Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ORTA ĐLLĐK ĐSTEHSAL GÜCÜ
- ORTA KƏMĐYYƏT
- ORTA QĐYMƏT
- ORTA QĐYMƏT ĐNDEKSĐ
- ORTA TƏHSĐLĐN DÖVLƏT TƏHSĐL STANDARTI
- OVÇULUQ TƏSƏRRÜFATLARI
- “ÖDƏ VƏ AL” PRĐNSĐPĐ ÜZRƏ TĐCARƏT FORMASI
- Təcili satılma əmsalı
- ÖDƏNĐŞ DƏYƏRĐ
- ÖHDƏÇĐLĐK
- ÖLƏNLƏRĐN SAYI
ORTA ĐLLĐK ƏHALĐ – bir il üçün əhalinin orta sayıdır. Adətən, ilin ortasına, yaxud ona yaxın tarixə ilin əvvəlinə və sonuna olan məlumatlardan orta hesabi kəmiyyət kimi hesablanır. Bu isə əvvəlki əhalidə illik artımın yarısının üstə gəlməsinə bərabərdir. Əhalinin sayı haqqında məlumatlar bir neçə tarixə olduqda (hər rübün, yaxud hər ayın əvvəlinə), dinamika sırasının orta xronoloji kəmiyyət kimi hesablanır. Məsələn, əgər əhalinin sayı haqda məlumat hər ayın əvvəlinə varsa, onda orta illik əhali ilin əvvəlinə olan əhali sayının yarısının bütün aralıq sayların və ilin sonuna olan sayın yarısının cəminin
12 1 kimi müəyyən edilir. ORTA ĐLLĐK ĐSTEHSAL GÜCÜ – istehsal güclərinin ilin əvvəlinə mövcudluğunu, həmçinin il ərzində istifadəyə verilməsini və istifadədən çıxmasını (ləğv edilməsini) nəzərə almaqla, onları xarakterizə edən göstəricidir (natural və dəyər ölçü vahidlərində). Orta illik istehsal gücü (Oi.i.g.) (G o.i. ) belə riyazi ifadə üzrə hesablanır: G o.i.
= G i.ə.
+∑C i.v.
*Ç 1 /12 - ∑G. i.ç. *Ç 2 /12, burada G i.ə. – ilin əvvəlinə mövcud olan faktiki gücü; C i.v.
- il ərzində istifadəyə verilən gücləri; G i.ç – il ərzində istifadədən çıxarılan (ləğv edilən) gücləri Ç 1 - yeni istehsal güclərinin istifadəyə verildiyi ayların sayını, Ç 2 – ləğv edilən istehsal güclərinin istifadədən çıxarıldığı ayların sayını bildirir (“Đstehsal gücləri balansı”na bax).
statistika göstəricilərinin geniş yayılmış forması, statistika elminin mühüm kateqoriyalarından biridir. Orta kəmiyyət dedikdə, statistika məcmusunda əlamət səviyyəsinin ümumiləşdirilmiş keyfiyyət xarakteristikası başa düşülür. Orta
kəmiyyət ayrı-ayrı vahidlərin fərdi
xüsusiyyətlərindən təcrid edilmiş və məcmu vahidə aid edilən əlamətin kəmiyyətini əks etdirir. Orta kəmiyyətin hesablanmasının və tətbiqinin elmi şərtləri aşağıdakılardır: 1) statistika məcmusu vahidlərinin həmcinsliyi, onlarda əlamətin tipik ölçüsünü formalaşdıran ümumi xüsusiyyətlərin mövcudluğu; 2) digər
şərtlərin və
amillərin qarşılıqlı tarazlaşdırılması, ayrı-ayrı vahidlər üzrə əlamətin təsadüfi dəyişmələrinin aradan qaldırılması və orta kəmiyyətdə tipik, qanunauyğun səviyyənin təzahürü üçün - kifayət qədər böyük məlumat həcmi. Orta kəmiyyət hadisələrin həcminin (əlamətin ümumi həcminin) və məcmunun həcminin (vahidin ümumi miqdarının) nisbəti kimi statistik vahidə hesablanır. Orta kəmiyyətin əsas növləri
aşağıdakılardır: hesabi orta, harmonik orta, həndəsi orta, orta kvadrat, eksponensial orta. Orta kəmiyyətin hesablanması düsturu əlamətin xarakterində və mövcud əsas məlumatlardan asılıdır. Orta kəmiyyət sadə və çəkili ola bilər. Sadə orta kəmiyyətin hesablanması məcmunun təhlili ilə əlaqəlidir. Burada ortalanan əlamətin variantlar adlanan hər bir fərdi qiymətinə yalnız bir dəfə təsadüf edilir. Məsələn, sadə hesabi orta kəmiyyət aşağıdakı düstur üzrə hesablanır
∑ = = 1
burada X i i vahidi üçün X əlamətinin qiyməti; n – vahidin sayıdır. 516
Hər bir variantın qiymətinə bir neçə dəfə təsadüf edildiyi hallarda, çəkili ortanın hesablanması zəruridir. Məsələn, çəkili hesabi orta aşağıdakı düstur üzrə hesablanır: ∑ ∑
= =
i i i n i i f f X X 1 1 burada, f i X i əlamətinin qiyməti ilə vahidin miqdarıdır (tezliklə, ya da çəki ilə). Kütləvi məlumatların ümumiləşdirilməsi kəmiyyəti də səviyyəsindən asılı olaraq, ümumi və qrup orta fərqlənir.
– mal qruplarının dəyərinin, onun natura ifadəsində həcminə bölgüsündən alınan qismət kimi təyin edilir. Orta qiymətə qiymət amili ilə yanaşı, aralarında ayrılması lazım gələn müxtəlif dəyişkən çeşidli struktur faktorları da təsir göstərir: yeni malların meydana çıxması və köhnələrin yox olması, müxtəlif səviyyəli qiymətlərlə mövcud olan ayrı-ayrı malların payının dəyişməsi, regional qiymət fərqlənməsi ilə malların ərazidə yerləşmə hərəkəti, mövsümi qiymət dəyişmələri və s.
- əmtəə qrupuna daxil olan ayrı-ayrı məhsulların konkret qiymət dəyişikliklərini əks etdirir.
– qeyri-ümumi müşahidə (“Qeyri-ümumi müşahidə” və “Seçmə müşahidə”yə bax) nəticəsində əmələ gələn seçmə orta (
x ~ ) və baş orta ( x ) və arasındakı fərqdir (kənarlaşmadır). Orta seçmə xətanın həcmi |
~ - x | µ ehtimalı ilə zəmanət verilən x ~ -in x -dən
kənarlaşmasının sərhədləri kimi müəyyən edilir, burada t - x ~ - x fərqi ilə zəmanət verilən ehtimaldan asılı əmsaldır (adətən, ehtimal 0,954 və ya 0,997-yə, t isə uyğun olaraq 2 və 3-ə bərabər qəbul edilir). Statistikada µ seçmənin orta xətası adlanır ( x ~ -dən x kənarlaşmanın kvadratının riyazi gözləməsinin ikinci dərəcədən kökü) və təsadüfi təkrar seçmədə aşağıdakı düsturla müəyyən edilir:
2 = µ
Qəti seçmə zamanı isə − = N n n G 1 2 µ
düsturu ilə hesablanır. Burada G 2 - dispersiya; n – seçmə məcmunun vahidlərinin sayı və ya seçmənin həcmi; N – baş məcmunun vahidlərinin sayıdır; t µ = ∆ seçmənin xətasının sərhədləri adlanır və aşağıdakı düsturla hesablanır: ; 2 n G t = ∆ ;
− = ∆
n n G t 1 2 µ - qiyməti (ölçüsü) baş məcmuda öyrənilən əlamətlərin variasiyasından, seçmənin həcmi və çəkisindən, müşahidə üçün baş məcmudan və seçmənin üsulundan asılıdır, ∆ - həm də seçmə müşahidəsinin nəticələri ilə zəmanət verilən ehtimalın qiymətindən asılıdır.
orta təhsil proqramına, onların həyata keçirilmə şərtlərinə, təhsil alanların normativ yüklərinə və onların maksimal həcminə olan ümumi tələbləri özündə birləşdirən sənədlər toplusudur.
– əhalinin yaş strukturunun, yaxud demoqrafik hadisələrin yaş
üzrə bölüşdürülməsinin təxmini ümumiləşdirilmiş xarakteristikasıdır. Orta yaş verilmiş əhalidə, yaxud nəsildəki bütün insanların, həmçinin həmin demoqrafik hadisə baş vermiş (məsələn, nikaha daxil olanların orta yaşı, boşananların orta yaşı) insanların yaşlarından orta hesabi
(yaxud mediana, “Median yaş”a bax) kimi hesablanır. Orta hesabi kəmiyyət kimi müşahidə yaxud hadisə anına olan insan-ilin ümumi sayı insanların yaxud hadisələrin müvafiq sayına bölünməklə tapılır. Əgər bölgü yaş intervalı üzrə verilibsə, onda intervalın ortası yaşın qiyməti hesab olunur. Kiçik yaşlarda ölümün azalması orta yaşı aşağı salır, böyük yaşlarda – onu artırır. Faktiki əhalidə demoqrafik hadisələr baş verdikdə orta yaş göstəriciləri də demoqrafik proseslərin əvvəlki dinamikasının oxşar təsirinə məruz qalır. Đki və bir neçə əhali müqayisə edildikdə, bu proseslərin təsirini ayırmaq çətin olduğu üçün, orta yaş göstəricisi nadir hallarda tətbiq olunur. Yaş strukturundan asılı olmayan onun qiymətini yalnız əhali modelləri üçün almaq olar.
– vəhşi heyvan və quşların məskunlaşmasına xidmət edən və ovçuluğun və ya ovçuluq idmanının aparılması məqsədilə istifadə edilə bilən meşə, su və kənd təsərrüfatı torpaqlarıdır. Ovçuluq təsərrüfatları hüquqi şəxslərin müvafiq hüquqları və vəzifələri ilə ovçuluq yerlərində ovçuluq təsərrüfatının aparılması, onların keyfiyyətinin müəyyən edilməsi, müxtəlif biotexniki tədbirlərin layihəsinin tərtib edilməsi və aparılması və s. üzrə rəsmi təşkilati status alır.
517
-Ö- “Ödə və al” prinsipi üzrə ticarət forması ... 518 Ödəmə balansı ............................................ 518 Ödəmə qabiliyyəti əmsalları ...................... 518 Ödəmə tələbnaməsi .................................... 518 Ödənilən faizlər və ona bərabər tutulan xərclər......................................................... 518 Ödənilməyə aid olan xərclər ...................... 518 Ödəniş dəyəri ............................................. 518 Ödəniş valyutası ......................................... 518 Öhdəçilik .................................................... 518 Ölçü şkalası ................................................ 519 Ölənlərin orta yaşı ...................................... 519 Ölənlərin sayı ............................................. 519 Ölənlərin yaşa görə bölgüsü ....................... 519 Ölkə sərhədlərindən kənarda son istehlak xərcləri ....................................................... 519 Ölü doğulanlar............................................ 520 Ölü doğulma ............................................... 520 Ölüm........................................................... 520 “Ölüm” (biznes registrdə) .......................... 520 Ölüm (demoqrafiya statistikasında) ........... 520 Ölüm cədvəlləri (ömrün qalan hissəsi, ölüm və orta ömür uzunluğu cədvəlləri) ............. 521
Ölüm cədvəlləri ......................................... 521 Ölüm ehtimalı ............................................ 522 Ölüm əmsalları ........................................... 522 Ölüm haqqinda tibbi şəhadətnamə ............. 523 Ölüm siyahıları metodu ............................. 523 Ölümün qüvvəsi ......................................... 523 Ölümün orta gözlənilən yaşı ...................... 524 Ölümün səbəbləri ....................................... 524 Ömrün qalan hissəsinin əmsalı .................. 524 Ömür uzunluğu .......................................... 524 Öyrənilən məcmu ....................................... 525 Öyrənmə əyrisi ........................................... 525 Özəl müəssisə ............................................ 525 Özəl mülkiyyətçi ........................................ 525 Özəl sektor ................................................. 525 Özəlləşdirmə çeki ...................................... 525 Özü tənzimlənən təşkilat ............................ 525 Özünü qeydə alma ..................................... 525 Özünü sığorta ............................................. 526 Özünüsayma .............................................. 526
518
“ÖDƏ VƏ AL” PRĐNSĐPĐ ÜZRƏ TĐCARƏT FORMASI - əmtəələrin özünəxidmət rejimində topdansatış anbarlarında və ya nümunələr (alıcının kataloq və ya kompüterləşdirilmiş özünəxidmətsiz sifariş sistemindən istifadə etməklə siyahıdan əmtəəni seçmək) əsasında satıldığı, yaxud hər iki ticarət formasından istifadə etməklə həyata keçirilən ticarət formasıdır. Alıcılar (pərakəndə satış tacirləri, istifadəçi – peşəkarlar, ictimai iaşə işçiləri, satıcılar, institusional alıcılar və s.) hesab- fakturanı yerində nağd olaraq ödəyir və müstəqil surətdə əmtəəni özü ilə aparır.
– ölkənin xaricə və xaricdən daxil olan ödəmə balansıdır. Ödəmə balansı beynəlxalq hesablaşmaların ən geniş yayılmış balans növlərindən biridir. Mədaxil ödəmədən yüksək olduqda balans aktiv (aktiv saldoya malik olmaq) sayılır. Ödəmə balansının sxemlərinin düzülüşünün beynəlxalq standartları ölkələrin əksəriyyəti tərəfindən qəbul edilmişdir. Həmin sxemləri Beynəlxalq Valyuta Fondu hazırlayır. ÖDƏMƏ QABĐLĐYYƏTĐ ƏMSALLARI – iqtisadiyyat subyektlərinin öz
öhdəliklərini vaxtında ödəməsi imkanlarının statistik təhlili üçün hesablanır. Üç əmsaldan istifadə edilir: ödəmə, mütləq və təcili satılma əmsallarından. Ödəmə əmsalı (Ö.ə) cari aktivlər hesabına qısamüddətli öhdəliklərin yerinə
yetirilməsi imkanı ilə müəyyən edilir:
Ö.ə=
Cari aktivlər Qısamüddətli öhdəliklər
Əmsalın normal qiyməti 1-3 həddində olur. Əmsalın 1-dən kiçik olması yüksək maliyyə riskini göstərir, təsərrüfat subyektinin kreditorlarla hesablaşma imkanının olmamasına dəlalət edir. 1- ə bərabər əmsal təsərrüfat subyektinin maliyyə sabitliyinin təhlükəliliyini əks etdirir. Əmsalın müəyyənləşdirilmiş səviyyədən həddən artıq yüksək olması
ehtiyatlardan qeyri-səmərəli istifadəni göstərir.
öhdəliklərin hansı hissəsinin dərhal ödənilməsinin mümkünlüyünü göstərir:
M.s.ə = Pul vəsaitləri + Qısamüddətli maliyyə qoyuluşları Qısamüddətli öhdəliklər
Əmsalın 0,2-0,3 çərçivəsində olması iqtisadi subyektlər üçün nəzəri cəhətdən təhlükəsiz hesab edilir. Təcili satılma əmsalı (T.s.ə) subyektin cari öhdəliklərin hansı hissəsinin təkcə mövcud pul vəsaitləri hesabına ödəniləcəyini deyil, həm də göndərilmiş məhsullardan, yerinə
yetirilmiş işlərdən əldə ediləcək gəlirlər hesabına ödənilməsinin müəyyənləşdirilməsinə imkan verir:
T.s.ə = Pul vəsaitləri + Qısamüddətli maliyyə qoyuluşları + Debitor borcları Qısamüddətli öhdəliklər ÖDƏMƏ TƏLƏBNAMƏSĐ - alıcının bank vasitəsilə tədiyyəçiyə müəyyən məbləğdə pulun ödənilməsi haqqında banka təqdim etdiyi tələbdir.
nominal dəyərinin müəyyən edilmiş faizinin əvvəlcədən ödənilmiş miqdarı ilə xarakterizə olunan ödəniş faizləri müəyyən maliyyə aktivlərinin (depozitlərin, ödənişə hesabların, fakturaların, borc öhdəliklərinin və kreditlərin) kompensasiyasına uyğundur. Onlar əsasən istiqraz (və
istiqrazın digər
növləri) üzrə
borc öhdəliklərinin, ticarət kreditlərinin və kreditorun bank hesablarının cari kreditlərinin və s. faizlərini, həmçinin valyuta bazarının itkilərini (zərərlərini) özündə birləşdirir.
balansın tərtib olunması tarixinə müəyyənləşdirilmiş, məqsədi dəqiq göstərilmiş, lakin ödənmə vaxtı və ya ümumi məbləği çox dəqiq göstərilməmiş borcdur. Sonralar xərclərin bu növləri hökmən borc dərəcələrinə keçmə meylinə malik olur və xüsusi maddələr üzrə bölüşdürülə bilər.
– oxşar əmlaka (mala) müstəqil bazardan alınarkən çəkilən xərcin miqdarıdır.
– xarici iqtisadi sazişlərə görə malların (xidmətlərin) ödənişini və beynəlxalq kreditlərin qaytarılmasını həyata keçirən valyutadır. Ödəniş valyutası ixracatçı və idxalçı arasında razılaşdırılmış ixtiyari valyuta ola bilər.
ÖHDƏÇĐLĐK – ümumi
dəyərə və
ya aktivlərinin tərkibinə təsiri müəyyən şərtlərin yerinə yetirilməsindən (məsələn, zəmanət verilmiş girov) və ya sonrakı əməliyyatların həyata keçirilməsindən (məsələn, sifarişlər) asılı olan hüquq və vəzifələrdir. 519
ÖLÇÜ ŞKALASI – kəmiyyət və keyfiyyət əlamətlərinin ölçülməsi üçün nəzərdə
tutulmuşdur. Nominal
şkalalar – yalnız obyektlərin fərqləndirilməsinə imkan verən
atributiv əlamətlərin ölçülməsi üçün nəzərdə tutulmuşdur. Sıralanmış şkalalar yalnız obyektlərin fərqləndirilməsinə deyil, həm də onların yaranma
dərəcəsinin bir
sıra xüsusiyyətləri, yəni kəmiyyət əlamətlərinin ölçülməsi üzrə sıralanmasına imkan verir. Đntervallar şkalasında kəmiyyət əlamətləri ölçülür və burada əlamətin yaranma dərəcəsini ölçmək və nəticə etibarı ilə, müəyyən hesabi əməliyyatlar aparmaq olur. Digər təsnifləşdirmələrdə həm də nisbi və mütləq şkalalar ayrılır. Bu, əlamətlərin kəmiyyət ölçüləri üzərində müvafiq riyazi dəyişikliklər baş verdikdə, həyata keçirilir.
– demoqrafik göstəricidir; əhali qrupu üçün müəyyən dövr ərzində ölənlərin yaşa görə
praktiki bölüşdürülməsini xarakterizə edir
(ölüm cədvəlində olan ölənlərin sayından fərqli olaraq); ölənlərin yaş kəmiyyətlərinin orta hesabi kəmiyyətinə bərabərdir. Ölüm cədvəllərində ölənlərin orta yaşı göstəricisi tətbiq edilmir;
olmaqla, bu cədvəllərdə ölənlərin orta yaşı gələcək ömrün orta uzunluğuna bərabərdir (“Ömür uzunluğu”na bax). Ölənlərin orta yaşı ayrı-ayrı yaş qruplarında ölümün səviyyəsi və əhalinin yaş strukturunun xüsusiyyətləri ilə müəyyən edilir. Daimi əhali üzrə ölənlərin orta yaşı gələcək ömrün orta uzunluğuna bərabərdir, müsbət təbii artım əmsalı olan sabit əhali üzrə ölənlərin orta yaşı gələcək ömrün orta uzunluğundan çoxdur, mənfi əmsal olduqda – azdır.
prosesidir, ölüm cədvəllərinin göstəricisidir, doğulanların əvvəlki məcmusundan verilmiş yaş intervalında ölənlərin sayıdır. Adətən, d x -lə
işarələnir. Ölümün səviyyəsi və rejimi ayrı-ayrı cins-yaş və onun digər bəzi zaman dövrünə görə qruplarına aid əhali arasında ölüm hadisələrinin çoxluğu, müəyyən olunmuş
yaşa qədər
yaşayanların, ya da müəyyən edilmiş yaş intervalında ölənlərin anadan olanların ilk məcmusundakı payı, yeni anadan olanların orta ömür uzunluğu, ya da bütünlükdə müəyyən edilmiş yaş və bəzi yaş sərhədlərinə çatmışlar ilə xarakterizə olunur. Ölümün daha dərindən təhlil edilməsində xəstəliklərin, zədələnmələrin və digər ölüm səbəblərinin beynəlxalq təsnifatına uyğun olaraq, ölüm səbəbləri üzrə bölünməsi ilə xarakterizə edilir. Ölüm səbəblərinin ekzogen, insan orqanizminə daxili təsirə səbəb olan və anadangəlmə xəstəlik, ya da təbii yaşlanmanın nəticəsi kimi endogen səbəblərə bölünməsi mühüm rol oynayır. Ölüm səviyyəsinin daha çox yayılmış göstəricisi – ölümün ümumi əmsalıdır.
, *T S M m =
burada M – bəzi dövrlərdə ölənlərin sayını; S – il ərzində əhalinin orta sayını; T – illər üzrə dövrün uzunluğunu (bir qayda olaraq, 1000 nəfərə hesablanır) göstərir. Bu göstərici, qadınlarda və kişilərdə müxtəlif yaşlarda ölüm hadisələrinin çoxluğunun müxtəlif olduğu
kimi, əhəmiyyətliliyinə görə də cins-yaş tərkibindən asılıdır və
beləliklə, ölüm
səviyyəsinin xarakteristikasına adekvat olmur. Ölümün sayının daha etibarlı xarakteristikasına, oxşar ümumi əmsal düsturuna görə hesablanan yaş (beş illik, bir illik, daha aralı – on illik) əmsalı xidmət edir, lakin əhalinin sayı və ölənlərin sayı haqqında məlumatlar uyğun olan yaş intervalı (zəif ölüm əmsalı istisna təşkil edir) üçün yığılır. Ölümün sayı əmsalı ayrı-ayrı ölüm səbəbləri (səbəb qrupları) üzrə də hesablanır. Ölümün sayını əhalinin yaş tərkibindən asılı olmayan ölüm
Ölümün sayının müasir təhlili əhalinin sayı və cins-yaş tərkibi haqqında, ölüm hadisələrinin qeydiyyatı materiallarının
nəticəsində əldə edilən cins və yaş üzrə ölənlərin sayı haqqında məlumatlara əsaslanır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling