Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet150/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   146   147   148   149   150   151   152   153   ...   183

 

SƏRNĐŞĐN

  –  yerüstü,  su  və  ya  hava 

nəqliyyatından istifadə etməklə səfər edən şəxsdir. 

Nəqliyyat müəssisələrində muzdla işləyən şəxslər, 

məsələn,  sürücülər  və  ya  pilotlar  sərnişin  hesab 

edilmirlər. 

Şəxsi 


avtomobillərin 

sürücüləri 

“sərnişin” kateqoriyasına aid edilirlər. 

 

SƏRNĐŞĐN  AXINI

  –  dövr  ərzində  (adətən,  il 

ərzində) 

konkret 

yola 


salma 

və 


təyinat 

məntəqələri arasında daşınan sərnişinlərin sayıdır. 

Nəqliyyat növü üzrə sərnişin axını stansiyalararası 

(limanlararası), 

yollararası 

 

rayonlararası 

sərnişin 

daşımalarının 

korrespondensiyası 

şəklində  əks  etdirilir.  Dəmir  yolu  şəbəkəsinin 

bölmələrində 

sərnişin 

axını 


sərnişinlərin 

daşınmasının  bölmə  sıxlığı  göstəricisini  əks 

etdirir. 

 

SƏRNĐŞĐN  DAŞIMA  STATĐSTĐKASI

  – 

müəyyən 


dövrdə 

və 


dinamikada 

sərnişin 

daşımalarının 

həcmini, 

strukturunu 

və 


coğrafiyasını  öyrənən  nəqliyyat  statistikasının 

bölməsidir. Müşahidə vahidi – biletlərin satılması 

haqqında 

sənədlərə 

əsaslanan 

sərnişinlərin 

gedişləridir. 

Sərnişin 

daşıma 

statistikasının 



göstəricilər  sisteminə  sərnişinlərin  göndərilməsi, 

gəlməsi,  daşınması,  sərnişin  dövriyyəsi,  sərnişin 

daşınmasından  əldə  olunan  gəlirlər,  daşımaların 

orta  uzunluğu,  daşımaların  sıxlığı,  orta  gəlir 

dərəcəsi  və  s.  daxil  edilir.  Əsas  qruplaşdırma 

əlamətləri  –  daşımanın  mövqeyi,  nəqliyyat  növü 

(gəmi səfəri), daşımanın uzaqlığıdır. 

 

SƏRNĐŞĐN  VAQONLARINDA  SƏRNĐ-

ŞĐNLƏRĐN  SIXLIĞI

  (orta)  –  vaqonun 

hərəkəti  zamanı  bütün  yol  boyu  orta  hesabla 

vaqondakı  sərnişinlərin  sayıdır.  Đl  üzrə,  sərnişin 

dövriyyəsinin kəmiyyətinin sərnişin qatarlarındakı 

sərnişin 

vaqonlarının 

qaçışının 

kəmiyyətinə 

nisbəti kimi hesablanır. 



 

SƏRNĐŞĐNLƏRĐN  DAŞINMASI

 

–  müəyyən 



dövr  ərzində  daşınan  sərnişinlərin  sayıdır.

 

Nəqliyyatın, 



əlaqənin 

növləri, 

daşınmanın 

istiqamətləri  üzrə  uçota  alınır.

 

Sərnişinlərin 

daşınması 

statistikasında 

müşahidə 

vahidi 

sərnişin 

gedişləri 

(səfərləri) 

hesab 

edilir.


 

Sərnişinlərin  yola  salınma  anı  ayrı-ayrı  nəqliyyat 

növlərində  eyni  qaydada  müəyyənləşdirilmir:  ya 

biletin  alınması  anı  üzrə  (dəmir  yolunda, 

avtomobildə),  ya  da  nəqliyyat  vasitəsinin  yola 

düşməsi  anı  üzrə  (su  və  hava  nəqliyyatında) 

müəyyənləşdirilir.

 

Sərnişinlərin 



daşınması 

statistikasında  hava  nəqliyyatı  istisna  olmaqla, 

təcrübədə gəlib çatma anından istifadə olunmur. 

 

SƏRNĐŞĐNLƏRĐN  DAŞINMASININ  OR-

TA MƏSAFƏSĐ (UZAQLIĞI)

 – orta hesabla 

bir  sərnişinin  daşındığı  məsafədir.  Ayrı-ayrı 

sərnişin  daşıma  məsafəsinin  orta  kəmiyyət  kimi 

sərnişin-kilometrlə    müəyyənləşdirilən  sərnişin 

dövriyyəsinin 

daşınmış 

sərnişinlərin 

sayına 


bölünməklə,  ümumilikdə,  nəqliyyat  növləri  və 

əlaqə növləri üzrə hesablanır. 



 

SƏS  (VƏ  TĐTRƏYĐŞ)

  -  ətraf  mühitin 

xarakteristikalarından  biridir.  Bu  göstəriciyə  səs 



 

585


və titrəyişin (vibrasiyanın) qarşısının alınması, səs 

və vibrasiyanın səviyyəsinin onların mənbələrində 

azaldılması, səs və vibrasiyadan izolə edilməsi və 

onların 


monitorinqi 

daxildir. 

Đş 

yerlərinin 



mühafizəsi 

məqsədilə 

səsin 

səviyyəsinin 



azaldılması bu göstəriciyə daxil edilmir.  

 

SĐFARĐŞ ÜZRƏ ÇƏKĐLĐŞLƏR

 – göstəricisi 

abunəçinin  sifarişi  ilə  proqram  kataloqundan 

seçilmiş televiziya və ya audiovizual proqramların 

(bədii filmlərin) təcili verilməsidir. 

 

SĐFARĐŞÇĐ 



– 

investisiya 

prosesinin 

iştirakçısıdır.  Sifarişçi  investorlar  (bir  işə  və  ya 

müəssisəyə  investisiya  qoyan  şəxslər),  həmçinin 

investorlar 

(investor) 

tərəfindən 

yeni 

müəssisələrin,  obyektlərin,  binaların  tikintisini



fəaliyyət  göstərənlərin  isə    yenidən  qurulmasını, 

genişləndirilməsini,  texnika  ilə  yenidən  təchiz 

edilməsini,  habelə  digər  işləri  həyata  keçirməyə 

vəkil  edilmiş    fiziki  və  hüquqi  şəxslər  ola  bilər. 

Bununla yanaşı, əgər onlar  (sifarişçi və podratçı) 

arasında  bağlanmış  müqavilədə  (sazişdə)  başqa 

hal  nəzərdə  tutulmayıbsa,  sifarişçi  investisiya 

prosesinin  başqa  iştirakçılarının  sahibkarlıq  və 

digər  fəaliyyətlərinə  qarışmamalıdır.  Sifarişçi 

layihə  sənədlərinə,  tikinti  və  quraşdırma  və  digər 

işlərin  keyfiyyətinə  və  həcminə  dair  tələbləri 

formalaşdırır,  podrat  hərraclarının    aparılması 

haqqında  qərar  qəbul  edir  və  onlarda  iştirak  edir, 

son  şərtləri  müəyyənləşdirir  və  hərracın  qalibi ilə 

müqavilə (saziş) bağlayır (“Əsaslı tikintiyə podrat 

müqaviləsi”nə  bax),  obyektin  istismara  qəbul 

edilməsini  təşkil  edir.  Əgər  sifarişçi  investor 

deyilsə, bu zaman o, qüvvədə olan qanunvericilik 

nəzərə  alınmaqla  müqavilədə  müəyyən  edilmiş 

dövrdə  və  səlahiyyətləri  həddində  investisiyalara 

mülkiyyətçi,  ondan  istifadə  və  sərəncam  vermə 

hüququna malik olur. 

 

SĐFARĐŞÇĐNĐN  MATERĐALLARI  VƏ 



XAMMALI

  –  digər  müəssisələrə  məhsulun 

emalı  və  ya  istehsalı  üçün  sifarişçi  tərəfindən 

verilmiş, 

sifarişçinin 

material 

ehtiyatlarıdır. 

Đstehsalçı-zavod  tərəfindən  sifarişçinin  haqqı 

ödənilməmiş  material  və  xammalının  dəyəri 

istehsalçı-zavodun  məhsulunun  həcminə  daxil 

edilmir. 

Belə 


hallarda 

istehsalçı-zavodun 

məhsulunun 

həcminə 


yalnız 

sifarişçinin 

materiallarının emalı üzrə sənaye xarakterli işlərin 

dəyəri daxil edilir. 

 

SĐFARĐŞÇĐNĐN  ÖZ  MATERĐALLARIN-

DAN 

HAZIRLANAN 

XAMMAL

 

– 



sifarişçiyə 

mənsub 


olan 

və 


bağlanmış 

müqavilələrə  uyğun  olaraq,  ondan  məhsul 

istehsalı  üçün  digər  müəssisələrə  sənaye  emalına 

verilən xammaldır. Son illərdə ayrı-ayrı sahələrdə, 

xammal  sahibinə  kompensasiya  kimi,  alınan 

məhsulun  bir  hissəsinin  sonradan  verilməsi  ilə 

sifarişçinin 

öz 


materiallarından 

hazırlanmış 

xammal idxalının təkrar emalı geniş yayılmışdır.  

 

SĐFARĐŞÇĐ-SERVER  TEXNOLOGĐYASI



 

-  hər  biri  öz    məsələsini  həll  edən,  müxtəlif 

məntiqi  komponentlər  üzrə  tətbiqi  proqramların 

bölüşdürülməsidir.  

 

SĐFARĐŞLƏRĐN  DAXĐL  OLMASI  (YENĐ 



SĐFARĐŞLƏR) 

–  bu  termin  artıq  yazılmış 

hesab-faktura  və  ya  silinməli  olan  məbləğə  aid 

edilir.  Hesabat  vahidi  tərəfindən  hesabat  dövrü 

ərzində  qəti  qəbul  olunmuş,  alınmış  sifarişlər  və 

dövriyyə kimi, eyni yolla müəyyənləşdirilir. Bu o 

deməkdir ki, hesabat ayı ərzində qəbul edilmiş və 

dərhal  ehtiyatlardan  yerinə  yetirilmiş  sifarişlər, 

prinsip  etibarı  ilə,  sifarişlərin  bu  kateqoriyasına 

daxil  edilirlər.  Sifarişlər  haqqında  statistik 

məlumatların  toplanmasında  məqsəd  tələbatın 

gələcək  inkişaf  səviyyəsinə  dair  məlumatları 

olduqca  tez,  nəticə  etibarı  ilə,  istehsalçı  sifarişçi 

ilə  qəti  müqavilə  fazasına  daxil  olduğu  anda 

təqdim  etməkdən  ibarətdir.  Sifarişlərin  sayı  və 

dəyəri 

qısa 


biznes 

statistikasının 

əsas 

göstəricilərindəndir.  



 

SIĞORTA

  -  sığortalanmış  müəyyən  hadisələr 

baş  verdikdə,  zərərin  ödənilməsinə  istifadə 

olunan,  həmçinin  vətəndaşlara  onların  həyatında 

bəzi  hadisələr  baş  verdikdə  göstərilən  köməyə 

görə 


yaradılan 

pul 


vəsaitlərinin 

məqsədli 

fondlarının 

formalaşdırılmasının 

forma 

və 


metodları  sistemidir.  Bazar  iqtisadiyyatına  keçid, 

sığortanın  ictimai  istehsalda  rolunun  əhəmiyyətli 

dərəcədə  artmasını  təmin  edir  və  sığorta  xidməti 

sahələrini xeyli genişləndirir. 

Sığortanın  könüllü  və  mütləq  sığorta  formaları 

mövcuddur.  Könüllü  sığorta  sığortaçı  ilə  sığorta 

olunan  arasındakı  müqavilə  əsasında  həyata 

keçirilir.  Könüllü  sığorta,  onun  aparılmasının 

ümumi  şərt  və  qaydalarını  müəyyənləşdirən 

qanunlara,  Azərbaycan  Respublikasında  sığortaçı 

tərəfindən  “Sığorta  haqqında”  Qanuna  uyğun 

olaraq,  müstəqil  təsis  edilir.  Sığortanın  konkret 

şərtləri  sığorta  müqaviləsi  bağlandığı  zaman 

danışılır. Qanunun gücünə həyata keçirilən sığorta  



mütləq 

sığortadır. 

Mütləq 

sığortanın 



keçirilməsinin  növləri,  şərt  və  qaydaları normativ 

aktlara  uyğun  olaraq  nizama  salınır.  Məsələn, 

sığorta  obyektləri  -  sığortaçının  və  ya  sığorta 

olunan şəxsin həyatı, səhhəti, əmək qabiliyyəti və 

təqaüd  təminatı  ilə  bağlı  (şəxsi  sığorta);  əmlaka 

malik  olmaq,  istifadəsi,  idarə  olunması  ilə  bağlı 

(əmlak  sığortası);  sığortaçının  zərər  verdiyi  şəxsə 


 

586 


və  ya  fiziki  şəxsin  mülkünə,  həmçinin  zərər 

verdiyi  hüquqi  şəxsə  zərərin  ödənilməsi  ilə  bağlı 

(məsuliyyət 

sığortası) 

qanunvericiliyə 

zidd 


olmayan mülkü maraqlar ola bilər.  

 

SIĞORTA  AGENTLƏRĐ



  –  sığorta  edən 

adından  və  onun  tapşırığı  ilə,  ona  verilmiş 

səlahiyyətlərə uyğun olaraq, öz fəaliyyətini həyata 

keçirən fiziki və ya hüquqi şəxslərdir. 

 

SIĞORTA  AUDĐTĐ

  –  sığorta  şirkətlərinin, 

dərc  etdirdiyi  (nəşr  etdirdiyi)  və  ya  yuxarı 

təşkilatlara  təqdim  etdiyi  maliyyə  hesabatlarının 

məlumatlarının  hüquqi,  iqtisadi  və  mühasibat 

cəhətdən  qiymətləndirilməsi  də  daxil  olmaqla, 

maliyyə-təsərrüfat 

fəaliyyəti 

nəticələrinin 

kompleks 

yoxlanmasıdır 

(ekspertizasıdır). 

Sığortanın  auditinin  məqsədi  sığorta  şirkətlərinin 

hesabatlarının 

dürüstlüyünün 

və 

onların 


apardıqları  maliyyə-təsərrüfat  əməliyyatlarının 

normativ aktlarla uyğunluğunun təyin edilməsidir.  

Sığorta auditi daxili və xarici auditdən ibarətdir.  

Xarici 

sığorta 


auditi 

sığorta 


şirkətlərinin 

hesabatlarının,  qiymətli  kağızların  və  valyuta 

əməliyyatlarının  emissiyasının  yoxlanması  və 

təsdiqini  özündə  birləşdirir.  Daxili  sığorta  auditi 

uçot  siyasətinin  seçilməsi,  mühasibat  uçotunun 

aparılması,  sığorta  şirkətinin  fəaliyyətinin  auditor 

hissəsi və bir sıra lisenziyalaşdırma məsələləri ilə 

bağlıdır. 

Sığorta  auditinin  göstərilən  hər  bir  istiqaməti 

sərbəst  həyata  keçirilə  bilər,  lakin  bəzi  hallarda 

onlar 

bir-birini 



qarşılıqlı 

tamamlayır 

və 

genişləndirir.  Bu  onunla  bağlıdır  ki,  auditin 



vəzifəsi  və  üsullarından  asılı  olmayaraq,  onun 

həyata 


keçirilməsində 

ümumi 


əlamət 

və 


problemlər  vardır.  Onlara  sığorta  şirkətlərinin 

maliyyə-təsərrüfat  fəaliyyətinin,  onların  uçot  və 

hesabatlarda 

əks 


olunmasına 

uyğunluğunun 

mütləq  yoxlanması  aiddir.  Belə  ki,  sığorta 

şirkətlərinin  maliyyə-təsərrüfat  fəaliyyəti  sığorta 

fəaliyyəti  ilə  əlaqəlidir.  Xarici  audit  keçirilərkən 

auditor sığorta şirkətlərinin hesabatlarından uçota, 

uçotdan 

maliyyə-təsərrüfat 

əməliyyatlarının 

xarakterinə doğru gedir. Daxili auditin keçirilməsi 

zamanı  isə  tədqiqat  məntiqi  qaydada  əks 

istiqamətdə  tətbiq  olunur:  sığorta  şirkətinin  ilkin 

əməliyyatlarından  onların  uçot  və  hesabatlarda 

əks etdirilməsinə doğru. 

Sığorta  təşkilatının  auditi prosesində  sığorta  edən 

idarənin gəlirlərinin tərkibinə daxil olan məbləğin 

(sığorta və təkrar sığortalar üzrə sığorta mükafatı, 

alınmış  komisyon  haqqı  və  broker  mükafatları, 

investisiya  fəaliyyətindən  və  digər  sığorta 

fəaliyyətindən  əldə  edilən  gəlirlərin)  tamlığı  və 

dürüstlüyünün; 

həyata 


keçirilmiş 

xərclərin 

əsaslılığının  və  məqsədəuyğunluğunun  (sığorta 

məbləğinin  və  verilmiş  broker  mükafatlarının  və 

komisyon  haqlarının  əvəzinin,  işin  aparılmasına 

çəkilmiş 

xərclərin 

ödənilməsinin); 

sığorta 

ehtiyatlarının 

formalaşdırılmasının 

düzgünlüyünün,  aşkar  edilmiş  və  yazılmışların 

maliyyə  nəticələrinin  hesabatlarında  reallığının 

yoxlanması zəruridir. 

Sığorta  auditinin  xüsusiyyətlərinə,  həyat  sığortası 

üzrə  sığorta  haqlarının  ehtiyatlarının  və  digər 

sığorta 

növləri 


üzrə 

texniki 


ehtiyatların 

yaradılmasının  və  xərclənməsinin  düzgünlüyünün 

yoxlanmasının  zəruriliyini  aid  etmək  lazımdır. 

Sığorta  şirkətlərinin  vergi  qoyma  sistemi  və 

beləliklə  də,  vergi  qoyma  bazasının  müəyyən 

edilməsi də öz xüsusiyyətlərinə malikdir.  

Sığorta  auditinin  keçirilməsi  və  yekunlarının 

rəsmiləşdirilməsi qaydası digər audit formalarında 

olduğu kimidir. 

 

SIĞORTA  BAZARI



  –  pul  münasibətlərinin 

xüsusi  sahəsidir  ki,  burada  alqı-satqının  obyekti 

kimi  spesifik  xidmət  –  sığorta  müdafiəsi  çıxış 

edir, ona təklif və tələb formalaşdırılır. 

 

SIĞORTA  BROKERLƏRĐ

  –  sığorta  üzrə  öz 

adından  sığorta  edəninin,  ya  da  sığorta  edilənin 

tapşırığı ilə vasitəçilik fəaliyyətini həyata keçirən, 

sahibkar 

kimi 

müəyyənləşdirilmiş 



qaydada 

qeydiyyatdan  keçmiş  hüquqi  və  ya  fiziki 

şəxslərdir.  

 

SIĞORTA EDƏN ĐDARƏ

 – qanunvericilikdə 

nəzərdə  tutulmuş  qaydada  sığorta  fəaliyyətini 

həyata keçirmək üçün yaradılan və ölkə ərazisində 

sığorta fəaliyyətini həyata keçirilmək üçün sığorta 

fəaliyyətinə 

nəzarət 


xidmətindən 

qoyulmuş 

qaydalara  uyğun  olaraq  lisenziya  alan  ixtiyari 

təşkilati-hüquqi  formalı  hüquqi  şəxsdir.  Đstehsal, 

ticarət-vasitəçilik  və  bank  fəaliyyəti  sığorta 

idarələrinin birbaşa fəaliyyət predmeti ola bilməz.  

Sığorta  edənlər  dövlət,  səhmdar,  xüsusi  və  ya 

birgə  sığorta  təşkilatları  ola  bilərlər.  Sığorta 

edənlər  sığorta  fəaliyyətini  birbaşa  və  ya  sığorta 

agentləri  və  sığorta  brokerləri  vasitəsilə  həyata 

keçirə bilərlər. 

 

SIĞORTA 



HADĐSƏSĐ

 

– 



sığorta 

müqaviləsində 

qanunda 


nəzərdə 

tutulmuş 

hadisənin  baş  verməsidir.  Bu  zaman  sığorta 

idarəsinin  sığortaçıya,  sığorta  olunana,  xeyir 

götürənə  və  ya  digər  üçüncü  şəxsə  sığorta 

ödənişlərini vermək vəzifəsi meydana çıxır.  

 

SIĞORTA 

QĐYMƏTĐ

 

– 



1) 

obyekt 


sığortalandıqda onun müəyyən edilən dəyəridir; 

2)  sığortalanan  obyektin  dəyərinin  müəyyən 

edilməsi prosesidir. 



 

587


SIĞORTA  MƏBLƏĞĐ

  –  sığorta  müqaviləsi 

ilə  müəyyən  edilmiş  və  ya  qanunla  təyin  edilmiş 

pul  məbləğidir  və  qanunvericiliyə  uyğun  olaraq, 

sığorta  haqlarının  və  sığorta  ödənişinin  miqdarı 

müəyyən  edilir.  Əmlakın  sığortalanması  zamanı, 

sığortanın  məbləği  müqavilənin  bağlandığı  an 

üçün  əmlakın  həqiqi  dəyərini  (sığorta  dəyərini) 

aşa  bilməz.  Əgər  sığorta  müqaviləsi  ilə  təyin 

edilmiş  sığorta  məbləği  əmlakın  sığorta  dəyərini 

aşarsa,  onda  müqavilənin  bağlandığı  ana  əmlakın 

həqiqi  dəyərini  aşan  sığorta  məbləği  hissəsi 

qanuna  görə  etibarsız  sayılır.  Sığorta  məbləği 

əmlakın  sığorta  dəyərindən  az  olduğu  halda, 

sığorta  ödəməsinin  miqdarı  sığorta  məbləğinin 

əmlakın  sığorta  dəyərinə  olan  nisbəti  qədər 

azaldılır. 

 

SIĞORTA  MÜQAVĐLƏSĐ

  –  sığortaçı  ilə 

sığorta 

edən 

arasında 

razılaşmadır. 

Bu 


müqaviləyə  görə,  sığorta  hadisəsi  baş  verdikdə, 

sığorta  edən  sığortaçıya  və  ya  digər,  xeyrinə 

sığorta 

müqaviləsi 

bağlanan 

şəxsə 


sığorta 

ödənişini  ödəmək,  sığortaçı  isə  sığorta  üzvlük 

haqlarının  müəyyən  edilmiş  müddətə  vermək 

öhdəliklərini  öz  üzərlərinə  götürürlər.  Sığorta 

müqaviləsində  tərəflərin  qarşılıqlı  razılığı  ilə 

müəyyən  olunmuş  digər  şərtlər  də  ola  bilər  və 

həqiqi  sövdələşmə  ölkənin  qanunvericiliyində 

nəzərdə  tutulan  ümumi  şərtlərə  cavab  verməlidir. 

Sığorta  müqaviləsi,  əgər  müqavilə  və  ya  qanunla 

digər  bir  şey  nəzərdə  tutulmayıbsa,  sığortaçının 

birinci  üzvlük  haqqını  ödədiyi  andan  qüvvəyə 

minir.  Sığorta  müqaviləsinin  bağlanma  faktı, 

sığorta  edənin  sığortaçıya  sığorta  qaydaları  ilə 

birlikdə  sığorta  şəhadətnaməsinin  verilməsi  ilə 

(polislə, sertifikatla) təsdiq edilir. 

 

SIĞORTA  ÖDƏMƏSĐ

  –  sığorta  hadisələri  ilə 

əlaqədar 

olaraq, 

sığorta 

edən 

tərəfindən 



sığortaçıya,  sığorta  olunmuş  şəxsə,  xeyir  əldə 

edənə və ya başqa üçüncü şəxslərə ödənilən pulun 

məbləğidir.

 

Əmlakla  sığorta  hadisəsi  baş  verərsə, 



ödəmə  sığorta  ödənişi  şəklində  həyata  keçirilir; 

sığortaçı  şəxslə  və  ya  üçüncü  şəxslə  sığorta 

hadisəsi  baş  verərsə  -  sığorta  təminatı  şəklində 

verilir.  Sığorta  müqaviləsinin  şərtlərində  sığorta 

ödənişini,  zərərin  kompensasiyasının  sığorta 

ödəməsi  məbləği  hüdudlarında  natura  şəklində 

ödənişlə əvəz etmək nəzərdə tutula bilər.  

 

SIĞORTA 



STATĐSTĐKASI

 

 

sığorta 


bazarının 

inkişafını 

təhlil 

etməyə, 


sığorta 

təşkilatlarının  fəaliyyəti  üzərində  müşahidəni 

həyata keçirməyə imkan verir. 

 

SIĞORTA  ŞĐRKƏTLƏRĐ  TƏRƏFĐNDƏN 



QƏBUL  EDĐLMĐŞ  ÜMUMĐ  SIĞORTA 

ÖHDƏLĐKLƏRĐ

  -  maliyyə  ilində  sığorta 

təşkilatları  tərəfindən  həyata  keçirilmiş  bütün 

tədiyyələr,  üstə  gəl  sığorta  tələbləri  üçün 

ehtiyatlara  ayrılmış  məbləğlər,  çıxılsın  əvvəlki 

ildə  sığorta  tələbləri  üçün  ehtiyatlara  ayrılmış 

məbləğlərin yekunundan ibarətdir. Bu məbləğlərə 

daxil  olmalıdır:  annuitetlər  (sığorta  təqaüdləri), 

sarrenderlər 

(müqavilə 

vaxtından 

əvvəl 

pozulduqda, sığortaçıya ödənilən məbləğ), sığorta 



tələbləri  üçün  digər  sığorta  şirkətlərindən  alınan 

və  onlara  verilən  ziyanlı  ehtiyatların  çıxarılması  

və  yaradılması,  sığortanın  daxili  və  xarici 

tələblərinin  idarə  edilməsinə  çəkilən  xərclər  və 

sığorta  şirkətləri  tərəfindən  qəbul  edilən,  lakin 

elan edilməyən sığorta tələblərinə olan məsrəflər. 

 

SIĞORTA  ŞĐRKƏTLƏRĐNĐN  ÜMUMĐ 

ĐNVESTĐSĐYALARI

  –  sığorta  şirkətlərinin 

mühasibat  balanslarının  əksər  hissəsini  (80%-ə 

yaxınını)  təşkil  edir  və  sığorta  şirkətlərinin  ən 

böyük uçot mövqelərini əks etdirir. Buraya torpaq 

və 


binalar, 

əlaqəli 


müəssisələrə 

qoyulan 


investisiyalar  və  kapitalda  iştirak,  həmçinin 

müəssisənin 

verilməsi 

ilə 


digər 

maliyyə 


investisiyaları və depozitləri daxildir. 

 

SIĞORTA  TARĐFĐ



  –  aktuar  hesablamalar 

əsasında 

hesablanan 

sığorta 


xidmətlərinin 

qiymətidir.  Sığorta  maliyyə  hesablamalarının 

köməyi  ilə  və  risklər  nəzəriyyəsinin  əsasları  ilə 

bağlı,  sığorta  hadisələrinin  baş  verməsi  tezliyinin 

statistik  hesablamaları  bazasında  müxtəlif  sığorta 

növləri  üçün  müxtəlif  bazar  seqmentlərində,  bir 

sıra xarici və daxili amillərdən asılı olaraq sığorta 

tarifinin 

miqdarı 

müəyyən 


edilir. 

Sığorta 


subyektləri  arasında  bağlanan  müqavilə  üzrə  tarif 

dərəcəsi 



brutto-dərəcə 

adlanır. 



netto-

dərəcədən  (sığorta  riskinin  qiyməti)  və  yükdən 

(ehtiyat 

fondlarına 

ayırmalar 

və 

mənfəət 


elementləri  daxil  olmaqla  sığorta  edənin  sığorta 

işinin 


təşkilinə 

və 


həyata 

keçirilməsinə 

xərclərdən) ibarətdir. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   146   147   148   149   150   151   152   153   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling