Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Birbaşa
- SERĐYALI (YUVALI) SEÇMƏ
- SERĐYALI ĐSTEHSA L
- SERTĐFĐKAT
- SERTĐFĐKATLAŞDIRILMIŞ MƏHSUL
- SERTĐFĐKATLAŞDIRILMIŞ VASĐTƏ- LƏRĐN VƏ ĐNFORMATĐZASĐYA SĐS- TEMLƏRĐNĐN SINAQDAN KEÇĐRĐL- MƏSĐ
- SERTĐFĐKATLAŞDIRMA
SEÇMƏ MÜŞAHĐDƏNĐN NƏTĐCƏLƏRĐ- NĐN ŞAMĐL EDĐLMƏSĐ – baş məcmunun xüsusiyyətlərinin seçmə məcmusunun xüsusiyyətləri əsasında müəyyənləşdirilməsidir. Statistika işləri təcrübəsində daha çox birbaşa hesablama və əmsal üsulu tətbiq edilir. Birbaşa hesablama zamanı - axtarılan xüsusiyyət, verilən seçmə müşahidə üzrə məlumatlardan tapılır və seçmənin son dərəcə mümkün səhvi nəzərə alınmaqla müxtəlif metodlarla baş çoxluğa şamil edilir. Beləliklə, orta qiymət üçün 570
X =
±
x mövcuddur ki, bu da
- ∆
x ≤
≤
+ ∆ x ikiqat bərabərsizliyini əks etdirir; seçmənin hissəsi üçün:
±
≤ P ≤ w + ∆w olur ki, burada
- baş çoxluğun orta qiymətini; x -
seçmənin orta qiymətini; P - ümuminin hissəsini; w – seçmənin hissəsini; ∆ – son dərəcə mümkün səhvi göstərir. Əmsal üsulu – qeydiyyat səhvləri aşkar edilmiş başdan-başa müşahidənin məlumatlarına düzəlişlər etmək üçün tətbiq olunur. Bunun üçün əsaslı təkrar seçmə müşahidəsi aparılır. Onun məlumatları başdan-başa müşahidənin uyğun məlumatları ilə tutuşdurulur (bölmə yolu ilə). Bu ədədlərin bölünməsindən alınan qisməti
dürüstləşdirici əmsal kimi qəbul edirlər. Başdan- başa müşahidənin ümumi yekununu bu əmsala vurmaqla, müşahidənin son məlumatları kimi qəbul
edilir. Onlar,
adətən, tam
uçota alınmamanın düzəlişlərlə yekunu (məlumatları) adlanır.
– seçmə və baş məcmu xarakteristikaları arasındakı yol verilə bilən kənarlaşmanın (fərqlərin) son həddidir (“Qiymətləndirmənin dəqiqliyi göstəriciləri”nə bax). SEÇMƏ SĐYAHI (DAĐMĐ SEÇMƏ) – müşahidənin aparılmasının bütün dövrləri ərzində dəyişməz qalan müəssisələrin məcmusundan ibarət seçmə siyahısıdır SEÇMƏ VAHĐDĐ – seçmənin əsasını təşkil edən və seçmə məcmusunun formalaşdırılması üçün istifadə edilən elementdir. Seçmə vahidi anlayışını “müşahidə vahidi” anlayışından fərqləndirmək lazımdır, lakin ayrı-ayrı hallarda onlar bir-birinə uyğun gələ bilər. Seçmə prosesinin təşkili təcrübəsində seçmə vahidi kimi yalnız elementar müşahidə vahidləri deyil, həmçinin belə vahidlərin qruplarda (yuvalarda) və seriyalarda (belə seçmə vahidləri seriya və ya qruplar adlanır) birləşmiş qrupları da çıxış edə bilər. Seçmə vahidinə müşahidə vahidlərinin təbii qrupları da
xidmət edə
bilər. Məsələn, demoqrafiya müayinələrində seçmə vahidi kimi evlər və mənzillər də götürülə bilər. Bundan başqa, seçmə vahidinə süni yaradılmış vahidlər də xidmət edə bilər – seçmə vahidi kimi, xəritədə sayıcı məntəqəsini və ya sadəcə olaraq, düzbucaqlı bir sahəni götürmək olar. Seçmə vahidi müşahidə vahidindən kiçik olmamalıdır. Belə ki, bu, sistematik olaraq, seçmənin reprezentativliyində səhvlərə gətirib çıxara bilər. Seçmə prosesində seçmə vahidinin digəri ilə əvəz edilməsi nəticələrin dəqiqliyinə mənfi təsir göstərir. Ona görə də müşahidə edilərkən seçmə vahidləri sabit saxlanılmalıdır.
ya tamamilə digər müşahidə vahidləri ilə əvəzlənməsidir. Zamanın müəyyən kəsiyində - mərhələsində fasiləsiz müayinələrin aparılması və statistik xüsusiyyətlərin və öyrənilən göstəricilərin qiymətlərinin alınması üçün nəzərdə tutulmuşdur. Tələb olunan qiymətləndirmənin xüsusiyyətindən və seçmələrin əvəzlənməsinin əhəmiyyətindən asılı olaraq, o bir mərhələdən digərinə keçirilə bilər. Adətən sosioloji müayinələrdə əvəzlənmə sxemi “simmetrik” olur. Bu onu göstərir ki, yeni elementlər çoxluğu seçməyə eyni intervalla daxil edilir, həmin elementlər daxil olunduqdan sonra seçmədə saxlanılır və ya eyni sxem əsasında çıxarılır. Seçmələrin əvəzlənməsindən əhalinin məşğulluq problemlərinin müayinələrinin, büdcə tədqiqatlarının keçirilməsində geniş istifadə olunur. SEÇMƏNĐN ƏSASI – öyrənilməsi lazım olan vahidlərin məcmusudur, yaxud məcmudan və istənilən xüsusi vahidin bu məcmunun tərkibinə daxil edilməsi və ya edilməməsi qaydalarının izahından ibarət olan, onun müəyyənləşdirilməsi sistemidir – vahidin növünün təsviridir. Seçmənin əsası seçmənin vahidi ilə möhkəm əlaqəlidir, o, seçmə vahidinin siyahısı kimi müəyyən edilə bilər. Əgər seçmənin vahidi müşahidə vahidi ilə üst-üstə düşürsə, onda seçmənin əsası baş məcmuya tam uyğundur. Əgər seçmənin vahidi müşahidənin bir çox vahidini birləşdirirsə (seriya, yuva), onda seçmənin əsası baş məcmudan fərqlənir. Çoxpilləli seçmədə, hər pillədə özünün seçmə əsası qurulur. Đstənilən seçmənin əsası, tədqiqatın həm qurulması anındakı, həm də onun istifadə anındakı məqsədinə uyğun olaraq, ikili hesablamadan azad, dəqiq və tam olmalıdır. Seçmənin əsasının qurulması və istifadəsi anı arasındakı vaxt ərzində seçmənin əsasının köhnəlməsi seçmənin nəticələrində səhvlərə gətirib çıxara bilər.
qaydasıdır (nizamıdır). Seçmənin əsası: 1) seçmə vahidi təsadüfi yerləşdiyi siyahı şəklində ola bilər – təsadüfilik hər hansı meyar (məsələn, seriyalar meyarı) üzrə təsdiq edilmişdir; 2) işarələrin böyüklüyü üzrə sıra ilə düzülmüş siyahı şəklində, seçmənin əsasına salınmış, yəni seçmə vahidi bu məqsəd üçün xüsusi ayrılmış işarənin dəyəri ilə 571
müvafiq dərəcə üzrə, artan, ya da azalan qaydada yerləşir; 3) hər hansı işarə, ya da həmcins qruplarda (tipləşdirilmiş) işarələr sistemi üzrə birləşmiş siyahı şəklində; 4) seçilmiş işarələrin strukturunun qarşılıqlı əlaqəsinin müxtəlif uyğunluğunu təmsil edən bir, ya da bir neçə kombinasiya cədvəlində yerləşdirilmiş seçmə vahidi nömrələrinin məcmusu şəklində; 5) onların həcmlərinin artan yekunu hesablanan bütün vahidlərin siyahısı şəklində ola bilər. Bunlardan başqa, seçmənin əsası sistemləşdirilməmiş və öyrənilməmiş ola bilər. Axırıncıdan istifadə müayinənin nəticəsində qarışıqlığa gətirib çıxara bilər.
obyektlərin (vahidlərin) sayıdır (n). Bu, baş məcmudan seçilmiş ayrı-ayrı vahidlər, yaxud onların qrupları (yuvaları, seriyaları) ola bilər. Seçmənin həcminin hesablanması seçmə
müşahidəyə hazırlığın əsas mərhələlərindən biri hesab edilir. Təşkil olunan seçmə müşahidəsi üçün zəruri olan seçmənin həcmi, seçmənin müxtəlif üsulları və növləri üçün xüsusi düsturlarla müəyyən edilir (hesablanır). Seçmə müşahidənin nəticələrinin mötəbərliliyi (reprezentativliliyi) seçmənin həcmindən asılıdır. Seçmənin həcmi nə
qədər çox
olarsa, reprezentativlik xətası bir o qədər az, seçmənin nəticələri dəqiq olur. Seçmənin həcminin miqdarı öyrənilən əlamətlərin variasiyasından, ehtimal edilən seçmə xətasından və baş məcmunun həcmindən asılıdır. Əgər seçmənin həcminin kəmiyyəti baş məcmuya yaxınlaşarsa və yaxud ona bərabər olarsa, onda seçmənin həcmi baş məcmunu tamamlayır. Öyrənilən əlamətlərdə yüksək variasiyaya xarakterik olan müxtəlif cinsli məcmuların kəmiyyətcə öyrənilməsində belə hallar daha çox meydana çıxır. Seçmənin həcmini aşağı salmaq üçün bir sıra üsullardan istifadə edirlər ki, bunun da məqsədi seçmənin xətasını yaradan variasiyaların (orta dəyişkənliyin) aşağı salınması hesab edilir. Bu üsullara aiddir: tipik təbəqələrə ayırma (“Səciyyəvi seçmə”yə bax); daha dəqiq qiymətləndirmədən istifadə etmək hesabına variasiyanı aşağı salmaq üçün nəzərdə tutulmuş əlavə məlumatlardan istifadə (yəni irimiqyaslı müayinələrin məlumatlarından);
seçməyə müxtəlif ehtimallarla (bu, seçmədə məcmunun daha çox dəyişkən, yaxud daha əsas hissəsinin yaxşı təmsil olunmasına imkan verir) müxtəlif təbəqələrdən vahidlərin (elementlərin) daxil edilməsi; seçmənin optimal çərçivəsində çoxpilləli seçmələrdən istifadə. SEÇMƏNĐN ORTA (STANDART) XƏ- TASI – qiymətləndirmənin dəqiqliyinin kəmiyyət xarakteristikasıdır (“Qiymətləndirmənin dəqiqliyi göstəriciləri”nə bax). Seçmənin orta (standart) xətası seçmənin əlamətlərinin riyazi gözləməsinin mümkün kənarlaşmasının kəmiyyətini göstərir. Nisbi standart xəta (qiymətlərin variasiya əmsalı) kənarlaşmanın qiymətinin qiymətləndirilən kəmiyyətdən faizlə fərqini göstərir. Seçmənin orta (standart) xətası 3 kəmiyyətdən asılıdır: öyrənilən əlamətin dəyişkənliyindən, seçmənin həcmindən və seçmənin payından. Seçmənin orta (standart) xətası müşahidə edilən əlamətə əsasən hesablanır. SEÇMƏNĐN PAYI – seçmənin həcminin nisbi kəmiyyətidir. Seçmənin payı seçmənin həcminin baş məcmuya olan nisbəti kimi hesablanır. Bir qayda olaraq, çoxpilləli seçmədə seçmənin müxtəlif paylarından istifadə edilir. Özlüyündə ölçülmüş seçmədə tədqiqatın müxtəlif sahələri üçün seçmənin payının eyni olması xarakterikdir; seçmənin hər bir pilləsində müxtəlif seçmə paylarından istifadə edilə bilər.
əhalinin öyrənilməsində – müxtəlif, geodemoqrafik adlanan
mərkəzlərin tapılması, onların trayektoriyasının dəyişdirilməsi yolu ilə əhalinin tədqiqinin analitik və qrafik üsullar məcmusudur. Verilmiş ölkə üçün əhali sıxlığının ümumi və regional mərkəzləri; xüsusi mərkəzlər – şəhər və kənd əhalisi üçün işçi qüvvəsi mərkəzləri və s. seçilir.
– (lat. census, censeo – siyahı tuturam, siyahıyaalma) – 1) Qədim Romada vətəndaşların siyahıyaalınması, onların sosial-siyasi, hərbi və vergi vəziyyətini müəyyən etmək üçün əmlakı göstərilirdi; vergilərin miqdarını müəyyən etmək məqsədilə və vətəndaşların əmlakının vəziyyətini müəyyənləşdirmək üçün Qədim Romada aparılan siyahıyaalmaların adıdır. Senz siyahıları tərtib edilərkən Roma vətəndaşları and altında öz əmlaklarını qiymətləndirirdilər, yaşlarını, mənşəyini, ailə vəziyyətini göstərərdilər; bu məlumatlardan əhalinin əmlak dərəcələri və hərbi bölmələr üzrə bölünməsində istifadə olunurdu; 2) orta əsrlərdə Qərbi və Mərkəzi Avropada – kəndli natura, yaxud pul vergisi; 3) Böyük Britaniya, ABŞ
və başqa
ingilisdilli ölkələrdə siyahıyaalmanın adıdır.
Mənzillərin siyahıyaalmaları ilə eyni zamanda keçirilən əhalinin siyahıyaalınmasından başqa, istehsal, ticarət siyahıyaalmaları senzə aiddir; 4) insanın bir sıra siyasi hüquqlardan (məsələn, yaş, əmlak, təhsil senzi) istifadəyə yol vermək şərtləridir; 5) statistika işlərinin aparılmasında
572
(siyahıyaalmalarda, seçmə müayinələrdə və s.) obyektin tədqiq olunan məcmuya aid edilməsi üçün əsas kimi xidmət edən bir sıra əlamətlərin (adətən, kəmiyyət ifadəsində) mövcudluğudur. Məsələn, 1918-ci ildə sənaye siyahıyaalınmasında senz sənayesinə (kiçiklərdən fərqli olaraq) mexaniki mühərriksiz, 30 və daha çox işçiyə malik olan və ya mexaniki mühərriki olan və 16 və daha çox işçisi olan müəssisələr aid edilmişdir.
qiymətlərlə və ya variasiya sırasının orta qiyməti nizamlanmış χ 1 ≤χ 2 ≤...≤ χ
n müşahidələrdən alınan seçmədir. Nizamlama ölçmələrin nəticələrinə yeni xüsusiyyətlər verir. Senzuradan keçmiş seçmə yalnız əlamətin qiymətlərini deyil, həm də onların müşahidə sırasında yerini də əks etdirir. χ i müşahidələri statistika sırası adlanır. Senzuradan keçmiş seçmədə, əsasən, statistika müşahidələri metodu ilə
müəyyən edilən
kəsmənin iki növü fərqləndirilir. Əgər ən kiçik r 1 və ən böyük r 2 qiymətləri atılırsa, onda bu, senzuraya alınmanın birinci növüdür. Bu halda kəsiyin sərhədi məlumdur və sanki seçməyə daha bir müşahidə əlavə edilir. Baxılan müşahidələrin qalan sayı təsadüfi kəmiyyətdir. Əgər ən kiçik qiymətlərin təsbit edilmiş α hissəsi və ən böyük qiymətlərin təsbit edilmiş β hissəsi atılırsa, onda bu, senzuraya alınmanın ikinci növüdür. Qalan müşahidələrin sayı əvvəlcədən verilən və n (1- α -
)-ə bərabər olan kəmiyyət hesab edilir.
∗ µ
) ( 1 i i n i χ α ∑ = , ∗ σ = ) ( 1 i i n i χ β ∑ =
statistika dərəcələri üçün α
və β
optimal çəkilərinin tapılması ilə nəticələnən optimal xətti qiymətlərin qurulması metodu işlənmişdir. Çəkilərin qiymətləri
ilkin
növündən, seçmənin həcmindən, kəsiyin
növündən asılıdır. Bu metodla alınan qiymətlər bütün mümkün xətti qiymətlər arasında əsaslı (doğru), qeyri-qarışıq və daha səmərəlidir.
– vahidləri konkret bir yuvaya (seriyaya; qrupa) aid olan, bir- biri ilə kəsişməyən təsadüfi seçilmiş elementlər (elementar vahidlər) seriyasının (yuvasının, qrupunun) müəyyən sayından ibarət olan altçoxluqdur. Seriya (yuva) eyni (müadil (bir böyüklükdə olan) seriyalar) və ya müxtəlif saylı elementlərdən ibarət ola bilər. Seçilmiş yuvalarda ya yuvanın bütün elementləri, ya da onların bir hissəsi müayinə edilə bilər (“Çoxpilləli seçmə”yə bax). Əgər seçilmiş yuvalarda bütün vahidlər müayinə edilirsə, onda belə seçmə birpilləli yuvalı (seriyalı) seçmə, onun formalaşdığı (qurulduğu) çoxluq isə seçmənin ilkin çoxluğu adlanır. Əgər birinci pillədə seçilmiş yuvalarda (seriyalarda) vahidlərin sonrakı altseçimi aparılırsa (yəni yuvanın elementlərinin bir hissəsi müşahidə olunursa), onda belə seçmə iki pilləli yuvalı, onun çoxluğu isə seçmənin ikinci çoxluğu adlanır
və s.
Yuvalı seçmənin formalaşdırılmasında seriyaların (yuvaların) və ya vahidlər qrupunun (elementlərin) seçilməsi ya təsadüfi, ya da mexaniki seçmə (seçmənin əsasında kifayət sayda vahid olduqda) yolu ilə həyata keçirilir. Seriyalı seçmədən demoqrafiyada, sosiologiyada, iqtisadiyyatda aparılan seçmə müayinələrdə geniş istifadə olunur.
ĐSTEHSA L – məmulatların müəyyən olunmuş
müntəzəmliklə, böyük
partiyalarla (seriyalarla) buraxılışının xarakterik olduğu istehsalın təşkili formasıdır. Seriyalı istehsal il ərzində məmulatların kifayət qədər böyük nomenklaturada daimi buraxılışını nəzərdə tutur. Buraxılan məmulatların nomenklaturası aylıq nomenklaturadan daha geniş ola bilər. Seriyalı istehsal dəzgahqayırma, qara metal prokatının istehsalı və s. üçün xarakterikdir. Seriyalı istehsal çoxşaxəlidir və alt növlərə bölünür: kiçik seriyalı, seriyalı və iri seriyalı. Kiçik seriyalı istehsal tək, iri seriyalı – kütləvi istehsala meyl edir (“Đri seriyalı istehsal”, “Kiçik seriyalı istehsal” və “Fərdi istehsal”a bax).
– məhsulun keyfiyyətinin doğruluğunu, onun mənşəyini, qiymətli kağıza sahib olma haqqını, ya bank əmanətini alma haqqını və buna oxşar haqları təsdiq edən sənəddir. Sertifikatlar aşağıdakı növlərə bölünür: səhmdar
(sahibkarın səhmdar
cəmiyyətinin kapitalında ona aid olan səhm kateqoriyasına və nizamnaməyə uyğun gələn hissəsindəki haqqını təsdiq edən qiymətli kağız); sığorta (sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd); depozit, ya da əmanət (hüquqi ya da fiziki şəxslərin pul vəsaitlərinin kredit müəssisələrinə əmanət
olaraq qoyulması haqqında yazılı
şəhadətnamə) və s.
– məhsulun müvafiq texniki şərtlərə (texniki tələblər, texniki reqlament tələbləri) cavab verdiyini təsdiq edən, konkret standartlara, ya da digər normativ sənədlərə uyğun gələn məhsuldur. Sertifikatlaşdırılmış məhsul keyfiyyət haqqında sertifikat ilə təmin edilməlidir.
573
SERTĐFĐKATLAŞDIRILMIŞ VASĐTƏ- LƏRĐN VƏ ĐNFORMATĐZASĐYA SĐS- TEMLƏRĐNĐN SINAQDAN KEÇĐRĐL- MƏSĐ – müvafiq vasitələrin və onların təyinat sisteminin və imkanlarının qiymətləndirilməsi və yoxlanması üçün eksperimentlərin məcmusudur.
xidmətlərin) standartların məcburi tələblərinə uyğunluğunun təsdiq edilməsi və müvafiq sənədin verilməsi üzrə vəkil
edilmiş orqanların fəaliyyətidir. Məhsulun sertifikatlaşdırılması üçün müxtəlif normativ-texniki sənədlərdən, standartlardan, ixrac məhsullarına tətbiqdə isə yuxarıda göstərilənlərdən əlavə beynəlxalq və digər ölkələrin milli standartlarında istifadə edilir. Azərbaycanda sertifikatlaşdırma üzrə milli orqan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sayılır. Sertifikatlaşdırmanın sınaqdan keçirilməsi Komitə tərəfindən akkreditasiya olunmuş xüsusi mərkəzlərdə (yoxlama laboratoriyalarında) aparılır. Bu və digər qanunvericiliklə nəzərdə tutulmuş hallarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş nomenklatura üzrə məhsulların mütləq sertifikatlaşdırılması həyata keçirilir. Məcburi sertifikatlaşdırmaya insanların sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan, həmçinin istehlakçının əmlakına zərər verə biləcək bütün məhsullar aid edilir. Könüllü sertifikatlaşdırma hüquqi şəxs və vətəndaşın öz təşəbbüsü ilə ərizəçi və sertifikatlaşdırma orqanı arasındakı müqavilə əsasında aparılır. Hüquqi şəxs tərəfindən alınan bu sertifikat məhsulun yüksək keyfiyyətinə əlavə zəmanət verir. Xaricdə sertifikatlaşdırmanın və uyğunluq nişanlarının tanınması Azərbaycanın da iştirakçısı olduğu çoxtərəfli və ikitərəfli razılaşmalar əsasında təmin edilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling