Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet152/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   148   149   150   151   152   153   154   155   ...   183

 

SORĞU

  –  statistika  müşahidəsi  prosesində 

toplanılan 

məlumatların 

əldə 


edilməsi 

üsullarından  biridir.  Sorğu  zamanı  hər  bir 



müşahidə  vahidi  haqqında  məlumat  sorğu 

olunanların  sözlərinə  əsasən  yazılır.  Sorğu 

əsasında  əhalinin  siyahıyaalma  və  müayinə 

blankları doldurulur. 



 

SORĞU 

METODU

 

– 



Əhalinin 

siyahıyaalınması (müayinəsi) metodları”na bax.  

 

SOSĐAL  XARAKTERLĐ  ÖDƏMƏLƏR

 –  

müəssisə  (təşkilat,  idarə)  tərəfindən  işçilərə 

verilən,  o  cümlədən  müalicə,  istirahət,  gediş 

haqqı,  işə  düzəlmək  üçün  kompensasiyalar  və 

sosial  güzəştlərdir.  Sosial  xarakterli  ödəmələrə 

könüllü  tibbi  sığorta,  həmçinin  işçilərin  xeyrinə 

şəxsi  və  əmək  sığortasına  dair  bağlanmış 

müqavilələr  üzrə  müəssisələr  tərəfindən  ödənilən 

sığorta  (pensiya  və  səhiyyədən  başqa)  haqqı, tibb 

müəssisələri 

xidmətlərinin 

ödənilməsi 

üzrə 

xərclər,  işçilərin  və  onların  ailə  üzvlərinin 



istirahət,  müalicə,  ekskursiya  və  səyahətləri  üçün 

verilən  göndərişlərin    (putyovkaların)  ödənişi, 

məktəbəqədər    müəssisələrdə  uşaqların  saxlanma 

xərcləri  həcmində  valideynlərə  verilən  yardım, 

müəssisələrin  ləğvi,  işçilərin  sayının  ixtisara 

düşməsi  və  s.  ilə  əlaqədar  onlara  verilən  maddi 

yardım  və  işə  düzəlmə  məbləği  daxildir  (əgər  iş 

yerində olan sosial müavinətlərə aid edilirsə). 

 

SOSĐAL  ƏDALƏT  VƏ  MƏNƏVĐYYAT 

əksər 


cəmiyyətlərdə 

və 


ictimai 

dəyərlər 

sistemində 

insan 


bədbəxtliyinin 

hüdudları 

haqqında fundamental xarakter daşıyan anlayışdır. 

XVIII əsrdə bu anlayış Adam Smit tərəfindən belə 

ifadə  olunmuşdur:  “Şübhəsiz,    heç  bir  cəmiyyət, 

əgər  onun  üzvlərinin  əksər  hissəsi  yoxsul  və 

bədbəxtdirsə, çiçəklənə və xoşbəxt ola  bilməz”. 

 

SOSĐAL  XĐDMƏTLƏR

  –  uşaqlara,  əlillərə, 

qocalara və özünə xidmət imkanları məhdud olan 

şəxslərin  xüsusi  kateqoriyalarına  sosial  köməyin 

göstərilməsi 

üzrə 

xidmətlərdir. 



Beynəlxalq 

standartlara  uyğun  olaraq,  sosial  xidmətin 

apardığı  sosial  iş  dedikdə,  fərdlərə,  ailələrə, 

insanlar  qrupuna  çətinlikləri  aşkar  etmədə  və 

onları  yardım,  müdafiə,  reabilitasiya  vasitəsi  ilə 

aradan  götürməyə  kömək  edən  peşə  fəaliyyəti 

başa  düşülür.  Sosial  xidmətin  əsas  kontingenti 

uşaqlar, 

yeniyetmələr, 

yetkinlik 

yaşına 

çatmayanlar;  həbsdə  olanlar  və  cinayətkarlar; 



xəstələr,  qocalar  və  əlillər;  sosial  güzəştlərdən 

istifadə  edən  ailələr  və  sairdir.  Sosial  xidmətə, 

xüsusən  hamilik  işinə  namizədlər  seçilərkən 

psixoloji  peşəyə  yararlılıq  meyarı  (özünü  yaxşı 

tənzimləmə,  şəxsi  intizam,  qayğıkeşlik  və  s.) 

işləyir.  Bu  onunla  bağlıdır  ki,  sosial  xidmətin 

çoxprofilli  komandaları  doğum  evlərində,  əsəb 


 

592 


xəstəxanalarında  və  digər  tibb  idarələrində  fiziki 

çatışmazlıqları  olan  insanlarla;  məhkəmələrdə, 

penitensiar  müəssisələrində  işləyirlər.  Sosial 

xidmət  dövlət,  yerli  hakimiyyət  orqanları, 

xeyriyyə cəmiyyətləri tərəfindən, həmçinin xüsusi 

layihələr  (kommunal  proqramlar,  xüsusi  inkişaf 

fondları  və  s.)  vasitəsi  ilə  maliyyələşir.  Bu, 

yaşayışı 

təmin 

etməklə 


(yetimlər 

üçün 


sığınacaqlar, 

uşaqlar 


üçün 

internatlar 

və 

yataqxanalar,  həddi-buluğa  çatmamış  qanun 



pozucuları  üçün  islahedici  evlər,  ahıllar  üçün, 

həmçinin  fiziki  və  əqli  çatışmazlıqlı  şəxslər  üçün 

evlər)  və  ya  təmin  etməməklə  (məsləhətlər, 

qəyyumluq,  qaçqınlara  kömək,  işə  düzəltmə, 

kömək  haqqında  xahişin  ödənilməsi,  evdə  və  ya 

digər  yerlərdə  ayrı-ayrı  şəxslərə  və  ailələrə 

göstərilən oxşar xidmətlər) göstərilir. 

 

SOSĐAL 



ĐNDĐKATORLAR

 

– 



əhalinin 

demoqrafik  inkişafı,  həyat  səviyyəsi  və  sosial-

iqtisadi  tərəqqinin  standartlarını  əks  etdirən 

statistik  göstəricilər  dəstidir.  Sosial  indikatorlar 

sosial-demoqrafik  statistikada,  əhalinin  sosial 

rifahı  sahəsində  (sosial  tənzimləyicilər,  yaxud 

normativlər)  istifadə  olunur.  Cəmiyyətin  inkişaf 

səviyyəsini  ilkin  qiymətləndirmək  üçün  Qərbi 

Avropa  ölkələrinin  metodikasında  körpə  ölümü 

səviyyəsi,  bir  həkimə  düşən  sakinlərin  sayı, 

intihar, 

yol-nəqliyyat 

hadisələrində 

ölüm 


hallarının  səviyyəsi,  ali  məktəblərdə  tələbələrin 

sayı  və  s.  bu  kimi  sosial  indikatorlar  var.  BMT-

nin  tövsiyələrində  geniş,  müxtəlif  istifadə  üçün 

indikatorlar 

qurulduğu 

zaman 


maksimum 

elastiklik yaradan statistik cədvəllər var. BMT-nin 

sosial  indikatorlar  təsnifatı  xüsusi  nəşrdə  “Hand 

Book  on  Social  Indicatore”  verilir  və  11  böyük 

bölmədən  ibarətdir:  əhali,  insan  məskənləri,  ev 

təsərrüfatları  və  ailələr,  təhsil  sahəsi,  sosial 

təhlükəsizlik, sağlamlıq və səhiyyə sahəsi, ictimai 

qayda-qanun  və  təhlükəsizlik,  vaxtdan  istifadə, 

iqtisadi  təsnifləşdirmə.  Hər  bölməyə  əhalinin  4 

qrupuna 


aid 

baxılır: 

qadınlara, 

qocalara, 

cavanlara,  əmək  qabiliyyəti  olmayanlara.  Sosial 

indikatorlar  mütləq  və  nisbi  (faiz)  göstəricilər, 

məcmuların 

statistik 

bölgüsü, 

əhalidə 


uyğunluqlar, 

onun 


dinamikası, 

demoqrafik 

əmsallar,  məcmuların  illik  dəyişmə  templəri  kimi 

təsvir olunur. 

 

SOSĐAL  ĐNFRASTRUKTURUN  ĐQTĐSA-

DĐYYATI

  -  assosiasiyalar,  qarşılıqlı  sığorta 

cəmiyyətləri,  kooperativ  təşkilatlar  və  ya  öz 

üzvləri  ilə  münasibətləri  və  xüsusilə  həmrəylik 

məqsədlərini  qarşısına  qoyan  digər  hüquqi 

təşkilatlar  tərəfindən  yaradılan  və  istismar  edilən 

müəssisələr  kompleksidir.  Sosial  infrastruktur 

müəssisələri  öz  fəaliyyətlərini  bazar  çərçivəsində 

həyata  keçirirlər,  lakin  digər  iş,  idarəetmə  və 

gəlirlərin  bölüşdürülməsi  prinsiplərindən  istifadə 

edirlər. 

 

SOSĐAL MĐNĐMUM

 – sosial cəhətdən məqbul 

səviyyədə  ailələrin,  yaxud  tənha  şəxslərin  tipik 

tələbatlarının  ödənilməsinə  yönəldilmiş  istehlak 

dəstidir;  yaşayış  minimumundan  sosial-mədəni 

təyinatlı  əmtəə  və  xidmətlərin  daha  geniş  çeşidi, 

əhalinin  cins,  yaş,  əmək  fəallığı  və  s.  üzrə 

nümunəvi  strukturunun  uçotu  ilə  fərqlənir.  Sosial 



siyasət  sahəsində  mütəxəssislərin  çoxu  sosial 

minimuma  yalnız  informasiya-analitik  kateqoriya 

kimi baxır. 

Sosial  minimum  hesablamaları  1960-cı  illərin 

əvvəlində  Şərqi  və  Mərkəzi  Avropa  ölkələrində 

aparılmışdır.  Đnkişaf  etmiş  ölkələrdə  “sosial 

minimum”  termini  yoxdur,  əhalinin  yoxsulluq 

problemləri  üzrə  geniş  nəşrlərdə  bu  terminə  ən 

yaxını  “həyatın  minimum  standartı“  anlayışıdır. 

Bu  anlayış,  məsələn,  fransız  ədəbiyyatında 

müəyyən 

sosial 


kateqoriyasının 

istehlak 

vərdişlərinə  cavab  verən  nemətlərin  kəmiyyət  və 

keyfiyyət  dəsti  kimi  başa  düşülür.  Buna  orta 

qazanc  səviyyəsində  olan  ailələrin  aşağı,  son 

yaşayış  həddi  kimi  baxıla  bilər.  Bu  həddən  sonra 

onlar  aztəminatlı  dərəcəsinə  düşür.  Đngilis  dilli 

ədəbiyyatda 

“sosial 

minimum” 

anlayışına 

moderato  (orta)  kimi  ifadə  olunan  dəst  yaxındır. 

BMT 

nəşrlərində 



sosial 

minimum 


həyat 

səviyyəsinə bərabər qəbul olunur. 

 

SOSĐAL  MOBĐLLĐLĐK

  –  sosiologiyada, 

demoqrafiyada  və  iqtisad  elmlərində  fərdlərin  bir 

sosial 


qrup 

və 


təbəqələrdən, 

sosial-peşə 

qruplarından 

digərlərinə 

keçidin, 

onların 


cəmiyyətin  sosial  strukturunda  tutduğu  yerin 

dəyişməsinin  ifadəsidir  (“sosial  yerdəyişmə”  və 

“sosial  hərəkətlilik”  terminləri  də  tətbiq  olunur). 

Sosial  mobillilik  anlayışı  1927-ci  ildə  P.Sorokin 

tərəfindən  “fərdin,  yaxud  sosial  obyektin,  yəni 

insan fəaliyyəti ilə yaradılmış  və  ya  modifikasiya 

edilmiş  hamısının  bir  sosial  mövqedən  digərinə” 

istənilən  keçidi  xarakterizə  etmək  üçün  tətbiq 

edilmişdi. 

Sosial  mobillilik  həm  fərdin  sosial  strukturunun 

dəyişməsi,  həm  də  şəxsi  fəallığının  ümumi 

meylləri  ilə  bağlıdır.  Şaquli  sosial  mobillilik  – 

sosial  mövqelər  sistemində  “yuxarı”,  yaxud 

“aşağı” hərəkət və üfüqi sosial mobillilik – fərdin 

eyni  bir  sosial  səviyyədə  hərəkət  etməsidir  və  bu 

fərqləndirilir.  Onun  həmçinin  baş  və  ikinci 

dərəcəli,  tipik  və  təsadüfi,  kütləvi  və  tək-tək 

istiqamətləri  və  kanalları  ayrılır.  Sosial  mobillilik 

sosial mövqelərin bir nəsil, iki (atalar və uşaqlar), 

üç  (babalar,  atalar  və  uşaqlar)  nəsil  çərçivəsində 

dəyişiklikləri əks etdirir. 


 

593


SOSĐAL  MÜAVĐNƏT

  -  ev  təsərrüfatları 

tərəfindən alınan və müəyyən hadisə və ya şəraitlə 

bağlı  baş  verən  ehtiyacların  təmin  olunması  üçün 

nəzərdə  tutulmuş  cari  transferlərdir.  Məsələn, 

xəstəlik, işsizlik, təqaüdə çıxma,  mənzil problemi 

və  ya  ailə  vəziyyəti  ilə  əlaqədar  meydana  çıxan 

ehtiyacların  ödənilməsi  üçün  müəyyən  edilmiş 

cari  transferlər.  Đki  növ  sosial  müavinət  növü 

vardır:  sosial  sığorta  üzrə  müavinət  və  sosial 

kömək üzrə müavinət. 

 

SOSĐAL ÖDƏNĐŞLƏR VƏ ĐMTĐYAZLAR

 

–  müəyyən  əhali  qruplarına  maliyyə,  natura 



şəkilində  və  digər  formada  yardım  növləri 

sistemidir;  dövlət,  qeyri-dövlət  müəssisələri, 

ictimai  və  dini  təşkilatlar  tərəfindən  göstərilir. 

Əsas növlərinə pensiyalar, qoca və ahıllara sanitar 

yardımlar, ailə müavinətləri, əlilliyə, hamiləlik və 

doğuşa, 


istehsalat 

travmatizmi 

və 

peşə 


xəstəliklərinə  görə  müavinətlər  aiddir.  Sosial 

ödənişlər  və  imtiyazların  minimum  normaları 

xüsusi Beynəlxalq Konvensiyada, həmçinin BƏT-

in tövsiyələrində nəzərə tutulmuşdur, onların əsas 

ilkin  bloku  1933-cü  ildə  qəbul  edilmiş,  sonralar 

isə modifikasiya olunmuşdur. Dünya praktikasına 

iki  və  çoxtərəfli  sazişlər  daxil  edilmişdir  ki, 

onlarda da məqsəd, əhalinin miqrasiyasından asılı 

olmayaraq, 

sosial-əmək 

güzəştlərinin 

saxlanılmasıdır. Đnkişaf etmiş ölkələr üçün bir sıra 

sosial  müavinətlərin  vahid  aşağı  hədləri  və  ölçü 

meyarları müəyyən edilmişdir. 

Dünya əhalisinin qocalması ona gətirib çıxarır ki, 

1970-ci  illərin  ortalarından  sosial  ödənişlər  və 

imtiyazlarda əsas diqqət ahıllara və əlillərə yardım 

göstərilməsinə yönəldilir. 

 

SOSĐAL  SIĞORTA

  –  ölkədə  işləyənlərin 

maddi  təminatına  və  sosial  xidmətinə  təminat 

verən  dövlət  sosial  təminat  sisteminin  əsas 

elementlərindən 

biridir. 

Qanunla 

müəyyən 


olunmuş dövlət sosial sığorta haqları müəssisələr, 

idarələr,  təşkilatlar,  fərdi  sahibkarlıqla  məşğul 

olan  fiziki  şəxslər  tərəfindən,  həmçinin  işçilərin 

öz  qazancından  ödənilir.  Đşəgötürən  tərəfindən 

dövlət  sosial  sığorta  haqlarının  ödənilməsi  işçini 

dövlət  sosial  sığorta  vəsaitləri  hesabına  təminat 

hüququndan məhrum etmir. 

Đşçilər, müvafiq hallarda isə onların ailələri sosial 

sığorta  vəsaitləri  hesabına  əmək  qabiliyyətinin 

müvəqqəti itirilməsi üzrə müavinətlə, qadınlar isə 

bundan  əlavə  hamiləlik  və  doğumla  əlaqədar, 

uşağa  qulluqla  bağlı,  uşağın  doğulması  ilə 

əlaqədar  verilən  müavinətlərlə;  qocalığa,  əlilliyə, 

ailə başçısının itirilməsinə görə pensiyalarla təmin 

olunur.  Đşçi,  yaxud  onun  ailə  üzvü  vəfat  etdiyi 

halda,  dövlət  sosial  sığorta  vəsaitləri  hesabına 

onların  ailəsinə  müavinət  verilir.  Dövlət  sosial 

sığorta  vəsaitlərindən  müəyyən  olunmuş  qaydada 

sığorta 

olunmuşların 

sanatoriya-kurort 

müalicəsinə,  istirahətinə,  uşaqları  üçün  sağlamlıq 

düşərgələrinin  saxlanmasına  çəkilən  xərclərin 

ödənilməsinə istifadə olunur. 

 

SOSĐAL  SIĞORTA  PROQRAMLARI

  – 

bu, cari və ya gələcək illərdə muzdlu işçilərə və ya 

digər ödəyicilərə, onların himayəsində olanlara və 

yaxud sağ qalmış ailə üzvlərinə sosial sığorta üzrə 

müavinətlərə  hüququ  təmin  etməkdən  ötrü, 

əsasında  muzdlu  işçilər  tərəfindən  və  ya 

işverənlərin  öz  muzdlu  işçiləri  adından  sosial 

sığortaya 

ayırmaların 

ödənilməsinə 

dair 

proqramlardır.  Onlar  xüsusi  qaydada  dövlət 



təşkilatları  tərəfindən  təşkil  edilə  bilər.  Sosial 

sığorta  üzrə  müavinətlər  pul  və  ya  natura 

formasında verilə bilər.   

 

SOSĐAL  SIĞORTALAR  ÜZRƏ  MÜAVĐ-



NƏTLƏR

  –  sosial  sığortalar  üzrə  müavinətlər 

kimi  təsnifləşdirilməsi  üçün,  transferlər  sosial 

sığorta  proqramlarının  təşkilinə  uyğun  olaraq 

verilməlidir.  Sosial  sığortalar  üzrə  müavinətlər 

sosial  təminatın  ümumi  proqramlarına,  sosial 

sığortanın xüsusi fondlarının proqramlarına və ya 

sığorta təşkilatları və pensiya fondları formasında 

üçüncü tərəf cəlb edilmədən hazırkı və ya keçmiş 

muzdlu  işçilərin  xeyrinə  işverən  tərəfindən  təşkil 

olunan,  fondlarla  əlaqədar  olmayan  proqramlara 

görə verilə bilər. 

 

SOSĐAL  SIĞORTAYA  AYIRMALAR



 – 1) 

əmək  qabiliyyətini  itirmiş  işçilərin  saxlanması 

üçün  nəzərdə  tutulmuş  fondlara  (pensiya,  sosial 

sığorta,  tibbi  sığorta)  ayırmaların  məcmusudur. 

Đşə  götürənlər,  muzdlu  işçilər,  muzdla  işləyən 

şəxslər,  muzdsuz  işləyən  şəxslər  və  məşğul 

olmayan  şəxslər  tərəfindən  həyata  keçirilən 

ödəmələrdir;  2)  sosial  sığorta  üzrə  müavinət 

ödənişlərinin  vəsait  təminatı  üçün  sosial  sığorta 

proqramları  üzrə  faktiki  və  ya  şərti  hesablanmış 

ödənişlərdir. 

 

SOSĐAL  SIĞORTAYA  XƏRCLƏR 



–  öz 

işçilərinin  sosial  müavinət  hüquqlarını  təmin 

etmək  üçün  işverənlər  tərəfindən  sosial  sığortaya 

ödənilən vəsaitin məbləğidir. 

Đşverənlərin  sosial  sığortaya  xərcləri  –  işçilərinə 

yaşına görə pensiya, xəstəlik, hamiləlik və doğuş, 

əlillik,  istehsalda  zədələnmə  və  xəstəliklə  bağlı 

işsizliyinə görə müavinəti, ailə müavinətini təmin 

etmək  üçün  proqram  üzrə,  həmçinin  digər 

proqramlar 

üzrə 

onların 


sosial 

sığortasına 

ödəmələri (üzvlük haqlarını) birləşdirir. 


 

594 


Bu  xərclərə  bütün  muzdlu  işçilərin,  o  cümlədən 

evdə iş görənlərin və şagirdlərin  xərcləri də daxil 

edilir. 

Onların  qanunla  müəyyənləşdirilməsi,  kollektiv 

müqavilələrlə,  sazişlər  və ya  könüllülük  xarakteri 

daşıması    hesab  olunmasından  asılı  olmayaraq, 

bütün  proqramlar  üzrə  xərclər  daxil  edilir. 

Đşverənin xəstəlik, istehsalat zədələri, hamiləlik və 

ya  iş  vaxtının  ixtisara  salınması  hallarında  əmək 

haqqı  ödənilməsini  davam  etdirdiyi  fəhlə  və 

qulluqçulara  müəssisələrdə  qəbul  edilmiş  uçot 

sistemlərindən  asılı  olaraq,  bu  göstəricidə  və  ya 

ümumi əmək haqqında nəzərə alına bilər. 

Đqtisadiyyatda  sosial  sığorta  xərclərini  aşağıdakı 

kimi bölmək olar: 

Đşverənlərin  sosial  sığortaya  faktiki  ödəmələri,  iş 

verənlərin  öz  işçilərinin  xeyrinə  sığortaçılara 

(sosial  sığorta  fondlarına  və  qeyri-dövlət  və 

xüsusi  fondlara)  ödəmələrdən  ibarətdir.  Bu 

ödəmələr  qanunvericiliklə  müəyyən  edilmiş, 

müqavilə  və  ya  sazişlərlə  şərtləndirilmiş  sosial 

risklərin  və  ehtiyacların  sığortalanması  üzrə 

könüllü ödəmələri (üzvlük haqlarını) əhatə edir. 

Đşverənlərin  sosial  sığortaya  şərti  hesablanmış 

ödəmələri  (üzvlük  haqları)  özündə  məcburi  və 

könüllü  üzvlük  haqlarının  ekvivalentini  (işçilərin 

özlərinin sosial sığortaya mümkün üzvlük haqları 

istisna  olmaqla)  əks  etdirir  və  iş  verən  tərəfindən 

öz  işçilərinə  və  ya  keçmiş  işçilərinə,  yaxud  da 

onları  almağa  hüququ  olan  digər  şəxslərə  sığorta 

şirkətlərinin  və  ya  muxtar  pensiya  fondlarının  

iştirakı  olmadan  və  bu  məqsəd  üçün  xüsusi  fond 

və ya ayrıca ehtiyat yaratmadan, bir başa ödənilir. 

 

məcburi



könüllü 


    müəssisələr        

    statistikası 

faktiki 

şərti 


hesablanmış 

milli hesablar 

 

birbaşa 


yığıla bilər 

hesablamalar 

üzrə 

cəmlənmiş 



 

Sosial  sığortaya  könüllü  ödəmələr  (üzvlük 

haqları)  də,  həmçinin  işverənlər  üçün  xərclər 

hesab edilir. 



 

SOSĐAL  SIĞORTAYA  KÖNÜLLÜ  ÖDƏ-

MƏLƏR  VƏ  ĐŞÇĐ  QÜVVƏSĐNƏ  DĐGƏR 

XƏRCLƏR

  –  məcburi  proqramlardan  əlavə, 

sosial  xeyriyyə  yardımlarının  dəyəridir.  Bu, 

bilavasitə  özünün  hazırkı  və  keçmiş  işçilərinə  və 

yaxud  istehsal  zədəsi  və  ya  ailədə  ağır  itki  və  s. 

hallarda  birdəfəlik  pul  ödənişi  kimi  ödəmələrə 

hüququ olan şəxslərə verilən yardımdır. 

 

SOSĐAL  STATĐSTĐKA

  –  sosial  prosesləri  və 

hadisələri  öyrənən  və  təsvir  edən  statistika 

sahəsidir.  Sosial  statistikanın  əsas  məqsədi  sosial 

siyasətin  həyata  keçirilməsi  və  effektivliyinə 

nəzarət  etmək,  iqtisadi  inkişafın  nəticələrini 

əhalinin  rifah  halı,  həyat  səviyyəsinin  ölçülməsi 

nöqteyi-nəzərdən  qiymətləndirmək  üçün  statistik 

göstəricilərin  işlənib  hazırlanması  və  onlardan 

istifadədir (“Sosial indikatorlar”a bax). 

Sosial 

statistika 



sahəsində 

hər 


il 

Böyük 


Britaniyada 

buraxılan 

“Sosial 

Trends” 


ən 

qocaman  dövri  nəşr  hesab  olunur,  orada  analitik, 

diskussiya 

materialları, 

məqalələr, 

statistik 

cədvəllər  verilir.  BMT  çərçivəsində  sosial, 

demoqrafik 

və 

statistikanın 



başqa 

qonşu 


sahələrinin  inteqrasiyası  üçün  əsaslar  işlənib 

hazırlanmışdır,  sosial  statistikanın  universal 

göstəricilər  sistemi  işlənmişdir  (Social  indicators: 

guidelines  and  illustrative  series,  N.Y.,1978); 

xüsusi 

beynəlxalq 



proqramlarla 

(“Qadının 

onilliyi”,  “Əlillərin  onilliyi”,  “2000-ci  ilə  hamı 

üçün 


sağlamlıq” 

və 


s.) 

əlaqədar 

sosial 

göstəricilərin 



tərtib 

olunması 

üzrə 

daima 


metodoloji  iş  aparılır.  ĐƏĐT  ölkələri  üzrə  birinci 

göstəricilər  toplusu  1986-cı  ildə  nəşr  olunmuşdur 

(Living  conditions  in  OECD  countries:  a 

compendium  of  social  indicators,  P.,  1986).  Bir 

sıra  tematik  (mövzu)  məcmuələr  UNĐSEF-lə 

birlikdə dərc olunur.  

 

SOSĐAL TƏMĐNAT 

 1) öz təşkilati strukturu 

vasitəsilə  işçi  və  qulluqçuları,  bəzən  isə  öz  şəxsi 

işləri  ilə  məşğul  olan  şəxsləri  sosial  müdafiə 

mexanizmləri  ilə  idarə  edir.  Qismən  müəssisələr 

tərəfindən  qoyulan  əmanətlərlə  maliyyələşdirilən 

sosial təminat orqanları statistiklər üçün tükənməz 

məlumat 

mənbəyi 


olan 

inzibati 

registrin 

aparılması və idarə edilməsini həyata keçirirlər; 2) 

vətəndaşların  qocalıq  dövründə,  müvəqqəti  əmək 

qabiliyyətini  itirmə  dövrlərində,  ailə  başçısı 

itirildikdə 

maddi 


təminatına; 

ana 


olmuş 

qadınların,  orta  gəlirdən  nisbətən  aşağı  gəlirləri 

olan  ailələrin  və  digərlərinin  müavinətlə  təmin 

edilməsi  və  güzəştlər  verilməsinə  zəmanət  verən 

sosial-iqtisadi 

tədbirləri 

qanunvericiliklə 

möhkəmləndirilmiş  sistemdir.  Sosial  təminat 

dövlət 

idarələri, 



yaxud 

qanunverici 

orqan 

qarşısında  məsul  olan  hökumət  orqanı  tərəfindən 



idarə olunur. Sosial təminat sistemi eyni zamanda 

xəstəxanalarda, 

ambulatoriya-poliklinika 

müəssisələrində;  sanatoriya-kurort  müalicələrində 

pulsuz, ya da güzəştli tibbi yardım və müayinəyə; 

qocalar  və  əlillərin  internat-evlərində,  uşaqların 

məktəbəqədər 

müəssisələrində, 

sağlamlıq 

düşərgələrində saxlanmasına zəmanət verir. Sosial 

təminatın əsas növü qocalıq, əlillik, ailə başçısının 

itirilməsi hallarına və s. görə pensiya hesab edilir. 



 

595


Sosial  təminat  sahəsində  beynəlxalq  hüquq 

sisteminin  əsas  məzmunu  BƏT-in  tövsiyələrində 

verilmişdir.  Sosial  təminatın  minimum  normaları 

xüsusi beynəlxalq konvensiya ilə, həmçinin BƏT-

in  digər  konvensiya  və  tövsiyələrində  nəzərdə 

tutulmuşdur,  onların  əsas  ilkin  bloku  1933  ildə 

qəbul 

edilmiş, 



sonralar 

isə 


modifikasiya 

olunmuşdur.  Đnkişaf  etmiş  ölkələr  üçün  əlilliyə, 

qocalığa, 

ailə 


başçısının 

itirildiyinə 

görə 

müavinətlərin  vahid  aşağı  (minimum)  həddi 



müəyyən  edilmişdir;  həmçinin  bu  müavinətlərin 

yuxarı (maksimum) hədləri də mövcuddur. 

Sosial təminatın vacib istiqamətlərindən biri sosial 

sığortadır: 

xəstəliyə, 

əlilliyə, 

ölümə 

görə 


sığortalanma;  istehsalda  bədbəxt  hadisələrdən; 

pensiya  sığortası;  əlavə  pensiya  və  s.  Sosial 

təminat  fondları  adətən  sosial  xərclərin 

3

1



 

həcmini təşkil edir. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   148   149   150   151   152   153   154   155   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling