Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet165/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   161   162   163   164   165   166   167   168   ...   183

EKSPERT 

KOMĐS-

SĐYASI 

–  əmək  və  əhalinin  sosial  müdafiəsi 

orqanları sisteminə (strukturuna) daxildir və tibbi-



sosial  ekspertizanı  həyata  keçirir.  Vətəndaşların 

 

642 


tibbi-sosial 

ekspertizası, 

dövlət 

xidmətində 

yoxlanması 

və 


reabilitasiya 

tədbirləri 

vətəndaşların  məcburi  tibbi  sığortası  proqramının 

bazasına  daxil  edilir  və  məcburi  tibbi  sığortanın 

dövlət  və  ərazi  fondlarından  maliyyələşdirilir.  

Tibbi-sosial    ekspert  komissiyasının  vəzifələrinə 

aşağıdakılar  daxildir:  1)  əlillik  qruplarının,  onun 

səbəblərinin, 

müddətinin, 

başlama 


vaxtının, 

əlillərin 

müxtəlif 

sosial-müdafiəyə 

olan 

tələbatlarının  müəyyənləşdirilməsi;  2)  əlillərin 



reabilitasiyasının  fərdi  proqramlarının  işlənməsi; 

3)  əhalinin  əlillik  səbəblərinin  və  səviyyəsinin 

öyrənilməsi;  4)  əlillərin  profilaktikasının,  tibbi-

sosial 


reabilitasiyasının 

və 


əlillərin 

sosial 


müdafiəsinin 

kompleks 

proqramlarının 

işlənməsində iştirakı; 5) peşə xəstəliyi və ya əmək 

əlili  olmuş  şəxslərin  peşəkar  əmək  qabiliyyətinin 

itirilməsi  səviyyəsinin  müəyyənləşdirilməsi;  6) 

ölən  əlilin  ailəsinə  imtiyazların  verilməsinə 

baxılması 

üçün 

əlilin 


ölüm 

səbəblərinin 

müəyyənləşdirilməsi. 

Tibbi-sosial  ekspert  komissiyasının  qərarının 

müvafiq  dövlət  hakimiyyəti  orqanları,  yerli 

özünüidarəetmə orqanları, mülkiyyət formasından 

və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq, 

digər  təşkilatlar  tərəfindən  yerinə  yetirilməsi 

mütləqdir. 

 

TĐBBĐ-SOSĐAL  EKSPERTĐZA

  –  müayinə 

edilən 


şəxsin 

orqanizminin 

funksiyalarının 

davamlı  olaraq  pozulması  ilə  əlaqədar  həyat 

fəaliyyətinin 

məhdudlaşmasının 

qiymətləndirilməsi  əsasında,  müəyyən  edilmiş 

qaydalar  üzrə,  həmin  şəxsin  sosial  müdafiə 

tədbirlərinə,  o  cümlədən    reabilitasiyaya  olan 

ehtiyacını təyin edən qurumdur.   

Tibbi-sosial  ekspertiza  müəyyən  edilmiş  qaydada 

hazırlanmış  və  təsdiq  edilmiş  təsnifat  və 

meyarlardan  istifadə  etməklə,  müayinə  edilən 

şəxsin  klinik-funksional,  sosial-məişət,  peşə-

əmək,  psixoloji  vəziyyətinə  dair  məlumatların 

təhlili əsasında orqanizmin fəaliyyətinin kompleks 

qiymətləndirilməsi 

nəzərə 


alınmaqla 

həyata 


keçirilir.  

Tibbi-sosial  ekspertiza  əlilliyin  səbəbini  və 

qrupunu, əmək qabiliyyətinin itirilməsi dərəcəsini; 

reabilitasiya  aparılmasının  növünü,  həcmini  və 

müddətlərini  və  sosial  müdafiə  tədbirlərini 

müəyyən  edir,  vətəndaşların  işə  düzəlməsinə  dair 

tövsiyələr  verir.  Tibbi-sosial  ekspertiza  əhalinin 

sosial müdafiəsi sisteminə daxil olan komissiyalar 

tərəfindən 

aparılır. 

Tibbi-sosial 

ekspertiza 

komissiyasının vətəndaşların işə düzəlməsinə dair 

tövsiyələri, 

mülkiyyət 

formasından 

asılı 

olmayaraq,  bütün  müəssisələrin  müdiriyyəti  üçün 



məcburidir. 

 

TĐCARƏT

  –    (I)  -  1)  əmtəələrin  bazarda  alqı-

satqısıdır;  2)  əmtəə-vasitəçilik  funksiyasının 

yerinə  yetirilməsində  ixtisaslaşmış  fəaliyyət 

növüdür, müəssisələr kompleksidir. 

Ticarət  fəaliyyəti  haqqında  qanunvericilikdə 

“ticarət”  fəaliyyəti  anlayışı  “mülki”  anlayışla 

müqayisə olunur. 

Ticarət  fəaliyyətinin  həyata  keçirilməsi  leqal 

reklam  üsullarına  aiddir.  Bu  fəaliyyət  növünə  aid 

olan 


digər 

tərəflərlə 

mübahisələrə 

ticarət 


məhkəmələrinin  məsuliyyəti  (cavabdehliyi)  ilə 

baxılır və ticarət hüquq qanunlarına uyğun olaraq 

həll edilir.  

Gəlirli  ticarət  hüquqi  vahidə  tətbiq  olunan 

fəaliyyətdir, onun hüquqi formasına uyğun olaraq, 

məqsədi  gəlir  əldə  etməkdən  və  onu  kapital 

sahibləri arasında bölüşdürməkdən ibarətdir.  

Qeyri-ticarət  (gəlirsiz)  –  hüquqi  subyektlər 

özünün hüquqi formasından asılı olaraq, gəlir əldə 

olunduğu  halda,  onun  kapital  sahibləri  arasında 

bölüşdürməsini qarşısına məqsəd qoymur. 

(II)  -  (topdan  və  pərakəndə)  –  kommersiya 

fəaliyyətinin  iki  növü  fərqləndirilir:  topdansatış 

ticarət  və  pərakəndə  ticarət.  Bunlar  da  öz 

növbəsində daha üç formaya bölünürlər: müstəqil 

ayrıca  ticarət,  müstəqil  assosasiyalı  ticarət  və 

kompleks  və  ya  cəmlənmiş  ticarət.  “Qeyri-

cəmləşdirilməmiş  ticarət”  terminindən  bəzən 

birinci  iki  növ  ticarətin  adı  üçün  istifadə  edilir: 

müstəqil  birləşdirilməmiş  ticarət  və  müstəqil 

birləşmiş  ticarət.  Təcrübədə  ticarətin  bu  növləri 

daimi  və  ya  müvəqqəti  ticarət  nöqtəsinə,  ya 

səyyar 


(küçə) 

ticarətinə, 

yaxud 

da 


ixtisaslaşdırılmış 

və 


ya 

ixtisaslaşdırılmamış 

ticarətə icazəsi ola bilər. Komisyonçular (məsələn, 

ticarət  nümayəndələri)  da  həmçinin  ticarət 

bölməsinin bir hissəsi hesab edilir.  

 

TĐCARƏT 



ANBARLARI

 

– 

malların 

saxlanılması  üçün  xüsusi  təchiz  edilmiş  yerdir. 

Ümumi  anbarlar  və  ixtisaslaşdırılmış  anbarlar 

(tərəvəz  və  kartof  anbarları,  soyuducular,  neft 

anbarları  və  s.)  fərqləndirilir.  Ticarət  anbarlarının 

tutumu  sahəsi  (m

2

),  ya  da  həcminə  (m



3

)  görə 


müəyyən edilir. 

 

TĐCARƏT  BALANSI

  –  Avropa  Đttifaqının 

xarici 


ticarət 

statistikası 

üçün 

hesablanan 



əmtəələrin  ixracı/göndərilməsi  və  idxalı/daxil 

olması arasındakı fərqdir, həmçinin dəyər, sığorta 

fraxt/franko-bort  və  ya  franko-bort/franko-bort 

şərtlərində  AĐ-yə  üzv  ölkələr  arasında  ticarətdir. 

Ticarət  balansı  tədiyyə  balansının  tərkib  hissəsi 

kimi  AĐ  xarici  ticarət  üzrə  statistik  məlumatlar 

bazasında  tərtib  olunan  balansdan  və  fərqli 

metodologiyalar üzrə AĐ-yə üzv ölkələr arasındakı 

ticarətdən  fərqlənir  (məsələn,  mülkiyyət  hüququ 


 

643


dəyişmədən  ticarət  məlumatları  istisna  olmaqla; 

xarici ticarət və AĐ-yə üzv ölkələr arasında ticarət 

üzrə 

statistik 



məlumatlarda 

qeydiyyatdan 

keçməyən xarici tərəfdaşlarla aparılan bəzi ticarət 

əməliyyatları istisna olmaqla). 



 

TĐCARƏT XƏRCLƏRĐ

 - istismar (əməliyyat) 

xərclərinin  (işçi  qüvvəsinə  çəkilən  xərclər  nəzərə 

alınmadan)  funksional  bölüşdürmə  göstəricisidir. 

Ticarət  xərclərinə  reklam,  əmtəələrin  daşınması, 

ezamiyyət,  mehmanxanada  qalma,  nümayəndəlik 

və əmtəələrin satışı ilə əlaqədar olan digər xərclər 

(vasitəçilərin (agentlik işçiləri) haqqı) aiddir.  

 

TĐCARƏT  MEYDANI

  –  yerin,  əmtəələrin 

satışı  və  sərgisi  üçün  nəzərdə  tutulmuş  müəyyən 

hissəsidir, yəni: 

-  geyinib  baxma  otaqları  da  daxil  olmaqla, 

alıcıların daxil ola bildiyi ümumi sahədir; 

- piştaxta və vitrinlər tərəfindən tutulmuş sahədir; 

-  piştaxtanın  arxasında  satıcıların  dayandığı 

sahədir. 

Ticarət 

meydanına 

(sahəsinə) 

rəhbərliyin 

kabinetləri, 

anbarlar, 

əmtəələrin 

satışa 


hazırlandığı 

yerlər, 


atelyelər, 

nərdivanlar, 

qarderoblar və istirahət otaqları daxil edilmir. 

 

TĐCARƏT  MƏRKƏZĐ

  -  pərakəndə  ticarət 

dükanları və digər xidmət sahəsi müəssisələrindən 

ibarət  kompleksdir.  Əsasən,  ayrıca  vahid  kimi 

layihələndirilir,  planlaşdırılır,  tikilir  və  idarə 

olunur.  Əksər  hallarda  belə  komplekslər  alıcı  və 

işçi 


heyətin 

avtomobilləri 

üçün 

öz 


dayanacaqlarına  malik  olurlar.  Ticarət  növü  və 

ticarət  müəssisələrinin  ölçüləri  də  daxil  olmaqla, 

bütün  kompleks  elə  hazırlanır  ki,  verilmiş 

radiusda yaşayan əhalinin və mövcud kommersiya 

vasitələri  nəzərə  alınmaqla,  mərkəzin  xidmət 

göstərəcəyi  ayrı-ayrı  alıcıların  tələbatlarını  ödəyə 

bilsin.  

 

TĐCARƏT  PALATALARI

  -  əksər  Avropa 

ölkələrində  Ticarət  Palataları  ictimai  təşkilatlar 

hesab  edilir  və  direktorlar  şurası  sənaye  və 

kommersiya  sahibkarlarının  nümayəndələrindən 

seçilir.  

 

TĐCARƏT POTENSĐALININ MÖHKƏM-

LƏNDĐRĐLMƏSĐ  ÜÇÜN  AYRILAN  ĐRY-

ĐN

 

HĐSSƏSĐ

  (Minilliyin  bəyannaməsində  əks 

olunmuş  inkişaf  göstəricilərindən)  -  ĐƏĐT/ĐYK 

tərəfindən  tərtib  olunmuş,  yardım  alanların 

siyahısına daxil edilmiş, inkişaf etməkdə olan ölkə 

və  ərazilərə  təqdim  olunan  subsidiya  və 

istiqrazları  birləşdirir  ki,  bu  da  əsas  etibarilə 

iqtisadi  inkişafa  yardım  və  güzəştli  maliyyə 

şərtləri  ilə  (istiqrazı  təqdim  etdikdə,  onun 

qaytarılmayan  hissəsi  25%-dən  az  olmamalıdır) 

rifaha  nail  olunması  məqsədilə  rəsmi  sektor 

tərəfindən ayrılır. Həmçinin texniki əməkdaşlıq da 

bura  daxildir.  Belə  yardımlara  hərbi  məqsədlər 

üçün  ayrılmış  subsidiyalar,  istiqraz  və  kreditlər 

daxil  edilmir.  Đnkişaf  etməkdə  olan  ölkələrdən 

daha  inkişaf  etmiş  ölkələrə,  həmçinin  ĐYK-da 

müəyyən  edildiyi  kimi,  keçid  iqtisadiyyatlı 

ölkələrə edilən yardımlar da bu kateqoriyaya daxil 

edilmir.  

Ticarət 

potensialının 

möhkəmləndirilməsində 

yardım  göstərilməsi  üzrə  fəaliyyət  alıcı-ölkələrin 

aşağıdakı 

məsələlər 

üzrə 


imkanlarını 

genişləndirir: 

ticarətin  inkişaf  strategiyasının  formalaşdırılması 

və  həyata  keçirilməsi,  həmçinin  ixracın  həcminin 

və  qiymətlilərin  dəyərinin  artırılması  üçün 

əlverişli  şəraitin  yaradılması,  ixrac  mallarının  və 

bazarların diversifikasiyası, həmçinin iş yerlərinin 

yaradılması  və  ticarətin  genişləndirilməsi  üçün 

böyük həcmli xarici investisiyaların cəlb edilməsi; 

yerli  firmaların  ticarətinin  stimullaşdırılması  və 

ticarət 

sahəsinə 

istiqamətləndirilmiş 

investisiyaların həvəsləndirilməsi; 

əsasən  müvafiq  müəssisələrin  fəaliyyəti  ilə 

əlaqədar,  həmçinin  milli  ticarət  siyasətini,  eləcə 

də  beynəlxalq  ticarətin  norma  və  praktikasını 

formalaşdıran  danışıqlar  və  digər  proseslərdə 

iştirak edilməsi. 

Bu  fəaliyyət  ĐƏĐT/ÜTT-nin  (Ümumdünya  Ticarət 



Təşkilatı)  ticarətə  texniki  yardım  və  potensialın 

möhkəmləndirilməsi 

məsələləri  ilə 

əlaqədar 

birinci  birgə  hesabatında  (2002-ci  il)  iki  əsas 

kateqoriya  üzrə  ətraflı  təsnifləşdirilir:  ticarət 

siyasəti və ticarətin nizama salınması kateqoriyası 

(12  altkateqoriyaya  bölünməklə)  və  ticarətin 

inkişafı 

kateqoriyası 

(6 

altkateqoriyaya 



bölünməklə).  

 

TĐCARƏT  REGĐSTRĐ

  -  əksər  Avropa 

ölkələrində  dövlət  hüquqi  registrlərinə  verilmiş 

addır.  

 

TĐCARƏT  ƏLAVƏSĐ

  -  1) əmtəələrin satış və 

alış  qiymətləri  arasındakı  fərqdir,  əmtəələrin 



satışından  əldə  edilən  mənfəətin  və  ticarətdə 

yaradılan ümumi daxili məhsulun hesablanmasına 

xidmət  edir;  2)  əmtəələrin  satışından  tədavül 

xərclərinin  ödənilməsi  və  gəlirlərin  yaradılması 

üçün nəzərdə tutulmuş qiymət elementidir.  



 

TĐCARƏT FORMALARI

 - müəssisənin yerli 

vahidinin  ticarət  forması  aşağıda  göstərilmiş 

siniflərdən  biri  və  bir  neçəsi  kimi  təqdim  edilə 

bilər: 


- supermarket və mağazalarda ticarət; 

 

644 


- daimi bazar köşklərində və ya çadırlarda ticarət; 

- səyyar ticarət; 

- poçt sifarişləri üzrə satışlar; 

- digər ticarət formaları. 



Mağazalar  alıcıların  gəldiyi  və  zəruri  bazarlıq 

etdikləri daimi ticarət yeri kimi müəyyən edilir. 



Daimi  bazar  köşklərində  və  ya  çadırlarda 

ticarət  ictimai  yerlərdə  daimi  qurulmuş  köşk  və 

ya  çadırlarda  həyata  keçirilir;  adətən,  alıcılar  bu 

ticarət yerlərinə daxil olmur. 

Səyyar ticarət daimi ticarət yerinə malik olmayan 

(hərəkətli  ticarət  çadırlarının  sahibləri,  küçə 

tacirləri, 

loto 


oynayanlar 

və 


paylayıcılar) 

kommersiya  müəssisələrinin  ticarət  formasıdır. 

Səyyar və ya “küçə ticarəti” termini öz mallarını 

yoldan  keçənlərə  satan  alverçilərə  aid  edilir; 

“qapıdan  qapıya  ticarət”  termini  satıcının  öz 

malları  ilə  evləri  gəzdiyi  hallarda  tətbiq  edilir. 



Evdə  ticarət  zamanı  satıcı  birbaşa  potensial 

müştərinin yaşadığı evə gedir.  

Poçt 

sifarişi 

Đqtisadi 

Fəaliyyət 

Növləri 

Təsnifatında 

pərakəndə 

satış 

kimi 


müəyyənləşdirilir. 

Poçt  sifarişləri  üzrə  satışlar  –  bu,  malların 

kataloqlar,  elanlar,  reklamların  köməyi  (dövri 

mətbuat,  radio,  televiziya)  və  ya  firmanın 

nümayəndəsi  vasitəsilə  sifariş  edildiyi  və  sifariş 

edilmiş  malların  poçtla  və  ya  digər  vasitələrlə 

alıcıya  çatdırıldığı  ticarət  formasıdır.  Bu  ticarət 

forması  əmtəə  istehsalçıları  (sifariş  üzrə  birbaşa 

satış),  bu  formanın  vahid  və  ya  demək  olar  ki, 

vahid  fəaliyyət  növü  (evə  poçt  sifarişləri)  olan 

pərakəndə 

ticarət 

müəssisələri 

və 

istehsal 



imkanları  və  münasiblikdən  başqa  ənənəvi 

pərakəndə  ticarətə  xas  olan  və  sifarişlər  üzrə 

satışlar  üçün  müvafiq  qaydada  avadanlıqlarla 

təmin  edilmiş  şöbələrə  (sifarişlərin  işlənməsi, 

əmtəələrin  göndərilməsi  və  s.  avadanlıqlarla) 

malik olan müəssisələrdə tətbiq edilir. Ümumi və 

ixtisaslaşdırılmış kataloqlar fərqləndirilir.  

Digər  ticarət  formaları  əsas  etibarilə  ticarət 

avtomatlarının köməyi ilə satışlardan ibarətdir.   



 

TĐCARƏT  SĐYAHIYAALMASI

  -  əsas 

fəaliyyət  növü  əmtəələrin  satışı  əsas  fəaliyyət 

növü  hesab  olunan,  ticarət  müəssisələrinin  baş 

məcmusu  haqqında  məlumatın  əldə  edilməsi 

məqsədi  ilə  xüsusi  təşkil  olunmuş  tam  statistik 

müşahidədir. Ticarət siyahıyaalmalarının məqsədi 

– ölkə və yerli səviyyələrdə, mülkiyyət formasına 

görə,  əsas  fəaliyyəti  və  satış  vasitələri  üzrə, 

ticarətin  maddi-texniki  bazasının  vəziyyətini  və 

inkişafını 

xarakterizə 

etmək, 


onların 

mal 


dövriyyəsinin  həcmini  müəyyən  etmək,  maliyyə-

təsərrüfat  fəaliyyətini  əks  etdirməkdir.  Ticarət 

siyahıyaalınmasının 

məlumatları 

ticarət 

müəssisələri  registrinin  yaradılması  üçün  əsas, 

ticarət  fəaliyyətinin  cari  seçmə  uçotunun  təşkili 

üçün baza sayılır. 

Ticarət siyahıyaalması  ilə, mülkiyyət  və  təşkilati-

hüquqi  formasından  asılı  olmayaraq,  müstəqil 

balansda  olan  bütün  müəssisələr  əhatə  olunur. 

Qeyri-ticarət 

müəssisələrinin 

(sənaye, 

kənd 

təsərrüfatı,  tədris  müəssisələri  və  s.)  balansında 



olanlar  hesaba  alınmır.  Ticarət  siyahıyaalmasının 

yekunu  üzrə  aşağıdakılar  işlənib  hazırlanır:  

özəlləşdirilmə vasitəsilə onların yaranma dövrünə 

görə (onların maliyyə-təsərrüfat fəaliyyətinin əsas 

göstəriciləri  ilə)  müəssisələrin  qruplaşdırılması; 

müxtəlif 

mülkiyyət 

formalı 


müəssisələrin 

işçilərinin  sayına  görə  qruplaşdırılması;  əmtəə 

dövriyyəsinin  miqdarına  və  fəaliyyət  növlərinə 

görə müəssisələrin bölüşdürülməsi. 



 

TĐCARƏT  ŞƏBƏKƏLƏRĐNĐN  SIXLIĞI

  - 

əhalinin  ticarət  müəssisələri  ilə  təmin  olunması 

səviyyəsini  əks  etdirən  göstəricidir.  Ticarət 

şəbəkələrinin sıxlığı iki variantda hesablanır:  

1) bir müəssisəyə düşən əhalinin sayı; 

2) 10 min nəfər əhaliyə düşən müəssisələrin sayı. 

Müəssisənin  ölçü  faktorunu  aradan  qaldırmaq 

üçün  ticarət  şəbəkəsinin  sıxlığı  -  10  min  nəfər 

əhaliyə  düşən  ticarət  sahəsi  kimi  hesablanır 

(ictimai  iaşə  müəssisələrində  müştəri  yerlərinin 

sayı).  Ticarət  şəbəkələrinin  sıxlığı  –  bütövlükdə 

ölkə  üzrə  və  regionlar  üzrə  hesablanır.  Ticarət 

şəbəkələrinin  sıxlığının  artım  sürəti  və  regional 

variasiya 

göstəriciləri 

hesablanır. 

Ticarət 

şəbəkələrinin 

sıxlığı 

göstəricilərindən 

infrastruktur 

statistikasında 

istifadə 

olunur, 


həmçinin  o,  bazar  fəaliyyətinin  sosial  səmərəlilik 

xarakteristikalarından biri hesab edilir.  



 

TĐCARƏT  ŞƏRTLƏRĐ

  -  ixracın  orta  qiymət 

indeksinin 

idxalın 

orta 


qiymət 

indeksinə 

bölünməsidir.  

 

TĐCARƏT  ŞĐRKƏTĐ

  –  hüquqi  forması  onun 

təsisçiləri  tərəfindən  seçilən  və  nizamnaməsində 

yazılan  şirkətdir.  Ticarət  şirkəti  mülki  və  ya 

ticarət  fəaliyyətinin  bütün  növlərini  həyata  keçirə 

bilir.  Ticarət  şirkətləri  şərikli  və  ya  səhmdar 

şirkəti ola bilər. 

 

TĐCARƏT  TƏRƏFDAŞLARI

 

AĐ-nin 


ticarət  nəticələrinin  mənşə  ölkəsi  və  göndərilmə 

(malların) 

ölkəsi 

və 


təyinat 

ölkəsi 


üzrə 

bölüşdürülmüşdür. Bu proses AĐ-nin xarici ticarəti 

və  onun  “Geonomenklatura”  (Geon)  adlanan  üzv 

ölkələri  arasında  ticarət  üzrə  statistik  məlumatlar 

üçün  ölkələrin  nomenklaturasına  uyğun  olaraq 

həyata  keçirilir.  Əsasən,  üçüncü  ölkələrdən  idxal 

edilən  (gələn)  və  AĐ  ərazisində  sərbəst  tədavülə 

buraxılmayan  malların  idxalı  zamanı  statistik 



 

645


məlumatlarda 

mənşə 


ölkə 

göstərilir. 

Eyni 

zamanda,  üçüncü  ölkədə  buraxılan  və  AĐ 



ərazisində  ixracda  sərbəst  tədavülə  buraxılmış 

əmtəələr  üçün  statistik  məlumatlarda  malların 

göndərilmə ölkəsi və təyinat ölkəsi göstərilir. 

 

TĐCARƏT  VASĐTƏÇĐLƏRĐ

 - əmtəələri alan 

və  təkrar  satan  ticarət  müəssisələrdir,  əmtəə 

hərəkətinin təşkilatçılarıdır. 



 

TĐCARƏT  VƏ  ĐAŞƏ  XĐDMƏTLƏRĐNĐN 

GÖSTƏRĐLMƏSĐ  (BURAXILIŞI)

  –  əsasən 

istehlak  mallarının  istehsalının  başa  çatdırılması 

və əhaliyə çatdırılması üzrə xidmətlərin dəyəridir. 

Buraxılışın  tərkibinə  ölkədaxili  və  xarici  ticarət, 

kino-kirayə  xidmətləri,  ərzaq  və  iaşə  xidmətləri 

daxildir.  Ölkə  daxili  ticarət  xidmətlərinin 



göstərilməsi  satışın  bütün  kanalları  üzrə  ticarət 

əlavələrinin  və  ticarətdə  əmtəə  ehtiyatlarının 

dəyər  dəyişkənliyinin  cəmi  ilə  müəyyən  edilir. 

Satılmış  ticarət  əlavələri  satılmış  əmtəələrin  alış 

və  satış  qiymətləri  arasındakı  fərq  hesabına 

yaranır.  

Onun  satılmış  hissəsindəki  iaşə  məhsullarının 

buraxılışı 

onun 



əmtəə 

dövriyyəsinə 

bərabərləşdirilir.  Bu,  yeməklərin  hazırlanmasında 

istifadə  olunan  və  ya  bufetlər  vasitəsilə  satılan 

ərzaqların  dəyərinin  həcmini  ticarət  əlavələrinin 

dəyəri qədər artırır. 



Kino 

kirayə 

məhsullarının 

buraxılışı  

kinofilmlərin kirayəyə verilməsi haqqı ilə ölçülür. 

Xarici  ticarət  yaxın  və  uzaq  xarici ölkələrlə  ixrac 

və idxal əməliyyatlarını əhatə edir və ona istehlak 

malları ilə əməliyyatlar daxil olduğu kimi, istehsal 

vasitələri ilə əməliyyatlar da daxildir. 



Xarici  ticarət    xidmətlərinin    göstərilməsi  daxili 

ticarətin    buraxılışına  oxşar  kimi  hesablanır. 

Satılmış  ticarət  əlavələrinin  kəmiyyəti  məhsulun 

xarici  və  ölkə  daxili  ticarət  qiymətlərindəki 

dəyərlərin fərqi kimi müəyyən edilir. 

 

TĐCARƏTDƏ  ARALIQ  ĐSTEHLAK

  –  cari 

dövrdə ticarət müəssisələri tərəfindən tam istehlak 

olunan 

məhsul 


və 

xidmətlərin 

dəyəridir: 

müəssisənin  təsərrüfat  və  digər  ehtiyaclarına 

istifadə  olunmuş  yanacaq  və  enerjinin  dəyəri; 

malların  saxlanması,  işlənməsi,  çeşidlənməsi  və 

qablaşdırılması  üzrə  xərclər;  tara  alınması,  icarə 

ödəmələri, 

xidmətlərin 

ödənilməsi 

üzrə 

məsrəflərdən ibarətdir.  



 

TĐCARƏTDƏ  ÜMUMĐ  BURAXILIŞ

  -  

ticarət əlavələrinin məbləğidir. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   161   162   163   164   165   166   167   168   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling