Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet154/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   150   151   152   153   154   155   156   157   ...   183

 

STATĐSTĐK  ƏRAZĐ

  –  bir  qayda  olaraq, 

gömrük  ərazisinə  uyğun  gəlir.  Avropa  Đttifaqının 

statistik  ərazisi  özündə  AĐ-nin  Fransanın  xarici 

departamentləri  və  Kanar  adaları  olmadan 

mövcud gömrük ərazilərini birləşdirir. 

 

STATĐSTĐK  FORMULYAR

  –  müşahidə 

proqramının sualları və suallara cavablar üçün yer 

göstərilən blankıdır (sorğu vərəqəsi, siyahıyaalma 

vərəqəsi, hesabat forması, anketidir).  

 

STATĐSTĐK  GÖSTƏRĐCĐLƏR  SĐSTEMĐ

 

– ictimai həyatda kütləvi hadisələrin (təzahürlərin) 

müxtəlif  cəhətlərinin  vəziyyətini  və  inkişafını 

hərtərəfli əks etdirən, qarşılıqlı əlaqəli və məntiqi 

ardıcıllıqla  yerləşən  göstəricilər  kompleksidir. 

Növlərinə  görə  müxtəlif  formalara  malik  olan 

(orta  çəkili  və  sadə,  müqayisəli  və  dinamika 

göstəriciləri  və  s.)  mütləq,  orta  və  nisbi 

göstəricilər  fərqləndirilir.  Öyrənilən  hadisələrin 

xarakterindən  asılı  olaraq,  sistemə  daxil  olan 

göstəricilər,  fərqləndirilir:  ölkənin  sahəsi  və 

əhalisi,  milli  sərvət,  əmək  ehtiyatları,  məhsul  və 

xidmətlər,  onların  bölüşdürülməsi  və  istifadəsi, 



 

599


istehlak 

bazarı, 


maliyyə, 

qiymətlər, 

elm, 

mədəniyyət  və  s.  Statistika  göstəriciləri  sistemi 



ictimai  inkişaf  prosesində  dəyişir,  bir  hadisə 

aradan  qalxır,  digəri  meydana  gəlir  və  bu  da 

statistika  göstəriciləri  sistemində  öz  əksini  tapır, 

göstəricilər sistemi aktuallaşdırılır. 



 

STATĐSTĐK  GÖSTƏRĐCĐLƏRĐN  MƏLU-

MATLAR  BANKI  (SGMB) 

–  statistik  işlərin 

ölkə və rayon səviyyəsində həlli üçün zəruri olan 



statistik  göstəricilər  sisteminin  saxlanmasını, 

aktuallaşdırılmasını,  qorunmasını,  yığılmasını, 

işlənməsini 

və 


verilməsini 

təmin 


edən 

avtomatlaşdırılmış  məlumatlar  bazasıdır.  SGMB 



məlumatlar  bazasının  idarəetmə  sistemi  (MBĐS) 

şəklində 

proqram-texnoloji 

vasitələrin 

məcmusundan;  statistik 

məlumatların 

bütün 

məcmusunun  göstəricilərinin  qiymətləri  şəklində 



saxlanıldığı 

məlumatlar 

bazasının 

statistik 

faktoqrafik 

fondlarından; 

ümumi 

sistemli 



məlumat  təminatı  və  digər  məlumat-arayış 

məlumatları 

əsasında 

formalaşdırılan 

metaməlumat fondlarından ibarətdir. SGMB ayrı-

ayrı  müşahidə  obyektləri  və  ya  birləşdirilmiş 

obyektlər 

üzrə 


statistik 

göstəricilərin 

qiymətlərinin  məlumatlar  bazasında  saxlanmasını 

təmin edir. 

 

STATĐSTĐK  HESABATLAR

  –  şirkətlərin, 

müəssisələrin, təşkilatların təsdiq edilmiş formalar 

əsasında  tərtib  etdiyi,  təyin  edilmiş  müddət 

ərzində  yerli  statistika  orqanlarına  təqdim  etməli 

olduğu hesabatlar toplusudur. 

 

STATĐSTĐK  HƏLL  NƏZƏRĐYYƏSĐ

  – 

qeyri-müəyyənlik  şəraitində  optimal  həllərin 



seçilməsi  nəzəriyyəsidir.  Məsələnin  optimal  həlli 

riskini 


minimuma 

endirir. 

Statistik 

həll, 


statistikanın  ikinci  oyunçu  –  təbiətlə  oyunu 

əsasında  alınır.  Təbiət  dedikdə,  bazarda  tələb  və 

təklif,  birjada  valyutanın  qiyməti,  iqlim  şəraiti, 

vergilər,  imtiyazlar  və  digər  bu  kimi  göstəricilər 

nəzərdə tutulur. 

 

STATĐSTĐK HÜDUD



 - dəyər və ya xalis kütlə 

(netto)  ilə  ifadə  edilmiş  hüduddur  ki,  bundan 

xaricdə  AĐ-nin  ticarət  üzrə  statistik  məlumatları 

üçüncü ölkələrdə tərtib olunmur.  

 

STATĐSTĐK  ĐNFORMASĐYA  (STATĐS-

TĐK  MƏLUMAT)

  –  statistika  müşahidələri 

prosesində 

formalaşdırılan 

ilkin 


statistik 

materiallardır. 

Sonradan 

bu 


materiallar 

sistemləşdirilir, 

yekunlaşdırılır, 

işlənir, 

ümumiləşdirilir  və  təhlil  edilir.  Düzgün  və  elmi 

əsaslandırılmış  statistik  məlumatlar  sosial-iqtisadi 

hadisələrin 

və 


proseslərin 

vəziyyətini 

və 

qanunauyğunluqlarını obyektiv əks etdirir. 



 

STATĐSTĐK ĐŞLƏR PROQRAMI

 - mövcud 

ehtiyatlar,  iqtisadi,  demoqrafik,  sosial  və  ekoloji 

vəziyyətin öyrənilməsi ilə bağlı məlumatların əldə 

olunması  üçün  hər  bir  elementin  əhatəlilik,  növ, 

dövrilik 

və 


mövzu 

əlamətlərini 

müəyyənləşdirməklə 

statistika 

orqanları 

tərəfindən hazırlanan illik proqramdır.  



 

STATĐSTĐK 

KƏNARLAŞMALAR

 

– 

ehtiyatlar  və  onlardan  istifadə  göstəriciləri 

arasındakı  yekun  xətaları  xarakterizə  edən 

göstəricidir. MHS-də buraxılan mal, aralıq və son 

istehlak  məbləği,  yığım  və  xalis  ixracın 

müqayisəsində  tətbiq  edilir.  Nisbi  xətaya  statistik 

kənarlaşmanın 

ÜDM-ə 


bölünməsi 

qəbul 


edilmişdir. 

 

STATĐSTĐK 



QƏRARLAR 

NƏZƏRĐY-

YƏSĐ

  –  statistik  qərarların  işlənib  hazırlanması 

və 

istifadə 



edilməsi 

üzərində 

statistik 

müşahidələrin 

aparılmasının 

ümumi 


nəzəriyyəsidir.  Daha  geniş  mənada,  qeyri-

müəyyənlik  şəraitində  optimal  qeyri-determinant 

davranışın  seçim  nəzəriyyəsi  kimi  müəyyən 

edilir.  Belə  qəbul  edilir  ki,  hər  bir  eksperiment 

müəyyən  dəyərə  malikdir,  səhv  qərarlar  isə 

cərimələrə gətirib çıxarır. Optimal qərar isə riskin 

minimuma  çatdırıldığı  qərardır.  Statistik  qərarlar 

nəzəriyyəsi 

loqistikaya 

aid 


olan 

bir 


sıra 

müddəalara malikdir: malgöndərənin seçilməsi və 

qiymətləndirilməsi, 

əvvəlcədən 

tam 

məlum 


olmayan  şəraitdə  bazarda davranış  strategiyasının 

planlaşdırılması, 

malgöndərənin 

optimal 


partiyasının seçilməsi və s.  

 

STATĐSTĐK 



QĐYMƏTLƏNDĐRMƏ 

– 

bölünmə  parametrlərinin  təqribi  əvəz  edilməsi 



üçün 

seçmə 


müşahidəsinin 

funksiyasıdır. 

Məsələn,  ədədi  ortanın  təsadüfi  kəmiyyətinin 

normal  bölgüsü  üçün  –  riyazi  gözləmənin 

qiymətləndirilməsi.  Nöqtəli  və  interval  statistik 

qiymətləndirmə 

baş 

təsadüfi 



kəmiyyətin 

məcmusunun  bölünməsi  qanunlarının  təcrübəsi 

əsasında 

və 


statistik 

qiymətləndirmənin 

xassələrinə uyğun tərtib edilir.  

 

STATĐSTĐK QRAFĐK

 – statistik məlumatların 

şərti  həndəsi  fiqurların  (xətlər,  nöqtələr,  ya  da 

digər  simvolik  işarələrin)  köməyi  ilə  təsvir 

edilməsidir.  Bunun  nəticəsində,  tədqiq  edilən 

statistik  məcmunun  görüntülü  xarakteristikasına 

nail  olunur.  Xətti,  sütun  diaqramı,  lentşəkilli, 



 

600 


n

x

x

d

min


max

=



dairəvi, kartoqramlar, kartodiaqram və s. qrafiklər 

fərqləndirilir.  



 

STATĐSTĐK  QRUPLAŞDIRMA 

  sosial-

iqtisadi hadisə vahidlərinin mühüm əlamətlər üzrə 

yekcins  qruplara  ayrılmasıdır.  Qruplaşdırma 

nəzəriyyəsinin  çox  mühüm  məsələlərindən  biri 

qruplaşdırma  əlamətinin  müəyyən  edilməsi  və 

onun  seçilməsidir.  Sosial-iqtisadi  hadisələrin 

vahidlərinin  qruplara  ayrılmasına  imkan  verən 

əlamət 


qruplaşdırma 

əlaməti 


adlanır. 

Qruplaşdırma  üçün  götürülən  dəyişən  əlamət 

qruplaşdırma əlaməti hesab olunur. Onu çox vaxt 

qruplaşdırmanın  əsası  adlandırırlar.  Statistika 

materialarının  işlənilməsinin  və  təhlilinin  nəticəsi 

əsasən 


qruplaşdırma 

əlamətinin 

düzgün 

seçilməsindən  asılıdır.  Qruplaşdırma  əlaməti 



öyrənilən  sosial-iqtisadi  hadisənin  hərtərəfli 

nəzəri təhlili əsasında müəyyənləşdirilməlidir. 

Qruplaşdırma  bir  əlamət  üzrə  aparılarsa,  belə 

qruplaşdırma  sadə  qruplaşdırma  adlanır.  Sadə 

qruplaşdırma 

ilə 


bərabər, 

sosial-iqtisadi 

hadisələrin  inkişaf  prosesini  hərtərəfli  öyrənmək 

üçün  onları  iki  və  daha  çox  əlamət  üzrə 

qruplaşdırmaq  lazımdır.  Qruplaşdırma  əlaqədə 

götürülmüş iki və daha çox əlamət üzrə aparılarsa, 

belə  qruplaşdırmaya  quraşıq  (kombinasiyalı) 

qruplaşdırma 

deyilir. 

Sadə 


qruplaşdırmaya 

nisbətən  quraşıq  qruplaşdırma  daha  geniş  elmi 

təhlil  xüsusiyyətinə  malikdir.  Mürəkkəb  sosial-

iqtisadi 

hadisələrin 

təhlilində 

quraşıq 

qruplaşdırma  mühüm  əhəmiyyət    kəsb  edir.  Eyni 

zamanda onu da nəzərə almaq lazımdır ki, quraşıq 

qruplaşdırmada  qruplaşdırma  əlamətinin  sayının 

artması  ilə  əlaqədar  olaraq,  qrupların  sayı  sürətlə 

artır. Ona görə də, quraşıq qruplaşdırmada iki, üç 

qruplaşdırma 

əlamətindən 

artıq 

götürülməsi 



nəticənin  təhlilini  mürəkkəbləşdirə  bilir,  onların 

aydın 


oxunuşunu 

və 


başa 

düşülməsini 

çətinləşdirir. 

Qruplaşdırma  əlamətləri  atributiv,  yəni  keyfiyyət 

əlamətinə və kəmiyyət əlamətinə bölünür. 

Statistika 

məcmusunda 

vahidlərin 

bölgüsü 

xarakterindən  asılı  olaraq,  fasilələr    bərabər  və 

qeyri-bərabər  şəkildə  müəyyən  edilə  bilər. 

Vahidlərin  bölgüsü  az-çox  bərabər  şəkildədirsə, 

bərabər fasilələr təşkil etmək məqsədəuyğun olur. 

Məsələn,  hər  hansı  kənd  təsərrüfatı  bitkisinin  - 

buğdanın 

məhsuldarlığını 

həcminə 

görə 


qruplaşdırarkən  bərabər  fasiləli  qruplar  təşkil 

olunur. Bərabər fasiləli qrupları təşkil etmək üçün 

fasilə 

kəmiyyəti 



müəyyən 

edilməlidir. 

Qruplaşdırma  əlamətinin  maksimum  qiymətindən 

minimum  qiymətini  çıxıb,  alınan  nəticəni  təşkil 

ediləcək 

qrupların 

sayına 

bölsək, 


fasilə 

kəmiyyətini müəyyən etmiş olarıq. 

Bərabər  fasiləli  qrupları  təşkil  edərkən  fasilənin 

kəmiyyətini aşağıdakı düsturla hesablamaq olar. 

 

                                       



 

               

      

Burada, 


d

-  fasilənin  kəmiyyətini,

max

x

-  əlamətin 

yüksək qiymətini, 

min


x

- əlamətin aşağı qiymətini, 



n    - qrupların sayını göstərir. 

Fasilələr  qapalı  və  açıq  ola  bilər.  Qapalı 

fasilələrdə  qrupların  aşağı  və  yuxarı  sərhədləri 

göstərilir.  Açıq  fasilələrdə  ancaq  ya  aşağı,  ya  da 

yuxarı  sərhəd  göstərilir.  Açıq  fasilə  ancaq  birinci 

və  axırıncı  qruplarda  verilə  bilər.  Kəmiyyət 

əlamətləri  üzrə  bərabər  fasiləli  qruplar  təşkil 

edərkən  aşağı  və  yuxarı  sərhədlər  dürüst 

göstərilməlidir.  

Əlamətin  qiyməti  qeyri-bərabər  və  əhəmiyyətli 

dərəcədə  dəyişkən  olduqda,  qeyri-bərabər  fasiləli 

qruplar  təşkil  etmək  lazımdır.  Sosial-iqtisadi 

hadisələrin 

böyük 


əksəriyyəti 

qeyri-bərabər 

fasiləli 

qruplar 


şəkilində 

təşkil 


olunur. 

Makroiqtisadi  göstəricilərin  təhlilində  də  qeyri-

bərabər fasiləli qruplardan istifadə edilir. 

Qeyri-bərabər fasiləli qruplar tərəqqi  ilə artan və 

yaxud  azalan  hesabi  və  yaxud  həndəsi  tərəqqi  ilə 

təşkil oluna bilərlər. 

Qruplaşdırmanın  vəzifələrinə  uyğun  olaraq,  onu 

aşağıdakı  üç  növə  ayırmaq  olar:  1)  tipik 

qruplaşdırma;      2)  quruluş  qruplaşdırma;    3) 

analitik qruplaşdırma. 

Statistika  məcmusunun  yekcins  hissələrə  və  ya 

ictimai-iqtisadi 

tiplərə 

ayrılmasına 

tipik 

qruplaşdırma  deyilir.    Hər  hansı  bir  dəyişən 



əlamət  üzrə  statistika  məcmusunun  tərkibini, 

quruluşunu xarakterizə edən qruplaşdırma quruluş 

qruplaşdırmasıdır.  Sosial-iqtisadi  hadisələrin  və 

onların  əlamətləri  arasındakı  qarşılıqlı  əlaqəni 

xarakterizə  edən  qruplaşdırma  isə  analitik 

qruplaşdırma sayılır.   



 

STATĐSTĐK  METOD 

–  dəyişkən  ekzogenin 

dəyişdirilməsi  vaxta  görə  heç  bir  gecikmə 

olmadan (dinamik modeldən fərqli olaraq), dərhal 

bir  anda  dəyişkən  endogenlər  dəyişməsinə  gətirib 

çıxarır.  

 

STATĐSTĐK  METODLAR  (STATĐSTĐK 



METODOLOGĐYA)

 

– 



sosial-iqtisadi 

hadisələrin 

statistik 

tədqiqatlarının, 

yəni  

məlumatların  toplanması,  onların  işlənməsi, 



ümumiləşdirici 

göstəricilərin 

hesablanması, 

məlumatların  təhlili  üsullarının,  qaydalarının  və 

metodlarının  məcmusudur.  Kütləvi  müşahidə, 

qruplaşdırma  və  göstəricilərin  ümumiləşdirilməsi 

metodları əsas sayılır. 


 

601


Tədqiqatın 

ən 


mühüm 

xüsusiyyətlərinə 

konkretlik;  keyfiyyət  təhlilinin  üstünlüyü  –  hər 

şeydən  əvvəl  hadisələrin  inkişafının  vaxtı  və  yeri 

nəzərə 

alınmaqla, 



onun 

mahiyyətinin 

aydınlaşdırılması;  oxşar  məcmuların,  hər  şeydən 

əvvəl  öyrənilən  hadisələrin  sosial  və  iqtisadi 

formalarının 

 

müəyyənləşdirilməsi; 



ictimai 

həyatın  öyrənilən  hadisə  və  proseslərin  mahiyyət 

və  formalarının  dəyişməsi  ilə  əlaqədar  tədqiqatın 

üsul  və  metodlarının  şəklinin  dəyişdirilməsi; 

öyrənilən 

hadisə 


və 

proseslərin, 

onların 

ölçülərinin  və  kəmiyyət  nisbətlərinin  dəyişməsi 

qanunauyğunluqlarını  ətraflı  səciyyələndirməyə 

imkan  verən  göstəricilər  sisteminin  tətbiqi 

daxildir. 

 

STATĐSTĐK  MƏCMU



  –  hər  hansı  mühüm 

münasibətlərə  (adambaşına  müxtəlif  gəlirlərlə  ev 

təsərrüfatları;  işəmuzd  əmək  haqqı  alan  işçilər; 

kiçik  biznes  müəssisələrinin  məcmusu  və  s.) 

oxşar,  amma  statistik  ölçmənin  predmetini  əks 

etdirən dəyişkən  əlamətlərə  malik  olan  obyektlər, 

hadisələr  çoxluğudur.  Oxşar  məcmular  və  qeyri-

oxşar məcmular, onların daxilində isə – keyfiyyət 

və  kəmiyyətcə  oxşar  (qeyri-oxşar)  məcmular 

fərqləndirilir.  Keyfiyyətcə  oxşar  məcmular  üçün 

hazırkı  müayinə  göstəricilərinin  əhəmiyyətliliyi 

üzrə  elementlər  arasında  bənzərlik  və  onun 

tərkibindəki  elementlərin  həmin  tipdəki  hadisəyə 

aidiyyəti xarakterikdir. Statistik məcmu bir əlamət 

üzrə  oxşar,  digəri  üzrə  isə  qeyri-oxşar  ola  bilər. 

Keyfiyyətcə 

qeyri-oxşar 

məcmuda 


vahidlər 

(elementlər)  müxtəlif  tipli  hadisələrə  aiddirlər. 

Keyfiyyətcə  oxşar  və  qeyri-oxşar  məcmular 

xüsusiyyətlərinə  görə  bölmənin  asimmetrikliyi 

xarakterik 

olan 


öyrənilən 

əlamətlərin 

qiymətlərinin 

aşağı, 


ya 

da 


çox 

yüksək 


variasiyasına 

uyğundur. 

Müxtəlif 

oxşarlıqlı 

statistik  məcmuların  hərtərəfli  statistik  müayinəsi 

üçün  taksomaniya  və  qruplaşdırma  metodları 

tətbiq edilir. 

 

STATĐSTĐK  MƏLUMAT



  –  sosial-iqtisadi 

həyatda  baş  verən  hər  hansı  bir  hadisəni 

xarakterizə edən  məlumatların məcmusudur.  

 

STATĐSTĐK  MƏLUMATLARI  GÖNDƏ-



RƏNLƏR  (TƏQDĐM  EDƏNLƏR)

  –  prinsip 

etibarı  ilə,  AĐ-yə  üzv  ölkələr  arasında  Đntrastat 

sistemi  üzrə  statistik  məlumatların  təqdim 

edilməsi  əməliyyat  iştirakçısının  hər  birinin,  yəni 

AĐ-yə  üzv  ölkələr  arasında  mal  mübadiləsində 

iştirak  edən  istənilən  fiziki  və  ya  hüquqi  şəxsin 

vəzifəsi 

hesab 


edilir. 

Təcrübədə, 

statistik 

məlumatları  təqdim  edən  əlavə  dəyər  vergisindən 

vergini  ödəmək  üçün  qeydiyyatdan  keçməyə 

borcludur.  Üçüncü  tərəflə  xarici  ticarət  üzrə 

statistik  məlumatlara  gəldikdə  isə,  məlumatları 

təqdim  edənlər  idxalçılar  və  ixracatçılar  hesab 

edilirlər. 

 

STATĐSTĐK  MƏLUMATLARIN  ELEK-



TRON  ĐŞLƏNMƏSĐ

  –  statistik  hesabatların 

müəyyən  növləri  üzrə  məlumatların  işlənməsinin 

çoxsəviyyəli  proseslərinin  avtomatlaşdırılmasını 

təmin edən proqram vasitələridir. 

 

STATĐSTĐK  MƏLUMATLARIN  MƏR-

KƏZĐ  BAZASI

  –  statistik  məlumatların 

saxlanması,  təhlili,  sorğuların  cavablandırılması 

və  digər  nəticələrin  əldə  edilməsi    üçün  nəzərdə 

tutulmuş  birləşdirilmiş  məlumat  ehtiyatlarıdır. 

Statistik  məlumatların  mərkəzi  bazasında  milli 

hesablar  sisteminə,  milli  sərvətlərə,  ölkənin 

iqtisadiyyatının 

sahələrinin 

fəaliyyətinə, 

iqtisadiyyatda  institusional  yenidən  yaranmaya, 

investisiya, qiymətlər və tariflər, əmək ehtiyatları, 

maliyyə, xarici iqtisadi fəaliyyət, əhalinin gəlirləri 

və  yaşayış  səviyyəsi,  demoqrafik  göstəricilər, 

hüquq pozuntuları, təbii ehtiyatlar və ətraf mühitin 

qorunmasına dair və s. əsas göstəricilər saxlanılır. 

 

STATĐSTĐK 



MƏLUMATLARIN 

REQLA-

MENT  ĐŞLƏNMƏSĐ  KOMPLEKSĐ  –  özündə 

yeni  informasiya  texnologiyalarının  proqram-

texnoloji  vasitələrini  əks  etdirən  və  məlumatların 

vahid  EHM  sistemində,  fərdi  EHM-də  və  lokal 

(yerli)  hesablama  şəbəkələrində  paket  rejimində 

işlənməsinin  avtomatlaşdırılmasına  xidmət  edən, 



statistikanın  məlumat-hesablama  sisteminin  yeni 

proqram-texnoloji 

vasitəsidir. 

Statistik 

məlumatların  reqlament  işlənməsi    müəyyən 

edilmiş 


standart 

çərçivəsində 

statistik 

məlumatların  bazadan  əvvəl  işlənməsi  rejiminə 

malik olur. 

 

STATĐSTĐK  MƏLUMATLARIN  TELE-



ĐŞLƏMƏ  SĐSTEMĐ  (SMTĐS)

  (statistikanın 

elektron  poçt  vasitəsilə  –  SMTĐS/SEP)  – 

məlumatların  avtomatlaşdırılmış  mübadiləsi  və 



statistikanın 

məlumat-hesablama 

sisteminin 

ehtiyatlarına  teledaxilolma  üçün  nəzərdə  tutulan 

sistemdir.  Đki  altsistemdən  ibarətdir:  statistikanın 

elektron  poçtları  (SEP)  və  məsafədən  yığma 

sistemi  (MYS).  Statistikanın  elektron  poçtları 

istənilən  formatda  (mətn  korrespondensiyası, 



proqram  təminatı,  qrafik,  müxtəlif  formalarda 

məlumatlar) 

məlumatların 

və 


massivlərin 

mübadiləsini,  statistikanın  məlumat-hesablama 

sisteminin    məlumat  və  proqram  ehtiyatlarına 

teledaxilolmanı  təmin  edir.  Məsafədən  yığma 

sistemi  statistik  məlumatların  teleişlənməsini 

təmin  edir.  SMTĐS/SEP  statistika  orqanlarının 

bütün  səviyyələrində  SEP  qovşaqlar  bazasında 


 

602 


statistikanın  məlumat-hesablama  sistemi  üçün 

vahid 


telekommunikasiya 

vasitələrinin 

qurulmasını  və  onların  məlumat  axınının  vahid 

marşrutlaşdırılması  mexanizmi  əsasında  qarşılıqlı 

əlaqəsini təmin edir. 

 

STATĐSTĐK  MƏLUMATLARIN  YAYIL-



MASI

 - əldə edilməsində tətbiq olunan forma və 

vasitələrdən  asılı  olmayaraq,  məxfi  sayılmayan 

rəsmi 

statistik 



məlumatların 

istifadəçilərə 

verilməsidir. 

 

STATĐSTĐK  MÜŞAHĐDƏ  OBYEKTĐ



  – 

statistik  müşahidəyə  məruz  qalan  hadisələrin, 

əşyaların (statistikada statistik məcmu adlanan) və 

s.  məcmusudur.  Bu,  müəssisələrin,  maşınların, 

ölkə  əhalisinin  və  s.  məcmusu  ola  bilər. 

Müşahidənin  müvəffəqiyyətlə  keçirilməsi  üçün 

müşahidə  obyekti  dəqiq  müəyyən  olunmalıdır. 

Bunun  üçün  öyrənilən  hadisələrin  mahiyyətinin 

təhlili  əsasında  onu  oxşar  digər  obyektlərdən 

fərqləndirən  əlamətləri  və  xüsusiyyətləri  ayırmaq 

və  göstərmək,  bir  hadisədən  digər  hadisəyə  keçid 

sərhədini müəyyənləşdirmək lazımdır. 

 

STATĐSTĐK 

MÜŞAHĐDƏ 

OBYEKT-

LƏRĐNĐN  BAŞ  MƏCMUSU

  –  hesabat 

dövründə  iqtisadi  fəaliyyətlə  real  məşğul  olan  və 

hesabat-statistika  sənədlərinin təsdiq olunmuş  hər 

bir  forması  üzrə    statistik  məlumatların  yığılması 

və  işlənməsi  üçün  işlənmiş  alqoritmlərlə  statistik 

müşahidə 

obyektlərinin 

seçilməsi 

və 

yaradılmasına 



imkan 

verən, 


müəyyən 

məlumatların  qruplaşdırılmış  dəstini  xarakterizə 

edən 

təsərrüfatçılıq 



subyektlərinin 

son 


çoxluğudur. 

 

STATĐSTĐK 

MÜŞAHĐDƏ 

Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   150   151   152   153   154   155   156   157   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling