Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- SƏNAYE MƏHSULLARININ ÇEŞĐD- LĐLĐYĐ
- SƏNAYE MƏHSULLARININ KOM- PLEKTLĐLĐYĐ
- SƏNAYE MƏHSULLARININ ÖLÇÜ VA- HĐDĐ
- SƏNAYE MƏHSULLARININ SĐYAHISI (PRODKOM)
- SƏNAYE MƏHSULLARININ STATĐS- TĐK TƏSNĐFATI (siyahısı)
- SƏNAYE MƏHSULU
- SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN DÖVRĐY- YƏ VƏSAĐTLƏRĐ
- SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN HAZIR MƏHSULU – (I)
- SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN REGĐS- TRĐ
- SƏNAYE MÜƏSSĐSƏSĐNĐN ENERGETĐ- KA TƏSƏRRÜFATLARI
- SƏNAYE MÜƏSSĐSƏSĐNĐN ƏSAS VA- SĐTƏLƏRĐ (VƏSAĐTLƏRĐ)
- SƏNAYE MÜƏSSĐSƏSĐNĐN ĐSTEHSAL GÜCÜ
- SƏNAYE MÜƏSSĐSƏSĐNĐN SEXĐ
- SƏNAYE MÜLKĐYYƏTĐ (SAHĐBLĐYĐ) OBYEKTLƏRĐNĐN HÜQUQĐ QORUN- MASI
- SƏNAYE PROSESĐ
- SƏNAYE STATĐSTĐKASI
SƏNAYE MƏHSULLARI ĐSTEHSALÇI- LARININ QĐYMƏT ĐNDEKSĐ - sənaye məhsulları istehsalçılarının qiymətlərinin dəyişməsi dinamikasını səciyyələndirir. Đstehsalçı müəssisələr tərəfindən buraxılan təmsilçi əmtəələrin qiymətlərinin qeydə alınması yolu ilə bu qiymətlərin dəyişməsi üzərində aparılan müşahidə əsasında müəyyənləşdirilir. Sənaye məhsulları istehsalçılarının qiymət indeksi baza sənaye müəssisələri və təşkilatlarının təmsilçi mallarının qiymət
qeydiyyatı əsasında hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan və yüklənən məhsulun faktiki qiymətləri götürülür (əlavə dəyər vergisi, aksiz və topdansatış qiymətlərinə aid olmayan digər vergilər daxil edilmir). Sənaye məhsulları istehsalçılarının qiymət indeksi həm məhsullar, həm də iqtisadi fəaliyyət növlərinə görə qiymət
indekslərinin hesablanmasına imkan verən
beynəlxalq metodologiyaya uyğun işlənir. Qiymət yığımı üçün seçilmiş əmtəələr genişləndirilmiş və onrəqəmli sənaye məhsullarının statistik təsnifatı sistemi üzrə, müəssisələr isə genişləndirilmiş beşrəqəmli iqtisadi fəaliyyət növləri təsnifatı (ĐFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə kodlaşdırılır. Đqtisadi fəaliyyətə əsaslanan sənaye məhsulları istehsalçılarının qiymət indeksi istehsalçıların qiymət dəyişikliklərini qlobal qiymətləndirdiyi üçün əsas sayılır və əmtəələr üzrə bir sıra indekslər konkret əmtəələr və yaxud əmtəə qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi istifadə olunur.
Đqtisadi Fəaliyyət Növləri Təsnifatı üzrə ölkənin sənaye müəssisələrində istehsal olunan
məhsulların orta
çəkili qiymətlərindən ibarət kompüter baza məlumatı formalaşdırılır. Toplu indeksin hesablanmasında dəyər çəkilərinin rekursiv hesablanma sistemi ilə modifikasiya olunmuş Laspeyres düsturundan istifadə olunur. SƏNAYE MƏHSULLARININ BURAXI- LIŞI – satılmış (bazar və
qeyri-bazar) məhsulların və öz istehsalı olan hazır məhsulların, bitməmiş istehsalın və yarımfabrikatların ehtiyatlarının dəyişməsinin dəyəridir. Satılmış məhsullar faktiki qiymətlərlə qiymətləndirilir, hazır məhsul və yarımfabrikatların ehtiyatlarının dəyişməsi ya
satılmış məhsulların oxşar qiymətləri ilə, ya da orta qiymətlərlə; bitməmiş istehsal qalıqlarının dəyişməsi isə faktiki xərclərlə qiymətləndirilir. MHS-nin ümumi qaydasına görə, əsas qiymətlərdə sənaye məhsulunun bazar buraxılışı, məhsul buraxılışının istehsalçı qiymətlərindən məhsullar üzrə ödənilmiş xalis verginin çıxılması ilə müəyyənləşdirilir. Đstehsalçının qiymətləri müəssisənin topdansatış qiymətlərinə bərabər tutula bilər; məhsulun qeyri-bazar buraxılışının (müəssisələrin özünün ümumi daxili yığımı və ev təsərrüfatlarının öz istehlakı üçün lazım olan malların istehsalı), əsas qiymətlər haqqında məlumat olmadıqda, onun istehsalına sərf olunan cari xərclərlə qiymətləndirilir.
iqtisadi parametrlərinin və fəaliyyətdə olan standartlar və texniki şərtlərdə nəzərdə tutulmuş keyfiyyət qruplarının (növlərinin) istehlakçı xüsusiyyətlərinə uyğunluğu nöqteyi-nəzərdən çoxluq xarakteristikasıdır. Sənaye məhsullarının çeşidliliyinin statistik öyrənilməsi məmulatların istehsalının ümumi həcmində hər bir çeşidin (əla, birinci, ikinci və s.) xüsusi çəkisi göstəricisi, həmçinin sənaye məhsullarının növlülük indeksi göstəricilərinin köməyi ilə həyata keçirilir.
MƏHSULLARININ KOM- PLEKTLĐLĐYĐ – məmulatda, hüquqi qüvvəyə malik olan və digər texniki normativ sənədlərin tələblərində nəzərdə tutulan bütün qovşaqların, cihazların, hissələrin (detalların), alətlərin və 578
komplektləşdirici məmulatların mövcudluğudur. Sənaye məhsullarının komplektliliyi – onun sənaye müəssisəsinin hazır məhsulunun tərkibinə daxil edilməsinin əsas şərtlərindən biridir.
etdirən
kəmiyyətdir. Sənaye
məhsullarının aşağıdakı ölçü vahidləri fərqləndirilir: - natural (fiziki) - ədəd, t, m, m 2 və s.; - şərti-natural - istehlak xüsusiyyətləri (və ya texniki-iqtisadi parametrləri) ortaq ölçü kimi qəbul edilmiş (40% yağlılığa çevrilmiş sabun, müxtəlif tipli traktorlarda mühərriklərin gücü və s.) məhsulların bir növünün kəmiyyəti ilə ifadə edilən ölçü vahidi; - şərti - bir neçə müxtəlif növlərdən ibarət olan məhsulların miqdarını ölçmək üçün qəbul edilmişdir. Bununla yanaşı, hər hansı əlamət üzrə müxtəlif növlü məhsullardan biri vahid kimi qəbul olunur, digər müxtəlif növlər üzrə isə bu müxtəlif növlü məhsulların əlamətlərinin vahid kimi qəbul edilmiş müxtəlif növlü məhsullara görə nisbətinin kəmiyyəti üzrə yenidən hesablama əmsalı müəyyənləşdirilir (məsələn, konserv
sənayesinin məhsulları şərti banka ilə uçota alınır); - dəyər – müəssisənin buraxılış qiymətləri ilə ölçülür. Məhsulun dəyər ölçü vahidi daha geniş yayılmışdır və müxtəlif ölçü vahidləri ilə ölçülən məhsulların ümumiləşdirilməsi və müqayisəsi üçün çox vacibdir. Sənaye məhsullarının ölçü vahidi “Ölçü vahidləri təsnifatı”na uyğun
müəyyənləşdirilir. Azərbaycanda bu təsnifatın milli versiyası – Sənaye Məhsullarının Statistik Təsnifatı (SMST) tətbiq olunur.
fransız terminindən ixtisara salınmış adıdır. PRODKOM həm də eyni zamanda Avrostatın layihəsinin və müvafiq sənaye məhsullarının siyahısıdır. Bu siyahı “Prodkomun siyahısı” adı altında məlum olan siyahıda öz əksini tapmış 5800-ə yaxın məmulat növünün istehsalını müşahidə etməyə imkan verir. Bu siyahı Kombinə edilmiş (birləşdirilmiş) nomenklatura adlanan və xarici ticarət statistikasında istifadə olunan məmulatların nomenklaturası ilə uyğundur. Məmulatların siyahısı, energetika və ticarət bölmələrinin məhsulları istisna olmaqla, sənaye mallarının böyük hissəsini birləşdirir.
TĐK TƏSNĐFATI (siyahısı) – natura ifadəsində məhsul
qruplarının, altqruplarının və mövqelərinin (növlərinin) sistemləşdirilmiş siyahısıdır. Sənaye
məhsullarının nomenklaturasından məlumatların avtomatlaşdırılmış işlənməsində istifadə edilir.
yaxud istehsal xidmətləri (sənaye xarakterli işlər) formasında ifadə
olunan, müəssisələrin fəaliyyətinin (istehsal strukturları çərçivəsində əmək təsirinə məruz qalmış nemətlər, yəni hasil və ya emal edilmiş) birbaşa faydalı nəticəsidir.
YƏ VƏSAĐTLƏRĐ – istifadəsi bir təkrar istehsal dövrəsi çərçivəsində, yaxud nisbətən qısa təqvim dövrü ərzində (adətən, bir ilə qədər) həyata keçirilən obyektlərə qoyulan maliyyə ehtiyatlarıdır. Dövriyyə vəsaitlərinin tərkibində əmtəə-material qiymətliləri (istehsal ehtiyatları, hazır məhsul və digər maddi-material elementləri) və pul vəsaitləri (debitor borcları, qısamüddətli maliyyə qoyuluşları və s.) ayrılır. Dövriyyə vəsaitlərini həmçinin cari aktivlər də adlandırılar. Əmtəə-material qiymətliləri maya dəyəri və yaxud bazar qiymətləri ilə qiymətləndirilə bilər.
tam başa çatmış hazır məmulatların və müəssisə tərəfindən kənara buraxılan yarımfabrikatların həcmini xarakterizə edən göstəricidir. Hazır məhsul satış və ya istehlakçılara göndərmək üçün hazır olan və ticarət müəssisələrinə, yaxud istehlakçılara göndərilənədək istehsalçıda saxlanılan, gələcəkdə emal
üçün nəzərdə
tutulmayan məhsullardır; (II) hazırlanması istehsal silsiləsində son həddə çatdırılan məmulatdır. Hazır məhsullara satış üçün və ya istehsalçılarda göndərilməyə hazır olan və onları istehlakçılara və ya ticarət vasitəçilərinə göndərilənədək istehsalçılarda saxlanılan əmtəələr aiddir.
SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN ĐŞÇĐ HEYƏTĐ – sosialist iqtisadiyyatında siyahı tərkibində nəzərə alınan, həm orta siyahı sayına daxil edilən, həm də daxil edilməyən bütün işçilər olmuşdur. Sənaye müəssisələrinin heyəti iki yerə bölünürdü: sənaye-istehsal və qeyri-sənaye heyəti. Sənaye–istehsal heyətinə (əsas fəaliyyət heyətinə) müəssisənin əsas fəaliyyəti (sənaye məhsulunun hazırlanması və sənaye xarakterli işlərin yerinə yetirilməsi, istehsalın təşkili və müəssisənin idarə edilməsi və sair) ilə əlaqədar olan əmək əməliyyatları ilə məşğul şəxslər aid edilirdi. Qeyri–sənaye heyətinə əmək fəaliyyəti fəaliyyət 579
növünün digər sahələrinə (sənayedən başqa) aid olan işlərin yerinə yetirilməsi ilə bağlı olan şəxslər aid edilirdi. Sənaye-istehsal heyətinin işçiləri - fəhlə (kiçik xidməti heyət və mühafizə işçiləri daxil olmaqla) və tərkibinə rəhbərlik, mütəxəssislər və digər qulluqçular (kontor, uçot və s. bu tipli heyət) daxil olan qulluqçulara bölünürdü. SƏNAYE MÜƏSSĐSƏLƏRĐNĐN QEYRĐ- SƏNAYE TƏSƏRRÜFAT SUBYEKT- LƏRĐ – fəaliyyəti iqtisadiyyatın digər (məsələn, yardımçı kənd təsərrüfatı, əsaslı tikinti bölmələri (idarələri), məktəbəqədər uşaq müəssisələri və digər) sahələrinə (fəaliyyət növlərinə) aid edilən (sənayedən başqa) sənaye müəssisələrinin təşkilati cəhətdən xüsusiləşmiş (ayrılmış) bölmələrinin məcmusudur.
sənaye
müəssisələrinin əhəmiyyətli
əlamətlərə görə qruplara bölünməsidir. Qruplaşdırma əlamətləri təşkilati- hüquqi və mülkiyyət forması, işçilərin sayı, nizamnamə kapitalının həcmi və s. ola bilər.
TRĐ
– müəyyənləşdirilmiş dövrilikdə məlumatların yeniləşdirilməsi ilə tərtib olunmuş sənaye
müəssisələrinin sistemləşdirilmiş siyahısıdır. Sənaye
müəssisələrinin registri fəaliyyət növü və ərazi bölgüsü üzrə aparılır. Özündə sənaye müəssisələrinin fəaliyyətinin aşağıdakı əsas göstəricilərini əks etdirir: məhsulun (işin, xidmətin) həcmini; əsas sənaye-istehsal fondlarının orta illik dəyərlərini; mənfəəti (zərəri); sənaye-istehsal heyətinin sayını və s.
– müəssisəni enerjinin bütün növləri (elektrik enerjisi, buxar, qaz, yanacaq, sıxılmış hava və s.) ilə fasiləsiz təmin edən texniki elementlər çoxluğudur. Sənaye müəssisələrinin energetika təsərrüfatına daxildir: energetika avadanlıqları, enerji ötürücü vasitələri (transmissiyalar, elektrik ötürücüləri, istilik şəbəkələri, buxar və boru kəmərləri, qaz kəmərləri), enerjinin işçi parametrlərini dəyişdirmək üçün xüsusi qurğular (reduktorlar, transformatorlar, düzləndiricilər və s.), işçi parametrlərinin və enerji sərfini ölmək üçün cihazlar.
sərəncamında olan və onun əsas fəaliyyətinin balansında olan
maddi-əşya qiymətlilərinin məcmusudur. Uçot və statistika təcrübəsində sənaye müəssisəsinin əsas vasitələrinə istifadə müddəti bir ildən artıq və dəyəri mühasibat uçotu və balansları haqqında Əsasnamədə müəyyən edilən məbləğdən artıq olan obyektlər aid edilir. Sənaye müəssisələrinin əsas vəsaitləri öz natural formasını saxlamaqla, istehsalın təkrarlanan dövrəsində dəfələrlə iştirak edir. Đstehsal istehlakı prosesində əsas vasitələr aşınma həddi üzrə öz dəyərlərini amortizasiya ayırmaları şəklində məhsulun dəyərinə keçirirlər. Sənaye
müəssisələrinin əsas vasitələrinin tərkibində maddi istehsal ehtiyaclarına xidmət edən istehsal əsas vəsaitləri və müəssisələrin, şirkətlərin işçilərinin istehlak ehtiyacları üçün istifadə edilən qeyri-istehsal əsas vasitələri fərqləndirilir. Đstehsal əsas vasitələrinin tərkibində sənaye-istehsal və qeyri-sənaye istehsal əsas vasitələri ayrılır. Sənaye-istehsal əsas vasitələri növlər və təyinat üzrə qruplarda təsnifləşdirilirlər. Đl
ərzində sənaye
müəssisələrinin əsas
vasitələrinin mövcudluğunu xarakterizə etmək üçün əsas vasitələrin orta illik dəyəri göstəricisi tətbiq edilir. Bu, ya hər bir hesabat tarixinə (hesabat ilinin hər ayının əvvəlinə və axırına) mövcud əsas vasitələrin mövcudluğu haqqında məlumatlar üzrə orta xronoloji düstur üzrə, ya da əsas vasitə obyektlərinin müəssisənin əsas fəaliyyəti balansında olma günlərinin sayı üzrə çəkili, orta hesabi düstur üzrə müəyyən edilir.
GÜCÜ – istehsal avadanlıqlarından və istehsal sahəsindən, qabaqcıl texnologiyadan və əmək və istehsalın təşkilinin qabaqcıl metodlarından daha tam istifadə etməklə, vaxt vahidi (il, gün, növbə və s.) ərzində maksimum mümkün olan məhsul istehsalıdır və yaxud nomenklatura və çeşidlərlə xammalın hasilatı və emalının həcmidir. SƏNAYE MÜƏSSĐSƏSĐNĐN MÜƏSSĐ- SƏDAXĐLĐ DÖVRĐYYƏSĐ – müəssisənin hazırladığı hazır məhsul və yarımfabrikatlardan daxildə özünün sənaye-istehsal ehtiyaclarına istifadə etdiyi hissəsinin dəyəridir.
– rəhbər (rəis) tərəfindən idarə edilən və məhdud təsərrüfatçılıq sərbəstliyindən istifadə edən ayrıca təşkilati və inzibati bölmədir.
- daha geniş anlayış olan “intellektual mülkiyyət” anlayışının bir hissəsidir və aşağıdakı qeyri-maddi obyektlərə hüquqları əhatə edir: ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, mal nişanlarına, xidmət 580
nişanlarına, şirkət adlarına və malların mənşəyinə və ya mənşəyi olan yerin adına. Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası yaradılmışdır (1-ci maddə). Sənaye mülkiyyəti də intellektual mülkiyyət kimi, sahibkara obyekti təsərrüfat dövriyyəsinə daxil etmək imkanı verən qeyri-material obyektlərinin (mütləq hüquqi) mühafizəsinin hüquqi rejiminə düşür. Beynəlxalq səviyyədə sənaye müəssisələri obyektlərinə olan hüquqların mühafizəsi bir sıra beynəlxalq razılaşmalar əsasında həyata keçirilir.
OBYEKTLƏRĐNĐN HÜQUQĐ QORUN- MASI – ixtiralara, sənaye nümunələrinə, əmtəə nişanlarına, faydalı modellərə, əmtəələrin firma adlarına və mənşə yerlərinin adlarına hüquqların qanunla qorunmasına zəmanətdir.
Sənaye mülkiyyətinə (sahibliyinə) münasibətləri tənzimləyən milli qanunvericilik, subyektin hüququnun yaranma şərtlərini, hüququn həcmini (böyüklüyünü), sənaye mülkiyyəti obyektinə subyektin hüquqlarının qorunması qayda və şərtlərini müəyyən edir.
Sənaye mülkiyyəti (sahibliyi) obyektlərinin hüququ cəhətdən qorunması ya obyektin mərkəzləşdirilmiş qaydada qeydiyyatı nəticəsində – quruluş qeydiyyatı (Avstriya, Belçika, Almaniya, Yunanıstan, Đspaniya, Đtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Rusiya, Skandinaviya ölkələri, Latın Amerikası ölkələri), ya da onun faktiki istifadəsi nəticəsində – deklarativ qeydiyyat (Đngiltərə, Hindistan, Pakistan, Suriya, ABŞ, Đsveçrə) baş verir. Subyektin sənaye mülkiyyəti (sahibliyi) obyektinə hüququ yalnız qanun çərçivəsində olur və qanunla müəyyən olunmuş vasitələrlə qorunur.
– məmulatın xarici görünüşünün yeni, bədii-konstruksiya (dizayn) həllidir. Özündə onun texniki, funksional və estetik xassələrinin vahidliyini əks etdirir; təşkilatların, müəssisələrin qeyri-maddi aktivlərinin tərkibinə daxildir; lisenziya razılaşmalarının və sənaye mülkiyyətinin mühafizə obyekti hesab olunur. Milli qanunvericilik mühafizə qabiliyyətli sənaye nümunələrinin əlamətlərini, hüquqların baş vermə qaydalarını, hüququn fəaliyyət göstərmə həcmi və şərtlərini müəyyən edir.
təsnifatının B (mədənçıxarma sənayesi), C (emal sənayesi), D (elektrik enerjisi, qaz, buxar və havanın kondisiyalaşdırmasının təchizatı), E (su təchizatı; çirkli
suların və
tullantıların təmizlənməsi) və F (tikinti) seksiyalarında müəyyənləşdirildiyi kimi, yeni məmulatların (istehlak, aralıq və ya investisiya mallarının) istehsalında, artıq istifadə olunmuş məmulatların yenidən emalında və ya istehsal prosesində xidmətlərin göstərilməsində istifadə edilən emal (fiziki, kimyəvi, əl ilə və s.) prosesidir.
verən kütləvi hadisə və proseslərin kəmiyyət tərəfini öyrənən və müxtəlif statistik metodların köməyi ilə sənaye-istehsal fəaliyyətinin şəraiti və nəticələrini xarakterizə edən statistika sahəsidir. Dünya təcrübəsində sənayenin əhatə dairəsi kimi mədənçıxarma, emal, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, çirkli suların və tullantıların təmizlənməsi fəaliyyəti növləri göstərilir. Sənaye statistikası fəaliyyət növü və ərazi bölgüsündə istehsal edilmiş və satılmış məhsulların həcmi,
strukturu və
keyfiyyətini; sənaye müəssisələrinin gəlir və rentabelliyini; işçi qüvvəsinin mövcudluğunu və istifadəsini, məhsuldarlığı və əmək haqlarını; əsas və dövriyyə istehsal fondlarının mövcudluğunu və istifadəsini, həmçinin enerji və
istehsal avadanlıqlarının əsas növlərini; elmi-texniki inkişafın nailiyyətlərinin tətbiqinin nəticələrini; sənaye istehsalının ixtisaslaşma, təmərküzləşmə proseslərini; məhsulların istehsalının və satışının xərclərini; əməyin, vasitələrin və əmək əşyalarının iqtisadi səmərəliliyi və istifadəsini; istehsal potensialının həcmi və istifadəsini xarakterizə edir. Sənaye
statistikası praktiki iqtisadi məsələlərin həlli üçün
lazımlı göstəricilər sistemini və bu göstəricilərin müəyyən edilməsi metodologiyalarını işləyib hazırlayır.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling