Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet137/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   133   134   135   136   137   138   139   140   ...   183

 

PENSĐYALARIN  ÖDƏNĐLMƏSĐ  ÜZRƏ 

XƏRCLƏRĐN NƏZƏRDƏ TUTULMASI

 – 

hüquqi  və  ya  müqavilə  öhdəliklərinin  nəticəsi 

kimi,  heyətin  pensiya  təminatına  münasibətdə 

onların  hüquqları  ilə  bağlı  nəzərdə  tutulmuş 

xərclərdir. 

 

PERĐNATAL  DÖVR



  (yunan.  peri  –  ətrafda, 

lat.  hatalis  –  doğuşa  aid)  –  hamiləliyin  28-ci 

həftəsindən  başlayır,  doğuş  dövrünü  və  yeni 

doğulmuş uşağın ömrünün ilk 7 gününü əhatə edir 

(doğulduqdan  sonra  168  saat).  “Perinatal  dövr” 

anlayışının  tətbiqi  demoqrafiyada  əvvəllər  qəbul 

olunmuş  insan  ömrü  tsiklinin  yaş  dövrə 

bölünməsini  dölün  ana  bətnində  inkişafının  gec 

dövrünü daxil etmək hesabına genişləndirir.  

Đnsan ömrünün bütün digər dövrlərindən fərqlənən 

perinatal dövrün xüsusiyyəti ondan ibarətdir ki, bu 

dövrdə  iki  orqanizmin  –  ana  və  dölün  (uşağın) 

nadir 

qarşılıqlı 



əlaqəsi 

mövcuddur. 

Həyat 

fəaliyyətinin heç bir başqa formaları ilə müqayisə 



olunmayan  və  hamiləlik  dövründə  yaranan  bu 

biososial  sistemə  iki  altsistemdən  başqa,  həm  də 

onlar arasında əlaqələndirmə halqası olan plasenta 

daxildir.  Bu  zaman  dölü  əhatə  edən  mühit  kimi, 

ana  yaşadığı  mühitdən  ayrılmazdır.  Doğuşdan 

sonra göbək kəsiləndə ana ilə uşağı ayırırlar, lakin 

yeni  orqanizm  hələ  müstəqil  yaşamağa  qadir 

olmur  və  əvvəllər  olduğu  kimi,  anadan  asılı  olur: 

xüsusi  qida,  ruhi  rahatlıq,  infeksiyalara  qarşı 

müdafiə. 

Rüşeym  dövründə,  erkən  neonatal  (ömrün  birinci 

həftəsinin  sonunadək)  və  neonatal  (ömrün  birinci 

ayının  sonunadək)  dövrlərə  nisbətən  prinsipcə 

doğuş  uşaq  orqanizmi  ilə  xarici  mühit  arasında 

münasibətlərin xarakterini dəyişsə də, orqanizmin 

əsas  inkişaf  istiqamətləri  və  templəri  qalır  – 

formalaşma prosesi gedir, orqanizm sürətli inkişaf 

edir,  hüceyrə  tərkibi  dəyişir.  Bütün  bunlar  dölün 

ana  bətnində  inkişaf  dövrünü  hamiləliyin  28-ci 

həftəsi  və  erkən  neonatal  dövrü  “perinatal  dövr” 

anlayışında birləşdirməyə imkan verir. Bu anlayış 

həm  ayrıca  fərdə,  həm  də  bütövlükdə  insan 

nəslinə aid edilir. 

Bu  dövrdə  hər  yeni  doğulmuş  nəsil  daha  hiss 

olunan  itkilər  verir,  çünki  erkən  çağlarında  insan 

orqanizmi ətraf mühitin əlverişsiz təsirlərinə daha 

çox 

həssasdır. 



Perinatal 

dövr 


orta 

ömür 


uzunluğunun  0,5%-ni  təşkil  etsə  də,  bəzi  inkişaf 

etmiş ölkələrdə bu dövrdə itirilmiş insanların sayı 

sonra  gələn  ömrün  20,  30  və  hətta  40  yaşında 

ölənlərin sayını üstələyir.  



 

PERĐNATAL  ÖLÜM

 

–  dölün  və  yeni 



doğulmuş 

uşağın 


perinatal 

dövrdə, 


yəni 

hamiləliyin  28-ci  həftəsindən  başlayaraq,  həyatın 

7  günü  arasındakı  müddətdə  ölüm  hallarını  əhatə 

edən  anlayışdır.

 

Ölü  doğulanların  sayı  ilə 

həyatının  birinci  həftəsində  ölənlərin  sayının 

cəminin,  həmin  müddətdə  ölü  və  ya  diri 

doğulanların  sayına  olan  nisbətinə  bərabər  olan 

perinatal  ölüm  əmsalı  ilə  ölçülür.

 

Perinatal  ölüm 



termini  Avstraliya  demoqrafı  S.Peller  tərəfindən 

1948-ci ildə təklif olunmuşdur.  

“Perinatal  ölüm”  anlayışı  dölün  ana  bətnində 

inkişafını  müəyyən  edən  etnologiya  (xəstəliklərin 

səbəbləri  və  onların  yaranma  şəraiti  haqqında 

elm) və patogenetik mexanizmlərin birliyini qeyd 

edir. Bir sıra şərtlərdən asılı olaraq, dölün hələ də 

doğulmamış 

(antenatal), 

doğuş 


anında 

(intranatal),  yaxud  doğulduqdan  ilk  168  saat 

sonra  (postnatal)  yeni  doğulmuş  uşağın  məhvinə 

gətirib  çıxara  bilir  ki,  bu  da  erkən  neonatal  ölüm 

anlayışı ilə üst-üstə düşür. 

Perinatal  ölüm  göstəricisi  promille  (%)  ilə  ifadə 

olunur  və  aşağıdakı  düsturla  hesablanır:  ölü 

doğulanların  sayı  üstə  gəlinsin  ilk  7  günündə 

ölənlərin  sayı  bölünsün  bütün  doğulanların  (diri 

və ölü) sayı, vurulsun 1000-ə.  



Dölün 

(uşağın) 



ölümünün 

əsas 


səbəbləri: 

respirator  pozuntuları,  o  cümlədən  anadangəlmə 

pnevmoniya,  anadangəlmə  anomaliyalar,  doğuş 

zədələri,  bətndaxili  infeksiya  və  s.  75%  hallarda 

ana orqanizmindəki patologiyalardır.  

 

PERĐNATAL  ÖLÜM  HAQQINDA  TĐBBĐ 

ŞƏHADƏTNAMƏ

 – perinatal dövrdə, yəni ölü 

doğulanlar  və  həyatının  birinci  həftəsində  (0-6 

gün  və  ya  doğulandan  168  saat  sonra)  diri 

doğulanlardan 

ölənlərin 

ölüm 

faktını 


və 

səbəblərini  təsdiqləyən  ilkin  sənəddir.  Perinatal 

ölüm  haqqında  tibbi  şəhadətnamənin  tətbiqi    bu 


 

534 


dövrdə  ölüm  səbəblərinin  bütün  digər  yaşlarda 

olan  ölüm  səbəblərindən  kəskin  fərqlənməsi  ilə 

şərtlənir. 

Burada 


ölüm 

haqqında 

tibbi 

şəhadətnamədə  göstərilən  əlamətlərdən  başqa, 

əsas  xəstəlik  və  ya  uşağın  (dölün)  patoloji 

vəziyyəti;  uşağın  (dölün)  digər  xəstəlik  və  ya 

patologiyaları; ananın əsas xəstəliyi və ya patoloji 

vəziyyəti və ya ciftin dölə və ya uşağa zədələyici 

təsir  göstərən  vəziyyəti;  ciftin  uşağın  (dölün) 

ölümünə  səbəb  olan  ananın  digər  xəstəlikləri  və 

ya  patoloji  vəziyyəti;  ölümə  səbəb  olan    digər 

hallar göstərilir.  

Uşaq  ölümü  ölüm  baş  verdiyi  andan  üç  gündən 

gec  olmayaraq,  ölü    doğulanlarınkı  isə  doğulma 

anından  üç  gündən  gec  olmayaraq  qeydiyyata  

alınır.  Azərbaycanda  həyatının  birinci  həftəsində 

ölmüş  uşaqlar  Ədliyyə  Nazirliyinin  qeydiyyat 

şöbələrində    əvvəlcə  doğulmuş  kimi  -  doğum 

haqqında  tibbi  şəhadətnamə  əsasında,  sonra  isə 

ölmüş  kimi  -  perinatal  ölüm  haqqında  tibbi 

şəhadətnaməyə  əsasən    qeydə  alınır.  Ölü 

doğulanlar 

Ədliyyə 


Nazirliyinin 

qeydiyyat 

şöbələrində  perinatal  ölüm  haqqında  tibbi 

şəhadətnamə 

əsasında 

qeydə 


alınmalıdırlar. 

Ədliyyə 


Nazirliyinin 

qeydiyyat 

şöbələrində  

göstərilən  tibbi  sənədlər  üzrə  ölüm  haqqında  iki 

nüsxədə akt tərtib olunur ki, birinci arxivdə qalır, 

ikinci  isə  hər  ay  perinatal  ölüm  haqqında  tibbi 

şəhadətnamələrlə  birlikdə,  perinatal    ölüm 

haqqında  məlumatların  işlənməsi  üçün  dövlət 

statistika orqanlarına göndərilir.  

 

PEŞƏ

  –  müəyyən  hazırlıq  tələb  edən  məşğulluq 

növü, əmək fəaliyyəti növü, xüsusi öyrənmə və ya 

təcrübə nəticəsində əldə olunmuş zəruri biliklərin, 

bacarığın və vərdişlərin mövcudluğudur  (sonuncu 

əsasən, öhdəliklərin və əmək funksiyalarının fəhlə 

kimi yerinə yetirilməsi üçündür).  

 

PEŞƏ  XƏSTƏLĐYĐ  STATĐSTĐKASI

  – 


xəstəliklər 

statistikasının 

bölməsidir. 

Peşə 

xəstəliklərinə  peşə  ilə,  iş  şəraiti  ilə  bağlı  olan 



xəstəliklər  daxildir  və  onlara  aiddir:  istehsal 

prosesində atmosfer təzyiqinin dəyişməsi ilə bağlı 

olan  xəstəliklər;  istehsal  tozunun  təsirindən; 

qıcıqlandırıcı və zəhərli maddələrdən törəyən dəri 

xəstəlikləri  və  s.  Peşə  xəstəliklərinin  qeydiyyatı 

ümumi xəstəliklərin qeydiyyatına oxşardır. 

 

PEŞƏ  ÖLÜMÜ 

(məşğuliyyət  üzrə)  –  ölümün 

öyrənilməsi  istiqamətlərindən  biridir;  müxtəlif 

peşələrdə  çalışan  insanların  cins,  yaş,  ölüm 

səbəbləri 

və 

başqa 


əlamətlər 

üzrə 


ölüm 

səviyyələrinin 

müəyyən 

edilməsindən 

və 

fərqləndirmə 



xüsusiyyətlərinin 

tədqiqindən 

ibarətdir.  “Peşə  ölümü”  və  “məşğuliyyətlər  üzrə 

ölüm” terminləri sinonimlər olsa da, “peşə ölümü” 

termini  həmçinin  dar  mənada  bəzi  məşğuliyyət 

növlərinə  xas  olan  insan  orqanizminə  xüsusi 

mənfi  təsirlə  bilavasitə  bağlı  ölümü  ifadə  etmək 

üçün tətbiq olur. 

Đlk  dəfə  peşə  ölümünün  demoqrafik  tədqiqatları 

U.Farr  tərəfindən  1861-ci  ildə  siyahıyaalma  və 

Đngiltərə  və  Uelsdə  1860–61-ci  illərdə  ölümlərin 

qeydə alınması məlumatlarına əsasən aparılmışdı.  

Peşə  ölümü  tədqiqatlarında  bir  sıra  ölüm 

göstəriciləri  tətbiq  edilir,  onların  əsasında 

müxtəlif  peşə  növləri  üzrə  ölənlərin  sayı 

(ölümlərin  cari  qeydə  alınması  məlumatları  üzrə) 

ilə  məşğuliyyət  növləri  üzrə  əhalinin  (əhalinin 

siyahıyaalınması  məlumatları  üzrə)  sayı  arasında 

nisbət  durur.  Bu  isə  peşə  ölümünün  yaş-cins 

əmsallarını hesablamağa imkan verir. Peşə ölümü 

təhlilinə  təkcə  böyüklər  arasında  ölümün  tədqiqi 

deyil,  həmçinin  yeni  doğulanların  ölümü  və 

valideynlərin  məşğuliyyəti  üzrə  ölü  doğumun 

tədqiqi  daxil  ola  bilər  və  bu,  ölüm  səbəblərinin 

ətraflı siyahısı üzrə ölümün öyrənilməsini nəzərdə 

tutur.  Bir  qayda  olaraq,  bu  zaman  həm  ümumi, 

həm  də  ölüm  səbəbləri  üzrə  hesablanan 

standartlaşdırılmış ölüm əmsalları tətbiq olunur.  

Peşə  ölümünün  təhlilində  peşələrin  düzgün 

təsnifləşdirilməsinin  böyük  əhəmiyyəti  var.  Peşə 

ölümünə  peşə  qrupları  üzrə  baxılması  sosial-

iqtisadi  qruplar  üzrə  təhlilə  uyğunlaşmalıdır, 

həmin yerdə (ölkədə) ictimai inkişaf səviyyəsi ilə 

bağlı  bu  və  ya  digər  peşələrin  xüsusiyyətləri 

nəzərə alınmalıdır.  

 

PEŞƏKAR TEATR (TEATR-STUDĐYA)

 –

öz  tərkibində  müstəqil  balansda  peşəkar  truppası 



olan  teatr  incəsənətinin  yaradıcı  kollektividir. 

Opera  və  balet,  musiqili,  musiqili-dramatik, 

dramatik,  uşaq,  gənc  tamaşaçılar  və  s.  teatrlara 

bölünür. 

Statistik 

hesabatlar 

aşağıdakı 

göstəricilərdən  ibarətdir:  teatrın  maddi  bazası, 

tamaşaçı  zalının  kommersiya  tutumu,  tamaşaların 

və  tamaşaçıların  sayı,  toplanan  pulların  həcmi. 

Teatrların  fəaliyyətinin  yekun  göstəriciləri  ərazi 

və teatr janrları üzrə işlənib hazırlanır. 

 

PƏRAKƏNDƏ    QĐYMƏT

  –  şəxsi  istehlak 

üçün  kiçik,  az  miqdarda  satılan  malın  qiymətidir; 

malın pərakəndə ticarətdə qiymətidir. 

 

PƏRAKƏNDƏ  SATIŞ  MAĞAZALARI 



ÜÇÜN  TĐCARƏT  SAHƏLƏRĐNĐN  KA-

TEQORĐYALARI

  –  mağazaların  ümumi 

sayına 

əlavə 


olaraq, 

ticarət 


sahələrinin 

kateqoriyalar  (ölçülər)  üzrə  bölgüsüdür.  Əsasən 

aşağıdakı bölgü təklif edilir: 

120 kv. m-dən az 

120 - 400 kv.m 

400 – 1000 kv. m 



 

535


1000 – 2500 kv. m 

2500 kv. m və daha çox. 

 

PƏRAKƏNDƏ 

SATIŞ 

TĐCARƏTĐ

 



ticarətin  əhaliyə  əmtəə  satışı  üzrə  ixtisaslaşan 

altsahəsidir. 

 

PƏRAKƏNDƏ  TĐCARƏT 

-  əmtəənin  əsasən 

az miqdarda alınması və adətən istehlakçıya və ya 

son istifadəçiyə alındığı vəziyyətdə (və ya nəzərə 

çarpmayacaq  qədər  kiçik  dəyişikliklərlə)  yenidən 

satılmasına  dair  ticarət  formasıdır.  Pərakəndə 

ticarətlə  məşğul  olan  vahidlər  əmtəələri  öz 

adlarından  və  ya  üçüncü  şəxs  tərəfindən,  əsasən 

ev təsərrüfatlarına satırlar. 

 

PƏRAKƏNDƏ  TĐCARƏT  DÖVRĐYYƏSĐ

 

– şəxsi istehlak və ya ev təsərrüfatlarında istifadə 

üçün  istehlak  mallarının  nağd  hesaba  əhaliyə 

satışının 

dəyəridir. 

Əhalinin 

ayrı-ayrı 

kateqoriyalarına  güzəştlə  satılmış  əmtəələrin 

dəyəri tam həcmdə pərakəndə əmtəə dövriyyəsinə 

daxil edilir. 

 

PƏRAKƏNDƏ  TĐCARƏT  MAĞAZALA-



RININ  SAYI

  -  “yerli  ticarət  vahidlərinin  sayı” 

göstəricisinin  alt  bölməsidir.  Bu,  müəssisə 

tərəfindən  idarə  olunan  şəxsi  və  ya  icarəyə 

götürülmüş mağazaların ümumi sayıdır. 



 

PƏRAKƏNDƏ  TĐCARƏT:  TƏDARÜK-

ÇÜLƏRĐN 

ƏSAS 

BÖLMƏLƏRĐ

 

– 

tədarükçülərin  xüsusiyyətlərinə  uyğun  olaraq, 

yenidən satılmaq üçün nəzərdə tutulan əmtəələrin 

pərakəndə ticarətçilər tərəfindən alışının təhlilidir. 

Qeyd: 

pərakəndə 



ticarətçilər 

öz 


alışlarını 

tədarükçülərin 

tipləri 

üzrə 


faizlə 

təxmini 


bölüşdürülməsini 

göstərməlidirlər: 

pərakəndə 

ticarətçilərin tədarük birlikləri; pərakəndə ticarətin 

iri  müəssisələrinin  tədarük  kontorları;  pərakəndə 

ticarətin 

digər 

iri 


müəssisələrinin 

tədarük 


xidmətləri;  müəssisələri  konsessiya  və  törəmə 

hesab 


edilməyən 

topdan 


ticarətçilər 

və 


istehsalçılar; 

tədarükçülərin 

digər 

tipləri 


(komisyonçular və s.) 

 

PƏRAKƏNDƏ  TĐCARƏTĐN  NÖVLƏRĐ

  - 

bu bölmənin  sürətlə inkişafı və ticarətin çoxsaylı 

növlərinin  inkişafının  baş  verməsi  göstərilən 

xidmətlərin  funksional  təsəvvürünü  çətinləşdirir. 

Beynəlxalq  Standart  Sahə  Təsnifatına  (BSST) 

uyğun 


olaraq, 

satışın 


növlərinin 

müəyyənləşdirilməsi üzrə üç meyar ayrılır: 

-  yeni  əmtəələrin  və  istehlakda  olan  köhnə 

əmtəələrin satışlarının növləri; 

- mağazalarda və mağazalardan kənarda satışların 

növləri; 

- ixtisaslaşdırılmış və ixtisaslaşdırılmamış ticarət. 

Ərzaq  məhsulları  ilə  qeyri-ərzaq  məhsullarının 

ticarəti  arasında  ciddi  fərq,  demək  olar  ki,  bütöv 

pərakəndə  ticarəti  əhatə  edən  yalnız  əmtəələrin 

satışının son iki növü arasında mövcuddur.  

 

PƏRAKƏNDƏ 

TĐCARƏTĐN 

YERLĐ 

VAHĐDLƏRĐ

  –  vahidin  əsas  fəaliyyətinin 

müəyyənləşdirilməsi,  Avropa  Đttifaqının  fəaliyyət 

təsnifatının 

ikinci 


redaksiyasının 

izahedici 

qeydləri  üzrə  qəbul  ediləcək  qanunvericilik 

aktlarından 

asılıdır. 

Lakin 


qəbul 

ediləcək 

qanunvericilik  aktlarını  gözləmədən,  yuxarıda 

qeyd  edilmiş  təsnifat  əsasında  yerli  vahidlərin 

arasındakı kateqoriyaları müəyyən etmək olar: 

- əsas etibarı ilə, ərzaq malları, içkilər və ya tütün 

məmulatları 

satan 


pərakəndə 

ticarətin 

(mağazaların) ixtisaslaşdırılmamış yerli vahidləri; 

-  qeyri-ərzaq  malları  satan  pərakəndə  ticarətin 

(mağazaların)  ixtisaslaşdırılmamış  yerli  vahidləri, 

(məhz  pərakəndə  ticarətin  yerli  vahidlərinin  bu 

kateqoriyasına  iri  universal  mağazalar  daxil 

edilir);  

-  ərzaq  mallarının  (ərzaq  malları,  içkilər  və  tütün 

məmulatları)  satışı  üzrə  ixtisaslaşmış  pərakəndə 

ticarətin (mağazaların) yerli vahidləri; 

-  qeyri-ərzaq  mallarının,  yeni  və  ya  vaxtı  keçmiş 

məmulatların  satışı  üzrə  ixtisaslaşmış  pərakəndə 

ticarətin (mağazaların) digər yerli vahidləri; 

-  poçtla  malların  satışı  üzrə  ixtisaslaşmış 

mağazalardan  başqa  pərakəndə  ticarətin  yerli 

vahidləri.  

 

PĐKSEL

  -  bütün  ədədi  görünüşlərin  ən  kiçik 

parçası 

olan 


nöqtəciklərə 

piksel 


deyilir. 

Đngiliscədə  şəkil  parçası  mənasını  verən  “picture 

element” 

sözlərinin 

birləşməsindən 

götürülmüşdür.  Pixel,  picture  (şəkil)  sözünün 

qısaltması 

olan 


pix 

və 


element 

(parça) 


sözcüyünün  ilk  iki  hərfindən  (əl)  meydana 

gəlmişdir.  Dəqiq  görünüşlər  üfüqi  və  şaquli 

şəkildə yan-yana sıralanmış piksellərdən meydana 

gəlir.  Əgər  bir  görünüş  çoxlu  sayda  kiçik 

piksellərdən  meydana  gəlmişsə,  dəqiq  və  iti  xətli 

bir  fotoşəkil  alınacaqdır.  Əgər  görünüş  az  sayda 

və  böyük  piksellərdən  meydana  gəlmişsə,  kifayət 

qədər dəqiq olmayan və bulanıq xətli bir fotoşəkil 

alınacır.  Pikselin  sayı  artdıqca,  görünüşün 

keyfiyyəti də yüksəlməkdədir. 



 

PLANLAR-QRAFĐKLƏR

 

tikintini 



və 

müxtəlif 

funksiyaların 

(modelləşdirən, 

hesablaşma-əyanilik,  nəzarətçi-idarəetmə  nəzarət-

icraçı  və  s.)  yerinə  yetirilməsinin  təşkil  edilməsi 

və  idarə  olunması  modeli  kimi  tətbiq  olunan 


 

536 


təqvim  planı  və  müxtəlif  qrafik  təsvir  formaları 

(xətli,  silsiləli,  şəbəkəli,  kombinə  edilmiş,  birgə) 

və başqa qrafik sənədlərdir.  

 

POÇT  GÖNDƏRĐŞLƏRĐ

  –  aşağıdakılardan 

ibarətdir:  



Məktub  -  prinsip  etibarilə,  cari  və  şəxsi  yazışma 

xarakteri  daşıyan  və  ya  daşıya  biləcək  poçt 

göndərmələri kimi müəyyən edilir. 

Poçt  göndərişlərinə  -  əsasən  məktublar,  poçt 

açıqcaları,  çap  olunmuş  materiallar  (abunə  və 

qeyri-abunə 

üzrə 


göndərilən 

qəzetlər) 

və 

banderollar  daxil  edilir.  Bura  həmçinin  adi  poçt 



göndərmələri,  xüsusi  poçt  göndərmələri,  yəni 

aviapoçt,  əmtəələrin  çatdırılmasına  görə  pul 

köçürmələri  və  sığorta  transferləri  də  daxil 

olmaqla,  qeydiyyatdan  keçmiş  poçt,  pulsuz  poçt 

da daxil edilir. 

Poçt  ötürmələri  və  onların  hərəkətinə  aid  olan 

məlumatlar üç kateqoriyaya bölünür: 



Ölkə  daxilində  poçt  göndərmələri:  Poçt 

xidmətinin səlahiyyətinə (ölkənin milli ərazisi) aid 

olan  ərazidə  həyata  keçirilən  əməliyyat  və 

xidmətləri  təmin  edən  inzibati  strukturdur.  Bu 

ərazidən  kənara  göndərilən  və  kənardan  bu 

əraziyə  daxil  olan  poçtlar  beynəlxalq  poçta  aid 

edilir. 

Beynəlxalq  poçt  –  göndərmə:

  ölkədən  kənara 

göndərilən poçtdur. 

Beynəlxalq  poçt  –  daxil  olma:  xarici  ölkədən 

daxil olan poçtdur. 

Poçt  göndərmələrini  həyata  keçirən  xidmət  belə 

göndərmələrlə  məşğul  olan  beynəlxalq  poçt 

xidmətinin sahəsi kimi müəyyən edilir. 

 

POÇT  VƏ  DĐGƏR  MÜŞTƏRĐLƏRDƏN 

BĐRBAŞA  QƏBUL  XĐDMƏTLƏRĐ

  –  poçt 

və  banderolların  ictimai  poçt  qutularından  və  ya 

poçt  bölmələrindən  yığılması,  daşınması  və 

çatdırılması 

ilə 

bağlı 


xidmətlərdir. 

Poçt 


göndərişlərinin  çeşidlənməsi,  poçt  qutularının 

icarəsi, “tələb olunanədək” yazışmaların işlənməsi 

üzrə  xidmətlər;  feldyeger  poçt  rabitəsi  xidməti; 

səsin,  əksin  (şəkilin),  məlumatların  və  ya  sair 

informasiyaların  kabel  sistemi,  radiotranslyasiya, 

rele və peyk əlaqəsi vasitəsilə ötürülməsinin təmin 

edilməsi  üzrə  xidmətlər.  Həmçinin,  səslərin, 

əkslərin  və  məlumatların  ötürmə  şəbəkəsinə 

texniki xidmətlər üzrə xidmətlər də daxil edilir. 

 

POÇTLA  MALLARIN  SATILMASI

  – 

“Poçt sifarişi üzrə pərakəndə satış”dır. 

Satışın  bu  kateqoriyası  özündə  kataloq  və  poçt 

sifarişi üzrə malların istənilən növünün pərakəndə 

ticarətini 

birləşdirir. 

Mallar 

alıcıya 


onun 

tərəfindən kataloq, nümunə və digər təkliflər üzrə 

seçilmiş siyahıya görə göndərilir. 

PODRAT  SÖVDƏLƏŞMƏSĐ

  –  müsabiqə 

əsnasında  mühəndislik  işləri  də  (məsləhətçi, 

tikinti,  texnoloji  və  s.)  daxil  olmaqla,  kompleks 

obyektlərin 

tikilməsi, 

digər 

işlərin 


yerinə 

yetirilməsi  və  xidmətlərin  göstərilməsi  üçün 



podratçının  seçilməsini  nəzərdə  tutan,  tikintidə 

sifarişlərin  yerləşdirilməsi  formasıdır.  Podrat 

sövdələşməsinin obyekti sövdələşmənin obyektinə 

(sövdələşmə  aparılan  iş  və  xidmətlərin  konkret 

növləri)  aid  olan  istehsal  və  qeyri-istehsal 

obyektləri hesab edilirlər.  



 

PODRAT  TƏŞKĐLATLARIN  REGĐSTRĐ

 

– müşahidə olunan obyektin müəyyən dövr və ya 



tarixə  fərdi  əlamətlərini  xarakterizə  edən  əsas 

texniki-iqtisadi  göstəricilər  dəsti  ilə  podrat 

təşkilatlarının  siyahısıdır.  Podrat  təşkilatların 

registrində  hər  bir  təşkilat  haqqında  yerinə 

yetirilmiş  işlərin  həcmi,  işçilərin  sayı,  əsas 

fondların  dəyəri  haqqında  məlumatlar,  həmçinin 

müşahidə  olunan  təşkilatın  vəziyyəti  və  fəaliyyət 

xüsusiyyəti  haqqında  informasiyanın  alınması 

üçün  vacib  olan  məlumatlar  saxlanılır.

 

Podrat 



təşkilatların  registri  fəaliyyətdə  olan  statistik  və 

mühasibat  hesabatlarının  göstəriciləri  əsasında 

tərtib  olunur  və  reqlament  və  sorğu  rejimində 

fəaliyyət  göstərən  EHM-dən  istifadə  edilməklə 

həyata  keçirilir.

 

Podrat  təşkilatların  registrinin 



statistik 

təcrübədə 

tətbiqi 

əsaslı 

tikinti 

statistikasının  məlumat  və  təhlil  səviyyəsini 

əhəmiyyətli  dərəcədə  artırır,  çoxsaylı  iqtisadi-

statistik  (ənənəvi  üsulların  tətbiqi  yararsız  olan) 

məsələlərin həll olunmasına imkan verir. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   133   134   135   136   137   138   139   140   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling