Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- NƏQLĐYYAT STATĐSTĐKASI ÜÇÜN YÜK TƏSNĐFATI (siyahısı)
- NƏQLĐYYAT VASĐTƏLƏRĐNĐN HƏRƏ- KƏTĐNĐN MÜNTƏZƏMLĐYĐ
- NƏQLĐYYAT VASĐTƏLƏRĐNĐN QEY- DĐYYATI
- NƏQLĐYYAT YOLLARI ŞƏBƏKƏLƏRĐ- NĐN SIXLIĞI
- NƏQLĐYYAT YOLLARI ŞƏBƏKƏSĐNĐN UZUNLUĞU
- NƏQLĐYYATDA ƏMƏK MƏHSULDAR- LIĞI
- NƏQLĐYYATIN DAXĐLĐ NÖVÜ
- Avtomobil nəqliyyatının yük dövriyyəsi
- Hava nəqliyyatının yük dövriyyəsi
- Dəmiryol nəqliyyatının yük dövriyyəsi
- Çay nəqliyyatının yük dövriyyəsi
- Boru kəməri nəqliyyatının yük dövriyyəsi
NƏQLĐYYAT XĐDMƏTLƏRĐNĐN GÖS- TƏRĐLMƏSĐ (BURAXILIŞI) – yük və sərnişinlərin hər hansı
məsafəyə yerinin
dəyişməsinin dəyərlə ifadəsidir. Xidmətlərə görə faktiki alınan haqların cəmi kimi müəyyən edilir. Nəqliyyat xidmətlərinin buraxılışına yük və sərnişin daşınmaları, poçtun
nəqliyyatla göndərilməsi, yükvurma-yük boşaltma işləri, anbarların istismarı və digər xidmətlər daxildir. “Nəqliyyat” sahəsinə aşağıdakı nəqliyyat növləri daxildir: dəmir yolu, o cümlədən tramvay və metropoliten; şose, o cümlədən avtomobil və şose təsərrüfatı; trolleybus; boru kəməri; su, o cümlədən dəniz və çay; aviasiya və digər növ nəqliyyat. Bundan başqa, nəqliyyat fəaliyyətinin bütün sahələrdə köməkçi fəaliyyət kimi yeri vardır. Nəqliyyatda bu fəaliyyət, xüsusən kənara buraxılan xidmətlər qismən
nəzərə alınır.
Məsələn, sənaye müəssisəsi ərazisində dəmir yolunun istismarı nəqliyyata aid edilmir. Şose təsərrüfatının məhsul buraxılışı nəqliyyata aiddir və yolların cari təmiri və saxlanması üzrə işlərin dəyərlərinin cəmi kimi müəyyən edilir. Yolların tikintisi və əsaslı təmiri tikintiyə aiddir. NƏQLĐYYAT MƏHSULU (XĐDMƏTLƏ- RĐ) – sərnişin və yüklərin daşımalarıdır; pul və şərti-natural ölçülərdə ifadə olunur. Nəqliyyat məhsulu (xidmətləri) aşağıdakı göstəriciləri əks etdirir: dəyər ifadəsində - daşınmalardan və yük və sərnişinlərin daşınması ilə (yükləmə-boşaltma, anbar, nəqliyyat-ekspedisiya və digər) bağlı işlərdən nəqliyyat müəssisələrinin gəlirləri; şərti- natural ifadədə - nəqliyyatla daşınmış yüklər,
- müəssisənin yük daşınmaların yerinə yetirilməsi ilə birbaşa bağlı olan xərclərinin cəmidir; yük daşınması ilə məşğul olan işçilərin əmək haqqı xərclərindən,
493
material, yanacaq və enerjinin dəyərlərindən, əsas vəsaitlərin cari saxlanması və təmiri üzrə xərclərdən və əsas fondların amortizasiyasından ibarətdir. Nəqliyyat müəssisələrinin istismar xərcləri bir sıra əlamətlərə görə xərclərin bölünməsini nəzərdə tutan, qəbul olunmuş təsnifata uyğun olaraq uçota alınır: iqtisadi məzmuna, vəsaitlərin istiqamətinə, istehsalın bölmələrinə və
istehsal proseslərinə görə.
müəssisələrinin istismar xərcləri daşınma növlərinə görə bölünərkən, xərclərin xarakterindən asılı
olaraq, onlardan biri bütünlüklə daşınmanın müəyyən bir növünə aid edilir, digərləri xərclərin ölçüsünü müəyyən edən göstəricinin qiymətinə və
ya əvvəlcədən bölüşdürülmüş xərclərə görə mütənasib bölüşdürülür. Đstismar xərclərinin tərkibi nəqliyyat növlərinə görə fərqlənir.
Daxili su və avtomobil nəqliyyatının xərclərinə dövlət
büdcəsindən maliyyələşdirilən yol təsərrüfatlarının saxlanılmasına çəkilən xərclər daxil edilmir. Dəniz nəqliyyatının xərclərində liman və yol təsərrüfatlarının və icarəyə verilmiş donanmanın saxlanılmasına çəkilən xərclər nəzərə alınmır. Müxtəlif nəqliyyat növlərinin nəqliyyat müəssisələrinin istismar xərclərinin tərkibindəki müxtəliflik onlarda daşımaların maya dəyəri göstəricilərini müqayisə olunmaz edir.
- qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən təsərrüfat subyektləridir. Şəhərlərarası əlaqədə sərnişin və yük daşınması, metro, tramvay və trolleybus nəqliyyatı ilə
şəhərdaxili əlaqədə
sərnişin daşınması, hərəkət cədvəlinə tabe olan və cədvələ tabe olmayan avtobus nəqliyyatı ilə şəhərdaxili, şəhərətrafı və şəhərlərarası əlaqədə sərnişin daşınması, taksi fəaliyyəti, yük avtomobil nəqliyyatı, boru kəməri ilə nəql, o cümlədən neft kəmərləri ilə neftin, qaz kəmərləri ilə qazın nəqli, dəniz nəqliyyatı ilə yük və sərnişin daşınması, hava nəqliyyatı ilə yük və sərnişin daşınması, liman fəaliyyəti, yük daşınmasının təşkili, nəqliyyat-ekspeditor fəaliyyəti, quru, su və hava nəqliyyatının yardımçı fəaliyyəti nəqliyyat növləri fəaliyyətinə daxil edilir.
nəqliyyatda baş verən hadisələri və prosesləri öyrənən statistika sahəsidir.
və illik statistika hesabatlarıdır; bir sıra hallarda – seçmə müayinələrdən ibarətdir. Nəqliyyatın daha kütləvi
növünün öyrənilməsində – kiçik
sahibkarlığın inkişaf etdiyi yerdə - avtomobil nəqliyyatında hesabat yükünün azaldılmasında başdan-başa olmayan müşahidədən – əsas massiv (senz) metodundan istifadə olunur. Đqtisadi, ərazi, texniki və texnoloji əlamətlər üzrə qruplaşma ilə nəqliyyat statistikasının göstəricilər sistemi ölkənin
nəqliyyat sisteminin öyrənilməsinin əsası sayılır. Ayrı-ayrı istifadəçi qruplarının nəqliyyat göstəricilərinə olan fərqli tələbatlarını nəzərə almaqla bu sahədə hazırlanan statistika məlumatlarını da xüsusiyyətlərinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 1) Ümumi iqtisadi aspektləri əhatə edən göstəricilər üzrə: yaradılmış əlavə dəyər (nəqliyyatın bütün növləri və ümumilikdə); nəqliyyat fəaliyyətinə çəkilən xərclər (nəqliyyatın bütün növləri
və ümumilikdə); tariflər (nəqliyyatın bütün növləri və ümumilikdə); 2) Nəqliyyata olan tələbə görə: nəqliyyatın yekun göstəriciləri – yük və sərnişin daşınması, yük və sərnişin dövriyyəsi (nəqliyyatın bütün növləri); xüsusi göstəricilər – yük və sərnişinin daşınma məsafəsi, marşrut və reyslərin sayı və s. (nəqliyyatın bütün növləri); mənbə və təyinat göstəriciləri – əlaqə növləri üzrə daşımalar, yükləmə (minmə) və boşaltma (düşmə) məntəqəsi haqqında məlumatlar (nəqliyyatın bütün növləri); nəqliyyat şəbəkəsində hərəkət axını və onun intensivliyi – maşın-km, vaqon-km (avtomobil və dəmir yolu nəqliyyatı); 3) Nəqliyyatın təklifi üzrə: müəssisələr, işzizlik - müəssisələrin sayının artması, demoqrafik dəyişikliklər, işçilərin sayının dəyişməsi (dəmir yolu və boru kəməri nəqliyyatı istisna olmaqla digər nəqliyyat növləri); nəqliyyat vasitələri – mövcudluğu, hərəkət heyəti və s. (nəqliyyatın bütün növləri); nəqliyyatın infrastrukturu – yolların, relslərin uzunluğu, yol şəbəkəsinin texniki göstəriciləri və s. (avtomobil və dəmir yolu nəqliyyatı); 4) Nəqliyyatın təsiri üzrə: təhlükəsizlik – yol-nəqliyyat hadisələri, baş vermiş qəzalar haqqında (avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı haqqında), ətraf mühit – atmosferə atılan zəhərli maddələr, yanacaq-enerji sərfi və s. (nəqliyyatın bütün növləri haqqında); xüsusi, iqtisadi və sosial təsir – nəqliyyatın artımı, sıxlıq və s. (o cümlədən beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkələri haqqında). Sahə əlaməti üzrə nəqliyyat statistikası nəqliyyatın ayrı-ayrı növləri statistikasına bölünür: dəmir yolu, avtomobil, şəhər elektrik qatarı, yol təsərrüfatı, boru kəməri, dəniz, daxili su yolları, hava nəqliyyatı; mövzular üzrə – yük, sərnişin daşınması; nəqliyyat vasitələrinin mövcudluğu və onların istifadəsi; nəqliyyat yolu; hərəkət təhlükəsizliyi; əmək; maddi ehtiyatlar; maliyyə nəticələri; investisiya və innovasiya statistikası. 494
NƏQLĐYYAT STATĐSTĐKASI ÜÇÜN YÜK TƏSNĐFATI (siyahısı) - nəqliyyat vasitələri ilə daşınmış yüklərin növlər üzrə bölgüsü, qruplaşdırılması və kodlu siyahısıdır. Təsnifat nəqliyyat statistikası sahəsində məlumatların mübadiləsini təmin etməyə imkan verir və
əsas beynəlxalq təsnifatlarla uzlaşdırılmışdır. Azərbaycanda ilk dəfə 2005-ci ildə milli versiyası hazırlanmış və beynəlxalq təsnifatlarla - “Fəaliyyət növü üzrə Məhsul Növləri Təsnifatı”nın (Milli versiyası: Məhsul Növləri Təsnifatı) və “Bütün Đqtisadi Fəaliyyət Növlərinin Beynəlxalq Standart Sahə Təsnifatı” (Milli versiyası: Đqtisadi Fəaliyyət Növlərinin Təsnifatı) ilə uzlaşdırılmışdır. “Nəqliyyat Statistikası üçün Yük Təsnifatına” uyğun olaraq yüklər növlərinə görə 20 bölmədə qruplaşdırılmışdır: kənd təsərrüfatı yükləri, meşə təsərrüfatı və ov məhsulları, balıq və balıq məhsulları, diri heyvan və quşlar (01); daş və qonur kömür, torf, xam neft və təbii qaz, uran filizləri (02); qara
metal xammalı
və mədənçıxarma sənayesinin digər məhsulları və karxana istehsalı yükləri (03); qida məhsulları, içki və tütün yükləri (04); toxuculuq sənayesi məhsulları, dəri
və dəridən
hazırlanmış məmulatlar (05); ağac və ağacdan hazırlanmış məmulatlar (mebeldən başqa), sellüloz və kağız yüklər, çap məhsulları və informasiya daşıyıcıları (06); koks və neftayırma məhsulları və nüvə yanacağı yükləri (07); kimyəvi yüklər, üzvi maddələr, rezin və plastik kütlə məmulatları (08); digər qeyri-metal yüklər (09); əsas metallar, maşın və nəqliyyat vasitələri istisna olmaqla hazır metal məhsulları (10); digər qruplara daxil edilməyən maşın və avadanlıqlar, kənd təsərrüfatı texnikası, elektrik avadanlıqları və radio və televiziya avadanlıqları, tibb aparatları və optik cihazlar (11); nəqliyyat vasitələri (12); mebel, digər qruplara daxil edilməyən sənaye yükləri (13); məişət və kommunal tullantıları (14); poçt və poçt göndərişləri (15); yüklərin nəqlində istifadə olunmuş avadanlıq və materiallar (16); ev və sərnişinlərin şəxsi əşyaları, təmir üçün aparılan nəqliyyat vasitələri, başqa
qruplara daxil
edilməyən digər qeyri-kommersiya yükləri (17); müxtəlif yığma (qarışıq) yüklər (18);
konteynerlərdə və açılan banlarda daşınan və digər identifikasiya olunmamış yüklər (19); digər yüklər (20).
– müştərilərdən nəqliyyat vasitəsi ilə yük daşınmasına görə alınan yığım və tarif (daşınma haqqı) sistemidir. Nəqliyyat tarifləri nəqliyyat müəssisələrinin xərclərini ödəyir və özündə onların gəlirlərini birləşdirir. Nəqliyyat tarifləri dəmir yolu, dəniz, çay,
avtonəqliyyat və
hava nəqliyyatı daşınmalarında tətbiq
olunur. Dəmir
yolu daşınmalarının nəqliyyat tarifləri, daşınma məsafəsi, dəmir yolu vasitələrinin tipi və göndərilən yükün ölçüsü nəzərə alınmaqla qurulur. Nəqliyyat tariflərinin səviyyəsi daşınma məsafəsinin uzaqlığından (km-lə) və vaqonun yükünün çəkisindən (tonla) asılı
olaraq, fərqləndirilir. Dəmir yolu nəqliyyatına dövlət tarifləri ilə yanaşı, nəqliyyat preyskurantında (çatdırılma vaxtına, yeni vaqon tiplərinə və s. görə) göstərilənlərdən əlavə, daha yüksək keyfiyyətli xidmətlərə görə sərbəst (bazar) tariflər də mövcuddur. Nəqliyyat tarifləri struktur quruluşuna görə üç əsas ödəniş qrupuna bölünür: vaqon sayına görə daşınmalar (universal və xüsusi vaqonlarda), xırda daşınmalar və konteynerlərdə daşınmalar. Dəniz daşımaları nəqliyyat tarifləri, gəmiçilik və dəniz hövzəsi üzrə fərqləndirilərək müəyyən edilir və
təbii-iqlim şəraiti
amilləri, naviqasiya müddətləri və donanmanın ixtisaslaşması nəzərə alınır. Hava nəqliyyatında nəqliyyat tarifləri daşınma məsafələrindən və tarif dərəcələrindən asılı olaraq təyin edilir. Avtomobil nəqliyyatında nəqliyyat tarifləri tarif sxemləri nəzərə alınmaqla müəyyən edilir. NƏQLĐYYAT VASĐTƏLƏRĐNĐN YÜK- GÖTÜRMƏ QABĐLĐYYƏTĐ – nəqliyyat vasitələrinin konstruksiyasına və ya istismar planına uyğun olaraq, onun götürə biləcəyi yükün tonla miqdarıdır. Avtomobil və
dəmir yolu
nəqliyyatında yükgötürmə avtomobilin, qoşqunun, vaqonun zavod xarakteristikası hesab edilir. Dəniz gəmiləri üçün tam, yəni gəminin qəbul etdiyi yanacaq, şirin su ehtiyatı və gəminin normal təchizatı nəzərə alınmaqla, yükgötürmə və pasport – az miqdarda yanacaq və su ehtiyatları olmaqla, təmiz yük qaldırma fərqləndirilir. Çay
gəmilərinin yükgötürmə qabiliyyəti yanacaq, su və digər ləvazimatlar mövcud olduqda, təmiz yükqaldırma kimi müəyyən edilir. Nəqliyyat vasitələrinin yük qaldırma qabiliyyəti həm
nəqliyyat vasitələrinin yükgötürmə qabiliyyətinin məcmu qiymətinin yekunu kimi, həm də
nəqliyyat vasitələrinin ayrı-ayrı vahidlərinin yükgötürmə qabiliyyətinin qiymətlərinin orta miqdarı (səviyyəsi) kimi istismarda olan və ya daşımalarla məşğul olan park (donanma) üzrə müəyyənləşdirilir.
KƏTĐNĐN MÜNTƏZƏMLĐYĐ – qatarların yola salınması, getməsi və çatması üzrə hərəkət
495
qrafikinin yerinə yetirilməsidir.
Dəmir yolu nəqliyyatında hərəkət cədvəli (yola salma, getmə və gəlib çatma) üzrə hərəkət edən qatarların sayının, müvafiq olaraq, yola düşən, gedən və çatan qatarların ümumi sayına olan nisbəti kimi müəyyən edilir. Su nəqliyyatında faktiki yola düşən gəmilərin sayının cədvəl üzrə yola düşməli olan gəmilərin sayına nisbəti kimi müəyyən edilir.
Avtomobil və hava nəqliyyatında – cədvəl üzrə yerinə yetirilən reyslərin sayının cədvəldə plan üzrə nəzərdə tutulan reyslərin sayına olan nisbəti kimi müəyyən edilir.
DĐYYATI - nəqliyyat vasitələrinin inzibati qurumlar tərəfindən qeydiyyatı, o cümlədən ilk dəfə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması başa düşülür.
ərazisinin sahə vahidinə (adətən 1000 kvadrat- kilometr) düşən nəqliyyat yollarının kilometrlərlə uzunluğudur.
– nəqliyyat əlaqəsi yolları sahələrinin kilometrlərlə uzunluğunun cəmidir. Müəyyən vaxta şəbəkəni yaradan ayrı-ayrı sahələrin uzunluğunu cəmləmək yolu ilə müəyyən olunur. Avtomobil yollarının uzunluğunda ümumi istifadə və ərazi əhəmiyyətli olan yollar, idarə və xüsusi yollar, müxtəlif örtüklü və torpaq yollar seçilir. Dəmir yollarının uzunluğu dəmir yolu xətlərinin müxtəlif enlərə ayrılması ilə bölmələrin istismar uzunluğuna və bölmələrdə yolların sayına,
elektrikləşdirilməsinə, qatarların hərəkətini nizama salan avtomatik qurğular sistemi, mərkəzləşdirilmiş dispetçer və s. ilə təchiz olunmasına əsasən müəyyən olunur. Magistral boru kəmərlərinin uzunluğu birxətli uzunluqla ölçülür. Xidmət olunan daxili su gəmi yollarının uzunluğu sərbəst vəziyyətdə olan (çaylar, göllər) və süni (kanallar) su yollarının uzunluğuna, bütün naviqasiya ərzində və
naviqasiyanın ayrı-ayrı dövrlərində xidmət
olunanlara, işıqlandırılan və işıq əks etdirmə şəraitli, dərinliyə zəmanətli yollara bölünür.
– müəyyən dövrdə (adətən, rüb, il) orta hesabla daşımalarla məşğul olan bir işçiyə düşən nəqliyyat yükünün (bir qayda olaraq, şərti-natural ifadədə) miqdarıdır. Gətirilmiş (yola salınmış) nəqliyyat yükünün kəmiyyətinin daşımalarla məşğul olan işçilərin orta siyahı sayının kəmiyyətinə nisbəti kimi hesablanır. Nəqliyyatın ayrı-ayrı növlərində əmək məhsuldarlığının səviyyələrində olan fərqlər, həm texniki cəhətdən silahlanmadakı, daşımaların xarakterindəki fərqlərlə və s., həm də daşımalarla məşğul olan işçilərin sayı göstəricilərinin müəyyən edilməsi metodologiyasındakı fərqlərlə əlaqədardır. Hava və
avtomobil nəqliyyatında əmək məhsuldarlığının səviyyəsi, həmçinin orta hesabla daşımalarla məşğul olan bir işçiyə düşən daşıma fəaliyyətindən əldə edilən gəlirlərin həcmi ilə ölçülür.
– fəal nəqliyyat növü kimi müəyyənləşdirilən və Avropa Birliyi daxilində istifadə olunan nəqliyyat növüdür. Bu zaman: - ixracda əmtəələr göndəriş məntəqəsini tərk etməlidir; - idxalda əmtəələr son təyinat məntəqəsinə gətirilməlidir. NƏQLĐYYATIN GƏTĐRĐLMĐŞ MƏHSU- LU - şərti-natural ifadədə yük və sərnişinlərin daşınması üzrə nəqliyyatın işinin həcmidir. Gətirilmiş ton-kilometrlərlə ölçülür. Gətirilmiş ton-kilometrlər ifadəsində
və
sərnişin dövriyyəsinin kəmiyyətlərinin cəmi kimi müəyyən olunur. Nəqliyyatın gətirilmiş məhsulu göstəricisinin hesablanmasının zəruriliyi, eyni nəqliyyat yolları ilə və eyni vasitələrlə, eyni zamanda həm yüklər, həm
də sərnişinlərin daşınmasının həyata
keçirilməsi ilə şərtlənir. Nəqliyyatın gətirilmiş məhsulundan daşımada məşğul olan işçilərin əmək məhsuldarlığının və məhsulların maya dəyəri göstəricilərinin hesablanması üçün istifadə olunur.
həcmidir. Ölçü vahidi sərnişin-kilometr hesab edilir, yəni sərnişinlərin 1 km məsafəyə hərəkəti ilə ölçülür. Hər bir mövqe üzrə daşınmış sərnişinlərin cəminin ümumi daşınma məsafəsinə bölünməsi ilə tapılır; sərnişin dövriyyəsi nəqliyyatın növləri, daşıma əlaqələri, digər əlamətlər üzrə ayrılıqda hesablanır. NƏQLĐYYATIN YÜK DÖVRĐYYƏSĐ – yüklərin daşınması üzrə nəqliyyatın işinin həcmidir və
ton-kilometrlə ifadə
olunur. Kilometrlə (millə) daşınmış məsafənin tonla daşınmış yüklərin kütləsinə vurulması ilə hesablanır. Nəqliyyatın yük dövriyyəsi nəqliyyat 496
növü, dəmir yolunun eni, əlaqə növü, yüklərin növü və s. əlamətlərə görə qruplaşdırılır. Avtomobil nəqliyyatının yük dövriyyəsi hər getmədə (gəlmədə) daşınmış yükün kütləsinin (avtoqoşqularda daşınmış yüklər də
daxil edilməklə) daşınma məsafəsinə hasili ilə təyin edilir və həyata keçirilmiş bütün daşınmalar sonda cəmlənir. Hava nəqliyyatının yük dövriyyəsi daşınmış yük və poçtların bütövlükdə həcmini xarakterizə edir. Uçuşun tarif məsafəsində yerinə yetirilmiş reyslərlə hər reysdə çatdırılmış poçt və yükün məsafəyə hasili ilə müəyyən edilir.
dövriyyəsinin göstəricilərini xarakterizə edir. Dəniz nəqliyyatının yük dövriyyəsi hər bir yük göndərilməsində göndərmə və təyinat limanları arasında gəmi vasitəsilə qısa məsafə üzrə daşınmış yüklərin, onun daşınma məsafəsinə vurulması və hasillərinin cəmlənməsi ilə təyin edilir. Üzmə növlərinə, yük növlərinə (quru yüklər, maye yüklər), gəmilərin aid olduqları gəmiçilik və limanlar üzrə nəqliyyat gəmilərinin qruplaşması ilə bütövlükdə hesablanır.
təyinat limanları (sahilləri) arasında gəmi hərəkət edə biləcək qısa məsafə üzrə tonlarla daşınmış yüklərin kütləsinin bütün
göndərmələr üzrə əldə edilmiş məsafələrə hasillərinin cəmlənməsi ilə təyin edilir. Ayrı-ayrı gəmiçilik, limanlar və yüklərin növləri üzrə daşımalara görə hesablanır.
magistral boru kəmərləri ilə neft, neft məhsulları və qazın yerdəyişməsi (daşınması) üzrə işin həcmini
xarakterizə edir.
Neftin (neft
məhsullarının, qazın) tonla baş nasos stansiyasının kollektorundan çıxışından zavodun, tökülmə məntəqəsinin, neft bazasının, qaz bölüşdürücü sistemlərin və s. kollektorlarına girişinə qədər olan məsafəyə (kilometrlərlə) ötürülməsinin cəmi kimi müəyyən edilir. Bütün neft kəmərləri üzrə bütövlükdə və neft kəmərləri, məhsul növləri (neft məhsullarının növləri üzrə) və qaz kəmərləri üzrə ayrılıqda müəyyənləşdirilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling