Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet163/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   159   160   161   162   163   164   165   166   ...   183

 

TƏKRAR  ĐSTEHSAL  REJĐMĐNĐN  MÜ-

TƏRƏQQĐLĐK  ƏMSALI

  –  “Həqiqi  əmsala 

bax. 


 

TƏKRAR  SATIŞ  ÜÇÜN  NƏZƏRDƏ 

TUTULMUŞ  MALLARA  ÜMUMĐ  QĐY-

MƏT  ARTIMI

  –  sonradan  emala  məruz 

qalmadan  təkrar  satış  üçün  nəzərdə  tutulmuş  mal 



 

635


və xidmətlərin alınmasına aiddir. Emal edilmədən 

təkrar  satış  üçün  alınmış  mal  və  xidmətlərin 

dövriyyəsi, 

alışın 


həcmi 

və 


ehtiyatlarının 

dəyişməsi  əsasında  hesablanır.  Təkrar  satış  üçün 

nəzərdə 

tutulmuş 

mal 

və 


xidmətlərin 

dövriyyəsinin, 

alınmasının 

və 


ehtiyatlarının 

dəyişməsinin  həcmi,  satışın  həcminə  alındıqları 

şəkildə daxil edilirlər.  

Belə  qiymət  artımı  ümumi  ticarət  qiymət  artımı 

adlanır. 

Təkrar  satış  üçün  nəzərdə  tutulmuş  malların 

ümumi qiymət artımı aşağıdakı kimi hesablanır: 

Alış  və  təkrar  satışla  bağlı  ticarət  fəaliyyətinin 

dövriyyəsi – (çıxılsın) alınmış şəkildə təkrar satış 

üçün nəzərdə tutulmuş mal və xidmətlərin alışı +/- 

(üstəgəl  və  ya  çıxılsın)  əldə  olunmuş  şəkildə 

təkrar  satış  üçün  alınmış  mal  ehtiyatlarının 

dəyişməsi  =  təkrar  satış  üçün  nəzərdə  tutulmuş 

malların ümumi qiymət artımı. 



 

TƏKRAR  SATIŞ  ÜÇÜN  YEGANƏ  TƏ-

DARÜKÇÜDƏN SATIN ALINAN BÜTÜN 

VƏ  YA  ƏKSƏR  MALLAR

  –  göstəricisi, 

tədarükü  əhəmiyyətli  dərəcədə  yeganə  bir 

satıcıdan asılı olan müəssisələrə aiddir. Tədarükçü 

öz  fəaliyyətini  həm  rəsmi  müqavilələr  əsasında, 

həm  də  onlarsız  topdansatış  ticarət  üzrə  həyata 

keçirə bilər. 

 

TƏKRAR  SEÇMƏ  (QAYITMA  ĐLƏ, 

YENĐ-DƏN)

  –  bir  dəfə  seçilmiş  vahid  sonrakı 

seçmələrdən  kənarlaşdırılmır  və  təkrarən  yenidən 

seçilə bilər. 

 

TƏKRAR  SIĞORTA



  –  balanslaşdırılmış 

sığorta  portfelini  yaratmaq,  öz  xüsusi  maliyyə 

dayanıqlığını  və  rentabelliyini  təmin  etmək 

məqsədi  ilə,  sığortaçı  müəyyən  riskləri  sığortaya 

qəbul  edərək  öz  maliyyə  imkanlarını  nəzərə 

almaqla, 

cavabdehliyinin 

bir 


hissəsini 

razılaşdırılmış  şərtlərlə  digər  sığortaçılara  verdiyi 

iqtisadi münasibətlər sistemidir.  

 

TƏQDĐM  EDƏNĐN  QĐYMƏTLĐ  KAĞIZ-

LARI

  –  onu  təqdim  edənə  aid  olması  hüququnu 

təsdiq edən hüquqi sənəddir.  



 

TƏQVĐM  GÜNÜ  FONDU

  –  bir  işçiyə  və  ya 

bütün işçilərə hesablanan müəyyən təqvim dövrlü 

(ay, rüb, il və s.) günlərin sayıdır. Bir işçi üçün – 

ayın,  rübün,  ilin  təqvim  günləridir,  bütün  işçilər  

üçün  isə  -  günlərin  sayının  işçilərin  orta  siyahı 

sayına  hasilidir  (“Đşçilərin  orta  siyahı  sayı”na 

bax).  Təqvim  günü  fondu  işçinin  (bir  işçinin  və 

bütün  işçilərin)  işə  gəlmə  və  işə  gəlməyən 

günlərinin  sayından  ibarətdir.  Đşə  gəlmənin 



adam–günü  –  faktiki  işlənmiş  adam-günlərin  və 

tam  işsiz  dayanma  (tam  növbəli)  günlərinin 

cəmidir. Đşə gəlinməyən adam – günü – üzrlü və 

üzrsüz  səbəbdən  işə  çıxılmayan  adam-günlərin 

cəmidir. 

Üzrlü 


səbəbli 

məzuniyyətlər 

(müdiriyyətin  təşəbbüsü  ilə  məzuniyyətlərdən 

başqa), bayramlar və istirahət günləri, xəstəliyə və 

s. görə işə çıxılmamalar daxildir; üzrsüz səbəblərə 

müdiriyyətin icazəsi ilə, o cümlədən müdiriyyətin 

təşəbbüsü  ilə  məzuniyyətlər  və  üzrsüz  işə 

çıxılmamalar  daxildir.  Üzrsüz  səbəbdən  işə 

çıxılmamalar və tam gün ərzində işsiz dayanmalar 

iş vaxtının itirilməsi sayılır (“Đş vaxtı”na bax). 



 

TƏLƏB

  –  bazarın  mühüm  kateqoriyasıdır, 

bazarda  verilən  pulla  ifadə  olunan  tələbatı 

xarakterizə edir. 

 

TƏLƏB ƏYRĐSĐ

 – tələbin qiymətdən asılılığını 

göstərir  d=f(p).  Ehtimal  edilir  ki,  bu  funksiya 

azalandır,  yəni 

)

p





<0.  Oxşar  olaraq  təklifin 

artan  funksiyası  da  müəyyən  edilmişdir  S=g(p), 

)

p



>0.  P  qiymətinin  ümumi  amili  funksiyaya 

əks təsir göstərir. Əyrilər 

p

 nöqtəsində (bazar və 

taraz  qiymət)  kəsişirlər.  Əgər 

p

<

 olarsa,  bu 

zaman  tələb  təklifi  keçir  və  qiymət  artır.  Əgər 

p

>

 olarsa,  onda  təklif  tələbi  keçir  və  qiymət 

düşür.  

Təsadüfi hallarda nöqtələr əyri boyunca səpələnir, 

təsadüfi  sapmalar  dəyişən  izahlarla  korrelyasiya 

olunmamışdır. 

Nöqtələrin 

böyük 


hissəsi 

müvazinət nöqtəsi ətrafında toplanmışdır. 



 

TƏLƏB  QANUNU

 

– 

tələbin  həcminin 

qiymətdən asılılığına uyğun olan prinsipdir. Tələb 



təkliflə  tarazlığa  cəhd  edir,  qiymət  isə  onların  

tənzimləyicisi  kimi  çıxış  edir  (digər  amillərin 

sabitliyi şəraitində). 

 

TƏLƏB ÜZRƏ ELASTĐKLĐK

 – tələbin amil 

dəyişməsinə 

reaksiyasını 

xarakterizə 

edən 


göstəricidir.  Adətən,  tədqiq  edilir:  qiymətə  görə 

tələb  elastikliyi  (mənfi  işarəli  olur),  gəlirə  görə 

tələb  elastikliyi  (müsbət  işarəli  olur),  çarpaz 

elastiklik 

(digər 

əmtəənin 



qiymətinə 

olan 


reaksiya). 

Elastiklik  əmsalı  tələb  və  qiymət  artımlarının 

nisbi kəmiyyətlərinin nisbəti kimi hesablanır 

d

d

E

p

d

=



:

p



p

 və ya (lnd)´. 



Oxşar  olaraq,  qiymətə  görə  təklif  elastikliyi 

hesablanır: 



s

s

E

p

s

=



:

p



p

 və ya (lns)´. 



 

636 


TƏLƏB  VƏ  TƏKLĐF  ELASTĐKLĐYĐ

  – 


istehlakçı və tədarükçülərin bazarda sosial-iqtisadi 

şəraitin  -  ilk  öncə,  əmtəə  qiymətlərinin  və  şəxsi 

gəlirlərin  dəyişməsinə  reaksiyasıdır.  Tələb  və 

təklif elastikliyinin ölçüsü elastiklik əmsallarıdır. 



 

TƏLƏB  VƏ  TƏKLĐFĐN  TARAZLIĞI

  – 

qiymətlərin 

müəyyən 


səviyyəsində 

(tarazlıq 

qiymətləri)  təklifin  həcminin  tələbin  həcmi  ilə 

uyğun gəldiyi vaxtda bazarın vəziyyətidir.  



 

TƏLƏBATIN 

(TƏLƏBĐN) 

ĐNFLYA-

SĐYASI

  –  bazar  iqtisadiyyatında  məcmu  tələbin 

məcmu  təklif  üzərində  qısamüddətli  artması  ilə 

şərtlənən  inflyasiyadır.  Məcmu  tələbin  artımı  son 

məhsulun  qiymətinin  artmasına,  istehsalın  real 

həcminin  çoxalmasına,  işsizliyin  azalmasına, 

bütün  bunlarla  yanaşı,  istehsal  amillərinin 

qiymətinin  artmasına  səbəb  olur.  Məcmu  tələbin  

davam  edən  artımında,  son  məhsulun  qiymətinin 

artım  tempi  istehsal  proseslərində  qiymətlərin 

artımını  qabaqlayır  və  bu  da  işsizliyin  aşağı 

səviyyəsində 

və 

real 


istehsalın 

artımında 

qiymətlərin daimi artımına gətirib çıxarır.  

 

TƏLƏBĐN  ELASTĐKLĐK  ƏMSALI



 

– 

Elastiklik” ifadəsinə bax



 

TƏLƏB-TƏKLĐF  BALANSI

  –  tələb  və 

təklifin  həcm  və  strukturunun  uyğunluğunu 

(balanslaşdırılmasını)  xarakterizə  edən  sistemli 

modeldir.  

Əmtəə təklifi 

Alıcı tələbatı 

Π=ƒ(χ

1

, χ



2

, ..., χ


n

)  


C=ƒ(χ

1

, χ



2

, ..., χ


n

)  


SALDO (-) 

SALDO (+) 

Tələb  və  təklifin  (χ

1

,  χ



2

,  ...,  χ



n

)

amilləri 



qiymətlər, istehsal potensialı, əhalinin adambaşına 

düşən  gəlirləri,  demoqrafik  amillər  və  s.  hesab 

edilir. 

 

TƏLĐMAT

  (ərəb.  idarəetmə  aktı)  –  qanun 

qüvvəli  akt  mənasındadır.  Təlimat  hər  hansı 

fəaliyyətin  həyata  keçirilməsi  qaydasını  və 

şərtlərini  tənzim  edən  norma  və  qaydalardan 

ibarət  olan  hüquqi  aktdır.  Təlimatlar,  bir  qayda 

olaraq,  nazirliklər,  dövlət  komitələri  və  baş 

idarələr  tərəfindən  verilir.  Azərbaycanda  dövlət 

əhəmiyyətli  ən  mühüm  təlimatlar  Nazirlər 

Kabineti tərəfindən təsdiq edilir.   

 

TƏMƏRKÜZLƏŞMƏ 



ƏMSALLARI 

– 

inhisara  alma  səviyyəsini  qiymətləndirən  və 

bazarın  strukturunu  təhlil  etməyə  imkan  verən 

göstəricilərdir.  Təmərküzləşmə  əmsalları  özündə 

sənaye  sahəsinin  bütün  müəssisələrində  istehsalın 

ümumi  həcmindən  sonradan  çıxma  qaydasında 

sıraya düzülmüş iri istehsalçı-müəssisələrin payını 

əks  etdirir.  Beynəlxalq  təcrübədə  təmərküzləşmə 

əmsalları  əsasən  sahənin  3,  4,  6,  8,  ...,  50  iri 

müəssisələrini  birləşdirən  müəssisələr  qrupu  üzrə 

hesablanır.  Sahələrin  və  bazarların  inhisarlaşma 

səviyyəsinin  kəmiyyət  xarakteristikasında  əsas 

meyar  3,  4,  6  və  8  iri  müəssisənin  istehsal 

olunmuş  məhsulun  ümumi  həcmində  payı  hesab 

edilir.  

 

TƏMĐR



 

əmtəələrin 

ilkin 

vəziyyətinə 



gətirilməsi üçün onların bərpası üzrə əməliyyatdır. 

Əsaslı və ya cari təmirlərdən ibarət ola bilər. 

 

TƏMSĐLÇĐ  (SƏLAHĐYYƏTLĐ)  SEÇMƏ

 – 

X  baş  məcmusunun  öyrənilən  xüsusiyyətlərinin 

tamlığını  və  eyniliyini  təmsil  edənin  müayinə 

olunan  hissəsidir.    Bütün  baş  məcmunun  deyil, 

yalnız  onun  bir  hissəsinin  müayinə  edilməsi 

nəticəsində  yaranan  səhv  təmsilçi  xəta  adlanır. 

Xətanın 

qiyməti 


baş 

məcmunun 

hansı 

elementlərinin seçməyə düşməsindən, yəni seçmə 



üsulundan  və  seçmənin  həcmindən  asılıdır.  Eyni 

ehtimallı  sadə  təsadüfi  seçmə  seçmənin  ən  sadə 

üsulu  hesab  edilir.  Əgər    σ

2

 dispersiyasının 



normal  bölüşdürmənin  MX  riyazi  gözlənməsi  

məlumdursa,  onda  təmsilçilik  xətası  (MX  və  bu 

seçmə ilə hesablanan hesabi orta arasındakı fərqin 

modulu)    ε-dan  çox  olmamaqla  seçmənin  γ 

ehtimalı  ilə  gözlənilən  n  seçməsinin  həcmi 

aşağıdakı düsturla hesablanır: 



n=t

2

2



/

γ

 σ



2

/ ε 

2

, 

 burada    t

2

/



γ

kəmiyyəti  -  Ф(t)  = 

π

2

1





t



x

e

0

2



2

dx     

Laplas funksiyasının arqumentinin qiyməti 

olur, harada ki, Ф(t)= γ/2. 

 

TƏMSĐLÇĐ-ƏMTƏƏ

 - əmtəə qrupu, əmtəənin 

(xidmətin) 

keyfiyyətinə 

və 


əsas 

istehlak 

xüsusiyyətinə  təsir  etməyən  cüzi  xüsusiyyətlərinə 

(detallarına)  görə  bir-birindən  fərqlənən  və 

özünün  istehlak  təyinatına  görə  eyni  olan, 

müəyyən  əmtəə  (xidmət)  növlərinin  bütövlükdə 

çoxluğu  başa  düşülür.  Əmtəə-təmsilçiləri  qrupda 

istehsalın  (satışın)  həcmində  əsas  rol  oynamalı, 

istehsalda 

(ticarətdə) 

xüsusiyyətlərin 

nisbi 


stabilliyi  və  daimi  mövcudluğu  ilə  xarakterizə 

olunmalı, həmçinin bütün əmtəə qrupunun qiymət 

dinamikasını əks etdirməlidir. Regional səviyyədə 

əmtəəni  təsvir  etmək  üçün  elə  xüsusiyyətlərdən 

istifadə  olunur  ki,  onlar  qiymətin  qeydiyyata 

alınması  üçün  konkret  əmtəəni  göstərən  alət 

olsun.  

 


 

637


TƏMSĐLÇĐ-MALLARIN 

SĐYAHISI

 

–  

beynəlxalq  müqayisə  üçün  “səbət”ə  daxil  edilən 



təmsilçi-malların  siyahısıdır.  Bu  siyahıya  ümumi 

daxili  məhsulun  son  istifadəsini  təşkil  edən  (ev 

təsərrüfatlarının  istehlakı,  investisiya  malları 

(maşınlar  və  avadanlıqlar),  tikinti  işləri),  mal  və 

xidmətlərin  bütün  məcmusundan  seçilən  mallar, 

xidmətlər, şərti obyektlər daxil edilir. 

 

TƏNƏZZÜL  EDƏN  ƏHALĐ

 (lat. regressio – 

geriyə  hərəkət,  qayıtma)  –  azalan  əhalinin  nəzəri 

modelidir, əhalinin dar təkrar istehsalı rejimini əks 

etdirir.  Praktikada  tənəzzül  edən  əhalinin  mənfi 

artım  tempi  r  olan  eksponensial  əhaliyə 

müvafiqdir.  Tənəzzül  edən  əhalini  həmçinin 

birdən  az  olan  əhalinin  təkrar  istehsalının  netto-

əmsalı  ilə  xarakterizə  etmək  olar.  Tənəzzül  edən 

əhalinin  strukturu  “reqressiv”  tipə  uyğundur  (dar 

əsası  və  geniş  zirvəsi  olan  yaş  piramidası  kimi 

təsvir  olunur).  “Tənəzzül  edən  əhali”  termini 

Đsveç alimi Q.Sundberqin işləri ilə bağlı meydana 

gəlmişdi.  O,  XX  əsrin  əvvəlində  əhalinin  üç  tipli 

yaş  strukturu:  proqressiv,  stasionar  və  reqressiv 

tiplər haqda müddəa irəli sürmüşdü. 

Tənəzzül  edən  əhalidə  doğum  əmsalları  (b)  ölüm 

əmsalından (d) azdır. Bu vəziyyətin uzun müddət 

saxlanılması  depopulyasiyaya  –  əhalinin  təbii 

azalmasına  gətirib  çıxarır.  Daha  geniş  mənada 

tənəzzül edən əhali b

>

d, yəni təbii artımın müsbət 

əmsalında  tənəzzül  edən  əhalinin  yeri  var,  lakin 

daimi  mənfi  olan  miqrasiya  saldosu  vaxtı,  onun 

kəmiyyəti 

əhalinin 

artım 

göstəricisindən 



yüksəkdir 

(məsələn, 

kənd 

yerlərinin 



bəzi 

rayonlarında). 

“Tənəzzül  edən  əhali”  termini  nadir  hallarda 

tətbiq  olunur,  ədəbiyyatda  “azalan  əhali”  termini 

daha çox yayılmışdır. 

 

TƏNLĐKLƏR 



SĐSTEMĐ 

ÜZRƏ 

PROQNOZ

  –  ekonometrik  modelin  ү

1,.....,


ү

dəyişən  endogeninin  proqnozudur.  Bərabərlik 



sistemi  üzrə  proqnoz  modelin  formasına  modelin 

özündən  kənarda  alınan  (q>ρ)  dəyişən  ekzogen 

χ

1......, 



χ

q, 


proqnoz 

qiymətlərini 

dəyişməklə 

generasiya edilir. 

 

TƏRƏQQĐ  EDƏN  ƏHALĐ

  (lat.  progressio  – 

irəliyə  hərəkət,  artma)  –  artan  əhalinin  nəzəri 

modelidir,  əhalinin  geniş  təkrar  istehsalı  rejimini 

əks  etdirir.  Praktikada  tərəqqi  edən  əhalinin 

müsbət  artma  tempi  r  olan  eksponensial  əhaliyə 

uyğundur. Onu həmçinin birdən çox olan əhalinin 

təkrar 


istehsalının 

netto-əmsalı 

ilə 

səciyyələndirmək  olar.  Tərəqqi  edən  əhalinin  yaş 



strukturu “proqressiv” tipə uyğundur – geniş əsası 

və dar zirvəsi olan yaş-cins piramida. 

Tərəqqi  edən  əhalinin  modeli  V.Đ.Bortkeviç 

tərəfindən (1911) əsaslandırılmış və A.C.Lotkanın 

stabil  əhali  nəzəriyyəsində  inkişaf  etdirilmişdir. 

“Tərəqqi  edən  əhali”  terminini  Bortkeviç  Đsveç 

alimi  A.Q.Sundberqdən  götürmüşdü.  O,  1899-cu 

ildə üç tipdə yaş strukturunu: proqressiv, stasionar 

və  reqressiv  təklif  etmişdi.  Müasir  demoqrafiya 

ədəbiyyatında  bu  anlayış  az  tətbiq  olunur,  çünki 

daimi  artma  tempi  ilə  çoxalan  əhali  eksponensial 

əhali modelində ümumiləşdirilmişdir. 

 

TƏSADÜFĐ  DƏYĐŞMƏ

  –  müəyyən ehtimalla 

xarakterizə  olunan,  verilmiş  kəmiyyətdən  (orta 

səviyyədən, trenddən və s.) kənarlaşmadır. 

 

TƏSADÜFĐ DƏYĐŞMƏLƏRDƏ VAXT SI-

RALARININ YOXLANMASI

 – fərziyyələrin 

yoxlanmasıdır. 



 

( ) (


) (

)

h



t

t

x

h

t

t

x

t

x

n

n

+

=



+

=

−1



1

2

1



,...

,

 



müvəqqəti  sırasının  üzvləri,  bir  sıra  təsadüfi 

kəmiyyətlərin  müstəqil  müşahidəsinin  nəticəsi 

hesab  edilir.  Bu  fərziyyələrin  yoxlanmasının 

müxtəlif meyarları mövcuddur: “dönmə nöqtələri” 

meyarı,  “yüksəliş  nöqtələri”  meyarı,  dərəcə 

meyarı  və  s.  Meyarın  seçilməsi  alternativ 

fərziyyəyə 

dair 

təkliflərdən, 



paylanma 

xarakterindən və s. şəraitdən asılıdır. 



 

TƏSADÜFĐ KƏMĐYYƏT

 – təsadüfi amillərin 

təsiri  altında  dəyişən  kəmiyyətdir.  Təsadüfi 

kəmiyyətin 

özünün 

mümkün 


qiymətlərinin 

ixtiyari 

altçoxluğuna 

düşmə 


ehtimalının 

hesablanmasına  imkan  verən  özünün  paylanma 

qanunu  ilə  verilir.  Tətbiqi  tədqiqatlarda  ümumi 

çoxluğu  təşkil  edən  obyektlərin  əlamətlərinə 

təsadüfi kəmiyyət kimi baxılır. 

Təsadüfi  kəmiyyət  çoxölçülü  və  birölçülü, 

aramsız  və  diskret,  saylı,  sıralı,  nominallı 

kəmiyyətə bölünür (sonuncu kateqoriyalaşdırılmış 

və qeyri-kateqoriyalaşdlırılmış olur). 



 

TƏSƏRRÜFAT  FƏALĐYYƏTĐNĐN  SUB-

YEKTĐ

 – sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq 

məqsədilə əmlak dövriyyəsində çıxış edən hüquqi 

subyektdir.  

 

TƏSĐRĐN 

(VASĐTƏNĐN) 

NƏTĐCƏSĐ 

(EFFEKTĐ)

  –  borc  səviyyəsinin  bankın  şəxsi 

kapitalının  gəlir  səviyyəsinə  təsirini  göstərən 

ifadədir. Təsirin nəticəsi yalnız o zaman işləyir ki, 

həyata  keçən  bank  əməliyyatlarının  gəlirliliyi 

bank  maliyyə  ehtiyatlarının  bir  hissəsi  olan  borc 

kapitalının dəyərindən çox olur. 

 

TƏSĐSÇĐ  (ĐŞTĐRAKÇI)

  -  təsərrüfatçılıq 

yoldaşlığının və ya cəmiyyətinin təşkilatçısıdır. 



 

638 


 

TƏSĐSÇĐLĐK  SƏNƏDLƏRĐ

  -  kommersiya 

strukturunun,  o  cümlədən  səhmdar  cəmiyyətinin 

təsis  edilməsi  üçün  zəruri  sənədlərdir.  Sənədlərin 

siyahısı  dövlət tərəfindən müəyyənləşdirilir.  Əsas 

təsis sənədi cəmiyyətin nizamnaməsi hesab edilir. 

 

TƏSADÜFĐ  SEÇMƏ

  –  seçmənin  həyata 

keçirilməsinə qədər baş məcmunun hər bir vahidi 

seçməyə  düşmüş  hesab  olunmaq  üçün  (təsadüfi 

halda  –  bərabər)  əvvəlcədən  verilmiş  müəyyən 

ehtimala malik seçimdir. Təsadüfi seçmə qayıdan 

və  qayıtmayan  ola  bilər.  Qayıdan  seçmə  (sadə 

təsadüfi seçmə) baş məcmunun bütün vahidlərinin 

seçməyə  düşməsinə  (seçilməsi)  bərabər  imkan 

yaradır.  Qayıtmayan  seçmə  zamanı  seçməyə 

düşmə ehtimalı müxtəlifdir, lakin hesablanılandır. 

Təsadüfi  seçmənin  təşkili  üçün  ya  təsadüfi 

rəqəmlərin  cədvəllərindən,  yaxud  da  püşkatma 

üsulundan  istifadə  edilir.  Püşkatma  zamanı 

seçmənin hər bir vahidi üçün sıra nömrəsi verilən 

kartoçka  tərtib  edilir.  Kartoçkalar  əsaslı  surətdə 

qarışdırıldıqdan  sonra  onlardan  biri  götürülür, 

sonra  yenidən  biri  götürülür  və  bu  proses  seçilən 

vahidlərin  tələb  olunan  sayı  alınana  qədər  davam 

etdirilir.  Seçilən  kartoçkaların  nömrələri  seçmə 

məcmusuna daxil olan vahidlərin nömrəsini təşkil 

edir. 

 

TƏSNĐFATLARIN ĐŞLƏNMƏSĐ (HAZIR-



LANMASI)

  –  müəyyənləşdirilmiş  qaydalara 

uyğun  olaraq,  təşkilati-metodiki  birliyi  təmin 

etmək  məqsədi  ilə  milli  təsnifatları  işləmək  üçün 

aşağıdakı mərhələlər nəzərdə tutulmuşdur:  

cavabdeh 



nazirlik 

(təşkilat) 

tərəfindən  

təsnifatların  işlənməsinin  təşkili  –  texniki-iqtisadi 

sosial  informasiyanın  baxılan  növünün  tədqiqatı 

aparılır.  Bu  zaman  müxtəlif  beynəlxalq  və  xarici 

analoqlar, sənədlər nəzərə alınır;  

-  təsnifatların  layihəsi  (ilkin  variantı)  işlənir  - 

beynəlxalq  təsnifatlar  nəzərə  alınmaqla,  çıxış 

obyektləri  çoxluğunun  aşkar  edilməsi  və  təhlili; 

verilmiş  obyektlər  çoxluğunun  təsnifləşdirilməsi; 

obyektlərin 

adlarının 

tərtib 


edilməsi 

və 


yazılmasının unifikasiyası (vahid şəklə salınması); 

verilmiş  obyektlər  çoxluğunun  kodlaşdırılması 

həyata  keçirilir.  Layihənin  əlaqədar  təşkilatlara 

göndərilməsi; 

-  daxil  olmuş  rəylər  nəzərə  alınmaqla,  təsnifat 

layihəsinin  son  variantının  hazırlanması  və 

Azərbaycan 

Respublikası 

Dövlət 

Statistika 



Komitəsinin  Kollegiyasının  təsdiqinə  təqdim 

olunması. 

Azərbaycan 

Respublikasında 

“Standartlaşdırma 

haqqında” 

Azərbaycan 

Respublikası Qanununa uyğun olaraq, qeydiyyata 

alınması  üçün  Standartlaşdırma,  Metrologiya  və 

Patent üzrə Dövlət Komitəsinə təqdim olunması; 

-  Azərbaycan  Respublikasının  Standartlaşdırma, 

Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsində 

qeydiyyatdan keçirilmiş təsnifatın nəşri. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   159   160   161   162   163   164   165   166   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling