haqqında məlumatları başdan-başa, fasiləsiz, qarşılıqlı müşahidə edən, ölçən, qeydə alan, işləyib hazırlayan və qruplaşdıran sistemdir. Statistikadan fərqli olaraq, mühasibat uçotu müəssisənin bütün əmlakının və onların yaranma
mənbələrinin, istehsal ehtiyatlarının bütün növlərinin, əsas fondlarının, məhsul istehsalı və satışına çəkilən xərclərinin, pul vəsaitlərinin, hər növ hesablaşmalarının, pul ifadəsində iqtisadi fəaliyyətini əks etdirən bütün əməliyyatlarının maliyyə və iqtisadi fəaliyyətini yalnız başdan-başa və fasiləsiz qaydada əks etdirir. Mühasibat uçotunun əsas
vəzifələri aşağıdakılardan ibarətdir: operativ rəhbərlik və idarəetmə üçün müəssisənin iqtisadi əməliyyatları və fəaliyyətinin nəticələri barədə tam və etibarlı məlumatların formalaşdırılması; mülkiyyətin qorunması və ehtiyatlardan səmərəli istifadənin təmin olunması; maliyyə-iqtisadi fəaliyyətində neqativ təzahürlərin qarşısının vaxtında alınması; daxili ehtiyatların aşkar edilməsi, onların səfərbər olunması və mənfəət əldə etmək məqsədilə səmərəli istifadəsi. Hər bir iqtisadi əməliyyat hüquqi əsası olan sənədlə və ya məlumatın elektron daşıyıcıları ilə rəsmiləşdirilir, beləliklə, yerinə yetirilmiş iqtisadi əməliyyata görə məsuliyyət müəyyən olunur, ilkin sənəd isə hüquqi cəhətdən qüvvəyə minir. Mühasibat uçotu müəssisənin maliyyə-iqtisadi fəaliyyətində olan qarşılıqlı əlaqə və asılılığı əks etdirir və idarəetmənin müxtəlif səviyyələrinin uçot məlumatları ilə təmin olunması vasitəsilə idarəetmənin, təhlilin təkmilləşdirməsinə kömək etməyə yönəldilir. Mühasibat uçotu yalnız retrospektiv (keçmiş üçün) deyil, həm də perspektiv xarakter daşıyır. Bazar münasibətləri şəraitində mühasibat uçotu planlaşdırma, tənzimləmə, təşkil
etmə və
stimullaşdırma ilə yanaşı, idarəetmənin əsas funksiyalarından biri kimi çıxış edərək, mahiyyət etibarı ilə idarəetmə (istehsalat) və maliyyə uçotunu birləşdirir. Đdarəetmə sistemində mühasibat uçotu bir sıra funksiyaları yerinə yetirir ki, bunlardan da əsasları nəzarət, məlumat, təhlil, mülkiyyətin qorunmasının təmin olunması və əks əlaqədən ibarətdir. Bazar münasibətləri şəraitində müxtəlif mülkiyyət növlü müəssisələrin mövcudluğu və
478
ölkə iqtisadiyyatında onların hüquqlarının genişləndiyi bir dövrdə maliyyə nəzarəti, istehsala və məhsul satışına, yerinə yetirilən iş və xidmətlərə çəkilən
xərclərə nəzarət
zəifləməməlidir. Mühasibat uçotunun vahid
sistemində nəzarət funksiyasının rolu artır və daha böyük əhəmiyyət kəsb edir. Belə ki, müdiriyyət yalnız öz müəssisəsinin maliyyə vəziyyəti ilə deyil, həm də rəqib müəssisənin maliyyə vəziyyəti və ödəmə qabiliyyəti ilə maraqlanır. Buna görə də, uçot aparatının, nəzarət-təftiş xidmətinin, bankların, audit
firmalarının, vergi
orqanlarının işçiləri təsərrüfatçılığın yeni metodlarına əsaslanaraq, müxtəlif ehtiyat növlərindən istifadə üzərində fəal nəzarət həyata keçirməlidirlər. Mühasibat uçotu xüsusi üsul və qaydaların köməyi ilə üç növ nəzarəti həyata keçirir: ilkin – iqtisadi əməliyyat baş verənədək; cari – əməliyyatın baş verdiyi vaxt; sonuncu (yekun) – əməliyyat baş verdikdən sonra. Müasir şəraitdə uçot məlumatları müvafiq idarəetmə qərarlarının hazırlanması və qəbul edilməsi üçün istifadə edən müəssisənin, onun bölmələrinin müxtəlif idarəetmə xidmətləri, menecerləri üçün mühüm məlumat mənbəyi hesab edilir. Beləliklə, mühasibat uçotunun bazar iqtisadiyyatının formalaşmasında və idarəetmə sistemində əsas funksiyalarından biri, informasiya funksiyasıdır. Mühasibat uçotu iqtisadi fəaliyyət haqqında qərar qəbul edən şəxs arasında birləşdirici rolunu oynayır. Đqtisadi fəaliyyət haqqında məlumatlar mühasibat uçotu sisteminə girişdə, qərar qəbul edən şəxslər üçün zəruri məlumatlar isə ondan çıxışda əks etdirilir. Mülkiyyətin qorunmasının təmin olunması funksiyası mühasibat uçotunun təkmilləşdirilməsi və onun nəzarət funksiyasının gücləndirilməsi ilə sıx bağlıdır. Bu funksiyanın həyata keçirilməsi üçün müvafiq zəmin lazımdır: nəzarətedici və ölçü cihazları ilə təchiz olunmuş anbarlar. Bazar iqtisadiyyatının formalaşması, sahibkarların sayının artması və xarici iqtisadi fəaliyyətin inkişaf etməsi şəraitində mühasibat uçotunun bu funksiyasının əhəmiyyəti daha da artır. Mühasibat uçotu idarəetmə işçilərini müəssisənin fəaliyyəti haqqında faktiki məlumatlarla təmin etməklə yanaşı, idarəetmə sisteminin fəaliyyəti onsuz mümkün olmayan əks əlaqə funksiyasını yerinə yetirir. Müasir şəraitdə idarəetmənin təkmilləşdirilməsi və bazar münasibətlərinin formalaşdırılması üçün analitik funksiya da vacibdir. Belə ki, dürüst və hüquqi
cəhətdən əsaslandırılmış mühasibat məlumatlarından müəssisənin maliyyə-iqtisadi fəaliyyətinin təhlilində istifadə olunur. Bu funksiyanın həyata keçirilməsi mühasibat uçotunun bütün bölmələri üzrə təhlil aparmağa, o cümlədən ehtiyatların bütün növlərindən istifadənin, məhsulun istehsal və
satışına xərclərin, bazar qiymətlərinin fəaliyyəti, inflyasiya prosesləri və s. şəraitdə mühüm əhəmiyyət kəsb edən tətbiq olunan qiymətlərin düzgünlüyünün təhlilini aparmağa imkan verir. Mühasibat uçotu və xüsusilə analitik uçot həm daxili, həm də xarici statistik məlumatların formalaşmasının əsasını təşkil edir. Mühasibat uçotunun əsas
prinsipləri aşağıdakılardır: fasiləsizlik, metodlarda ardıcıllıq, müəssisənin gəlir və xərclərinin onların yarandığı vaxta
görə eyniləşdirilməsi, müəssisənin gəlirliliyinin qiymətləndirilməsində ehtiyatlılıq, təsərrüfat əməliyyatının məzmununun onların uçotda əks olunması forması üzərində üstünlüyü. Mühasibat uçotu bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, yarandığı gündən ləğv olunduğu günə qədər aparılır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və ya müəssisələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada uçot aparır və hesabat tərtib edirlər. Mühasibat uçotunun mahiyyəti tərkibinə və yerləşməsinə, yaranma mənbəyinə və təyinatına görə ayrılmış iqtisadi vəsaitlərin dövriyyəsi, həmçinin bir qayda olaraq, ilkin mərhələlərdə baş verən iqtisadi proseslərdir. Bu dövriyyə fasiləsiz aparılır, vəsaitlər isə
onun müxtəlif mərhələlərində olur. Mühasibat uçotu əsasında təsərrüfatda olan maddi qiymətlilərin müxtəlif növlərinin və pul vəsaitləri, hesablaşmaların vəziyyəti, onun ehtiyatlarının ümumi səviyyəsi haqqında məlumatları alırlar; tədarük edilmiş materialların, istehsal olunmuş və satılmış məhsulların (əmtəələrin, işlərin, xidmətlərin) həcm və maya dəyərini müəyyən edirlər; müəssisənin fəaliyyətinin maliyyə nəticələrini aşkar edirlər və s. Mühasibat uçotu müəssisənin əmlakı, öhdəlikləri və
iqtisadi əməliyyatları haqqında bütün
məlumatlara əsaslanır. Bununla, müəssisənin vəsaitinin dəyər ifadəsində və ikiqat qeydiyyat üsulu ilə iqtisadi fəaliyyətini əks etdirən bütöv, fasiləsiz, sənədlərlə əsaslandırılan xüsusiyyəti şərtlənir. Mühasibat uçotunun obyektləri aşağıdakılardır: müəssisənin əmlakı;
xüsusi kapital; digər müəssisələrin borcu və müəssisənin kənar müəssisə və şəxslər qarşısında öhdəçiliyi; əmlak və öhdəliklərdə dəyişikliklərə səbəb olan iqtisadi əməliyyatlar. Mühasibat uçotunda müəssisənin təsərrüfat vəsaitinə iki nöqteyi-nəzərdən baxılır: 1) bu vəsaitlərin hansı növlərdən ibarət olduğu (əmlak
479
tərkibi), hansı sahədə (sferada) yerləşdirildiyi (ticarət, istehsalat və s.) və kimin əmlak cavabdehliyi altında olduğu müəyyən olunur; 2) bu əmlakın hansı mənbə hesabına əldə olunduğu və ya formalaşdırıldığı müəyyən olunur. Mühasibat uçotunda aktivlərin cəmi həmişə əmələ gəlmə mənbələrinin cəminə bərabər olmalıdır. Mühasibat uçotunun obyektlərini əks etdirmək üçün müəyyən ardıcıllıqla və qarşılıqlı əlaqə ilə tətbiq edilən üsul və qaydaların məcmusu mühasibat uçotunun təşkilinin metodoloji əsasını, təşkil edir. Mühasibat uçotunun metodları aşağıdakılardır:
hesabatları. Mühasibat uçotu sisteminin qurulması üçün müəssisənin əmlakının qiymətləndirilməsinin real və düzgün olması mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmə müəssisənin əmlakını, əmlakın yaranma mənbələrini və aparılan əməliyyatların pulla ifadə edilməsi üsullarını özündə əks etdirir. Balansda əks etdirmək üçün əmlak və onun mənbələrinin qiymətləndirilməsi məqsədilə, bütün müəssisələrdə qiymətləndirmə, qiymətləndirmənin müəyyənləşdirilmiş əsas və qaydalarına əməl etməklə nail olmaq olar. Mühasibat uçotunun hər bir obyekti haqqında yekun məlumat almaq üçün qiymətləndirmədən sonra bütün əməliyyatlar ümumiləşdirilir və müəyyən bir qaydada qruplaşdırılır. Bu məqsədlə, mühasibat hesabları üsulundan istifadə edilir. Mühasibat uçotu hesablarında iqtisadi əməliyyatların qeydiyyatı (əks etdirilməsi) ikili yazma üsulu ilə aparılır. Pul formasında ifadə olunmuş, mühasibat uçotu hesablarında ikili
yazının tətbiqi
ilə qruplaşdırılmış və inventarizasiyanın köməyi ilə yoxlanmış, sənədlərlə əsaslandırılmış məlumatlar əmək vasitələrinin və əşyalarının, həmçinin hazır məhsulların və göstərilən xidmətlərin maya dəyərinin kalkulyasiyası üçün əsas kimi çıxış edir. Müəssisənin fəaliyyətinin ümumiləşdirici göstəricilərini əldə etmək üçün, ikili yazı ilə alınmış hesablar üzrə yekun məlumatlar və hesablanmış maliyyə nəticələri sonradan daha iri qruplarda birləşməyə məruz qalırlar. Bu məqsədlə, balans və hesabat tətbiq edilir. Mühasibat uçotu obyektlərinə nəzarət balans ümumiləşdirməsinin köməyi ilə
təsərrüfat vasitələrinin onların mənbələri ilə (bunlar ümumi cəm üzrə bir-birinə bərabər olmalıdır) müqayisə kimi
həyata keçirilir. Mühasibat balansı
müəssisənin maliyyə vəziyyətini xarakterizə edir. Müəssisənin fəaliyyəti və maliyyə vəziyyəti haqqında məlumatlar balansdan başqa, mühasibat hesabatının digər formalarında da əks olunur. Mühasibat hesabatı bir sıra hesabat formalarından (cədvəllərdən) ibarətdir və
müəssisənin fəaliyyətinə operativ rəhbərlikdə, iqtisadi təhlildə və müəssisənin fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur. Mühasibat balansının və digər hesabat formalarının tərtib edilməsi üçün məlumatlar mühasibat hesablarından alınır. Mühasibat uçotunun səmərəli təşkili üçün uçot məlumatlarının qruplaşdırılmasının ən müasir üsul və qaydaları və registrlərin uçot formalarından istifadəsinin, analitik və sintetik uçotun optimal uyğunluğunun və sonda mühasibat uçotunun daha proqressiv formalarının tətbiqinin böyük əhəmiyyəti vardır. Mühasibat uçotunun forması – iqtisadi əməliyyatların müəyyən
ardıcıllıqla əks
etdirilməsi və yazıların müvafiq qaydalarla qruplaşdırılması üçün uçot registrlərinin zəruri məcmusudur. Mühasibat uçotunun formaları sadə mühasibat kitablarından (memorial-order formalarından) tutmuş, müasir səmərəli qurulmuş avtomat sistemlərin registrlərinədək fasiləsiz inkişaf etmişdir. Çoxlu miqdarda kiçik sahibkarlıq subyektlərinin yaranması ilə əlaqədar olaraq, mühasibat uçotunun sadələşdirilmiş formaları daha da inkişaf etmişdir.
(aktlarda, tələbnamələrdə, məxaric-kassa orderlərində, limit kartlarında, yol vərəqələrində, hesabatlarda, registrlərdə, balanslarda) olan əmlakının, öhdəçiliyinin və
təsərrüfat əməliyyatlarının dəyər xarakteristikasıdır. Mühasibat uçotu göstəricisi iqtisadi subyektlərin fəaliyyətinin təsərrüfat vəsaitlərini və maliyyə- iqtisadi dövriyyəsini əks etdirir.
GÖSTƏRĐCĐLƏRĐ – statistik elementlər və ya hesablanmış aqreqasiya olunmuş (birləşdirilmiş) göstəricilər əsasında hesablanan və məhsuldarlıq, gəlirlilik (rentabellik) və digər bölmələrin göstəricilərinin müəyyənləşdirilməsinə imkan verən göstəricilərdir. Bölmənin xarakteristikası və qiymətləndirilməsi üçün
istifadə oluna
biləcək göstəricilər mövcuddur. Burada məhsuldarlığa, işçilərin əmək haqqına əlavə dəyərin bölüşdürülməsinə aid olan bir neçə nümunəni göstərmək olar: - hər bir işləyənə hesablanmış məhsuldarlıq; - hər işçi saata hesablanmış məhsuldarlıq; - hər bir işləyənə əmək haqqı; - əlavə dəyər üzrə işçi qüvvəsinə xərclərin payı; - ümumi gəlirin faizi. 480
Müxtəlif bölmələr üçün xüsusi göstəricilər hesablana bilər. Məsələn, ehtiyatların hərəkəti faizi və ya topdan və pərakəndə ticarət üçün ticarət əlavəsinin faizi.
- iqtisadi qruplaşma və təsərrüfat vəsaitləri və təsərrüfat əməliyyatları üzərində operativ nəzarətin cari əks olunması üsuludur. Hər bir hesab iki hissədən ibarətdir: debet və kredit.
Hesablarda təsərrüfat əməliyyatlarının əksi ikili yazı ilə aparılır, yəni hər bir təsərrüfat əməliyyatı bir hesabda debet üzrə və digər hesabda kredit üzrə yazılır.
Beləliklə, hesablar və onlarda əks olunan təsərrüfat əməliyyatları arasında əlaqə yaradılır.
Hesabın debetində əks olunan bütün əməliyyatların yekunu debet dövriyyəsi; kredit üzrə əks olunan bütün əməliyyatların yekunu kredit dövriyyəsi adlanır.
Hesab üzrə dövriyyə vəsaitlərin hesab üzrə hərəkətini, yəni müəyyən təsərrüfat
prosesini əks etdirir. Debet və kredit dövriyyələrinin müqayisəli ölçülməsinin nəticəsi hesab üzrə qalıq (saldo) kimi müəyyən edilir. Saldo təsərrüfat vəsaitlərinin və
onların mənbələrinin vəziyyətini əks etdirir. Mühasibat uçotunun hesabları balansla sıx əlaqədardır. Balans aktivi əsasında açılmış hesablar aktiv hesablar adlanır, onlarda müxtəlif əmlak növləri, onların mövcudluğu, tərkibi, hərəkəti əks olunur.
Aktiv hesablarda saldo yalnız debet saldosudur. Balans passivi əsasında açılmış hesablar passiv hesablar adlanır, onlarda əmlakın yaranma mənbələri, onların mövcudluğu, tərkibi, hərəkəti, həmçinin öhdəçilikləri nəzərə alınır. Passiv hesablarda saldo yalnız kredit saldosudur. Aktiv və passiv hesablarda debet və kreditin mənaları müxtəlifdir. Aktiv hesablarda hesab üzrə artım debet üzrə yazılır, azalma isə kredit üzrə. Passiv hesablarda əksinə: artım kredit üzrə, azalma isə debet üzrə yazılır. Mühasibat uçotunun hesabları sintetik və analitik olur. Sintetik hesablarda iqtisadi qruplaşmanın məlumatları – müəssisələrin əmlakı, onların yaranma mənbələri və pul ifadəsində ümumi şəkildə təsərrüfat əməliyyatları əks olunur. Lakin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin idarə edilməsi üçün, onun iqtisadiyyatda tutduğu yerinin, qarşı tərəflə hesablaşma vəziyyətinin qiymətləndirilməsi ümumi göstəricilərin əldə olunması üçün kifayət deyildir. Bunun üçün müfəssəl məlumatların olması vacibdir. Buna görə də, sintetik hesablarda qruplaşmadan başqa, analitik hesablarda natura və pul ölçüsündə uçot aparılır. Analitik və sintetik mühasibat uçotunun hesabları qarşılıqlı əlaqəlidir. Belə ki, analitik hesablarda da sintetik hesablarda əks olunan əmlak növləri, onların
yaranma mənbələri və təsərrüfat əməliyyatları əks olunurlar, lakin daha ətraflı iqtisadi elementlərlə. Bu o deməkdir ki, analitik hesabların yekun məlumatları sintetik hesabın yekun məlumatlarına bərabər olmalıdır. Analitik hesab mühasibat uçotu sistemində çox zəhmət tələb edən iş sahəsidir, lakin o, vacibdir, belə ki,
məhz analitik hesabda statistik məlumatların böyük hissəsi formalaşır. Mühasibat uçotunda çoxlu sayda müxtəlif hesablar tətbiq olunur, onlardan düzgün istifadə etmək üçün onların təsnifləşdirilməsi vacibdir. Bu təsnifat iki əlamət üzrə aparılır: hesabların təyinat və strukturu və onların iqtisadi tərkibi üzrə. Təyinat və struktur üzrə hesabların təsnifatı, hansı göstəricilərin alınması üçün bu və ya digər hesabların lazım olmasını və onların necə tərtib edilməsini, yəni debet və kreditin qiymətlərini, həmçinin saldonun xarakterinin necə olmasını göstərir. Đqtisadi tərkib üzrə hesabların təsnifatı hesabda nəyin nəzərə alınmasını, hansı konkret iqtisadi obyektin olmasını göstərir. Bu da verilən obyektin hərtərəfli xarakteristikası üçün hansı hesab növlərinin tərtib olunmasını müəyyən etməyə imkan verir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling