Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


(II)  -  məlumat  toplamaq  məqsədilə  müşahidə  aparılan vahiddir


Download 17.41 Mb.
Pdf ko'rish
bet126/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   122   123   124   125   126   127   128   129   ...   183

(II)  -  məlumat  toplamaq  məqsədilə  müşahidə 

aparılan vahiddir. 



(III) – özündə məlumatları ola biləcək vahidlərin 

eyniləşdirilməsini əks etdirir. 

Belə  məlumatların  yığılması  zamanı  bu  vahid 

haqqında  məlumatlar  qeyd  edilir.  Belə  vahidlər 

hesabat vahidi kimi ola da bilər, olmaya da bilər. 

 

MÜŞAHĐDƏ 

VAXTI

 

– 

statistika 

müşahidələrinin    aparılmasında  məlumatların 

qeydiyyata  alındığı  müəyyən    vaxtdır  (ayın, 

rübün,  ilin  əvvəlinə  və  ya  sonuna  tarix)  və  ya 

müddətdir    (gün,  bir  neçə  gün,  ay,  rüb,  il). 

Məsələn,  statistik  hesabat  müəyyən  tarixə  (ana) 

təqdim 


edilir; 

maliyyə-iqtisadi 

fəaliyyəti 

xarakterizə  edən  kəmiyyət  göstəriciləri  müəyyən 

müddət  üzrə  hesablanır;  müşahidə  bir  neçə  gün 

ərzində aparılır. 

 

“MÜŞAHĐDƏLƏR”ĐN  MƏLUMAT  BA-

ZALARININ 

APARILMASI

 



“müşahidələr”in  məlumat  bazalarının  doğru 

vəziyyətdə      saxlanmasıdır.    “Müşahidələr”in 

məlumat  bazasının  aparılması  obyektlər  üzrə 

rəsmi  statistika  orqanlarına  daxil  olan  və  işlənən 

dövlət 

statistika 



hesabatlarının 

göstəriciləri, 

həmçinin 

mühasibat 

hesabatları 

və 


digər 

mənbələrin məlumatları əsasında həyata keçirilir.  



 

MÜŞTƏRƏK  (BĐRGƏ)  MÜƏSSĐSƏLƏR 

(MM)

 

– 

yaradılmasında 

və 

fəaliyyətində 



Azərbaycanın  hüquqi  şəxsləri  ilə  yanaşı,  xarici 

firmaların, şirkətlərin, təşkilatların da iştirak etdiyi 

müəssisə,  müəssisə  və  təşkilatlar  birliyidir. 

Müştərək 

müəssisələrin 

fərqləndirici 

xüsusiyyətləri 

aşağıdakılar 

hesab 

edilir: 


partnyorların 

mülkiyyətlərinin 

birləşdirilməsi, 

müəssisənin  idarə  edilməsində  birgə  iştirak; 

mənfəətin  partnyorlar  arasında  bölüşdürülməsi; 

işin  səmərəliliyinə  görə  kollektiv  məsuliyyət. 

Müştərək  müəssisələrə  həmçinin,  iştirakçıların 

əmlakında  mülkiyyətin  saxlanması,  öz  xərcini 

ödəmə  və  özünü  maliyyələşdirmə  prinsipləri 

əsasında 

ayrı-ayrı 

firma 


və 

müəssisələrin 

təsərrüfat  fəaliyyətlərinin  əlaqələndirilməsi  üçün 

yaradılan  beynəlxalq  müştərək  istehsal  birlikləri 

də  aid  edilir.  Zəruri  hallarda  belə  müəssisələrin 

iştirakçılarına ayrı-ayrı təsərrüfat əməliyyatlarının 

aparılması, 

ya 


da 

uzun 


müddət 

ərzində 


fəaliyyətlərinin  həyata  keçirilməsi  üçün  öz 

əmlaklarını 

qismən 

birləşdirmə 



hüququ 

verilmişdir. 



 

MÜŞTƏRĐLƏRƏ  BORCLAR

  –  təyinatından 

asılı  olmayaraq,  kredit  müəssisələri  hesab 

edilməyən  borc  verənlərdən  götürülmüş  borcun 

ümumi məbləğidir. 

Yeganə istisna borcun  borc qiymətli kağızları ilə 

və ya hər-hansı digər qiymətli kağızlarla verilməsi 

öhdəliyi ola bilər 

Yalnız  milli  qanunlarda  baxılmış  şərtləri  təmin 

edən depozitlər əmanət depozitləri kimi şərh edilə 

bilər. 


 

MÜTƏŞƏKKĐL 

CĐNAYƏTKARLIQ

 

– 



sabit  təşkil  edilmiş  cinayətkar  qruplar  tərəfindən 

törədilmiş cinayətlərdir. Təşkil edilmiş cinayətkar 

qrup  –  cinayət  məqsədlərinə  nail  olmaq,  sabit 

fəaliyyət  göstərmək,  daxili  iyerarxiyaya  malik  və 

öz  fəaliyyətini  planlaşdırılmış  şəkildə  həyata 

keçirmək 

üçün 

xüsusi 


yaradılmış 

şəxslər 


qrupudur. Cinayətkar qruplar həm ölkə daxilində, 

həm  də  beynəlxalq  səviyyədə  müəyyən  struktura 

malik olur və fəaliyyət göstərirlər. 

 


 

485


MÜTLƏQ  XƏTA  (SƏHV)

 

-  əlamətin 

(göstəricinin)  statistika  müşahidəsi  əsasında 

müəyyən  edilmiş  kəmiyyəti  ilə  onun  həqiqi 

kəmiyyəti 

arasındakı 

kənarlaşmanın 

mütləq 


kəmiyyətidir.  Mütləq  xəta  anlayışından  əsasən 

seçmə müşahidələrdə istifadə olunur.  



 

MÜTLƏQ  KOD

  -  simvolla  əsaslandırma  tələb 

etməyən,  mərkəzi  prosessorda  birbaşa  icra  edilən 

proqram kodudur (şərti ixtisarlar sistemidir). 

 

MÜTLƏQ  STATĐSTĐKA  GÖSTƏRĐCĐ-

LƏRĐ

  –  konkret  məkan  və  zaman  daxilində 

iqtisadi,  demoqrafik,  sosial  və  ekoloji  hadisələri 

səciyyələndirən 

əlamətləri 

ifadə 

edən 


göstəricilərdir.  Statistika  göstəriciləri  miqdar  (və 

ya  ölçü  vahidi),  uzunluq,  sahə,  kütlə  (çəki 

məcmusunda),  vaxt  vahidi,  pul  vahidi  ilə  və  ya 

elementlərin  (vahidlərin)  sayı  şəklində,  onların 

əlamətlərinin 

ölçülərini 

bilavasitə 

(mütləq) 

səciyyələndirən,  statistika  tərəfindən  öyrənilən  

statistik məcmunun ilkin ifadə formasıdır. Mütləq 

göstəricilər  fərdi  və  yekun  göstəricilərə  ayrılır. 

Fərdi  mütləq  göstəricilər  bilavasitə  statistik 

müşahidələr  əsasında  alınır.  Ayrı-ayrı  kənd 

təsərrüfatı 

müəssisələrində 

(ailə 

(kəndli) 



təsərrüfatlarında) taxılın, kartofun, pambığın və s. 

kənd  təsərrüfatı  bitkilərinin  əkin  sahəsi,  ayrı-ayrı 

sənaye  müəssisələrində  işləyənlərin  sayı,  əsas 

istehsal  fondlarının  dəyəri,  ümumi  məhsulun 

həcmi,  mənfəətin  məbləği  və  s.  fərdi  mütləq 

göstəricilərdir. Fərdi mütləq göstəricilər müşahidə 

obyektlərinin  ayrı-ayrı  vahidlərini  xarakterizə 

edir. Yekun mütləq göstəricilər öyrənilən statistika 

məcmusunun  bütün  vahidlərini,  yaxud  da  onun 

ayrı-ayrı  qruplarını  xarakterizə  edir.  Yekun 

mütləq  göstəricilər  əsasən  müşahidə  nəticəsində 

əldə 


edilmiş 

fərdi 


mütləq 

göstəricilərin 

cəmlənməsi  yolu  ilə  müəyyən  edilir.  Mütləq 

göstəricilər  həmişə  adlı  kəmiyyətlər  olurlar  və 

mütləq ölçü vahidlərində - natural (ton, kiloqram, 

kv.metr, kub metr, kilometr, litr, ədəd və s.), dəyər 

(manat və s.) və əmək (adam-saat, adam-gün və s.) 

ölçü vahidlərində ifadə olunurlar. 

Bəzən  mütləq  göstəricilər  haqqında  bir  ölçü 

vahidi aydın təsəvvür yaratmır. Belə halda iki ölçü 



vahidindən  istifadə  edilir.  Məsələn,  elektrik 

generatorları  və  mühərriklər  istehsal  edən 

müəssisələrin  işlərini  xarakterizə  etmək  üçün  iki 

ölçü vahidindən - ədəd və güc ölçü vahidlərindən 

istifadə olunur. Həmçinin bir çox kənd təsərrüfatı 

maşınları  da ədəd  və  güc  ölçü  vahidlərində  uçota 

alınırlar. 

Bir  sıra  hallarda  sosial-iqtisadi  hadisələrin  həcmi 

iki  ölçü  vahidlərinin  hasili  şəklində  ifadə  olunur. 

Məsələn,  nəqliyyatda  yük  və  sərnişin  daşınması 

ton-kilometrlə  (ton/km)  və  sərnişin-kilometrlə 

(sərnişin/km),  elektrik  enerjisi  istehsalı  kilovatt-

saatla  (kVt/saat),  işlənmiş  vaxt  adam-saat,  adam-

gün və s. ilə ifadə olunur. 

Statistik 

müşahidə 

məlumatlarının 

yekunlaşdırılması  prosesində  mütləq  statistik 

göstəricinin iki altnövünü alırlar: 

a) məcmunun həcmi adlanan, məcmu vahidlərinin 

ümumi  sayı  -  müəssisələrin,  işçilərin,  maşınların, 

mal-qaranın  və  s.  sayı.  Bu,  bir  qayda  olaraq, 

müəyyən tarixə və ya ana (zaman kəsiyinə) qeydə 

alınan səviyyədir; 

b)  məcmuda  X

-  dəyişən  əlamətlərin  ümumi 



miqdarı  (hadisələrin  miqdar  əlamətlərinin  cəmi 

şəklində 

=

n



i

i

X

1

 



və 

ya 


hasili 

şəklində 

=



n

i

i

i

x

x

1

).



  

Adətən  göstəricilər  müəyyən  dövrü  (ay,  rüb,  il) 

əhatə edir. Onların qiyməti fasilənin müddətindən 

asılıdır. 

 

MÜTLƏQ  YOXSULLUQ

  –  yoxsulluğun  ilk 

anlayışıdır.  XIX  əsrin  sonlarında  Đngiltərədə 

formalaşdırılmışdır.  O  həm  elmi  təfəkkürlərdə, 

həm də sosial siyasətdə XX əsrin birinci yarısında 

üstünlük  təşkil  etməyə  başlamışdır.  Mütləq 

yoxsulluq  ailənin  cari  pul  gəlirlərinin  qidaya, 

paltara,  mənzilə  olan  tələbatını  ödəməyə  imkan 

vermədikdə ortaya çıxır.  

Gəlirləri 

müəyyənləşdirilmiş 

yaşayış 


minimumundan az olanlar mütləq yoxsul adamlar 

sayılırlar.  Bu,  minimum  yoxsulluq  həddi  sayılır. 

Mütləq  yoxsulluq  konsepsiyası  əsas  tələbatın 

(yaşayış  minimumunun)  minimum  tərkibinin  və 

bu  tələbatın  ödənilməsi  üçün  tələb  olunan 

resursların 

miqdarının 

müəyyənləşdirilməsinə 

əsaslanır. 

Mütləq 


yoxsulluğun 

müəyyənləşdirilməsinin 

üç 

yanaşması 



mövcuddur. Birincidə yoxsulluq həddinin  insanın 

baza  tələbatının  (ərzaq  və  qeyri-ərzaq)  dəyəri 

səviyyəsində 

götürülməsi; 

ikincidə 

qida 


məhsullarında  insanın  enerji  tələbatının  (istehlak 

üçün zəruri olan kalori, zülal, piy və karbohidratın 

fizioloji  normaları)  ölçülməsi;  üçüncüdə  bütün 

istehlak  səbətinin  dəyərində  minimum  ərzaq 

səbətinə  sərf  edilmiş  xərclər  göstərilir.  Birinci 

yanaşmadan bazar iqtisadiyyatına keçən ölkələrdə 

yoxsulluğun  həddinin  müəyyən  edilməsində, 

ikinci yanaşmadan hələ də təsərrüfatçılığın natural 

forması  yayılmış    üçüncü  dünya  ölkələrində, 

üçüncü yanaşmadan  isə ABŞ-da istifadə edilir. 

 

MÜVƏQQƏTĐ  (MÖVSÜMĐ)  MĐQRASĐ-

YA

  -  müəyyən  müddətə,  adətən,  ilin  bu  və  ya 

digər  mövsümündə  əhalinin  həm  ölkə  daxilində, 


 

486 


həm də onun sərhədlərindən kənara yaşayış yerini 

dəyişməsidir. Đqtisadi müvəqqəti (mövsümi) (kənd 

təsərrüfatı,  tikinti,  balıqçılıq,  meşə  təsərrüfatı  və 

sənayenin  digər  sahələrində  işlərin  mövsümi 

artması ilə əlaqədar olaraq, müəyyən dövrdə əlavə 

işçilərin  cəlb  olunmasına  zərurətin  yaranması 

səbəbindən  olan)  miqrasiya  və  sosial-mədəni 

müvəqqəti  (mövsümi)  (təhsil  almağa,  müalicəyə, 

istirahətə,  səyahətə  və  s.  ilə  əlaqədar  olan) 

miqrasiya bir-birindən fərqləndirilir.   

Müvəqqəti  mövsümi  miqrasiya  daimi  yaşayış 

yerinin  dəyişməsinə  səbəb  olmur,  o  bir  çox 

ölkələrdə  hesaba  alınmır  və  onun  haqqında 

məlumatlar dolayı yolla əldə edilir.  

Müasir 

mövsümi 


miqrasiyanın 

sayca 


qiymətləndirilməsi  çətindir,  çünki  mövsümi 

miqrantlar xüsusən nəzərə alınmır, lakin ayrı-ayrı 

məlumatlar  onun  mürəkkəb  strukturda  olmasına 

dəlalət edir.  

Xaricdə 

mövsümi 


miqrasiya 

(o 


cümlədən 

dövlətlərarası)  geniş  inkişaf  etmişdir,  məsələn, 

Cənubi Avropada, ABŞ-da (Kaliforniya, Florida), 

Qərbi 


Afrikada 

(Qana, 


Seneqal), 

Rusiya 


Federasiyasında  və  s.  kənd  təsərrüfatı  işlərinə 

iqtisadi mövsümi miqrasiya. 

 

MÜVƏQQƏTĐ  ĐDXAL  (ĐXRAC)

  –  gömrük 

ərazisində  və  ya  ondan  kənarda  əmtəələrdən 

istifadəni 

tam 

və 


ya 

qismən 


gömrük 

rüsumlarından,  vergilərdən  azad  edən  və  iqtisadi 

siyasət  tədbirləri  tətbiq  edilməyən  gömrük 

rejimidir

Əmtəələrin 

müvəqqəti 

idxalına  

(ixracına)  icazə,    Dövlət  Gömrük  Komitəsi  

tərəfindən  müəyyən  edilmiş  qayda  da,  etibarlı 

eyniləşdirmə ilə təminat mövcud olduqda gömrük 

orqanları  tərəfindən  verilir.  Müvəqqəti  idxal 

(ixrac)  edilmiş  əmtəələr    dəyişməz  vəziyyətdə 

(təbii köhnəlmə və ya normal şəraitdə daşınma və 

saxlanma  nəticəsində  baş  verən  dəyişikliklərdən 

başqa)  geri  qaytarılmalıdır.  Gömrük  orqanları 

tərəfindən  müəyyən  edilmiş  hallarda,  əmtəələrin 

müvəqqəti  idxalına  (ixracına)  yalnız  onların 

geriyə 

qaytarılması 



(gətirilməsi) 

haqqında 

öhdəçiliyin 

təqdim 


edilməsi 

və 


gömrük 

rüsumlarının  ödənilməsinin  təmin  edilməsindən 

sonra yol verilir. Gömrük orqanlarının müvəqqəti 

idxalı 


(ixracı) 

mümkün 


olmayan 

əmtəə 


kateqoriyalarını  müəyyən  etməyə  ixtiyarı  vardır. 

Əmtəələrin  müvəqqəti  idxalının    (ixracının) 

müddəti, belə idxal və ya ixracın məqsədindən və 

şəraitindən  asılı  olaraq,  Dövlət  Gömrük  Komitəsi 

tərəfindən  müəyyən  edilir  və  iki  ildən  çox  ola 

bilməz.  Dövlət  Gömrük  Komitəsi  əmtəələrin  

ayrı-ayrı kateqoriyaları üçün daha qısa və ya daha 

uzun  müvəqqəti  idxal  (ixrac)  müddəti  qoya  bilər. 

Təyin 

edilmiş 


müddət 

qurtaran 

gün, 

qaytarılmayan  müvəqqəti  idxal  (ixrac)  olunmuş 



əmtəələr digər gömrük rejiminə bildirilməli, ya da 

ölkənin gömrük orqanlarının müvəqqəti saxlanma 

anbarlarına yerləşdirilməlidir. 

 

MÜVƏQQƏTĐ  ĐŞÇĐLƏR



  –  bağlanmış  əmək 

müqaviləsinə (sazişinə) müvafiq olaraq, müəyyən  

müddətə  işə  götürülmüş  şəxslərin  siyahı  sayıdır 

(“Đşçilərin siyahı sayı”na bax).  

 

MÜVƏQQƏTĐ 

QAĐBLƏR

 



əhalinin 

siyahıyaalınmasında 

ayrılan 


köməkçi 

kateqoriyadır;  mövcud  yaşayış  məntəqəsində  və 

ya  ərazidə  daimi  yaşayan,  lakin  siyahıyaalmanın 

kritik  anında  başqa  yerdə  (tətildə,  ezamiyyətdə, 

istehsalat  təcrübəsində,  istirahətdə  və  s.)  olan 

adamların 

məcmusudur. 



Daimi 

əhali 

kateqoriyasına 

daxildirlər. 

Əhalinin 

siyahıyaalınmasında müvəqqəti qaiblər 6 aydan az 

müddətdə  daimi  yaşayış  yerindən  çıxmışlar 

sayılır.  Oxumağa,  daimi  iş  yerlərinə,  həqiqi  hərbi 

xidmətə  gedənlər,  həmçinin  siyahıyaalma  anında 

12  aydan  çox  olmayanlar  mövcud  yerdə 

yaşamayanlar hesab edilirlər.  

 

MÜVƏQQƏTĐ  YAŞAYANLAR

  -  əhalinin 

siyahıyaalınmasında 

ayrılan 


köməkçi 

kateqoriyadır;  siyahıyaalmanın  kritik  anında 

mövcud yaşayış məntəqəsində və ya ərazidə olan, 

lakin  başqa  yerdə  daimi  yaşayan  (ezamiyyətə, 

müvəqqəti  və  ya  mövsümi  işə,  istehsalat 

təcrübəsinə,  tətilə,  qonaqlığa  və  s.  gələn)  

adamların 

məcmusudur, 



mövcud 

əhali 

kateqoriyasına daxildir. Əhali siyahıyaalmalarında 

müvəqqəti  yaşayanlara  12  aydan  çox  olmayaraq 

daimi yaşayış yerlərində yaşamayanlar daxildir.  

 


 

487


-N-

Nağd hesablaşma........................................ 489 

Nağd pul ..................................................... 489 

Nağd pul dövriyyəsi ................................... 489 

Nağd pulla (ümumi dəyərlə hesablanmış) 

alınmış müəssisələrin adlarına investisiya 

qoyuluşları .................................................. 489 

Nağdsız dövriyyə ....................................... 489 

Nağdsız hesablaşmaların formaları ............ 489 

Nağdsız pul dövriyyəsi............................... 489 

Natamam iş vaxtı ....................................... 489 

Natamam iş vaxtı ilə işləyən muzdlu   

işçilərin sayı ............................................... 489 

Natamam məşğulluq .................................. 490 

Natura formasında olan sosial transferlərdən 

başqa, sosial müavinətlər ........................... 490 

Natura formasında sosial transferlər .......... 490 

Natura formasında transferlər .................... 491 

Natural göstəricilər ..................................... 491 

Naviqasiya dövrü ....................................... 491 

Neft xammalının emalının səviyyəsi .......... 491 

Neft kəmərlərinin uzunluğu ....................... 491 

Neftin (neft məhsullarının və qazın) nəqli . 491 

Neolokal nikah ........................................... 491 

Neonatal ölüm ............................................ 491 

Nettinq ........................................................ 492 

Netto çəki ................................................... 492 

Nəqliyyat balansı........................................ 492 

Nəqliyyat daşimaları .................................. 492 

Nəqliyyat xətləri ......................................... 492 

Nəqliyyat xidmətləri .................................. 492 

Nəqliyyat xidmətlərinin göstərilməsi ......... 492 

Nəqliyyat məhsulu ..................................... 492 

Nəqliyyat müəssisələrinin istismar       

xərcləri ....................................................... 492 

Nəqliyyat müəssisəsi .................................. 493 

Nəqliyyat statistikası .................................. 493 

Nəqliyyat statistikası üçün yük təsnifatı .... 494 

Nəqliyyat tarifləri ....................................... 494 

Nəqliyyat vasitələrinin  yükgötürmə 

qabiliyyəti................................................... 494 

Nəqliyyat vasitələrinin hərəkətinin 

müntəzəmliyi .............................................. 494 

Nəqliyyat vasitələrinin qeydiyyatı ............. 495 

Nəqliyyat yolları şəbəkələrinin sıxlığı ....... 495 

Nəqliyyat yolları şəbəkəsinin uzunluğu ..... 495 

Nəqliyyatda əmək məhsuldarlığı ............... 495 

Nəqliyyatın daxili növü .............................. 495 

Nəqliyyatın gətirilmiş məhsulu .................. 495 

Nəqliyyatın sərnişin dövriyyəsi ................. 495 

Nəqliyyatın yük dövriyyəsi ........................ 495 

Nəsil ........................................................... 496 

Nəsilvermə dövrü ....................................... 496 

Nəsilvermə qabiliyyəti ............................... 496 

Nəslin əmək potensialı ............................... 497 

Nəslin kəsilməsi ardıcıllığı ........................ 497 

Nəslin sürəkliliyi ........................................ 497 

Nəslin uzunluğu ......................................... 497 

Nəşriyyat .................................................... 498 

Nəşriyyat məhsulu ..................................... 498 

Nəticələr ..................................................... 498 

Nəzarət ....................................................... 498 

Nəzarət müşahidəsi .................................... 498 

Nəzəri elastiklik əmsalı .............................. 498 

Nikah .......................................................... 499 

Nikah cədvəlləri ......................................... 499 

Nikah dairəsi .............................................. 499 

Nikah əmsalları .......................................... 499 

Nikah indeksi ............................................. 500 

Nikah indeksləri ......................................... 500 

Nikah koqortası .......................................... 501 

Nikah səviyyəsi .......................................... 501 

Nikah təqvimi ............................................ 502 

Nikah vəziyyəti .......................................... 502 

Nikah yaşı .................................................. 502 

Nikaha daxil olma yaşı .............................. 502 

Nikahdan əvvəl döllənmə .......................... 503 

Nikahdan kənar doğuş ............................... 504 

Nikahın brutto-məhsuldarlığı..................... 504 

Nikahın davamiyyəti .................................. 504 

Nikahın məhsuldarlığı ............................... 504 

Nikahın məhsuldarlıq dövrü ...................... 505 

Nikahın netto-məhsuldarlığı ...................... 505 

Nikahın pozulması ..................................... 505 

Nikahın pozulması (boşanma) ................... 505 

Nikahın pozulması cədvəlləri .................... 505 

Nikahın strukturu ....................................... 506 

Nikahların məhsuldarlıq cədvəlləri ............ 506 

Nikahlıq ..................................................... 506 

Nikahsız doğuş ........................................... 507 

Nikahsızlıq ................................................. 507 

Nisbət ......................................................... 507 

Nisbi xəta ................................................... 508 

Nisbi qiymət ............................................... 508 

Nisbi statistika göstəricisi .......................... 508 

Nizamnamə kapitalı ................................... 508 

Nizamnamə kapitalında dotasiyaların payı 508 

Nizamnamə kapitalında xüsusi vəsaitlərin  

payı ............................................................ 508 

Nizamnamə kapitalinda istiqrazların payı . 508 

Nomenklatura ............................................ 508 

Nominal dəyər ........................................... 508 

Nominal əmək haqqı .................................. 508 


 

488 


Normadan artıq eyniləşdirmə ..................... 509 

Normal forma ............................................. 509 

Normativ-təmiz axar sular ......................... 509 

Normativ-təmizlənmiş axar sular ............... 509 

Nou-hau ...................................................... 509 

Nöqtəli qiymətləndirmə ............................. 509 

Nöqtəli proqnoz.......................................... 509 

Növbə ......................................................... 509 

Növbəti yaşa qədər yaşama ehtimalı .......... 509 

Nuklear ailə ................................................ 509 

Nümayəndəlik ............................................ 510 

Nümunəvi layihələşdirmə .......................... 510 

Nümunəvi ölüm cədvəlləri ......................... 510 


 

489


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   122   123   124   125   126   127   128   129   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling