Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet160/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   156   157   158   159   160   161   162   163   ...   183

TACĐR

  –  müntəzəm  olaraq  ticarət  əməliyyatları 

həyata  keçirən  istənilən  fiziki  və  ya  hüquqi 

şəxsdir.  O,  ticarət  bölməsində,  istehsal  və  ya 

xidmət sahələrində fəaliyyət göstərir.  

 

TAM  AMORTĐZASĐYA  OLUNMAMIŞ 

DƏYƏR

  –  müəyyən  ildə  köhnəlmə  və  aşınma 

nəticəsində sıradan çıxmış əsas fondların tam ilkin 

dəyərinin  əvəzi  ödənilməyən  aşınma  hissəsidir. 

Belə  əsas  fondlar  qalıq  dəyəri  ilə,  yəni  aşınma 

çıxılmaqla  ilkin  dəyər  üzrə  (həm  balans  dəyəri 

üzrə,  həm  də  orta  illik  qiymətlə)  qiymətləndirilir. 

Əgər  köhnəlmə  və  aşınma  nəticəsində  sıradan 

çıxmış  əsas  fondların  qalıq  dəyərinə  onların  ləğv 

edilməsi  ilə  bağlı  xərcləri  əlavə  edib  və  ləğv 

edilməsindən alınan material qiymətlilərini çıxsaq, 

tam  amortizasiya  olunmamış  dəyərin  miqdarını 

alarıq. 


 

TAM  FOND  TUTUMLARI  ƏMSALLARI

 

–  bu  sahənin  istehsalında  yalnız  birbaşa  deyil, 

həm  də  bu  sahənin  məhsulunun  (xidmətinin) 

istehsalı  ilə  əlaqədar  dolayısı  ilə  digər  sahələrdə 

iştirak  edən  əsas  fondların  həcmini  xarakterizə 

edən göstəricilərdir. Aşağıdakı düstur üzrə (matris 

qeydi üzrə) hesablanır: D

t.f

 = K


b.f

 .(E-A)


-1

, burada: 

D

t.f


  –  tam  fond  tutumları  əmsalının  matrisini,  (E-

A)

-1



-  məhsulun  (xidmətin)  istehsalına  əmək 

əşyalarının  (və  ya  məhsul  və  xidmətlərin)  tam 

xərcləri əmsalının matrisidir. 

 

TAM 

HƏCMDƏ 

ĐBTĐDAĐ 

TƏHSĐL 

ALMIŞ  ŞAGĐRDLƏRĐN  SAYI

  (Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən) 

– 

müəyyən  ildə  ibtidai 

məktəbin  son  sinfini  müvəffəqiyyətlə  bitirmiş 

şagirdlərin  ümumi  sayının,  yaşlarına  görə  ibtidai 

məktəbi  qurtarmalı  olan  uşaqların  ümumi  sayına 

olan nisbətini əks etdirir.  

Kəsrin  surətində  bir  və  ya  bir  neçə  dəfə  eyni 

sinifdə qalmış, lakin verilmiş konkret anda ibtidai 

məktəbdə  kursu  müvəffəqiyyətlə  başa  vurmuş 

uşaqlara  aid  olan  rəqəmlər  (məlumatlar)  iştirak 

edə  bilər.  Đbtidai  məktəbi  bitirənlər  haqqında 

məlumat  daxil  olmayan  ölkələrdə  tam  həcmdə 

ibtidai təhsil alan şagirdlərin payı “oxşarlıq üzrə” 

hesablanır  və  ibtidai  məktəbin  son  sinfində 

oxuyanların  ümumi  sayı  ilə  həmin  ildə  ikinci  il 

oxuyanların  sayı  arasındakı  fərqin  ölkə  üzrə  öz 

yaşlarına  görə  ibtidai  məktəbi  qurtarmalı  olan 

uşaqların ümumi sayına bölünməsi ilə alınır. 



 

TAM  XƏRC  ƏMSALLARININ  ƏKS 

MATRĐSĐ  (ÇEVRĐLMĐŞ  MATRĐS)

  –  (A) 

çıxış  matrisasına  vurmaqla  alınan  (A)  matrisdir, 

sağ  və  sol  tərəfləri  vahidi  verir:  A

-1

*



A=A*A

-1

=E, 



bunun  köməyi  ilə  AX=B  tənlik  sistemi  X=A

-1

*B 



formasına düşür. 

 

TAM ĐŞ VAXTI ĐŞLƏMƏYƏNLƏRĐN SA-

YI

  -  il  ərzində  iş  vaxtından  az  işləyən  şəxslərin 

sayını  göstərən  rəqəmlər  müəssisədə  tam  iş  vaxtı 

işləyən 

muzdlu 


işçilərin 

sayına 


yenidən 

hesablanmalıdır 

(tam 

iş 


vaxtına 

uyğunlaşdırılmalıdır).  Bu  kateqoriyaya  gün,  həftə 

ərzində    iş  vaxtı  normasından  az  işləyən  və  ya  il 

ərzində  tam  iş  ayından  az  işləyən  şəxslər  daxil 

edilir.  Yenidən  hesablanma  işlənmiş  saat,  gün, 

həftə və ya ayların sayı əsasında aparılmalıdır. 

 

TAM  MƏŞĞULLUQ

  –  ölkənin  bütün  əmək 

qabiliyyətli 

əhalisinin 

işləmək 

tələbatını 

ödəməkdən  ötrü  kifayət  edən  sayda  iş  yerlərinin 

olması,  uzunmüddətli  işsizliyin  demək  olar  ki, 

olmaması,  işləmək  istəyənlərə  onların  peşə 

istiqamətinə,  təhsilinə,  iş  təcrübəsinə  uyğun  iş 

yerləri vermək imkanıdır.  

 

TAM  MƏŞĞULLUQ  EKVĐVALENTĐNƏ 

KEÇĐRĐLMĐŞ 

MUZDLA 

ĐŞLƏYƏN 

(ƏMƏK  HAQQI  ALAN)  ŞƏXS

  –  tam  iş 

vaxtına  çevirməklə  hesablanmış  (tam  iş  vaxtı 

ekvivalentinə keçirilmiş) işçilərin sayıdır.  

Normal  iş  vaxtından  az  işləmiş  şəxslərin  sayı, 

verilən vahiddə (istehsalda) tam iş ili ərzində tam 

iş  vaxtı  ilə  məşğul  olan  şəxslərin  iş  vaxtlarına 

nisbəti  yolu  ilə  tam  məşğulluq  ekvivalentinə 

keçirilə  bilər.  Bu  kateqoriyaya  standart  iş 

vaxtından az, həftədə standart iş günlərindən az və 

ildə həftələrin/ayların standart sayından az işləyən 

şəxslər daxildir. 

Belə keçid saat, gün, həftə və  ya ayların işlənmiş 

miqdarı bazası əsasında həyata keçirilməlidir. 

 

TAMAŞA  MÜƏSSĐSƏLƏRĐNƏ  GƏLƏN-

LƏRĐN  SAYI

  –  teatr,  konsert  və  digər 

tamaşalarda  iştirak  edən  tamaşaçıların  sayı 

göstəricisidir.  Satılan  biletlərin  sayı  ilə  müəyyən 

edilir.  Hər  bir  teatr  tamaşası,  konsert,  kinoseans, 

həmçinin tamaşa müəssisəsi və ya mütləq və nisbi 

ifadədə  (əhalinin  hər  1000  nəfərinə)  onların 

qrupları üzrə müəyyən olunur.  

 

TAMAŞA  MÜƏSSĐSƏLƏRĐNĐN  TUTU-

MU

  –  iki  göstəricini  xarakterizə  edir:  ümumi 

tutumu  (bütün  oturacaqların,  o  cümlədən  xidməti 

oturacaqların  sayını)  və  kommersiya  tutumunu 

(xidməti oturacaqsız, satışa daxil olan yerlər). 

 

TARĐF 

–  idarələrə,  müəssisələrə,  təşkilatlara  və 

vətəndaşlara  müxtəlif  istehsal  və  qeyri-istehsal 

xidmətlərinə  görə  verilən  ödəmə  məzənnəsi 



 

625


sistemidir. 

Tarif 


kateqoriyasına 

həmçinin 

məzənnələr sistemi, əməyin ödənilməsində hər bir 

iş növünün qiymətləndirilməsi də aid edilir. Xarici 

ticarətin  tənzimlənməsinin  klassik  aləti  gömrük 

tarifi hesab olunur.     



 

TARĐF  ƏMƏK  HAQQI

 – müntəzəm xarakter 

daşıyan  və  mövcud  müəssisənin  fəaliyyəti  və 

işçinin  peşəkarlıq  aidiyyəti  ilə  (məsələn,  ağır  və 

zərərli  əmək  şəraitinə,  çoxnövbəli  iş  rejiminə, 

gecə 

növbəsində 



işləməsinə, 

peşəkarlıq 

bacarığına, 

briqadaya 

rəhbərliyinə 

(azad 


edilməmiş  briqadirlərə),  dəftərlərin  yoxlanmasına 

görə  (müəllimlərə)  əmək  haqqına  əlavələrlə) 

şərtlənən,  tarif  dərəcələrinə  və  maaşlara  əlavələr 

də  daxil  edilməklə,    tarif  dərəcəsi  üzrə  işlənmiş 

vaxta (yerinə yetirilmiş işə), maaşa və ya işəmuzd 

tariflərə 

(qiymətləndirmələrə) 

görə 


işçiyə 

hesablanmış  əmək  haqqıdır.  Əmək  haqqı  tarifinə 

aşağıdakılar  daxil  edilmir:  iş  vaxtından  artıq 

işləməyə  görə  əlavələr;  istirahət  və  bayram 

günlərində  (qeyri-iş  günlərində)  işləməyə  görə 

əlavələr;  coğrafi  və  təbii-iqlim  şəraitinə  görə 

(rayon əmsalları, kənd yerlərində işə görə əlavələr 

və s.) və fəxri adlara görə əlavələr; eyni vaxtda bir 

neçə  vəzifə  daşımasına  görə;  fərdi  xarakter 

daşıyan digər əlavələr.      



 

TARĐF  ƏMSALI

  –  tarif  şəbəkəsi  ilə  müəyyən 

edilmiş  müvafiq  dərəcənin  saat  (gün)  tarif 

normasının,  vahid  kimi  qəbul  edilmiş  birinci 

dərəcənin  saat  (gün)  tarif  normasına  nisbətidir. 

Yüksək dərəcənin tarif əmsalının birinci dərəcənin 

tarif 

əmsalına 



nisbəti 

tarif 


şəbəkəsinin 

diapazonudur. Əmsalın mütləq və nisbi dəyişməsi 

dərəcədən dərəcəyə artır. 

 

TARĐF  NORMASI

  –  müəyyən  tarif  dərəcəli 

işçiyə,  müəssisədə  (təşkilatda)  tətbiq  olunan  tarif 

şəbəkəsinə  uyğun  olaraq,  vaxt  vahidində  (saat, 

gün,  ay)  işə  görə  təyin  edilmiş  əmək  haqqının 

ölçüsüdür.  Verilən  dərəcənin  tarif  norması, 

müvafiq  tarif  əmsalının  birinci  dərəcənin  tarif 

normasına  vurulması  ilə  müəyyən  edilir.  Tarif 

dərəcəsi olmayan digər işçilər üçün tarif norması, 

yerinə 

yetirilən 



işin 

xarakteri 

və 

ixtisas 


səviyyəsinə  müvafiq  olaraq,  təyin  edilmiş  vəzifə 

maaşı ilə əvəz edilir. 



 

TARĐF  ŞƏBƏKƏSĐ

  –  tarif  dərəcələrinin 

(əməyin  mürəkkəbliyindən  asılı  olaraq,  işçilərə 

verilən  müəyyən  ixtisaslar)  müəyyən  sayından  və 

onlara  uyğun  tarif  normalarından  ibarət  əmsallar 

şkalasıdır. 

Sahibkarlıq 

subyektlərində 

(təşkilatlarda) 

əmək 


şəraiti 

və 


əməyin 

xüsusiyyətindən  asılı  olaraq,  işçiləri  əmək 

haqqının  dərəcələrə  ayrılması  ilə  təmin  edən  bir 

neçə tarif şəbəkəsi tətbiq oluna bilər.  



 

TARĐF  VƏ  TĐCARƏT  HAQQINDA  BAŞ 

(ƏSAS) SAZĐŞ

 -  dünya ticarətində iştirak edən, 

əksər  ölkələri  əhatə  edən  və  1947-ci  ildə 

imzalanmış  tariflər  və  ticarət  haqqında  çoxtərəfli 

sazişdir.  Bu  saziş  1994-cü  ilə  qədər  müqavilə 

şəklində 

qalmış, 

1994-cü 


ildən 

isə 


yeni 

“Ümumdünya 

Ticarət 

Təşkilatı”na 

(ÜTT) 

çevrilmişdir. 



 

TARĐFLĐ  YÜK  DÖVRĐYYƏSĐ

  (dəmiryolu 

nəqliyyatında)  –  yoldaxili  çevrə  (ətraf)  nəzərə 

alınmadan,  faktiki  gedilmiş  yol  üzrə  yerini 

dəyişmiş  yüklərin  yekun  göstəricisidir,  ton-

kilometrlərlə 

ölçülür. 

Göndərilmiş 

yükün 

daşınmanın 



qısa 

məsafəsinə 

hasili 

ilə 


müəyyənləşdirilir, 

hesabat 


dövrü 

üçün 


göndərilmiş  bütün  yüklərin  cəmi  kimi  hesablanır. 

Tarifli  yük  dövriyyəsi  dəmiryol  şəbəkəsi  üzrə 

bütövlükdə  və  yük  və  nəqliyyat  növlərinə 

bölünməklə, 

dəmir 

yolunun 


inzibati-ərazi 

vahidləri üzrə müəyyən edilir.  



 

TARĐXĐ  DƏYƏR

  -  bu  metodla  aktivlərin 

qiymətləri, onların alınması və ya istehsalı anında 

nağd pul (və ya nağd pula ekvivalent) kimi  və ya 

kompensasiya  şəklində  verilmiş,  fəaliyyətdə  olan 

müəssisənin  dəyəri  kimi  qeyd  edilir.  Borclar 

sazişin  bağlanması  vaxtı  alınmış  nağd  pul  (və  ya 

nağd pula ekvivalent)  kimi  qeyd edilir. Ancaq nə 

xüsusi  qiymətlərin  sonrakı  kənarlaşmaları,  nə  də 

pulun  alıcılıq  qabiliyyətinin  ümumi  dəyişməsi 

nəzərə alınmır. 



 

TARĐK

  -  Avropa  Đttifaqının  Birləşdirilmiş 

Gömrük  Tarifidir  -  malların  müvafiq  kodlarla 

sistemləşdirilmiş  siyahısıdır.  Özündə  kombinə 

edilmiş  nomenklaturaların  altmövqelərini  və  AĐ 

tərəfindən  qəbul  olunmuş  tədbirləri  (məsələn, 

antidempinq 

rüsumları) 

əks 


etdirən 

əlavə 


altbölmələri birləşdirir.  

 

TAYMER

  –  EHM-də  vaxt  hesablanmasının 

aparat vasitəsidir. 



 

TEXNOLOGĐYALARA  GÖRƏ  ÖDƏNĐŞ 

BALANSI

 – müxtəlif ölkələrdən olan tərəfdaşlar 

arasında  biliklərin,  məlumatların  və  texnoloji 

xidmətlərin  mübadiləsi  (ticarəti)  ilə  əlaqədar 

bütün  qeyri-maddi  sövdələşmələr  üzrə  pul  vəsaiti 

köçürmələrinin məcmusudur. Bu köçürmələrə tam 

birdəfəlik  ödənişlər,  ilkin  məbləğlər,  royaltilər  və 

digər ödənişlər daxildir.  


 

626 


Birdəfəlik  ödəməyə  ödəniş  haqqında  əvvəlcədən 

razılaşdırılmış  öhdəçilikdə  göstərilən  məbləğ 

aiddir.  Bu  zaman  ödəniş  ayrı-ayrı  ödəmələr 

şəklində deyil, birdəfəlik ödənilir.  



Đlkin  məbləğ 

alıcı  (lisenziyaçı)  tərəfindən 

müqavilə  (saziş)  bağlanan  zaman  və  ya  onun 

bağlanmasından  sonra  tez  bir  zamanda  ödənilən 

məbləğdir, 

lakin 


bu 

vaxta 


qədər 

satılan 


texnologiya 

müştəriyə 

(lisenziyaçıya) 

tam 


açıqlanır.  Adətən,  eyni  bir  texnologiyaya  görə 

müxtəlif  müştərilərdən  analoji  ödəmə  haqları 

tutulur. 

Royalti - ədəbiyyat, incəsənət, yaxud elmi əsərlər, 

proqram  təminatı,  kinematoqrafiya  filmləri  və 

digər  qeyri-maddi  aktivlər  üzərində  müəllif 

hüquqlarından  istifadə  olunması,  yaxud  istifadə 

hüquqlarının  verilməsinə  görə  istənilən  patentə, 

ticarət  markasına,  dizayn,  yaxud  modelə,  plana, 

məxfi 

düstura, 



yaxud 

prosesə, 

sənaye, 

kommersiya,  yaxud  elmi  təcrübəyə  aid  olan 

informasiyaya,  sənaye,  kommersiya  və  ya  elmi 

avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının 

verilməsinə 

görə 


mükafat 

şəklində 

alınan 

ödənişlərdir.  



Digər  növ  tədiyyələr  –  bu,  müəyyən  vaxt  fasiləsi 

ilə  ödəmə  haqları  və  borcun  hissə-hissə 

ödənilməsindən; müvafiq texnologiyanın açılması 

və fiziki ötürülməsinin dəyərinin ödənilməsi üçün 

verilən 

ilkin 


məbləğlərdən; 

digər 


pauşal 

tədiyyələrdən  –  bütöv  və  ya  möhlətlə  bir  neçə 

dəfəyə  verilən  dəqiq  müəyyənləşdirilmiş  məbləğ 

şəklində  lisenziyalı  mükafatların  ödənilməsindən 

ibarətdir.  

Texnologiyalara 

görə 

ödəniş 


balansında 

statistikada  ticarət  sövdələşmələrinin  aşağıdakı  4 

kateqoriyası: 

texnologiyanın 

ötürülməsi

texnoloji  məzmunlu  xidmətləri;  yeni  məhsul 

istehsalı 

üçün 


istifadə 

olunan 


texnoloji 

məhsulların 

ticarəti

ümumiyyətlə, 

texnologiyadan  sərbəst  və  ya  praktiki  olaraq 

sərbəst  kanallarla  biliyin  ötürülməsi  (təcrübənin 

ötürülməsi və texnoloji əməkdaşlıq və ya məlumat 

mübadiləsi, həmçinin şəxsi əlaqələr) nəzərə alınır. 

Sövdələşmələrin  texnologiyalara  görə  ödəniş 

balansına 

daxil 

edilməsinin 



əsas 

şərtləri 

sövdələşmələrin  beynəlxalq  xarakterli  olmasıdır, 

yəni  sövdələşmələrə  müxtəlif  ölkələrdən  olan 

tərəf-müqabillər 

daxil 


olmalıdır; 

onların 


kommersiya  meylləri  (tədiyyələrin  mövcud  olan 

məbləğləri  və  ya  xarici  ölkə  tərəf-müqabillərinə 

daxil  olan  pullar);  sövdələşmələrin  texnologiya 

mübadiləsinə (ticarətdə) və ya göstərilən texnoloji 

məzmunlu 

xidmətlərə 

və 

müxtəlif 



əlavə 

xidmətlərə birbaşa aidiyyəti olmalıdır. 

Texnologiyalara  görə  ödəniş  balansının  tərtibi  və 

təhlilinin 

metodoloji 

aspektləri 

Đqtisadi 

Əməkdaşlıq  və  Đnkişaf  Təşkilatı  tərəfindən 

işlənmişdir  (“Elm  və  innovasiya  statistikası  üzrə 

beynəlxalq standartlar”a bax). 

 

TEXNOLOGĐYANIN  VERĐLMƏSĐ

 – elmi-

texniki 


xidmətlərin 

göstərilməsi, 

texnoloji 

proseslərin  tətbiq  edilməsi,  müqaviləsiz  və  ya 

tərəflər 

arasında 

bağlanmış 

müqavilələrlə 

müəyyənləşdirilmiş 

şərtlərlə 

məhsulların 

buraxılışı  üçün  elmi-texniki  təcrübənin  və 

biliklərin  verilməsidir.  Đdeya  yarandığı  vaxtdan 

onun  maddi  obyektdə  həyata  keçirilməsinin 

reallaşdırılması  və  istehlakadək  vertikal  üzrə 

texnologiyanın  verilməsi,  texnoloji  mübadilə 

obyektlərinin bir şəxs tərəfindən digər şəxsə üfüqi 

verilməsi fərqləndirilir.  

Texnologiyanın  verilməsi  həm  ölkə  daxilində 

həyata  keçirilə  bilər,  həm  də  texnologiya  milli 

sərhəddən keçməklə bir ölkədən digərinə verilirsə, 

beynəlxalq  əməliyyata  çevrilir.  Texnologiyanın 

verilməsi  alıcının  həmin  texnologiyanı  istehsal 

məqsədləri  üçün  fəal  tətbiq  etməyə  başladığı 

andan  başa  çatmış  hesab  olunur.  Onun  səmərəli 

tətbiqi anınadək yalnız məlumatların verilməsi baş 

verir.  

Texnologiyanın  verilməsi  vermənin  obyektləri 



üzrə  (ixtira  üçün  patentlər,  patentsiz  ixtira,  nou-

hau,  əmtəə  nişanı  və  sənaye  nümunələri, 

mühəndis-texniki və idarəetmə fəaliyyəti ilə bağlı 

xidmətlər (“Đnjinirinq”ə bax), texniki    sənədlər, 

texniki  köməklər);  məlumatların  alınması  üzrə 

(sərgilər,  beynəlxalq  müşavirələr,  konfranslar, 

alim  və  mütəxəssislərlə  mübadilələr,  texnoloji 

məlumatlar,  avadanlıq  və  maşınların  alınması  və 

ya  icarəsi      (lizinqi),  elmi-texniki  və  sənaye 

kooperasiyaları);  qarşılıqlı  əlaqənin  xarakteri 



üzrə  (birgə  istehsal,  birgə  elmi  tədqiqat  və 

işləmələr,  birgə  müəssisələr);  məlumatların  əldə 



olunması  kanalları  üzrə    (kommersiya  və  qeyri-

kommersiya,  ölkələrarası  razılaşmalar,  çoxmilli 

və  ya  transmilli  korporasiyaların  firmalar  arası 

əlaqələri) təsnifləşdirilir.  

Statistika  texnologiyanın  verilməsinin  beynəlxalq 

kommersiyası  ilə  bağlı  sövdələşmələrin  aşağıdakı 

növləri  üzrə  kəmiyyət  və  dəyər  göstəricilərini 

öyrənir:  ixtira  üçün  patentlərin  ötürülməsi;    

patentsiz 

ixtiralarla 

ticarət; 

patent 


lisenziyalaşdırılmaları;  nou-haunun  ötürülməsi; 

əmtəə  nişanlarını,  sənaye  nümunələrini,  texnoloji 

xidmətləri, 

məzmun-injinirinqi 

birləşdirən 

sövdələşmələri;  milli  mütəxəssislər  tərəfindən 

xaricdə  həyata  keçirilən  və  xarici  sponsorlar 

tərəfindən  maliyyələşdirilən  elmi  tədqiqatlar  və 

işləmələr; texniki mahiyyəti olmayan, texnologiya 

mübadiləsi üzrə konkret sazişlərin reallaşdırılması 

ilə  bağlı  marketinq,  reklam,  maliyyə,  sığorta, 

nəqliyyat  və  digər  xidmətləri  birləşdirən  sair 

sövdələşmələri.  Dəyər  göstəricilərinə  aiddir: 


 

627


müqavilədə 

(sazişdə) 

göstərilmiş 

razılaşma 

predmetinin  ümumi  dəyəri,  texnologiya  ilə  bağlı 

olmayan,  yaxud  onunla  bağlı  olduğundan, 

texnologiya  satıcılarına  ödənilməli  olan  (fraxta, 

qablaşdırmaya,  göndərilməyə,  sığorta  məbləğinin 

ödənilməsinə,  gömrük  rüsumlarına,  vergilərə, 

kommersiya  güzəştlərinə  xərclər)  maddələr  üzrə 

məsrəflər,  dəyərlər  və  ya  xərclər  çıxılmaqla  xalis 

satış  qiyməti,  hesabat  ilində  qüvvədə  olan 

razılaşma  əsasında  həyata  keçirilən  daxilolmalar, 

ödəmələr.  



 

TELEFON  RABĐTƏSĐ

  -  aşağıdakı  telefon 

əlaqələri ilə xarakterizə olunur: 

-  milli  telefon  rabitəsi:  bir  ölkənin  daxilində 

başlanan və qurtaran bütün telefon danışıqları; 



-  beynəlxalq  telefon  rabitəsi:  başqa  ölkədə 

yerləşən  abonentlə  danışmaq  üçün  baş  tutmuş 

telefon danışıqlarıdır. 

Telefon  avadanlıqlarının  növündən  asılı  olaraq,  

telefon  xidmətlərinin  həcmi  zənglərin  sayı, 

ödənilən  çağırışlar  və  ya  müəyyən  edilmiş 

hallarda  ödənilən  dəqiqələrin  sayı  üzrə  ölçülə 

bilər.  


Faktiki  olaraq  icra  edilmiş  (uğurla  yekunlaşmış) 

telefon  zənglərinin  təsnifatı  üçün  iki  kateqoriya 

tətbiq edilir: 



- ödənişli telefon zəngləri; 

-  ödənilməyən  (pulsuz)  -  telefon  zəngləri:  bura 

telefon 


stansiyalarının 

administrasiyasının 

“xidməti”  telefon  danışıqları,  qəza  şəraitində, 

yardımın  göstərilməsinin  zəruri  olduğu  və  eləcə 

də  digər  oxşar  vəziyyətlərdə  (telefon  zəngi  üçün 

haqq 


alınmadıqda) 

çağırışlar, 

həmçinin 

avadanlığın texniki vəziyyətinin yoxlanması üçün 

edilən telefon zəngləri daxildir.  

 

TELEFON  STANSĐYALARININ  TUTU-

MU

 - quraşdırılmış bütün abonent dəstləri, xüsusi 

dəstlər  və  ya  taksofonların  daxil  olması  üçün 

qurğular,  idarə  stansiyalarına  birləşən  xətlər, 

həmişəlik istifadəyə verilən idarə, təcili, sifariş və 

xidməti məlumat bürosu xətləri daxildir. Avtomat 

telefon 


stansiyalarının 

ümumi 


tutumuna 

koordinat, elektron sistemli telefon stansiyalarının 

ümumi  tutumu  aid  olunur.    Stansiyaların  istifadə 

olunan  tutumu  bütün  abonentlərin  istifadə  etdiyi 

tutum  (pullu  və  pulsuz  quraşdırılmış  abonentlər) 

və  iş  yerlərinin  stansiya  xidməti  aparat  və 

nömrələri  xidməti  sahə  üçün  istifadə  edilən 

nömrələrdir. 

Đstifadəyə 

verilmiş 

tutum 

quraşdırılmış  tutumdan  ehtiyatda  olan  nömrələrin 



sayı qədər az olur. 

 

TELEFON  VƏ  TELEQRAF  RABĐTƏLƏ-



RĐNDƏ 

ÇAĞIRIŞLARIN 

ĐTMƏSĐ

 

çağırılan  abonentlə  birləşməsi  başa  çatmamış 

çağırışlardır; 

xətlərin 

yüksək 

yüklənmə 



saatlarında  stansiyalarda  cihazların  (birləşdirici 

qurğuların)  qüsurlara,  cihazların  nasazlığına, 

nömrəni yığarkən səhvlərə və digər səbəblərə görə 

baş  verir.  Đtkilər  əmsalı  hər  1000  çağırışa  düşən 

baş  tutmayan  birləşmələrin  sayı  ilə  ölçülür. 

Telefon stansiyalarında lazım olan cihazların sayı 

hesablanarkən,  normativ  (yol  verilən)  itki 

əmsalları qəbul edilir.  

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   156   157   158   159   160   161   162   163   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling