Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet132/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   128   129   130   131   132   133   134   135   ...   183

NĐKAHSIZLIQ

  (subay)  –  həyatı  boyunca 

nikaha  daxil  olmamaq,  evlənməməkdir  (ərə 

getməmək). Nikahsızlıq: 1) məcburi (səhhətin pis 

olması,  fiziki  və  ya  psixi  anomaliyaların  olması); 

2)  “nikah  bazarında”  vəziyyətin  pis  olması;  3) 

müəyyən  sosial  qrupa  (məsələn,  rahibliyə)  aid 

olması  kimi  səbəblərdən  olur.  Nikahsızlığın 

yayılması doğuma güclü təsir edən nikahlığın əsas 

parametrlərindən  biridir.  Nikahsızlığın  səviyyəsi 

adətən  kişilərə  nisbətən  qadınlar  arasında,  şəhər 

sakinlərinə  nisbətən  kənd  sakinləri  arasında  daha 

yüksək  olur;  bu,  həmçinin  sosial-mədəni  və 

iqtisadi amillərdən asılıdır. Dinin, ənənələrin, ailə 

formalarının da buna təsiri böyükdür.  

Nikahsızlığın  səviyyəsi  nəsildə  (real,  yaxud 

hipotetik)  nikaha  girməmiş  bu  cinsdən  olan 

şəxslərin müəyyən yaşdakı (adətən, 50 yaşa) payı 

ilə  ölçülür.  Pay  müxtəlif  əsaslara  qarşı  hesablanır 

və bu və ya digər dərəcədə ölüm və miqrasiyanın 

təsirinə  məruz  qalır.  Əsasən,  seçilməsi  konkret 

məqsəddən və informasiyanın olmasından asılıdır. 

Geniş  beynəlxalq  və  tarixi  müqayisələr  üçün 

əsasən siyahıyaalmaların məlumatlarından istifadə 

olunur.  

 

NĐSBƏT  (ƏMSALLAR)

  –  nisbət  və  əmsallar 

statistika  göstəricilərindən  və  ya  aqreqasiya 

olunmuş 

məlumatlardan 

istifadə 

edilməklə 

hesablanır  və  onların  əsasında  məhsuldarlıq, 

gəlirlilik, rəqabət aparmaq qabiliyyəti və müxtəlif 

sahələrin  sektorlarının  istehsalının  səmərəlilik 

xüsusiyyəti göstəriciləri hesablanır.  

Bir  sıra  nisbət  və  əmsallar  mövcuddur  ki, 

onlardan  bu  və  ya  digər  sahənin  sektorlarının 

iqtisadi  əhəmiyyətini  qiymətləndirmək  üçün 

istifadə  edilir.  Onlardan  əmək  məhsuldarlığını, 

muzdlu  işçilərin  əmək  haqlarını  və  əlavə  dəyərin 

bölüşdürülməsini ölçənlər aşağıda göstərilir:  



Bir  saata  düşən  əmək  məhsuldarlığı  –  “bazar 

qiymətlərində  əlavə  dəyər  /  işlənmiş  saatların 

sayı”; 

Bir məşğula düşən əmək məhsuldarlığı – “bazar 

qiymətlərində  əlavə  dəyər  /  məşğul  olanların 

sayı”;  

Əmək  haqqı  vahidinə  hesablanan  əmək 

məhsuldarlığı - “bazar qiymətlərində əlavə dəyər 

/  fəhlə  və  qulluqçuların  əmək  haqları”  (siyahı 

tərkibli işçilərin əmək haqlarına çəkilən xərclər); 

Bir  saata  düşən  əmək  haqqı  –  “fəhlə  və 

qulluqçuların  əmək  haqları  /  muzdlu  işçi 

tərəfindən işlənmiş saatların sayı”; 

Siyahı tərkibli işçilərin əmək haqlarına çəkilən 

xərclərin  əlavə  dəyərdə  payı  (norması)  -  “fəhlə 

və  qulluqçuların  əmək  haqlarına  çəkilən  xərclər  / 

bazar qiymətlərində əlavə dəyər”; 

Đnvestisiya  qoyuluşunun  norması  –  “investisiya 

/ bazar qiymətlərində əlavə dəyər”; 



Maliyyə  xərclərinin  payı  (norması)  –  “maliyyə 

xərcləri / ümumi gəlir” (istehsaldan); 



Əlavə  dəyərin  payı  (norması)  -  “bazar 

qiymətlərində  əlavə  dəyər  /  dəyər  ifadəsində 

istehsalın həcmi”; 


 

508 


Gəlirin  ümumi  normada  payı  –  “ümumi  gəlir  / 

bazar qiymətlərində əlavə dəyər” 

 

NĐSBĐ  XƏTA

  –  adətən  faiz  şəklində  ifadə 

olunan  mütləq  xətanın  öyrənilən  əlamətin  həqiqi 

qiymətinə olan nisbətidir. 

 

NĐSBĐ  QĐYMƏT



  –  vahid  üçün  qəbul  edilmiş 

əmtəə-etalonun  qiyməti  ilə  müqayisə  edilməklə, 

ölçülən  qiymətdir.  Əmtəə-etalon  qiyməti  kimi, 

adətən 


iqtisadiyyatın 

müvafiq 


sektorunda 

qiymətin  bütün  sisteminin  formalaşmasında  baza 

hesab  olunan  əmtəənin  qiyməti  qəbul  edilir 

(məsələn, istehsal  sahəsində  1  ton  neftin  qiyməti, 

istehlak  sahəsində  1  kq  sümüklü  mal  ətinin 

qiyməti). Konkret şərtdən və təhlilin vəzifəsindən 

asılı olaraq, etalon əvəzi istənilən digər əmtəə ola 

bilər. 


 

NĐSBĐ  STATĐSTĐKA  GÖSTƏRĐCĐSĐ

  – 


mütləq,  orta  və  ya  əvvəllər  alınmış  nisbi 

göstəricilərin  kəmiyyət  münasibətini  ifadə  edir. 

Nisbi kəmiyyət bir kəmiyyətin cari və ya hesabat 

kəmiyyətinin digər kəmiyyətə, adətən bazis və ya 

bazis kimi götürülən kəmiyyətə (nisbi kəmiyyətin 

əsası)  bölünməsi  yolu  ilə  alınır.  Bazis  kəmiyyəti 

vahidə  və  ya  10,  100,  1000  və  s.  bölünən 

rəqəmlərə  bərabərləşdirilir,  hesaba  isə,  bölmə 

münasibəti  də  (əmsal)  ifadə  edilməklə,  cari 

kəmiyyət  bazis  kəmiyyətindən  neçə  dəfə  böyük 

olmaqla,  vahidin  hissələri,  faiz,  promillə  əks 

etdirilir. 

Həll  olunan  məsələdən  asılı  olaraq  nisbi  statistik 

göstəricilərin bir neçə tipi fərqləndirilir: 

 - 

planın 


(müqavilənin, 

layihənin) 

yerinə 

yetirilməsi  -  müqavilənin  və  s.  faktiki  (hesabat) 



həcminə olan nisbəti; 

-  dinamika  –  vaxta  görə  həmcins  kəmiyyətlərin 

nisbəti; 

-  müqayisə  -  müxtəlif  məcmuların  həmcins 

kəmiyyətlərinin nisbəti; 

- quruluş (struktura) – hissələrin və tamın nisbəti; 

-  əlaqələndirmə  -  tamın  iki  hissəsinin  öz 

aralarında nisbəti; 

-  intensivlik  əmsalı  –  eyni  bir  məcmunun  iki 

müxtəlif cinsli əlamətlərinin nisbəti.  

Đntensivlik  əmsalı  həmişə  konkret  ölçü  vahidinə 

malik olur: bir nəfərə manatla, 1 hektara, dənə ilə, 

1 m

2

 



-ə və s. Đntensivlik əmsalı əməyin və maşının 

məhsuldarlığı,  işçiyə  və  əhalinin  hər  nəfərinə 

düşən  gəlir,  maya  dəyəri,  gəlirlilik  və  s.  kimi 

anlayışları 

ifadə 

etdiyindən, 



keyfiyyət 

göstəricisi adını almışdır. 

 

NĐZAMNAMƏ  KAPĐTALI



  -  daimi  cari 

fəaliyyət  üçün  yaranan  və  ya  əldə  edilən  vəsaitin 

ilkin  xərcləridir;  kapitalın  artırılması  və  ya 

istiqrazın  buraxılması  üçün  təşkilati  xərclərdir. 

Nizamnamə  kapitalının  maliyyələşdirilməsi  üçün 

bir  neçə  müxtəlif  mənbələr  müəyyənləşdirilə 

bilər:  

-  şəxsi  vəsait  (“Nizamnamə  kapitalında  şəxsi 



vəsaitlərin payı”na bax), 

dotasiyalar 



(“Nizamnamə 

kapitalında 

dotasiyaların payı”na bax), 

istiqrazlar 



(“Nizamnamə 

kapitalında 

istiqrazların payı”na bax), 

- digər mənbələr. 



 

NĐZAMNAMƏ  KAPĐTALINDA  DOTASĐ-

YALARIN  PAYI

  -    dotasiyanı  yeni  biznesin 

təşkili  üçün  kapitalın  əsas  mənbəyi  kimi  alan 

müəssisələrin  faizidir.  Dotasiyalar,  adətən,  dövlət 

sektoru  (dövlət  idarələri  və  dövlət  idarəetmə 

orqanları) tərəfindən verilir.  

 

NĐZAMNAMƏ  KAPĐTALINDA  XÜSUSĐ 

VƏSAĐTLƏRĐN  PAYI

  -  yeni  biznesin  təşkili 

üçün  xüsusi  vəsaitlərindən  əsas  kapital  mənbəyi 

kimi  istifadə  edən  müəssisələrin  faizidir.  Xüsusi 

vəsaitlərə 

maliyyə 


idarələrində 

olan 


şəxsi 

istiqrazlar, bazar səviyyəsindən aşağı faizlə xüsusi 

fərdi 

şəxslərdə 



olan 

şəxsi 


istiqrazlar, 

mülkiyyətçinin  və  onun  ailəsinin  nağd  pulu 

daxildir. 

 

NĐZAMNAMƏ  KAPĐTALINDA  ĐSTĐQ-



RAZLARIN  PAYI

  -  istiqrazlardan  yeni 

biznesin  təşkili  üçün  əsas  kapital  mənbəyi  kimi 

istifadə  edən  müəssisələrin  faizidir.  Đstiqrazlar 

sahibkarlara  özəl  sektoru  (banklar  və  digər 

maliyyə  idarələri,  həmçinin  bazar  tarifi  və  ya 

ondan yüksək tarif üzrə faiz alan fərdi şəxslər) və 

ya    dövlət  sektoru  (dövlət  idarələri  və  ya  dövlət 

idarəetmə orqanları) tərəfindən verilə bilər.  

 

NOMENKLATURA



  –  1)  statistik  vahidlərin 

məcmusunun bölmələrini müəyyən etməyə imkan 

verən  dəyişkən  kəmiyyətlərin  xüsusiyyətlərinin 

(xarakteristikalarının)  siyahısıdır;  2)  vergi  qoyma 

sisteminin, bütün gömrük qaydalarının və statistik 

məlumatların  əsaslandığı  əmtəələrin  müfəssəl 

təsnifatıdır. 

 

NOMĐNAL  DƏYƏR

  –  pul  nişanlarının, 

qiymətli  kağızların,  bank  biletlərinin,  sikkələrin 

üzərində göstərilən, rəsmi elan edilmiş dəyərdir. 

 

NOMĐNAL  ƏMƏK  HAQQI 



–  1)  əmək 

haqqının pul vahidi ilə ifadə olunan kəmiyyətidir; 

2)  hesablaşma  cədvəlində  və  ya  digər  sənədlərdə 

müəyyən  edilmiş,  qeyd  olunmuş  əmək  haqqının 

pulla  ifadə  olunmuş  həddidir.  Bu  əməyin 


 

509


ödənilməsinin malların, xidmətlərin qiymətləri ilə 

və  işçinin  pul  xərcləri  ilə  əlaqədar  olmayan 

səviyyəsini xarakterizə edir. 

 

NORMADAN ARTIQ EYNĐLƏŞDĐRMƏ



 – 

gətirilmiş  formalardan  struktur  formaya  keçiddə 



ekonometrik  modellərin  struktur  formalarının 

parametrlərində məhdudlaşdırmanın artıq sayıdır. 

 

NORMAL FORMA

 - normal görünüş, kanonik 

növ  –  məlumat  bazasında  istifadə  edilən 

termindir.  Normal  görünüşün  məqsədi  hər  cür 

korreksiya 

zamanı 

kompüterin  fəaliyyətinin 



məhdudlaşdırılmamasıdır.  

 

NORMATĐV-TƏMĐZ  AXAR  SULAR



  –  su 

obyektlərinə  təmizlənmədən  ötürülən  və  nəzarət 

olunan sudan istifadənin tədqiq olunduğu yerdə və 

ya  məntəqədə  suyun  keyfiyyət  və  normasını 

pozmayan axarlardır. 

 

NORMATĐV-TƏMĐZLƏNMĐŞ 



AXAR 

SULAR 

–  müvafiq  qurğularda  təmizlənən,  su 

obyektlərinə  tökülməsinə  nəzarət  olunan,  sudan 

istifadənin  tədqiq  olunduğu  yerdə  və  ya 

məntəqədə  suyun  keyfiyyət  normasını  pozmayan 

axarlardır. 

Belə 

axar 


suların 

tərkibindəki 

çirkləndirici  maddələr  təsdiq  edilmiş  son  dərəcə 

yol verilə biləcək tullantıya uyğun olmalıdır.  

 

NOU-HAU



  (ingiliscə  know-how,  hərfi  mənada 

“necə  bilirəm”)  -  onu  alan  şəxsin  müəyyən 

üstünlüklərini və kommersiya xeyrini təmin etmək 

üçün  texniki,  iqtisadi,  inzibati,  maliyyə  və  digər 

xarakterli  məlumatlar  da  daxil  edilməklə,  tam  və 

ya  qismən  mühafizə  sənədinə  malik  olmayan 

məxfi  biliklərdən,  təcrübədən,  bacarıqlardan 

(vərdişlərdən)  istifadədir.  Nou-hau  dedikdə, 

patentləşdirməmiş  gizli  sayılan  texnoloji  biliklər 

və  hər  hansı  bir  məmulatın,  elmi  tədqiqatın  və 

işləmələrin 

layihələndirilməsi, 

hesablamaları, 

tikintisi  və  istehsalı  üçün  zəruri  olan  metodlar, 

üsullar  və  vərdişlər  daxil  edilməklə,  praktiki 

təcrübələr;    materialların, maddələrin,  qatışıqların 

və  s.  tərkibi  və  qaydaları;  faydalı  qazıntıların 

çıxarılmasının  metod  və  üsulları;  xüsusiyyətlər, 

düsturlar  və  resepturalar;  sənədlər,  istehsalın 

təşkilinin  sxemi,  dizayn,  marketinq,  idarəetmə, 

iqtisadiyyat  və  maliyyə  sahəsində  təcrübə;  geniş 

cəmiyyət üçün əlçatmaz olan digər informasiyalar 

başa  düşülür.  Nou-hau  sahibinin  mülkiyyət 

maraqları,  istehsal,  ticarət  və  işgüzar  sirləri 

vətəndaş, 

ticarət, 

əmək 

hüquqları, 



qeyri-

rəqabətlilik  haqqında  qanunvericilik  aktları  ilə 

qorunur. 

Azərbaycanda 

sahibkarların 

(müəlliflərin)  məxfi  informasiya  hüquqlarının 

təmin  olunması  “Mülki  Məcəllə”  ilə  qorunur. 

Nou-haunun  kommersiya  ötürməsi  lisenziya 

razılaşmalarında, 

texnologiyanın 

verilməsi, 

texniki  (investisiya)  əməkdaşlıq,  mühəndislik 

xidmətlərinin 

göstərilməsi 

haqqında 

müqavilələrdə nəzərdə tutulur. 

Statistika,  texnologiya  üçün  tədiyyə  balansının 

qurulması məqsədi ilə nou-haunun  verilməsi üzrə 

beynəlxalq  razılaşmaların  dəyər  göstəricilərini; 

texnikanın  yeni  növlərinin  nümunələrindən  və 

yaradılan  və  tətbiq  edilən  yeniliyin  elmi-texniki 

səviyyəsinin  təyin  edilməsində  yeni  məhsulların 

mənimsənilməsində, 

həmçinin 

sənaye 

müəssisələrinin 



innovasiya 

fəaliyyətinin 

öyrənilməsində nou-haudan istifadəni öyrənir. 

 

NÖQTƏLĐ 

QĐYMƏTLƏNDĐRMƏ

 

– 

qiymətləndirilən  parametrlərdən  asılı  olmayaraq, 



seçmə funksiyası kimi hesablanan baş məcmunun 

naməlum 


parametrinin 

qiymətidir. 

Qiymətləndirmə  bu  funksiyanın  bir  qiymətinin 

(nöqtəsinin)  hesablanması  zamanı  alınır.  Nöqtəli 

qiymətləndirmənin  dəqiqliyinin  xarakteristikası 

üçün 


θ

  naməlum  parametrindən  mümkün 

kənarlaşmanın 

kəmiyyətinin 

dürüstlüyünü 

(dəqiqliyini)  müəyyən  edən  qiymətləndirmənin 

standart xətasından istifadə edilir. 

 

NÖQTƏLĐ 



PROQNOZ

 

– 

göstəricinin 



proqnozunun  vahid  qiymət  şəklində  verilməsidir. 

Nöqtəli proqnoz əsasında interval proqnozu təyin 

edilir. 

 

NÖVBƏ 



-  növbə,  sıra  –  müntəzəm,  ardıcıl 

siyahı, növbələnmədir. Đki növ növbə mövcuddur: 

paylanmış və əlaqəli. 

 

NÖVBƏTĐ  YAŞA  QƏDƏR  YAŞAMA 



EHTĐMALI

 – mövcud yaş intervalının əvvəlinə 

yaşamışlardan həmin intervalın sonunadək yaşaya 

biləcək  insanların  sayını  əks  etdirən  ölüm 

cədvəlinin 

göstəricisidir. 

Yaşama 


ehtimalı  

bərabərdir:  p



x

=  1  -  q



x

,  burada  mövcud  yaş 

intervalında    p

x

-  yaşama  ehtimalı,  q



x

-  ölüm 



ehtimalıdır. 

 

NUKLEAR  AĐLƏ

  (lat.  nucleus  –  özək)  – 

uşaqlı, yaxud uşaqsız ər-arvad cütlüyündən, yaxud 

nikahda  olmayan  öz  uşaqları  ilə  valideynlərin 

birindən  ibarət  ailədir.  Ər-arvadın  bütün  nəsli 

daxil olan bioloji ailədən fərqli olaraq, adətən, ər-

arvad  və  yalnız  müşahidə  anına  (siyahıyaalma, 

yaxud  müşahidə  anına)  valideynləri  ilə  birlikdə 

yaşayan  onların  uşaqları  nuklear  ailə  hesab 

olunur;  məsələn,  ana  və  onun  uşağı  nuklear  ailə 

yaradır,  nəvə  ilə  nənə  isə  yox.  Qohum  olan  və 



 

510 


birgə yaşayan bir neçə nuklear ailə mürəkkəb ailə 

yarada bilər. 

“Nuklear 

ailə” 


anlayışı 

bir 


sıra 

ailə 


tipologiyalarının  əsasında  durur.  Tarixi  inkişafın 

gedişində  ailənin  transformasiyası  öyrənilən 

zaman vacibdir. Nikaha daxil olmaqla bağlı böyük 

uşaqların ailədən erkən ayrılması meyli və əhalidə 

nuklear 

ailə 


payının 

artması 


ailənin 

nuklerizasiyası adlanır. Nuklear ailə həmişə kiçik 

ailə olmur.  

 

NÜMAYƏNDƏLĐK

  –  hüquqi  şəxsin  olduğu 

yerdən  kənarda  yerləşən  və  hüquqi  şəxsin 

mənafelərini  təmsil  və  müdafiə  edən  ayrıca 

bölmədir. 

Nümayəndəliklər 

hüquqi 

şəxs 


deyildirlər  və  hüquqi  şəxsin  təsdiq  etdiyi 

əsasnamələr 

üzrə 

fəaliyyət 



göstərirlər. 

Nümayəndəliklərin 

rəhbərləri 

hüquqi 


şəxs 

tərəfindən  təyin  edilir  və  onun  etibarnaməsi 

əsasında fəaliyyət göstərir. 

 

NÜMUNƏVĐ  LAYĐHƏLƏŞDĐRMƏ

  (tikin-

tidə)  –  tikintidə  dəfələrlə  istifadə  etmək  üçün 

nəzərdə tutulmuş hazır nümunəvi layihə həllərinin 

və 

bütöv 


nümunəvi 

layihələr 

fondunun 

yaradılmasından ibarət olan layihələndirmənin bir 

istiqamətidir. 

Nümunəvi 

layihələndirmə 

obyektlərin 

layihələrində 

təkmilləşdirilmiş 

detalların, 

bəndlərin, 

aşırımların, 

nümunəvi 

həllərin, seksiyaların, blokların və s. işlənməsi və 

istifadəsi  əsasında  qurulur.  Layihələndirmə  və 

tikintidə  davamiyyətin,  əmək  məsrəfinin,  dəyərin 

azalmasına  və  keyfiyyətin  yüksəlməsinə  təsir 

göstərir.  Nümunəvi  layihələndirmənin  tətbiqi 

müəssisələrin, 

binaların 

və 


tikililərin 

bir 


mərhələdə həyata keçirilməsinə imkan verir. 

 

NÜMUNƏVĐ  ÖLÜM  CƏDVƏLLƏRĐ



  – 

ölüm  cədvəlləri  sistemidir,  onların  hər  biri  oxşar 

nəslin  kəsilməsi  ardıcıllığı  olan  əhali  üçün 

yaşlaşdıqca  ölüm  intensivliyinin  dəyişməsini  əks 

etdirir.  Nümunəvi  ölüm  cədvəllərinin  hər  hansı 

sisteminə  daxil  olan  ölüm  cədvəlləri  bir  sıra 

parametrlərlə  fərqlənə  bilər,  onların  sırasına,  bir 

qayda  olaraq,  gözlənilən  ömür  uzunluğu  daxildir. 

Ömür  uzunluğu  kəmiyyəti  üzrə  nizamlanmış 

nümunəvi  ölüm  cədvəllərinin  sırasına  (nümunəvi 

ölüm 


cədvəlləri 

ailəsi) 


nəslin 

kəsilməsi 

ardıcıllığının  təkamül  modeli  kimi  baxıla  bilər 

(“Ölüm”ə  bax).  Nümunəvi  ölüm  cədvəlləri 

sisteminə  daxil  olan  cədvəllərin  regional  ailəsi 

ölkənin müəyyən qrupunun ölüm xüsusiyyətlərini 

əks etdirir. 

Bir  çox  hallarda  nümunəvi  ölüm  cədvəlləri  hər 

cins  üçün  ayrıca  qurulur.  Bəzi  hallarda  cüt 

cədvəllər  sistemi  tərtib  olunur,  hər  “kişi” 

cədvəlinə  bir  “qadın”  cədvəli  uyğun  gəlir. 

Nəzərdə  tutulur  ki,  belə  cütlük  sistemi  kişi  və 

qadın  ölümündə  ən  tipik  nisbəti  əks  etdirir. 

Nümunəvi  ölüm  cədvəlləri  adi  ölüm  cədvəlləri 

dəstinin  məlumatlarının  statistik  emalı  əsasında 

qurulur.  Bu  zaman  qruplaşdırma,  korrelyasiya, 

amillərin  təhlili,  ekstrapolyasiya,  interpolyasiya 

və s. metodları tətbiq olunur. 

Nümunəvi  ölüm  cədvəllərindən  demoqrafiyada, 

birincisi  -  ölənlərin  natamam,  yaxud  çox  dəqiq 

olmayan  uçotun  aparıldığı  ölkələrdə  yaş  ölüm 

səviyyəsini  və  gözlənilən  ömür  uzunluğunu 

qiymətləndirmək  üçün,  ikincisi  -  demoqrafik 

proqnozun işlənib hazırlanması zamanı, üçüncüsü 

- ölümün demoqrafik təhlilində istifadə olunur. 

Nümunəvi  ölüm  cədvəllərinin  qurulmasına  ilk 

dəfə  1944-cü  ildə  A.Koull  təşəbbüs  göstərmişdir. 

O,  ölüm  səviyyəsinin  indikatoru  kimi,  10  yaşda 

(e

10

)  gözlənilən  ömür  uzunluğunu  götürmüşdü. 



Ölüm  ehtimalı  hər  yaş  üçün  xətti  reqressiya 

metodu ilə müəyyən edilirdi. 

1955-ci  ildə  BMT  ekspertləri  158  müxtəlif  ölüm 

cədvəllərinin  statistik  işlənməsi  yolu  ilə  40 

cədvəldən  ibarət  nümunəvi  ölüm  cədvəllərinin 

seriyasını  qurmuşlar.  Bu  cədvəllər  18-75  yaşadək 

gözlənilən  ömür  uzunluğunun  artması  və  ölüm 

səviyyəsi  üzrə  nizamlanmışdı.  Nümunəvi  ölüm 

cədvəllərinin  əsasına  yaxın  yaşlar  üçün  ölüm 

ehtimallarının parabolik reqressiyası qoyulmuşdu. 

Baxmayaraq  ki,  bu  cədvəllər  50-ci  illərin 

ortalarına hesablanmışdı, onlar müasir demoqrafik 

tədqiqatlarda tətbiq olunur. 

 

 



 

511


-O- 

 

Oferent ....................................................... 512 



Oferta ......................................................... 512 

Ofis ............................................................. 512 

Ofşor bank .................................................. 512 

Oxşar istehsallı yerli vahidlər .................... 512 

Oxşar sahələr .............................................. 512 

Oxunma ...................................................... 512 

10-14 yaşlı təhsil alan yetim və valideynləri 

olan uşaqların nisbəti ................................. 512 

15 yaşadək işləyən uşaqların sayı .............. 512 

15-24 yaşlarında ĐĐV-ə yoluxmuş hamilə 

qadınların payı............................................ 512 

15-24 yaşlarında savadlı qadın və kişilərin 

nisbəti ......................................................... 512 

15-24 yaşlı gənclər arasında işsizlərın sayı 512 

15-24 yaşlılar arasinda savadlıların sayı .... 513 

Onlar qrupu ................................................ 513 

Operand ...................................................... 513 

Operativ hesabat ......................................... 513 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Operativ yaddaş və ya əməli yaddaş .......... 513 



Operator ..................................................... 513 

Opsion ........................................................ 513 

Orta adambaşına istehlak ........................... 513 

Orta elastiklik əmsalı ................................. 514 

Orta əhali ................................................... 514 

Orta əmək haqqı ......................................... 514 

Orta günlük istehsal indeksi....................... 514 

Orta ixtisas təhsil müəssisələrinin  növləri 515 

Orta ixtisas təhsilinin təhsil müəssisələri ... 515 

Orta illik əhali ............................................ 515 

Orta illik istehsal gücü ............................... 515 

Orta kəmiyyət ............................................ 515 

Orta qiymət ................................................ 516 

Orta qiymət indeksi .................................... 516 

Orta seçmə xəta .......................................... 516 

Orta təhsilin dövlət təhsil standartı ............ 516 

Orta yaş ...................................................... 516 

Ovçuluq təsərrüfatları ................................ 516 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   128   129   130   131   132   133   134   135   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling