Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
SERVER (en. server) – resursları istifadəçilər tərəfindən istifadə olunan şəbəkədəki kompüter və ya xüsusiləşdirilmiş kompüterdir. Server
istifadəçilərin şəbəkə resurslarına, fayllara və printerlərə bölünməsi müraciətini təmin edir. SƏBƏBLƏR ÜZRƏ ÖLÜM – “Ölümün səbəbləri”nə bax. SƏCĐYYƏVĐ (RAYONLAŞDIRILMIŞ) SEÇMƏ – 1) seçmə növüdür (təbəqələşmiş seçmənin variantlarından biridir); 2) oxşar (səciyyəvi) qruplara və ya öyrənilən əlamətlərə dair təbəqələri əks etdirən, altməcmudan (yəni öyrənilən məcmunun hissələrindən) təsadüfi seçilmiş vahidlərin müəyyən sayından ibarət altçoxluqdur. Təbəqələr (qruplar) elə yaranır ki, onların hər birinin daxilindəki vahidlər mümkün qədər bir-birinə daha çox oxşar olsunlar (yəni söhbət hər bir təbəqənin daxilindəki kiçik və ya orta variasiyalardan gedir). Əgər
kiçik məcmuların hər birindən vahidlər təsadüfi qaydada seçilərsə, onda səciyyəvi seçmə kiçik məcmulardan olan bir sıra təsadüfi seçmələrlə (səciyyəvi qruplar və ya təbəqələrlə) eyni əhəmiyyətə malik olur. Yaranmış hər bir təbəqədən vahidlərin seçimi ya təsadüfi qaydada, ya da mexaniki seçmə yolu ilə (təbəqədə kifayət sayda vahid
olduqda) aparılır. Səciyyəvi seçmənin əsas mahiyyəti ondadır ki, məcmunun təbəqələşməsi hesabına seçmənin eyni həcmli məcmusundakı sadə təsadüfi seçmə ilə
müqayisədə seçmənin daha dəqiq nəticələrini və ya seçmənin kiçik həcmində belə dəqiqliyi əldə etmək olsun. Bununla yanaşı, təbəqələşmə prosesi səmərəli olduqda, səciyyəvi seçmənin nəticələri də daha dəqiq olur. Belə ki, seçmənin xətası yalnız səciyyəvi qruplar daxilində variasiya ilə şərtlənir (xəta kiçik olduqda, qrupdaxili variasiya da kiçik olur və qiymət dəqiqləşir). Təbəqələşmə üçün, bir qayda olaraq, qruplaşdırma metodundan istifadə olunur. Əgər təbəqələşmə nəticənin yalnız məcmu üzrə
bütövlükdə alınmasına yönəldilmişdirsə, onda seçimin aparılmasından əvvəl səciyyəvi seçmənin hesablanmış həcminin təbəqələr (qruplar, hissələr) üzrə yerləşdirilməsi vacibdir. Yerləşdirmə ya bərabər ölçüdə (hər bir təbəqədə eyni sayda vahid seçilir), ya təbəqədə olan vahidlərin sayına görə proporsional, ya da təbəqənin ölçüsü və onda olan əlamətlərin dəyişkənliyi (variasiyası) nəzərə
alınmaqla (optimal yerləşdirmədə) aparılır. Səciyyəvi seçmədən həm təsadüfi seçmənin, həm də mexaniki seçmənin tətbiqi (öyrənilən əlamətlər sisteminin böyük variasiyalı və onların
qiymətlərinin asimmetrik bölüşdürülməsi nəticəsi olaraq) qeyri-mümkün olduqda, yekcins olmayan məcmuların öyrənilməsində istifadə edilir.
kateqoriyası (elementi) kimi, özündə gələnlər (müəyyən ölkəyə gələnlər, turistlər) tərəfindən istehlak olunan mal və xidmətlər kompleksini əks etdirir və
bununla da beynəlxalq ticarət xidmətlərinin digər
növlərindən fərqlənir. Gələnlərə mövcud
iqtisadi ərazidə
olma müddətləri bir ildən az olan şəxslər, həmçinin gəldiyi ölkədə heç olmazsa bir gün gecələyən turistlər (səyahətçilər) və gəldiyi andan 24 saat ərzində ölkəni tərk edən tranzit sərnişinlər aiddir. Ancaq bəzən səfərlərə müalicə, təhsillə bağlı, başqa ölkədə işlə bağlı müntəzəm olaraq sərhədi
574
keçən mövsümi və sərhədyanı işçilər də daxil edilirlər. Səfərlər tədiyə balansı təsnifatında iki yerə - işgüzar və şəxsi səfərlərə bölünürlər. “Səfərlər” maddəsində gələnlər tərəfindən ölkədə olduqları dövrdə şəxsi istehlakları üçün satın aldıqları və əvəzsiz əldə etdikləri (məsələn, qohumların evində pulsuz yaşamaq) bütün mal və xidmətlərin dəyərləri qeyd olunur.
–
əhalinin sağlamlığının qorunması ilə bağlı xidmətlərdir. Onlara xəstəxanaların, ixtisaslaşmış mərkəzlərin, sanitar-profilaktika müəssisələrinin (ümumi
profilli həkimlərin və həkim
mütəxəssislərin göstərdikləri məsləhət xidmətləri və ambulatoriya müalicəsi, o cümlədən şəxsi təcrübə qaydasında) xidmətləri; sanatoriyaların və kurortların bazasında müalicələrin və sağlamlıq tədbirlərinin aparılması üzrə xidmətlər; paratibbi heyətin həyata keçirdiyi xidmətlər aid edilir. SƏHĐYYƏ SĐSTEMĐ – xəstəxanalar və ambulatoriya-poliklinika müəssisələri, doğum
evləri, feldşer-mama məntəqələri, təcili tibbi yardım
stansiyaları, sanitar-sağlamlıq müəssisələri, sanitar-epidemiologiya stansiyaları və s. daxil edilməklə, müxtəlif tipli müalicə- profilaktika fəaliyyətini əhatə edir. Səhiyyə sisteminin vəziyyəti göstəriciləri səhiyyə sisteminin inkişafının kəmiyyət xarakteristikasını əks etdirir və onlara səhiyyə müəssisələrinin şəbəkəsi, onların maddi-texniki bazası, tibbi kadrlarla – həkimlərlə, orta və kiçik tibbi heyətlə (ixtisas, cins,
peşə hazırlığının səviyyəsi) təminatın mövcudluğu və səviyyəsi aiddir. SƏHĐYYƏ STATĐSTĐKASI – səhiyyə
sisteminin: səhiyyə müəssisələri şəbəkəsinin, onların vəziyyəti və təchiz edilməsinin; tibbi kadrların (həkimlər, orta, kiçik tibbi və digər heyət) inkişafının kəmiyyət xarakteristikasını öyrənən sanitar statistikanın altsahəsidir.
müəssisələri (xəstəxanalar, poliklinikalar, sanatoriyalar, istirahət evləri, turist bazaları, stadionlar, idman klubları, sosial təminat
müəssisələri və s.) tərəfindən göstərilən bazar və qeyri-bazar xidmətlərinin dəyəridir. Bazar buraxılışı (xidməti) göstərilən pullu xidmətlərin dəyərini özündə əks etdirir. Qeyri-bazar buraxılışı (xidməti) - dövlət büdcəsindən və qeyri-dövlət büdcə fondlarından maliyyələşdirilən müəssisə və təşkilatların cari xərclərinin və sahənin əsas kapitalının sərfinin (istehlakının) həcminin cəmi ilə müəyyən edilir.
kapitalının bir hissəsidir. Səhm qiymətli kağız olub, onun sahibinə səhmdar cəmiyyətinin mənfəətinin bir hissəsini dividentlər (gəlirlər) şəklində almaq,
idarə etmədə
iştirak və
cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə malik olmaq hüququ verir. Səhm sahibinin səhmdar cəmiyyətinə qoyduğu kapitalı geri götürməyə haqqı yoxdur, lakin səhmi fond birjasında sata bilər. Səhmdə göstərilən məbləğ onun nominal dəyəridir, faktiki satış qiyməti isə səhmin məzənnəsi adlanır və adətən, nominal dəyərə uyğun gəlir. Səhmlər istifadə xarakterinə görə adlı və adsız, gəlir gətirmə qabiliyyətinə görə isə adi və imtiyazlı olurlar. (II) - cəmiyyətin səhmdarına hüquq, xüsusən səs hüququ və mülkiyyət hüququ verən qiymətli kağız olmaqla, dividentləri, səhmlərin alınmasını, satışını və kapitalda iştirak payını, səhmlərin və s. kapitalda iştirak payını əhatə edir.
olduğu bütün səhmlərin hamısına qiymətli kağızdır.
– bir və ya bir sıra səhmdar cəmiyyətlərinin bir və ya bir neçə səhmlərinin sahibi olan fiziki və ya hüquqi şəxsdir və göstərilənlərlə bağlı yaranan bütün hüquqlardan istifadə edir.
kapitalı müəyyən sayda səhmlərə bölünmüş (və ya cəmiyyətin üzvlərinin şəxsi amilləri nəzərə alınmadan, nizamnaməyə uyğun
olaraq yaradılmış) cəmiyyətdir. Onları
səhmdar adlandırırlar, onlar paya deyil, səhmlərə malik olurlar. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır.
Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəliyi üzrə cavabdehlik daşımırlar, lakin cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri müqabilində risk daşıyırlar. Onlar öz səhmlərini digər şəxslərə verə bilərlər. Səhmdar cəmiyyətlərinin əsas formaları qapalı, açıq tipli cəmiyyətlərdir. Cəmiyyətin təsisçisi (səhmdar) olan hüquqi şəxslər öz təsərrüfat müstəqilliyini və hüquqi şəxs statusunu saxlayırlar.
– səhm sahibinin tapşırığı ilə öz adından səhmdar cəmiyyətlər reyestrində qeydiyyatdan keçmiş və səhmlərə sahib olan hüquqi şəxsdir. Səhmin 575
nominal sahibi
əmlak fondları, banklar, investisiya institutları (investisiya məsləhətçilərindən başqa),
deponentlər ola
bilərlər.
– səhmin emissiyası (emissiya layihəsində) anında onun bəyan edilmiş dəyəridir.
VƏ MƏNFƏƏTDƏ ĐŞTĐRAKA HÜQUQLARIN ALINMA- SINA ÜMUMĐ KAPĐTAL QOYULUŞU – vahidin əsas kapitalına aid edilən səhmlərin və mənfəətdə iştirak
hüquqlarının alınmasına yönəldilmiş vəsaitlərin həcmidir. Səhmlərin alınması və mənfəətdə iştirak hüquqlarının alınması alış qiymətləri ilə qiymətləndirilir.
DENOMĐNASĐYASI – şirkətin əvvəllər buraxdığı səhmlərin bu şirkətin səhmlərinin digər nominalları ilə müəyyən nisbətdə dəyişdirilməsi yolu ilə səhmlərin nominalının dəyişməsidir.
- (“Qiymətli kağızların emissiyası”na bax).
– aşağıdakı düsturlarla hesablanan kəmiyyətdir: a) əgər səhm satılmamışdırsa (səhmlərin cari gəlirliliyi):
%
: ⋅ = Q D P ,
burada: D – dövr ərzində əldə olunmuş (və ya hesablanmış) divident; Q – səhmlərin alış qiyməti; P – faizlə səhmlərin gəlirliliyidir; b) əgər səhm satılmışdırsa (səhmlərin yekun gəlirlililiyi):
% 100 ) ( : ) ( 1 1 2 ⋅ ⋅ − + =
Q Q Q D P h
burada: D h – səhmlərə sahib olma dövründə əldə olunmuş divident; Q 1 – səhmlərin alış qiyməti; Q 2
– səhmlərin satış qiyməti; H – səhmlərə sahib olma illəridir (dövrü).
səhmlərinin konkret qiymətidir. Əvvəlcə səhmlər buraxılarkən onun nominal kursu formalaşdırılır ki, bu da səhmin özündə göstərilir. Səhmin bazar kursu alqı-satqı prosesində və yaxud qiymətli kağızlar bazarında (fond birjalarında, əmtəə birjalarının fond şöbələrində, investisiya şirkətlərində, banklarında və qiymətli kağızların yerləşdirilməsinə lisenziyası olan digər
təşkilatlarda), onun alış (satış) qiyməti ilə aydınlaşdırılır. Səhmin bazar kursu uzunmüddətli ssudalar üzrə divident tarifi və bank faizi arasındakı nisbətlərdən, səhmdar cəmiyyətinin etibarından və
onun maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsindən formalaşan konyunktura mülahizələrinə görə
müəyyənləşdirilir. Bəzən səhm kursu dedikdə, bir səhmə
hesablamaqla səhmdar
cəmiyyətin mülkiyyətinin dəyəri kimi müəyyənləşdirilən, səhmin balans dəyəri başa düşülür.
– 1) fond birjalarının qiymətli kağızlar bazarının vəziyyətinin ümumiləşdirici göstəricisidir; 2) fond birjalarında təyin edilmiş qiymətlə, səhmlərin müəyyən hissəsinin və ya hamısının gündəlik birja qiymətlərinin səviyyəsinin rəqəmlərlə ifadəsidir. Hər bir iri fond birjası öz səhm kursu indeksini (bəzən hesabatı fond birjalarından uyğun məlumat alan hər hansı bir kommersiya strukturu həyata keçirir) hesablayır. Dünyada daha çox məşhur olan səhm kursu indeksi – ABŞ- da
Dou-Jons, Böyük
Britaniyada Futsi,
Yaponiyada NĐKKEY hesab olunur.
– sahibinə səhmdar cəmiyyətinin fəaliyyətinə tam nəzarət etməyə imkan verən səhmlərin sayıdır. Səhmlərin mütləq nəzarət paketi səhmdar cəmiyyətinin səhmlərinin ümumi sayının 50%- dən çoxunu təşkil edir. Səhmlərin nəzarət paketi maliyyə kapitalı maqnatlarının əlində cəmləşir. Onlar iştirak sistemi vasitəsilə səhm nəzarət paketi 20-30%, bəzən isə 5-10% olduqda belə, səhmdarlar cəmiyyətində tam ixtiyar sahibi olurlar.
kapitalının satılmasının əsası kimi baxılan səhmlərin dəyərini və gəlirlərin bölüşdürülməsində iştirak hüququnu göstərir. Səhmlərin satılması və
gəlirlərin bölüşdürülməsində iştirak hüququ balans dəyəri üzrə deyil, satıcı tərəfindən qəbul edilmiş mülkiyyətin ötürülməsi (verilməsi) ilə bağlı xərclər çıxılmaqla, faktiki qiymətlər üzrə qiymətləndirilir. SƏHMLƏRĐN VƏ KAPĐTALDA ĐŞTĐRAK PAYININ SATILMASI - hesabat dövründə vahidin əsas kapital kimi malik olduğu 576
və satılmış səhmlərdə səhmlərinin və kapitalda iştirak payının dəyərini özündə birləşdirir. Səhmlərin və kapitalda iştirak payının satılması balans dəyəri ilə deyil, mülkiyyət hüququnun verilməsi ilə bağlı istənilən xərclər çıxıldıqdan sonra satıcının faktiki alınmış qiyməti üzrə qiymətləndirilməlidir.
RAK PAYLARININ ALINMASI – bura hesabat vahidinin malik olduğu və hesabat dövrü ərzində alınmış səhmlərin və kapitalda iştirak paylarının həcmi daxildir. Səhmlərin və kapitalda iştirak paylarının alınması alıcının qiymətləri ilə qiymətləndirilməlidir.
maraqlarına müxtəlif əməliyyatları həyata keçirən hüquqi vahiddir.
- əhalinin istehlak etdiyi müxtəlif maddi nemətlərin (qida məhsulları, paltar, mədəni və məişət, mənzil və s. əşyaları) və mədəni-məişət təyinatlı xidmətlərin normatividir. Əhalinin müxtəlif sosial-demoqrafik qrupları üçün hazırlanır. Dövlətin sosial-iqtisadi inkişaf perspektivlərinin müəyyən edilməsi üçün istifadə edilir. SƏNAYE (SƏNAYE FƏALĐYYƏTĐ) – 1) təbiətdə olan və süni surətdə təkrar istehsal olunmayan maddi nemətlərin hasil edildiyi, bu nemətlərin, həmçinin kənd və meşə təsərrüfatı məhsullarının emalının həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsidir. Dünya təcrübəsində sənayenin əhatə dairəsi kimi mədənçıxarma, emal, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, çirkli suların və tullantıların təmizlənməsi fəaliyyəti növləri göstərilir;
olunmayan təbii maddi nemətlərin (faydalı qazıntıların) hasilatı, sənaye, kənd təsərrüfatı və digər bərpa olunan bitki və heyvan xammallarının emalı üzrə təşkil olunmuş müəssisələrin və insanların fərdi əmək fəaliyyətidir. Statistika təcrübəsində müstəqil sənaye
müəssisələri çərçivəsində sənaye fəaliyyəti (əsas) və qeyri-sənaye müəssisələri və təşkilatlarının təşkilati cəhətdən ayrılmış bölmələrində olan sənaye fəaliyyəti fərqləndirilir. SƏNAYE XARAKTERLĐ ĐŞ – sənaye məhsulu hesab edilən sənaye-istehsal xidmətidir. Sənayedə əvvəllər istehsal olunmuş məhsulun (sənaye məmulatlarının bərpa və ya təmir edilməsi) itirilmiş (tamamilə və ya qismən) istehlak dəyərinin bərpa edilməsi üzrə və ya əvvəllər yaradılmış istehlak dəyərinin yaxşılaşdırılması (digər sənaye müəssisələrinin istehsal etdikləri məmulatların tam hazır olana qədər
emalı və
başa çatdırılması üzrə əməliyyatlar: rəngləmə, cilalama, çəkib-bükmə və s.) üzrə işləri özündə birləşdirir. Bu işlərin həyata keçirilməsi ilə bağlı məhsulların dəyəri sənaye xarakterli işlərin dəyərinə daxil edilmir.
dövrdə istehsal olunmuş maddi nemətlərin kütləsinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir. Sənaye istehsalının fərdi və ümumi fiziki həcm
indeksi fərqləndirilir: sənaye istehsalının fərdi fiziki həcm indeksi bir məhsulun istehsal həcminin dəyişməsini əks etdirir və məhsulun cari və baza dövrlərindəki həcmlərinin nisbəti kimi hesablanır. Sənaye istehsalının ümumi fiziki həcm indeksi isə bir neçə növ məhsulu özündə birləşdirən maddi nemətlərin kütlələrinin müqayisəli dəyişməsini xarakterizə edir. Qiymət dinamikasının təsiri istisna olmaqla, bu indeks yalnız onun fiziki həcminin dəyişməsi nəticəsində bütün məhsulun həcminin nə qədər artdığını göstərir. Sənaye istehsalının fiziki həcm indeksi aşağıdakı düsturla hesablanır:
∑ ∑ = 0 0 0 1
q p q I
burada q 1 və q
0 – müvafiq olaraq cari və baza dövründə istehsal olunmuş məhsulun natural ifadəsi; p 0 – müqayisə olunan dövrlərdə məhsulun qiymətləndirilməsi aparılan müqayisəli qiymətlərdir. SƏNAYE ĐSTEHSALININ ĐQTĐSADĐ SƏMƏRƏLĐLĐYĐ
– ayrı-ayrı ehtiyat
növlərindən istifadə olunmasının səmərəliliyinin xüsusi göstəriciləri və bir neçə ehtiyat növlərinin istifadə səmərəliliyinin ümumi göstəriciləri daxil olan göstəricilər sistemi ilə xarakterizə edilir. Sənaye
istehsalının iqtisadi səmərəliliyinin göstəriciləri istehsalın səmərəsinin (nəticələrinin) bu səmərənin əldə edilməsi ilə əlaqədar avans verilmiş ehtiyatlar və ya cari məsrəflər ilə müqayisəsi əsasında hesablanır. Səmərəlilik göstəriciləri buraxılan məhsul və ya gəlirdir (balansdan və ya sənaye məhsulunun satışından olan gəlir). Maddiləşmiş əməyin avans verilmiş ehtiyatlar ölçüsünün göstəriciləri, pul ifadəsində əsas, dövriyyə və ya bütün istehsal fondlarıdır. Ayrı-ayrı ehtiyat növlərinin cari
577
məsrəf göstəriciləri - canlı əmək (vahid iş vaxtı və ya işçilərin sayı), əmək vasitələrinin (əsas istehsal fondlarının aşılanması) və əmək əşyalarının (pul ifadəsində xammal, materiallar, yanacaqlar və enerji) məsrəfləridir. Avans verilmiş ehtiyatların istifadə səmərəliliyini vahid ehtiyatların səmərəlilik göstəricisi xarakterizə edir: fond səmərəliliyi, dövriyyə vəsaitlərinin dövr etmə
əmsalı, istehsal fondlarının gəlirliliyi və s. Ayrı-ayrı ehtiyat növlərinin məsrəfinin səmərəliliyinin xüsusi göstəriciləri - canlı əmək məhsuldarlığı və ya məhsulun əmək tutumu, material tutumu və ya material səmərəliliyi, alınan səmərənin pul vahidinə düşən amortizasiya ölçüsüdür (amortizasiya tutumu). Cari
məsrəflər səmərəliliyin ümumiləşdirici göstəriciləri - səmərə vahidinin məsrəf
tutumu və
ya məsrəf səmərəliliyidir. Cari məsrəflərin avans verilmiş ehtiyatların ölçüləri ilə ölçülməsinin vacibliyi zamanı, istehsalın cari xərclərinin daxil olduğu çəkilmiş məsrəflər və bir dövrə çəkilmiş (kapital qoyuluşları səmərəliliyinin normativ əmsalının köməyi ilə) mövcud əsas və dövriyyə istehsal fondlarının ölçüləri istifadə olunur. Toplu hesablamalarda, sahələrarası balansların tam əmək məsrəfləri matrisinin məlumatları əsasında əmək vahidində maddiləşmiş əməyə avans verilmiş ehtiyatların ifadəsi də mümkündür.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling