Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- SATILMIŞ ƏMTƏƏLƏRĐN QĐYMƏTLƏ- RĐ
- SATILMIŞ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ĐSTEHSALÇI QĐY- MƏT ĐNDEKSĐ
- SATIŞ QĐYMƏTĐ
SANATORĐYA–KURORT MÜƏSSĐSƏSĐ – əhalinin reabilitasiya müalicəsi və istirahəti üçün
nəzərdə tutulmuş müalicə-profilaktika müəssisəsidir. Bunlara sanatoriyalar, müalicə pansionatları, sanatoriya-profilaktoriyalar aid edilir. Müalicə sanatoriyaları, pansionatları əsas etibarı ilə təbii amillərin şəfaverici xassələri əsasında xəstələrin müalicəsini təmin edir. Bir profilli və çox profilli, böyüklər, uşaqlar, gənclər, uşaqlı valideynlər üçün olan sanatoriyalar bir- birindən fərqləndirilir.
iş yerlərində insan üçün normativ aktlarla müəyyənləşdirilmiş təhlükəsizlik və zərərsizlik meyarlarının ölçülərini keçən, zərərli və təhlükəli istehsal amillərinin təsirinə məruz qalan şəxslərdir (məsələn, kimyəvi maddələrin, sənaye tozlarının və s. son dərəcəyə çatması).
sosial statistika sahəsidir, əhalinin sağlamlığı statistikasını, səhiyyə statistikasını və klinika statistikasını özündə cəmləşdirir. SATICI BAZARI – tələbin təklifi keçdiyi vəziyyətdir, istehsalçı ticarət və istehlakçıya öz şərtlərini diktə edir, alıcı satıcını axtarır.
müəssisənin (obyektin) satış qiyməti ilə onun başlanğıc qiymətinin cəminin yarısıdır. SATILMA ĐMKANLARI MƏHDUD OLAN AKTĐVLƏR – nadir hallarda rast gəlinən, istehsalın ayrılmaz hissəsi olan və praktiki olaraq əldən-ələ keçməyən aktivlərdir.
RĐ - vahidlər tərəfindən satılan əmtəə növlərinə istehsalçılar tərəfindən qoyulan qiymətdir. Əgər əmtəə əsasən ailə tələbatı (bərbər işi, kino zallarında filmlərin nümayişi) üçün nəzərdə tutulmuşdursa, bu zaman onun qiyməti tamamilə satış qiymətinə uyğun gəlir. Əks halda, sənaye məmulatları üçün yaradılmış sistemə oxşar istehsalçıların qiymətlərinə müşahidə sistemi zəruri olardı. Lakin belə müşahidə sisteminin tətbiq edilməsi sənaye məmulatlarına nisbətən daha çətin ola bilər. Qiymət indeksi fiziki həcmin alınması məqsədilə inflyasiyanın inkişafını təshih etməyə imkan verir.
KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ĐSTEHSALÇI QĐY- MƏT ĐNDEKSĐ – kənd
təsərrüfatı müəssisələrinin müxtəlif istehlakçılar üçün satdıqları kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növ və qrupları üzrə qiymət dəyişikliklərinin, onların satdıqları məhsulların və əldə etdikləri istehsal vasitələrinin və xidmətlərin qiymət nisbətinin müqayisəli təşkili üçün istifadə edilir. Kənd təsərrüfatı məhsullarının qiymət
indeksindən satış şərtlərinin xarakteristikasının təhlili, kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirlərindəki dəyişikliklərdə qiymət amilinin rolunun aşkar edilməsi üçün istifadə olunur və kənd təsərrüfatı məhsulu istehsalının həcminin sabit qiymətlərlə qiymətləndirilməsi üçün makro səviyyədə proqnozların verilməsi və müxtəlif iqtisadi hesablamaların aparılmasında tətbiq edilir. Qiymətlərin qeydiyyatı üçün təmsilçi-malların seçilməsi iki məqsəd üçün aparılır: - kənd
təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinin orta qiymətlərinin müəyyən edilməsi; - seçilmiş əmtəə növlərinə görə qiymət
indekslərinin, bitkiçilik və heyvandarlıq 567
məhsullarının əmtəə qrupları üzrə və ümumilikdə kənd təsərrüfatı məhsulları üzrə məcmu qiymət indekslərinin hesablanması. Kənd
təsərrüfatı məhsullarındakı qiymət dəyişiklikləri üzrə müşahidə bazis kənd təsərrüfatı müəssisələrinin seçmə şəbəkəsi üzrə həyata keçirilir. Baza təsərrüfatlarının tərkibində mülkiyyət və təşkilati-hüquqi formalarına görə
müxtəlif təşkilatlar təmsil olunur. Cari ayda müxtəlif kanallar üzrə satılmış məhsulun nəqliyyat, qablaşdırma, yükləmə və boşaltma xərcləri, ƏDV, dotasiyalar, subsidiyalar, satışdan vergi
çıxılmaqla, keyfiyyətə görə əlavə və güzəştlər nəzərə alınmaqla, faktiki qiymətlərlə qeydiyyata alınır. Müşahidəyə istehsal və
emaledici müəssisələr tərəfindən şəxsi ticarət şəbəkəsi vasitəsi ilə bazarda, bilavasitə nəqliyyat vasitələri ilə əhaliyə yarmarka, hərrac və birjalarda barterlə kommersiya strukturları və təşkilatlarına satdıqları məhsul daxil edilir. Təmsilçi malların qiymət indekslərinin qurulması zamanı bazis çəkilər kimi hər bir kənd təsərrüfatı müəssisəsi üzrə satılan məhsulun miqdarı
haqqında məlumatdan istifadə olunur. Bütövlükdə, kənd təsərrüfatı, bitkiçilik və heyvandarlıq məhsullarının, həmçinin əmtəə qrupları üzrə məcmu qiymət indekslərinin formalaşdırıldığı zaman bazis çəkilər kimi müşahidədə iştirak edən satılmış məhsulun həcmi haqqında dəyər məlumatlarından istifadə edilir. Konkret məhsul növləri üzrə hesablanmış fərdi qiymət indeksləri bazasında məcmu qiymət indeksləri müəyyən edilir. Satılmış kənd təsərrüfatı məhsullarının məcmu istehsalçı qiymətləri indeksi birləşmənin müxtəlif səviyyəli qrupları üzrə hesablanır: - əmtəə qrupları üzrə; - bitkiçilik və heyvandarlıq məhsulları üzrə; - ümumilikdə, kənd təsərrüfatı məhsulları üzrə. Təmsilçi malların qiymət indeksləri bazis dövründə satılan məhsulun miqdarı və müşahidə olunan konkret məhsul növlərinin fərdi qiymət indeksləri haqqında məlumatlara əsasən
formalaşır. Təmsilçi malların qiymət
indekslərinin hesablanması üçün Laspeyres düsturundan istifadə edilir. Ayrı-ayrı məhsul növlərinin satış qiymətlərinin hesabat
dövründə bazis
dövrünə nisbətən dəyişməsini hesablamaq üçün aşağıdakı fərdi qiymət indeksindən istifadə edilir:
i =
0 1 : P P , Burada P 1 və P
0 müvafiq olaraq, hesabat ilində və baza ilində həmin məhsulun satış qiymətini göstərir. Mal qrupları üzrə qiymət indeksini hesablamaq üçün isə aqreqat indeksi metodundan istifadə edilir:
Đ
= ∑ ∑ 1 0 1 1 :
P Q P
Burada P 1 və P 0 eyni növdən olan kənd təsərrüfatı məhsulunun orta satış qiymətini, Q 1 eyni növdən olan məhsulun hesabat dövründə satılmış miqdarını göstərir. SATIŞ – (I) əmtəənin pula dəyişilməsi, əmtəələrin bir sahibkardan o biri sahibkarın mülkiyyətinə keçməsi
prosesidir (“Əmtəə dövriyyəsi”nə bax). (II) - əmtəə üzərindəki mülkiyyət hüququnu pula dəyişdirməklə (və ya natura ilə ödəməklə) və göstərilmiş xidmətə görə ödənişlə müəyyən oluna bilər.
“Satış” və “dövriyyə” terminləri arasındakı fərqi müəyyənləşdirmək çox çətindir. Belə ki,
“dövriyyə” terminindən kontinental Avropada daha çox mühasibat termini kimi istifadə olunduğu halda, “satış” termini daha çox ingilisdilli ölkələrdə yayılmışdır. Lakin “satış” terminindən daha məhdud mənada, “dövriyyə”nin sinonimi kimi istifadə etmək olar. SATIŞ XƏRCLƏRĐ – “Əmtəə və xidmətlərin alınması” maddəsinin bir hissəsini təşkil edir. Satış xərcləri reklam, əmtəələrin daşınması, keçid haqqı,
mənzil, nümayəndəliyə xərclər və
əmtəələrin satışına aid olan digər (müvafiq idarələrin işçilərinə əmək haqqı da daxil edilməklə) xərclərdən ibarətdir.
– 1) opsion sahibinin opsion satışı zamanı qiymətli kağızları alıb-sata bildiyi məzənnədir;
əmtəənin nağd pul ilə ödənildiyi və dərhal satıldığı qiymətdir.
səmərəliliyinin xərclərin artımından asılılıq modelidir. Satış reaksiyasının əyrisi özündə zəifləyən əyrinin 2-ci dərəcəli parabolasını etdirir, yəni marketinq xərclərinin artımı, yalnız müəyyən həddə qədər hər bir xərclənmiş manatın qaytarılmasını artırır, bundan
sonra isə
səmərəliliyin artım səviyyəsi zəifləyir və hətta azalmaya da keçə bilir. Marketinqin səmərəliliyi və marketinq büdcəsinin öyrənilməsinin vacibliyinə əsaslanır.
568
LAR VƏ ALICILARA ONLAR TƏRƏ- FĐNDƏN ÖDƏNĐLMĐŞ MƏBLƏĞĐN BĐR HĐSSƏSĐNĐN QAYTARILMASI) - qiymətlərin hesab-fakturada göstərilməyən aşağı düşməsidir, özündə güzəştləri, diskontları və alıcılara onlar tərəfindən ödənilmiş məbləğin bir hissəsinin qaytarılmasını birləşdirir. Qiymətlərin aşağı düşməsi
əvvəlcədən razılaşdırılmış qiymətin, məsələn, satılan məhsulların ilkin
keyfiyyət və
ya xüsusiyyətlərinin pisləşməsi ilə əlaqədar, aşağı düşmədir. Bir qayda olaraq, güzəştlər satışın həcmindən, müştərinin peşəsi və kateqoriyasından asılı olaraq, təklif edilən normal satış qiymətlərinin aşağı salınmasıdır. Adətən, satış qiymətinin faizi kimi hesablanır. Alıcıya, onlar tərəfindən ödənilmiş məbləğin bir hissəsinin qaytarılması: müəyyən edilmiş vaxt dövrü ərzində eyni bir müştəri ilə aparılan bütün əməliyyatlarla münasibətdə qiymətlərin aşağı salınmasıdır.
– ardıcıllıqla girişinə daxil olan siqnalların sayının hesablanması üçün qurğudur. Siqnalların paralel kod girişində, onun yadda qalan elementlərinin informasiya vəziyyətlərinin çoxluğunda qeydə alınmış ardıcıllığı yaradır.
bank qrupları tərəfindən müəyyən vaxta (dövrə) müştəriyə açılmış, təsdiq edilmiş kredit xəttidir. Borc alanın müqavilə vaxtının qurtaracağı ana qədər istənilən vaxtda pul vəsaitlərinə malik olmaq imkanı vardır, yəni kredit xətti “təsdiq edilmiş” hesab edilir ki, bunun hesabına da bank “öhdəçiliyə görə” komisyon faizi alır. Bundan əlavə, borc alan hər bir krediti alarkən, borcun milli və ya xarici valyutada seçilməsi imkanına, ilkin faiz tariflərinin, kreditin verilmə vaxtının seçilməsi imkanına malik olur. “Təsdiq edilmiş” kredit xətti ilə yanaşı, hər bir kredit “tirajının” şərtlərində ayrıca qeyd edilmiş “təsdiq edilməmiş” kredit xətti də mövcuddur.
1 χ 2 χ ... n χ
P 1/n 1/n 1/n
paylanmasının xarakteristikasıdır, burada 1 χ , 2 χ , ... , n χ - X təsadüfi kəmiyyətinin müşahidə nəticələridir, başqa
sözlə, X kəmiyyətinin paylanma funksiya ilə təsvir olunan bir sıra baş
=
n n i i = ∑ = / 1 . 1 χ bərabərdir, seçmə dispersiya isə
D X€ = 2 ) € € ( X M X M − = 2 ) € ( X X M − = ∑ = − n i i 1 ( χ χ 2 ) .
/ 1
Əgər , , 2 1 χ χ ...
n χ X kəmiyyətinin müşahidə qiymətləridirsə, onda seçmə xarakteristikası sabit kəmiyyətdir; əgər , ,
1 X X ...
n X -i X təsadüfi kəmiyyətləri kimi təsvir etsək, onda seçmə xarakteristikası təsadüfi kəmiyyətdir. SEÇMƏ (SEÇMƏ MƏCMUSU) – X təsadüfü kəmiyyətinin məhdud χ 1 , χ
2 ..., χ
n saylı
müşahidəsinin məcmusudur. Burada n ədədi seçmənin həcmi adlanır. X təsadüfü kəmiyyəti baş məcmu kimi başa düşülür. Seçmə təmsilçi olmalıdır, yəni baş məcmunun xüsusiyyətlərini tam və uyğun əks etdirməlidir. Bu, seçmənin təşkili üsulları və həcmi ilə müəyyənləşdirilir. Təcrübədə təkrar, təsadüfi,
tipik,
seriyalı və
kombinasiyalı (birləşdirilmiş) seçmələrdən istifadə olunur. Bu zaman seçmə vahidinin müstəqilliyinə zəmanət verilir, yəni χ
təsadüfi kəmiyyətinin paylanması qanunu X paylanmasının qanunu ilə üst-üstə düşür və burada i = 1, 2, ... , n. SEÇMƏ DĐSPERSĐYA – baş dispersiyanın qiymətidir (qarışıq). Əlamətin müşahidə olunan qiymətlərinin, onların orta riyazi qiymətlərindən kənarlaşmasının orta riyazi qiymətidir. Seçmə dispersiyanı n/(n-1) (burada n – seçmənin həcmidir) əmsalına bölməklə, düzəldilmiş dispersiya alınır. Seçmə dispersiya və düzəldilmiş dispersiya baş dispersiyanın sərbəst qiymətləri hesab edilirlər. Seçmə dispersiya aşağıdakı düstur vasitəsilə hesablanır:
2
2 1 1 ∑ = − − − =
i i x x n S
Burada n seçmə məcmu, X i - seçmə əlaməti, ~ x
əlamətin orta qiymətidir. SEÇMƏ HĐSSƏSĐNĐN (PAYININ) XƏTA- SI – başdan-başa olmayan (seçmə) müşahidənin xarakteri nəticəsində baş
verən seçmə
məcmusundakı (W) və baş məcmudakı (P) paylar 569
arasındakı fərqdir. Seçmə payının xətasının həcmi verilən |W-P | µ
ehtimalı ilə təmin edilən W və fərqinin hüdudlarından kənarlaşmaların sərhədləri ilə müəyyən edilir. Burada t - t µ
hüdudlarında |W-P| fərqi ilə zəmanət olunması ehtimalından asılı əmsaldır (adətən, ehtimal 0,954 və ya 0,997-yə, t isə uyğun olaraq 2 və 3-ə bərabər götürülür). Statistikada µ seçmənin orta xətası adlanır (W-dən P-yə kənarlaşmanın kvadratının riyazi gözləməsinin ikinci dərəcədən kökü) və praktiki olaraq aşağıdakı düsturla hesablanır:
) 1 ( − = µ
Burada n – müşahidələrin sayı və ya seçmənin həcmidir. Əgər fərq w-p= ∆ ± (seçmənin sərhəd xətaları) olarsa, onda
) 1 ( − = ∆ (1) və ya
− − = ∆ N n n w w t 1 ) 1 ( (2) Burada N – baş məcmunun həcmidir. (1) düsturu təkrar seçmədə, (2) düsturu isə qəti seçmədə istifadə edilir. µ həcmi (qiyməti) müşahidələrin sayından, baş məcmuda öyrənilən əlamətlərin çəkisindən, müşahidə üçün baş məcmudan, vahidlərin seçilmə üsulundan asılıdır, ∆ - həm də seçmə müşahidəsinin nəticələri ilə zəmanət verilən ehtimalın qiymətindən asılıdır. Seçmənin iki növ xətası fərqləndirilir: təsadüfi xəta
(“Qiymətləndirmənin dəqiqliyi göstəriciləri”nə bax) və seçmə qaydalarının pozulması nəticəsində əmələ gələn (seçmə zamanı yerdəyişməyə görə) sistematik xəta. Təsadüfi xətanın müəyyən edilməsində fərz edilir ki, qeydiyyat xətası sıfıra bərabərdir. Sistematik xəta
Seçmənin ümumi xətası
təsadüfü xətadan
(seçməyə aid olan və oraya düşməyən məcmu elementləri arasında təsadüfü fərq nəticəsində) və yerdəyişmə xətasından (sistematik xətadan) formalaşır.
təsadüfi seçilmiş obyektlərin (vahidlərin) məcmusudur, ya da baş məcmudan müəyyən edilmiş qaydalar üzrə seçilmiş vahidlərin məcmusudur. SEÇMƏ MƏKANI - şəraitin mövcud məcmusunda bəzi elementar hadisələrin baş verməsi ola biləcək bütün mümkün seçmələrin çoxluğudur. Sınaqların mümkün nəticəsi və ya n həcminin mümkün seçmələrdən biri seçmə məkanı (nöqtəsi) hesab edilir. SEÇMƏ MÜAYĐNƏNĐN BAZASI – seçmə statistika müşahidələrinin keçirilməsi, onun layihələndirilməsi üçün vahidlər məcmusudur. SEÇMƏ MÜŞAHĐDƏ – 1) təsadüfi qaydada baş məcmunun vahidlərinin müəyyən hissəsinin müayinəsidir. Qeyri-ümumi müşahidənin növlərindən biri hesab edilir. Seçmə müşahidə seçmə metodunun tətbiq edilməsinə - statistik tədqiqatlar metoduna əsaslanır. Burada, baş məcmunun göstəricilərinin qiymətləri onun
seçilmiş vahidlərində keçirilmiş müayinələrin məlumatları əsasında hesablanır. Seçmə metodunun riyazi nəzəriyyəsi seçmənin nəticələrinin dəqiqliyindən, onun müayinədə tətbiq olunan növündən, müayinəyə məruz qalmış vahidlərin sayından və öyrənilən əlamətlərin dəyişmə səviyyəsindən asılılığını müəyyən edir; 2) seçmə statistika müşahidəsi beynəlxalq təcrübədə geniş yayılmış statistika müşahidə üsullarından biridir. Bu müşahidə üsulu başdan- başa müşahidə üsulundan fərqli
olaraq, məcmunun bir hissəsini əhatə etməklə, öyrənilən hadisə haqqında məlumat əldə etməyə imkan verir. Bazar iqtisadiyyatının prinsiplərinə uyğun olan bu üsulda maliyyə və əmək resurslarına əhəmiyyətli qənaət edilir, daha çevik aparılır, respondentlər daha az yüklənir. Azərbaycanın rəsmi statistika orqanlarında seçmə statistika müşahidəsi XX əsrin sonlarından daha geniş tətbiq
olunmağa başlanmışdır. Azərbaycan statistikləri üçün yeni olan bu müşahidə üsulu ilk illərdə ehtiyatla, əsasən göstəricilərin dəqiqləşdirilməsi məqsədilə və ümumi (başdan- başa) müşahidə üsulu ilə paralel tətbiq olunmuş, müasir dövrdə isə rəsmi statistikada geniş tətbiq olunur
və müntəzəm müşahidə üsuluna
çevrilməkdədir. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling