Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet149/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   145   146   147   148   149   150   151   152   ...   183

SƏNAYE  TĐKĐNTĐSĐ

  –    bilavasitə  sənaye 

məhsulu  istehsal  edəcək  sənaye  müəssisələrinin 

yeni  istehsal  əsas  fondlarının  yaradılması, 

fəaliyyət  göstərənlərinin  isə  genişləndirilməsi, 

yenidən qurulmasıdır.  

 

SƏNAYEDƏ  BAŞA  ÇATDIRILMAMIŞ 

ĐSTEHSAL

  –  hər  hansı  bir  sex  hüdudunda 

istehsalı 

qurtarmamış 

sənaye 


müəssisəsinin 

məhsuludur.  Uzun  silsiləli  istehsal  sahələrində 

natamam  istehsalın  qalığının  dəyişməsi  istehsal 

olunmuş  məhsulun  dəyərinə  daxil  edilir.  Başa  

çatdırılmamış 

istehsalın 

qalığının 

qiymətləndirilməsi  üç  üsulla  həyata  keçirilir: 



birbaşa – inventarlaşdırma məlumatları və xüsusi 

işlənmiş  qiymət  cədvəli  üzrə;  məmulatların 



hazırlıq  faizi  üzrə;  dolayı  –  natamam  istehsalın 

qalığının  maya  dəyərinin  hazır  məmulatların 

dəyərinə  və  onların  maya  dəyərinə  nisbəti 

əmsalına vurulması ilə. 

 


 

581


SƏNAYEDƏ  ƏMƏK  MƏHSULDARLIĞI

 

–    işçi  heyətinin  əməyinin  məhsuldarlığını  əks 

etdirən göstəricidir, müəyyən dövrdə (ay, il və s.) 

sənaye    sahəsində  yaradılmış  əlavə  dəyəri  bu 

dövrdə  işçi  heyətinin  orta  siyahı  sayına  və  

özüməşğulların  sayına  nisbəti  kimi  hesablanır. 

Əmək  məhsuldarlığı  indeksi  əlavə  dəyərin  fiziki 

həcm  indeksinin  əmək  məsrəfinin  fiziki  həcm 

indeksinə nisbətidir.  

 

SƏNAYEDƏ 



ƏSAS 

FONDLARDAN 

ĐSTĐFADƏ 

–  sənaye  müəssisələrinin  istehsal 

prosesində  əmək  vasitələrinin  məqsədəuyğun 

tətbiqidir. Müəssisələrdə əsas fondlardan səmərəli 

istifadə 

bütünlükdə 

sənaye 


istehsalında 

səmərəliliyin 

yüksəlməsinə 

bilavasitə 

təsir 

göstərir.  Sənayedə  əsas  fondlardan  istifadə 



müəssisə,  firma,  fəaliyyət  növləri  səviyyəsində 

hesablanan 

əsas 

fondların 



 

fondverimi, 

fondtutumu  və  gəlirliliyi  göstəriciləri  sistemi  ilə 

xarakterizə  olunur.  Fondverimi  –  dövr  ərzində 

məhsulun 

həcminin 

sənaye 

istehsalı 



əsas 

fondlarının  bu  dövrdəki  orta  dəyərinə  bölünməsi 

ilə müəyyənləşdirilir. Fondtutumu fond veriminin 

əks səviyyəsidir. Əsas fondların rentabelliyi dövr 

ərzində  sənaye  əmtəə  məhsullarının  satışından 

əldə  olunan  gəlirin  sənaye  istehsalı  əsas 

fondlarının  orta  illik  dəyərinə  bölünməsi  ilə 

tapılır.  Bir  sıra  dövrlər  üzrə  bu  göstəricilərin 

müqayisə edilməsi yolu ilə əsas fondların istifadə  

dinamikası 

aşkar 


 

edilir. 


Dinamika 

göstəricilərinin 

(indekslərin) 

hesablanmasını 

müqayisəli qiymətlərlə həyata keçirmək zəruridir. 

Sənayedə  əsas  fondlardan  istifadə  indeksinin  cari 

qiymətlərlə 

hesablanması 

inflyasiyanın 

amillərinin    təsirini  (müqayisə  dövrü  böyük 

olduqca,  bu  təsir  artır)  əks  etdirir.  Qiymət 

amillərinin  təsirinin  kənarlaşdırılması  uyğun 

qiymət indeksləri ilə (indeks deflyatorları) məhsul 

və  əsas  fondların  dəyəri  haqqında  məlumatların 

təshih edilməsi yolu ilə mümkündür.   

 

SƏNAYEDƏ 



ƏSAS 

FONDLARIN 

TƏSNĐFATI

  –  əsas  fond  obyektlərinin  bir  sıra 

keyfiyyət  əlamətləri  üzrə  qruplara  sistemli 

bölünməsidir.  Fəaliyyət  sahəsindən  asıl  olaraq, 

müəssisə,  firma  və  s.  əsas  fondları  istehsal  və 

qeyri-istehsal  əsas  fondlarına  bölünür.  Đstehsal 

əsas  fondlarının  tərkibinə  sənaye-istehsal  əsas 

fondları  və  qeyri-sənaye  əsas  fondları  daxildir. 

Qəbul  edilmiş  təsnifata  uyğun  olaraq,  sənayedə 

istifadə  olunan  əsas  fondlar  aşağıdakı  qrup  və 

altqruplara  bölünür:  I.  Binalar.  II.  Tikililər.  III. 

Ötürücü  qurğular.  IV.  Özündə  aşağıdakıları 

birləşdirən maşın və avadanlıqlar: 1) güc maşın və 

avadanlıqları; 2) iş maşın və avadanlıqları; 3) ölçü 

və 


tənzimləyici 

qurğular 

və 

laboratoriya 



avadanlıqları; 

4) 


hesablama 

texnikası. 

V. 

Nəqliyyat  vasitələri.  VI.  Alətlər.  VII.  Sənaye 



inventar  və  ləvazimatları.  VIII.  Təsərrüfat 

inventarları. IX. Sair əsas fondlar.  

Əsas  fondların  təsnifləşdirilməsi  onların  uçotu, 

yenidən  qiymətləndirilməsi,  inventarlaşdırılması 

və digər məqsədlərə xidmət edir. 

 

SƏNAYEDƏ  ĐXTĐSASLAŞMA 



–  1)  texniki 

tərəqqinin  bir  istiqamətidir,  oxşar  növlü  (əşya 

ixtisaslaşması)  məmulatların,  məmulatların  detal 

və 


hissələrinin 

məhdudlaşdırılmış 

sayda 

istehsalının 



müəssisədə 

cəmləşdirilməsindən 

ibarətdir; 

2) 


oxşar 

əməliyyatların 

(texniki 

ixtisaslaşma)  məhdudlaşdırılmış  sayda  yerinə 

yetirilməsidir.  

 

SƏNAYEDƏ  KOOPERATĐVLƏŞDĐRMƏ



 

– texniki tərəqqinin əsas istiqamətlərindən biridir, 

müəssisələrin 

ixtisaslaşmasının 

(“Sənayedə 

ixtisaslaşma”ya  bax)  güclənməsi  əsasında,  onlar 

arasında 

birbaşa 

uzunmüddətli 

istehsal 

əlaqələrinin  təşkil  edilməsidir.  Bir  qayda  olaraq, 

kooperasiya  üzrə  yarımfabrikatlar,  detallar  və 

komplektləşdirici  məmulatlar  tədarük  edilir. 

Đstehsal  sənaye  kooperativləşdirməsinin  səviyyəsi 

kooperativləşdirmə  əmsalı  ilə  –  ixtisaslaşdırılmış 

bir-biri  ilə  bağlı  olan  müəssisələrdən  istehsalçı-

müəssisənin 

məhsulunun 

maya 

dəyərinə 



kooperativləşmə  qaydasında  daxil  olan,  alınmış 

hissələrin,  qovşaqların  və  s.  dəyərinə  nisbəti  ilə, 

həmçinin kooperativləşdirilmiş təchizat əmsalı ilə 

– 

kooperativləşdirilmiş 



mal 

göndərmənin 

haqqının  ödənilməsi  xərclərinin  xammal  və 

materiallara  xərclərin  ümumi  məbləğinə  olan 

nisbəti ilə xarakterizə olunur.  

 

SƏNAYEDƏ  SATILMIŞ  MƏHSUL

  –  alıcı 

(sifarişçi)  üçün  yüklənmiş  məhsuldur,  yerinə 

yetirildiyinə  görə  hesablaşma  sənədləri  alıcılara 

(sifarişçilərə)  təqdim  olunmuş  işlər  və  göstərilən 

xidmətlərdir.  

 

SƏNAYE-ĐSTEHSAL  ƏSAS  FONDLARI-



NIN DƏYƏR ĐNDEKSĐ

 – sənaye-istehsal əsas 

fondlarının  dəyərinin  dinamikasını  əks  etdirən 

nisbi  göstəricidir.  Cari  dövrdə    müqayisəli 

qiymətlərlə  hesablanmış  əsas  fondların  dəyərinin 

baza  dövrünün  əsas  fondlarının  dəyərinə  nisbəti 

kimi  müəyyənləşdirilir.  Cari  dövrdə  müqayisəli 

qiymətlərlə 

əsas 


fondların 

həcmi, 


faktiki 

qiymətlərlə  cari  dövrdə  əsas  fondların  dəyərinin 

qiymət indeksinə bölünməsi ilə tapılır.  

 

SƏNAYENĐN  XALĐS  MƏHSULU

  –  planlı 

iqtisadiyyat  şəraitində  istifadə  olunan  sənaye 

istehsalı  həcminin  dəyər  göstəricisidir,  milli 



 

582 


gəlirin  sənayedə  yaradılmış  hissəsini  əks  etdirir. 

Sənayenin  xalis  məhsulu  özündə  yeni  yaradılmış 

dəyəri  əks  etdirir,  müəssisənin  fəaliyyətdə  olan 

buraxılış  qiymətlərində  məhsulun  (işin,  xidmətin) 

həcmindən  material  xərclərinin  və  əsas  fondların 

amortizasiyasının 

çıxılması 

yolu 


ilə 

müəyyənləşdirilir.  Bazar  iqtisadiyyatında  yeni 

yaradılmış  dəyərin  xarakteristikası  üçün  “əlavə 

dəyər” göstəricisindən istifadə olunur.  



 

SƏNAYENĐN  ÜMUMĐ  MƏHSULU

  –  əsas 

fəaliyyəti  sənaye  olan  müəssisələr  (hüquqi 

şəxslər)  və  onların  ayrı-ayrı  xüsusiləşdirilmiş 

bölmələri,  hüquqi  şəxs  yaratmadan  sənaye 

fəaliyyəti  göstərən  fərdi  sahibkarlar  tərəfindən 

istehsal  olunmuş  sənaye  məhsulunun,  sənaye 

xarakterli işlərin, xidmətlərin həcmi, habelə qeyri-

əsas  fəaliyyəti  üzrə  göstərilən  xidmətlərin,  işlərin 

həcmi 

haqqında 



məlumatların 

cəmi 


ilə 

müəyyənləşdirilir.  Bura  sənaye  müəssisəsinin  və 

fərdi  sahibkarının  bütün  bölmələri  tərəfindən 

kənara  satılmaq,  özünün  əsaslı  tikintisinə  və 

qeyri-sənaye  bölmələrinə  göndərilmək,  özünün 

əsas  fondlarının  (vəsaitlərinin)  tərkibinə  daxil 

edilmək,  eləcə  də  əmək  haqqı  kimi  öz  işçilərinə 

vermək 


üçün 

hasil 


edilmiş 

məmulat 


və 

məhsulların;  kənardan  alınan  sifarişlərlə,  özünün 

əsaslı  tikintisi  və  qeyri-sənaye  bölmələri  üçün 

yerinə  yetirilmiş  sənaye  xüsusiyyətli  işlərin 

(xidmətlərin), 

eləcə 


də 

öz 


avadanlığının  

modernləşdirilməsi 

və 

yenidən 


qurulması 

işlərinin; 

istehsalı 

hesabat 


dövründə 

başa 


çatdırılmamış  uzunmüddətli  istehsal  silsiləli 

məhsulların  (məmulatın)  hazırlanması  işlərinin; 

hesabat  dövründə  və  ya  əvvəllər  istehsal  olunub- 

olunmamasından 

asılı 

olmayaraq, 



hesabat 

dövründə  kənara,  özünün  əsaslı  tikintisinə  və 

qeyri-sənaye bölmələrinə satılmış özünün istehsalı 

olan yarımfabrikatların dəyəri daxil edilir. Dəyəri 

hazır 

məhsulun 



istehsalçısı 

tərəfindən 

ödənilməyən 

xammal 


və 

materiallardan 

hazırlanan  məmulat  bu  xammal  və  materialların 

dəyəri  çıxılmaqla  faktiki  qüvvədə  olan  buraxılış 

qiymətləri  ilə  sənayenin  məhsulunun  həcminə 

daxil  edilir.  Sənaye  müəssisələrində  məhsulun 

həcmi  zavoddaxili  dövriyyənin  dəyəri  nəzərə 

alınmadan zavod metodu ilə müəyyən edilir.  

 

SƏNƏD

 – “Sənədləşdirilmiş məlumatlar”a bax. 

 

SƏNƏD  DÖVRĐYYƏSĐ 

–  sənədlərin  statistik 

və ya digər məlumat prosesində uçotunun, onların 

tətbiq  edildiyi  vaxtdan  arxivə  veriləcəyi  vaxta 

qədər  olan  hərəkətidir.  Sənəd  dövriyyəsinin 

düzgün  qurulması  onların  hərəkətinin  fasiləsiz 

axınını, 

hərəkətin 

ayrı-ayrı 

mərhələlərində 

ləngiməməsi  və  bir  yerdə  yığılıb  qalmamasını 

tələb edir. Bu məqsədlə, sənədlərin hansı dərəcədə 

və  hansı  ardıcıllıqla  hərəkəti,  hər  bir  mərhələdə 

sənəd  üzərində  hansı  işlərin  yerinə  yetirilməsini 

əks  etdirən  qrafik  işlənilib  hazırlanır.  Belə 

qrafiklər  lazımi  statistik  və  uçot  məlumatlarının 

alınmasına  sərf  olunan  vaxtın  ixtisara  düşməsinə 

səbəb olur. 

 

SƏNƏDLƏR

  –  təsərrüfat  əməliyyatlarının  baş 

verdiyi  anda  və  yerdə    sənədlərin  köməyi  ilə 

onların  ilkin  qeydiyyatıdır.  Sənədlərdə  (və  ya 

məlumatların  texniki  daşıyıcılarında)  həyata 

keçirilmiş  əməliyyatların  məzmunu  (tərkibi)  əks 

etdirilir  və  sonradan  bu    məlumatlar  iqtisadi 

qruplaşdırmalara  və  ümumiləşdirmələrə  məruz 

qalır.  Sənədlər  uçotun  dəqiqliyi  və  həqiqiliyini 

təmin  edir,  qanunvericiliyə  riayət  olunmasına, 

təsərrüfat  vasitələrinin  saxlanmasına  və  istifadə 

edilməsinin 

 

məqsədəuyğunluğuna 



nəzarət 

vasitəsi hesab olunur. 



 

SƏNƏDLƏŞDĐRĐLMĐŞ AKKREDĐTĐV

 –  

idxalçı  tərəfindən  səlahiyyət  verilmiş  bankirin 

vasitəçiliyi  və  əmtəələrə  mülkiyyət  hüququnu 

təsdiq edən sənədlərin verilməsi prosesində hər iki 

tərəfin  təhlükəsizliyini  təmin  edən  kommersiya 

əməliyyatlarının  hesablanması  texnikasıdır.  Ərazi 

uzaqlığına  görə  tərəflər  bir-biri  haqqında  lazımi 

məlumata  malik  olmadıqda,  sənədləşdirilmiş 

akkreditiv 

iki 


tərəf 

arasında 

kommersiya 

əməliyyatlarının  aparılması  üçün  lazımi  etibarın 

müəyyən 

edilməsində 

bankirlər 

tərəfindən 

işlənmiş  üsul  hesab  olunur.  Belə  ki,  satıcı  öz 

malını  o  vaxt  verir  ki,  mal  yüklənəndə  malın 

haqqının  ödənilməsinə  əmin  olur,  alıcı  isə  o  vaxt 

ödəyir  ki,  göndərilən  malların    onun  sifarişlərinə 

uyğun  olmasına  arxayın  olur.  Sənədləşdirilmiş 

akkreditivlərdən  əmtəənin  satıcıları  ilə  alıcıları 

arasında  daxili  və  beynəlxalq  ticarət  dövriyyəsi, 

xüsusən 


xarici 

ticarət 


əməliyyatları 

üzrə  


hesablaşmalarda  istifadə  edilir.  O  poçt,  teleqraf, 

geri  çağırıla  bilən  və  geri  çağırıla  bilməyən  ola 

bilər. 

 

SƏNƏDLƏŞDĐRĐLMĐŞ  MƏLUMATLAR 

(SƏNƏD)

 – vaxta və məkana görə məlumatların 

saxlanması, işlənməsi və ötürülməsi üçün nəzərdə 

tutulmuş  məlumatların  material  daşıyıcısıdır. 

Sənəddə  saxlanılan  məlumatlar  işlənmək  üçün 

əlverişli  olmalı  və  qüvvədə  olan  qanunvericiliyə 

uyğun olaraq hüquqi əhəmiyyətə malik olmalıdır. 

Đqtisadi  əməliyyatı  ilk  dəfə  qeyd  olunan  sənəd 

ilkin 


sənəd 

adlanır. 

Sənədin 

daha 


geniş 

xarakteristikası  –  hər  hansı  hüququ  və  faktı 

hüquqi  cəhətdən  təsdiq  edən  işgüzar  sənəddir. 

Məzmununa 

görə 

elmi-texniki 



(məqalələr, 

kitablar,  patentlər,  çertyojlar  və  s.),  hüquqi 



 

583


(qərarlar, fərmanlar, müqavilələr və s.), idarəedici 

(əmrlər, direktivlər) sənədlər fərqləndirilirlər.  



 

SƏNƏTKAR  (XIRDA  SƏNƏTKAR)

  – 

sənaye  məhsulunun  istehsalı  (bütün  növlər  üzrə 

deyil) və xidmət göstərilməsi üzrə kiçik təsərrüfat 

subyektinin rəhbərləridir. Bu, fərdi sahibkardır və 

ya  firmanın  rəhbəridir.  O,  özü  məhsul  və  xidmət 

istehsalçısı  hesab  edilir,  əsasən  öz  əl  əməyindən, 

ağlından  və  istehsal  təcrübəsindən  istifadə  edir. 

Hər  bir  ölkədə  sənətkar  istehsalının  müəyyən 

edilməsinin  özünün  xarakterik  qaydaları  var,  bu 

səbəbdən, 

“sənətkar” 

termininin 

müəyyənləşdirilməsi də müxtəlifdir. 

 

SƏRBƏST  BAZAR  QĐYMƏTĐ

  –  bazar 

rəqabəti  şəraitində  məhsullara  tələb  və  təklifin 

təsiri 

altında 


qiymətin 

liberallaşdırılması 

şəraitində formalaşan qiymətdir. 

 

SƏRBƏST 

DÖVRĐYYƏ 

(TƏDAVÜL) 

ÜÇÜN  MAL  BURAXILIŞI

  –  gömrük 

rejimidir,  bu  zaman  ölkənin  gömrük  ərazisinə 

gətirilənlər 

bu 


ərazidə, 

onların 


ərazidən 

çıxarılması  haqqında  öhdəçilik  olmadıqda    daimi 

qalırlar.  Sərbəst  dövriyyə  üçün  mal  buraxılışında 

aşağıdakılara  baxılır:  mallara  olan  münasibətdə 

gömrük  rüsumları,  vergi  ödənişləri  və  gömrük 

ödənişlərinin  daxilolmalarına;  iqtisadi  siyasət  və 

məhdudiyyət qaydalarının gözlənilməsinə.  

Gömrük  orqanlarında  lazımi  səviyyədə  əsaslar 

olduqda,  yəni  sübut  olunduqda    ki,  mallar, 

beynəlxalq  sazişlərə    uyğun  olaraq,  buraxılan 

ölkəyə  aid  deyildir,  onda  bu  orqanlar  sərbəst 

tədavül  üçün  malın  buraxılışını  (idxalını)  inkar 

edə bilər. Malın mənşəyi haqqında lazımi qaydada 

tərtib  olunmuş  sertifikatın    təqdim  edilməməsi, 

malın  ölkənin  gömrük  sərhədindən  keçirilməsinə 

qadağa  qoymağa  əsas  vermir.  Mənşəyi  dəqiq 

müəyyən olunmamış mallar ölkənin gömrük vergi 

tarifinin maksimum  həddi ilə buraxılır. 

 

SƏRBƏST  PEŞƏ



  -  müəyyən  qaydalara  tabe 

edilmiş,  xidmət  sahəsinə  aid  olan  və  intellektual 

xidmətlərin  göstərilməsindən  ibarət  olan  peşədir. 

Bir  qayda  olaraq,  bu  xidmətlər  müştərilərin 

peşəkar  mütəxəssisin  biliklərindən  yararlanması 

üçün  nəzərdə  tutulmuşdur.  Fəaliyyətin  bu  növü 

müştəri və peşəkar mütəxəssis (həkim, vəkil və s.) 

arasında birbaşa əlaqəni nəzərdə tutur. Fəaliyyətin 

bu  növünün  həyata  keçirilməsi  üçün  zəruri  olan 

praktiki 

təcrübə, 

bilik 


(təhsil, 

diplomlar) 

sistematik  yoxlama  və  nəzarət  üçün  əsas    hesab 

edilir.  Ölkədən  asılı  olaraq,  statistiklər  peşəkar 

assosiasiyalar  tərəfindən  idarə  edilən  xüsusi 

registrlərdən istifadə edə bilərlər. 



 

SƏRBƏST  TƏDAVÜL

  –  gömrük  ərazisində 

və  ya  bu  ərazinin  hüdudları  xaricində  gömrük 

sərhədindən  buraxılmış  mal  və  başqa  əşyalara 

gömrük rəsmiləşdirilməsi olmayan sərəncamdır. 

 

SƏRBƏST  TĐCARƏT

  –  pərakəndə  satış 

(ticarəti) formasıdır.  Müəssisə hüquqi  və  maliyyə 

vəziyyətinə  görə  sərbəst  sayılır.  Bununla  belə, 

onlar  tədarükçü  təşkilatlara  və  xidmət  göstərən 

vahidlərə birləşdirilə bilərlər. 

 

SƏRƏNCAM



  –  konstitusiya  hüququnda  və 

inzibati hüquqda dövlət idarəçilik orqanın aktıdır. 

Sərəncam  hökmlü  səviyyə  daşımaqla  vəzifəli 

şəxsə,  dövlət  orqanına  verilmiş  səlahiyyət 

daxilində 

çıxarılır 

(verilir) 

və 


müvafiq 

vətəndaşlar,  habelə  fiziki  şəxslər  üçün  məcburi 

xarakter daşıyır. Konkret hadisə barəsində verilən 

birdəfəlik  və  ümumi  sərəncamlar,  yəni  uzun 

müddət 

üçün 


qüvvədə 

olan 


sərəncamlar 

fərqləndirilir.  Lakin  hər  iki  halda  sərəncamlar 

qanuni  qüvvəyə  malik  olan  akt  kimi  çıxış  edir. 

Qərar  fərqli  olaraq,  sərəncam  normativ  xarakter 

daşımır;  2)  mülki  hüquqda  sərəncam  əşyanın 

mülkiyyətçisinin,  habelə  təhkim  edilmiş  əmlak 

üzərində  təsərrüfatçılıq  hüququnu  həyata  dövlət 

təşkilatlarının 

səlahiyyətlərindən 

biridir. 

Sərəncam  hüququna  əsasən,  mülkiyyətçi  alqı-

satqı,  tədarük,  bağışlama,  əmlak  kirayəsi  və  i.a. 

əqdlər  vasitəsilə  əmlak  üzərində  sərəncam 

verməklə  onu  iqtisadi  dövriyyəyə  daxil  edir. 

Sərəncam aktı ilə əmlak özgəninkiləşdirilir, girov 

qoyulur,  saxlanca,  müvəqqəti  sahibliyə  və 

istifadəyə  verilir.  Sərəncam  vasitəsilə  əmlak 

mülki dövriyyəyə buraxılır. əşyanın hüquqi taleyi 

sərəncam verilməsi ilə müəyyən edilir.     

 

SƏRƏNCAMDA 



QALAN 

GƏLĐR

 

– 

sahibkar  tərəfindən  son  istehlak  və  yığım  üçün 

istifadə  oluna  biləcək  gəlirdir.  Sərəncamda  qalan 

gəlirə  inflyasiya,  həmçinin  hərbi  əməliyyatlar, 

təbii fəlakət  və  s. nəticəsində  aktivlərin  dəyərinin 

dəyişməsi  daxil  edilmir.  Cari  transferlər  kimi 

verilmiş  gəlirlər  çıxılmaqla,  o,  alınmış  cari 

transferlər  əlavə  edilməklə  alınmış  və  ödənilmiş 

ilkin  gəlirlərin  saldosuna  bərabərdir.    Milli 

Hesablar  Sistemində  sərəncamda  qalan  gəlir 

gəlirlərin 

təkrar 


bölüşdürülməsi 

hesabının 

balanslaşdırıcı  maddəsidir.  Bütün  institusional 

rezident-vahidlərin  sərəncamda  qalan  gəlirlərinin 

cəmi  ümumi  milli  sərəncamda  qalan  gəlirə 

bərabərdir. 



 

SƏRƏNCAMDA QALAN TƏSHĐH EDĐL-

MĐŞ  GƏLĐR

  –  natura  şəklində  alınmış  və 

verilmiş  sosial  transferlər  nəzərə  alınmaqla, 

sərəncamda  qalan  gəlir,  yəni  istehlak  olunmuş 


 

584 


pulsuz  xidmətlərin  (məsələn,  mənzil,  kommunal 

xidmətləri,  təhsil  və  s.)  dəyəridir.  Milli  hesablar 

sisteminin 

kateqoriyasıdır, 

“Gəlirin 

natura 


şəklində 

bölüşdürülməsi” 

hesabında 

balanslaşdırıcı maddədir. 



 

SƏRƏNCAMDA  OLAN  MĐLLĐ  GƏLĐR

  -  

aşağıdakı  yollar  vasitəsilə  ümumi  və  xalis  milli 

gəlirdən alına bilər:  

a)  institusional  rezident  vahidlərin  qeyri-rezident 

vahidlərdən pul və ya natura şəklində aldığı bütün 

cari transferlərin əlavə edilməsi;  

b) institusional rezident vahidlər tərəfindən qeyri-

rezident  vahidlərə  pul  və  ya  natura  şəklində 

ödənilən bütün cari transferlərin çıxılması. 

 

SƏRHƏDƏ 

QƏDƏR 

GÖNDƏRĐŞ

 

(... 

göndəriş  yerinin  adı),  DAF  (Delivered  At 

Frontier  (...  named  place)  -  həmsərhəd  ölkənin 

gömrük  sərhədinə  malın  çatdırılmasına  qədər 

sərhəddə göstərilmiş məntəqə və ya yerə nəqliyyat 

vasitəsində 

çatdırılmış, 

ixrac 


gömrük 

rəsmiləşdirilməsini 

keçmiş, 

lakin 


idxal 

rəsmiləşdirilməsini 

keçməmiş 

boşaldılmamış 

malın  alıcının  sərəncamına  təhvil  verilməsi 

zamanı  satıcı  tərəfindən  çatdırılmanın  yerinə 

yetirilməsidir.  “Sərhəd”  termini  altında,  ixracatçı 

ölkənin sərhədi də daxil olmaqla, hər hansı sərhəd 

nəzərdə tutulur. Odur ki, bu şərt daxilində konkret 

yerin  və  ya  məntəqənin  adı  göstərilməklə, 

sərhədin dəqiq təyin edilməsi əsasdır. 

Əgər  tərəflər  gəlmiş  nəqliyyat  vasitələrindən 

malın  boşaldılması  üzrə  öhdəliyin  satıcının  öz 

üzərinə  götürməsini  və  belə  boşaldılma  üçün 

bütün riskləri və xərcləri çəkməsini istəyirlərsə, o 

zaman  bu,  alqı-satqı  müqaviləsinə  müvafiq 

əlavədə dəqiq qeyd edilməlidir. 

Bu termin malın quru sərhədə qədər çatdırılarkən 

hər hansı bir nəqliyyat növü ilə daşınması zamanı 

tətbiq edilə bilər. 

Əgər  çatdırılma  təyinat  limanında,  gəminin 

bortunda  və  ya  gəminin  yan  aldığı  körpüdə  yer 

alarsa,  bu  zaman  DES  (gəmidən  göndəriş)  və  ya 

DEQ  (gəminin  yan  aldığı  körpüdən  göndəriş) 

terminlərini tətbiq etmək lazımdır.    


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   145   146   147   148   149   150   151   152   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling