Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- TƏSNĐFATLARIN HARMONĐZASĐYASI (UYĞUNLAŞDIRILMASI)
- TƏSNĐFLƏŞDĐRMƏ
- TƏŞƏBBÜSKAR TUROPERATORLAR
- TƏŞKĐLATĐ STRUKTUR
- TƏŞKĐLATĐ VAHĐD (MÜƏSSĐSƏNĐN TƏŞKĐLATĐ VAHĐDĐ) – (I)
- TƏŞKĐLATĐ-HÜQUQĐ STRUKTUR
- TƏTĐLĐN DAVAMLILIĞI
- TĐBBĐ BAŞ ÇƏKMƏ (YOLUXMA)
TƏSNĐFAT - təsnifləşdirmə qruplarının və (və ya) təsnifat obyektlərinin adlarının və kodlarının sistemləşdirilmiş toplusunu əhatə edən normativ
edilmə (qəbul edilmə) səviyyəsindən asılı olaraq, təsnifat aşağıdakı kateqoriyalara bölünür: ölkə üzrə milli, sahələr (idarə) və müəssisələr təsnifatına. Öz
statusuna görə
təsnifatlar standartların müvafiq kateqoriyalarına bərabər tutulur. Təsnifatların qurulmasında irəli sürülən tərkibin, strukturun və tələblərin təsvirində aşağıdakı termin və təriflərdən istifadə edilir. Təsnifatın tutumu (həcmi) – təsnifatın saxlaya bildiyi mövqelərin ən çox olan miqdarıdır. Qəbul edilmiş kodlaşdırma metodlarını və kodun strukturunu nəzərə almaqla, bu göstərici bütün mümkün kodlaşdırma kombinasiyaları nəticəsində təsnifatda kodlaşdırıla biləcək məlumatların həcmini
qiymətləndirməyə
imkan verir. Təsnifatın ehtiyat tutumu – təsnifatda boş (sərbəst) mövqelərin miqdarıdır. Təsnifata yeni mövqelər daxil etməklə
onun genişlənmə imkanlarını xarakterizə edir. Təsnifatın mövqeyi – təsnifləşdirmə qrupunun və ya təsnifat obyektinin ad və kodlarıdır. Təsnifatın mövqeyinin tərkibinə kodların mümkün səhvlərdən qorunması üçün nəzarət rəqəmləri və təsnifləşdirmə qruplarının xarakteristikası üçün əlavə əlamətlər də daxil edilə bilər.
düzgün vəziyyətdə saxlanmasıdır. Təsnifatların aparılması, onun tərkib hissəsi hesab edilən və tərkibində olan kodların, qrupların və ya digər məlumatların daxil edilməsi, ləğv edilməsi və dəyişdirilməsinə aid olan
dəyişikliklərin aparılmasından ibarətdir. Dəyişikliklər təsnifatın girişində, təsnifatda istifadə edilən qruplaşmaların mahiyyətinin açılmasının, kateqoriyaların müəyyənləşdirilməsinin əlifba-mövzu göstərici- sində, əlavələrində, izahında aparıla bilər. Dəyişikliklər dövlət hakimiyyəti orqanlarında hazırlanan qanunvericilik və normativ aktlara, milli və
beynəlxalq standartlara, direktiv xüsusiyyətli sənədlərə, idarələrarası sənədlər sisteminə əsaslanır. Azərbaycan Respublikasında milli sosial-iqtisadi təsnifatlar əsasən Dövlət Statistika Komitəsi və digər nazirlik və baş idarələr tərəfindən mövcud beynəlxalq təsnifatlarla uzlaşdırılaraq hazırlanır. Təsnifatların ilk layihə nüsxələri baxılmaq üçün əlaqədar nazirlik və komitələrə, onların irad və təklifləri nəzərə alındıqdan sonra isə son variantı 639
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilir və sosial-iqtisadi təsnifatlar dövlət standartı kimi qeydiyyata götürülür. Daha sonra nəşr edilərək yerli idarəetmə orqanlarına, yerli statistika orqanlarına, istifadəçilərə və s. təşkilatlara göndərilir. (II) – təsnifatların “düzgün” vəziyyətdə saxlanması məlumatların tamlığının təmin
olunması və onun istifadəçilər arasında yayılması prosesidir. TƏSNĐFATIN TƏTBĐQĐ – təsnifatın nəzərdə tutulmuş fəaliyyət sahəsində tətbiqini təmin edən tədbirlər kompleksinin həyata keçirilməsidir. Tərkibindən, məzmunundan və təyinatından asılı olaraq, milli təsnifatlar statistikada, maliyyə və bank
fəaliyyətində, gömrük
işlərində, standartlaşdırmada və iqtisadiyyatın digər sahələrində istifadə edilir. Təsnifat qruplarının ad və kodlarının tətbiqi, sənədləşmənin aşağıdakı ümumiləşdirilmiş sistemlərinə daxil olan sənəd formalarında həyata
keçirilir: təşkilati sərəncamverici; bank; maliyyə, büdcə idarə və təşkilatlarının uçot, hesabat
və mühasibat sənədləri; statistik-hesabat; müəssisələrin mühasibat uçotu və hesabatı sənədləri; əmək üzrə sənədlər; ölkənin Sosial Müdafiə Fondunun sənədləri; xarici ticarət
sənədlərində. Təsnifatlardan məlumat fondlarının yaradılmasında və dövlət və qeyri-dövlət məlumat sistemlərində ölkə və region səviyyələrində, həmçinin yerli özünüidarəetmə səviyyələrində məlumat bazalarının yaradılması üçün istifadə edilir. Rəsmi statistika təsnifatlarından Statistik vahidlərin dövlət registrinin yaradılmasında geniş istifadə edilir.
Həmçinin dövlət
statistika müşahidəsinin aparılmasında məlumatların işlənməsi üçün əsas kimi istifadə edilir. Statistikada təsnifatın
dedikdə
- göstəricilərin məlumat uyğunluğunun, habelə iqtisadi təhlildə təsnifat qruplaşdırmalarından istifadəni təmin etmək məqsədilə giriş və çıxış məlumatlarının kodlaşdırılması üçün təsnifatdan istifadə nəzərdə tutulur. Statistikada təsnifatların tətbiqinin əsas
istiqamətləri aşağıdakılardır: - statistik hesabat formalarında, habelə məlumatların kompüter işlənilməsi zamanı bu və ya digər təsnifatın kodlarından, kodlaşdırılmış göstəricinin (məhsul, xidmət növlərinin və s.) adlarından istifadə; - müəssisələr registrində təsnifatın kodlarından istifadə.
(UYĞUNLAŞDIRILMASI) – milli
təsnifatların strukturunun və məzmununun beynəlxalq təsnifatlara uyğunlaşdırılmasıdır. Göstəricilərin müqayisə olunması imkanının təmin edilməsidir. Beynəlxalq təsnifatlara uyğun olaraq, təsnifatların harmonizasiyasına milli
təsnifatların hazırlanmasında məlumatların qruplaşdırılması yolu ilə
nail olunur.
Ölkələrin
milli xüsusiyyətlərinin əks
olunması beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş qaydalar və tövsiyələrə uyğun olaraq
həyata keçirilir. Məsələn, BMT-nin
Statistika Komissiyası tərəfindən təsdiq edilmiş və 4 rəqəmli koda malik olan
iqtisadi fəaliyyətin bütün növlərinin Beynəlxalq Standart Sahə Təsnifatında (BSST) qrupların həm onluq sistemin bir rəqəminin əlavə olunması yolu ilə, həm də 4 rəqəmli kod dairəsində qrupların bölünməsi yolu ilə
genişləndirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Milli və beynəlxalq təsnifatların qruplaşmalarının məzmununda qarşılıqlı uyğunluğun yaradılması üçün milli və beynəlxalq təsnifatların (və əksinə) mövqelərinin (kodlarının) razılaşdırılması haqqında məlumat əks olunan keçid açarları (kodlaşdırılmış cədvəl) hazırlanır. Təsnifatın müxtəlif əlamətlərinin istifadəsi nəticəsində kodların uyğunluğu heç də həmişə birmənalı olmur. Belə hallarda keçid açarlarında məlumat obyektlərinin girişini təsvir edən izahedici məlumat verilir.
– texniki-iqtisadi və sosial məlumat obyektləri çoxluğunun müəyyən seçilmiş əlamətlər (obyektlərin xüsusiyyətləri, xarakteristikası və parametrləri) üzrə təsnifləşdirmə obyektlərinin sistemləşdirilməsini təmin edən, qəbul edilmiş metodlara uyğun olaraq, uyğunluğu və fərqləri üzrə altçoxluğa bölünməsidir. Əlamətin qiymətinin miqdarı bu əlamət üzrə yaranan təsnifləşdirmə qruplarının sayını müəyyən edir. Məsələn, məhsul təsnifatı üçün aşağıdakı əlamətlərdən istifadə edilir: sahə mənsubiyyəti, təyinatı, tətbiq edilmə sahəsi, fəaliyyət prinsipi, konstruktiv xüsusiyyətləri, hazırlanması üçün istifadə olunan üsul və materiallar. Məhsul Növləri Təsnifatında polad borular hazırlanma metoduna görə: dartılmış, qaynaq edilmiş, mərkəzdənqaçma və s.; təyinatına görə - qaz, su kəməri, neft kəməri, podşipnik və s.; material növünə görə - paslanmayan, karbonlu, minalanmış; ölçüsünə görə - 1020, 1220, 1420 və s. mm-li kimi təsnifləşdirilir. Təsnifləşdirmə prosesinin təsvir edilməsi üçün anlayışların aşağıdakı ifadə və təriflərindən istifadə edilir:
təsnifləşdirmə sistemi
– təsnifləşdirmə metod və qaydalarının məcmusu və onun nəticəsi; təsnifləşdirmə obyekti
– təsnifləşdirilən çoxluğun elementi; təsnifləşdirmə 640
əlaməti – təsnifləşdirmənin aparıldığı obyektin xüsusiyyəti və ya
xarakteristikası; təsnifləşdirmənin pillələri – nəticəsində təsnifləşdirmə qruplarının məcmusu alınan,
iyerarxiya metodunda təsnifləşdirmə mərhələsidir; təsnifləşdirmənin dərinliyi – konkret məsələlərin həll edilməsi üçün zəruri olan qrupların və əlamətlərin sayının konkretləşdirilməsi dərəcəsindən asılı olan, təsnifləşdirmə pillələrinin sayıdır; təsnifləşdirmə qrupları – təsnifləşdirmə nəticəsində alınan obyektlərin altçoxluğudur. Təsnifləşdirmə metodları iyerarxiya və faset üsullarından ibarət olmaqla, iki yerə bölünür. Təsnifləşdirmənin iyerarxiya metodu – ardıcıl olaraq obyektlər çoxluğunun tabe təsnifləşdirmə qruplarına bölünməsidir. Bu metodda obyektlər çoxluğu əvvəlcə seçilmiş əlamətlərlə (bölünmənin əsası) iri qruplara bölünür, sonra isə hər bir təsnifləşdirmə obyekti
konkretləşdirilərək, qruplaşmanın digər əlamətləri üzrə bölünməklə iyerarxiya (tabelik) müəyyənləşdirilir. Təsnifatın faset metodu – obyektlər çoxluğunun paralel sərbəst
(asılı olmayan) təsnifatlar qruplarına bölünməsidir. Bu
metodda təsnifləşdirilən məlumat obyektləri çoxluğu müxtəlif tapşırıqların həlli üçün ayrıca istifadə edilə bilən, bir-biri ilə sərt münasibətdə olmayan sərbəst fasetlərin (siyahı) yığılması ilə təsvir edilir. Məsələn, əhali haqqında məlumat təsnifatında aşağıdakı fasetlərdən istifadə olunur: cins, yaş, vətəndaşlıq, doğulduğu yer, dili və s.
- bu tip turoperatorlar turistləri xarici ölkələrə ya qəbuledici turoperatorlarla, ya da bilavasitə xidmətləri təqdim edən müəssisələrlə bağlanmış sazişlər əsasında göndərirlər. Turizm
agentliklərindən fərqli olaraq, bu turoperatorlar turizm məhsulunun (ÜTT normalarına uyğun olaraq, turizm məhsulunun tərkibinə üçdən az olmayaraq xidmət növü daxil edilir: yerləşdirmə, turistlərin daşınması və sadalanan iki xidmətlə bağlı
olmayan digər
xidmət növləri) komplektləşdirilməsi ilə məşğul olur.
– hər hansı proqramı, yaxud məqsədi birlikdə həyata keçirən, eləcə də müəyyən edilmiş üsul və qaydalar əsasında fəaliyyət göstərən insanların birliyidir.
– iqtisadi obyektin, müəssisələrin, şirkətlərin, təşkilatların bölmələrə, şöbələrə, sexlərə, laboratoriyalara, sahələrə, qruplara ayrılmasıdır. Məqsəd idarəetmənin nizamlanması, həlqələrin qarşılıqlı əlaqəsinin təmin
edilməsi, tabeçiliyin, məsuliyyətin təyin edilməsidir.
fəaliyyət növü ilə bir yerdə (coğrafi ərazidə) sərbəst məşğul olan və bu fəaliyyətdən gəlir əldə edən müəssisədir (və ya müəssisənin hissəsidir). Başqa sözlə, idarə müəyyən növ işlərin həyata keçirilməsi üzrə fəaliyyət yeridir. (II) – Milli Hesablar Sisteminə (MHS) görə, müəssisə bir yerdə yerləşən, yalnız bir istehsal fəaliyyəti (yardımçı deyil) həyata keçirən və ya istehsal fəaliyyətinin əsas növü əlavə dəyərin ən çox hissəsini yaradan müəssisədir və ya müəssisənin bir hissəsidir. Statistik vahidlər haqqında izahata və Avropa Milli Hesablar Sisteminə (AMHS) uyğun olaraq, idarənin tərifi fəaliyyət növünün yerli vahidi kimi statistik vahidə uyğun gəlir.
“Establissement” termininə ekvivalentdir. “Đdarə” termininin ikili şərhinə yol verilir və tez-tez müxtəlif mənalarda istifadə edilir. Bu terminin iki mənası vardır: 1) Đdarə hüquqi vahiddir və ya hüquqi vahidin xüsusi formasıdır. Məsələn, dövlət idarələri (agentlik). Dövlət idarələri dövlət orqanlarının qərarları ilə yaradılmış hüquqi vahidlər hesab edilir.
2) Hər bir idarəyə hüquqi status verilmir. Lakin “idarənin” bütün təriflərində daima iki ümumi element iştirak edir: - idarə - dəqiq müəyyənləşdirilmiş yerə malikdir; - idarəyə rəhbər başçılıq edir. Avrostatın son hüquqi
və metodoloji nəşrlərində statistik vahidlərin uçotunda “idarə” terminindən istifadə edilmir. Müəssisələr statistikasının Avropa sistemində hətta bu termin çox vaxt Avrostatın nəşrlərində “yerli vahid” termininə ekvivalent kimi istifadə edilsə də, “Beynəlxalq Standart Fəaliyyət Təsnifatı”nda fəaliyyət növünün yerli vahidi kimi müəyyənləşdirilmişdir.
– qanunvericiliklə nəzərdə
tutulmuş hüquqi
normalara əsasən müəssisənin, şirkətin, firmanın növünün, tipinin müəyyən edilməsi və buna uyğun təşkilati quruluşun yaradılmasıdır; müəssisənin, şirkətin, korporasiyanın daxili
quruluşunun ölkə qanunları və başqa hüquqi normalarla nəzərdə tutulan
növü, üsulu,
qaydasıdır. Mülkiyyət növü, müəssisənin həcmi, kapitalının formalaşması, bölmələrinin, hissələrinin birləşməsi və uzlaşması səciyyəsindən asılı olur. TƏTBĐQĐ PROQRAM PAKETĐ (TPP) - bir qayda olaraq, məzmun və ya tətbiq olunan riyazi 641
metodlar üzrə bir-birinə yaxın olan müəyyən qrup məsələlərin həlli üçün nəzərdə tutulan proqram və modellər kompleksidir.
nəticələrinin səmərəli tətbiqinin müəyyənləşdirilməsi üçün,
ya da
qarşıda qoyulmuş məqsədin əvvəlcə
nəzərdə tutulduğundan daha tez həllinə imkan verən yeni yolların tapılması məqsədi ilə ayrılan xərclərdir. Bu, artıq əldə olunmuş biliklərinin uçotunu və xüsusi problemlərin həlli məqsədi ilə onların daha da genişləndirilməsini nəzərdə tutur. TƏTĐL – kollektiv əmək mübahisələrini həll etmək məqsədilə işçilərin öz vəzifələrini yerinə yetirməkdən (tam və ya qismən) könüllü olaraq imtina etmələridir. Statistika orqanları tərəfindən tətil haqqında məlumatlar aşağıdakı göstəricilər üzrə işlənilir: tətildə iştirak edən işçilərin sayı; tətilin müddəti; tətilə cəlb edilmiş işçilər tərəfindən işlənməmiş vaxtın (tətillə əlaqədar itirilmiş iş vaxtının) həcmi; tətil baş vermiş müəssisə və təşkilatların sayı; tətilin səbəbləri. Tətildə bilavasitə iştirak edən işçilər və eləcə də tətil nəticəsində işlərini məcburi dayandırmış işçilər tətildə iştirak edən işçilərə daxil edilir. Səbəblər arasında aşağıdakılar fərqlənir: əmək haqqına aid olan problemlər; əmək təhlükəsizliyi və şəraiti problemləri; müəssisələrdə kadr siyasəti problemləri; tətilçilərə rəğbət və ya onlarla həmrəylik; etiraz tətili; digər səbəblər.
keçirildiyi dövr ərzindəki vaxtdır. Tətilin
davamiyyəti işçilərin birinci qrupu arasında tətilin başlandığı andan tətilə cəlb olunmuş işçilərin sonuncu qrupunda onun başa çatmasına qədər olan təqvim günlərində ifadə olunur. Bu göstərici tətilin başlanma vaxtı ilə başa çatma vaxtı haqqında müəssisə və təşkilatların verdiyi məlumatlar əsasında müəyyən olunur.
– yüklənmə anında malın təyinat ölkəsi kimi məlum olan sonuncu ölkədir. Təkrar istehsal üçün göndərilən malın təyinat ölkəsi onun təkrar istehsala məruz qaldığı ölkədir. Xarici ticarətin gömrük statistikasında təyinat ölkəsi – ixracat zamanı ölkə-kontragentin müəyyən edilməsi üçün əsasdır.
mallarının daxil olduğu regiondur. Burada bu mallar istehlak edilir, quraşdırılır, yığılır, emal edilir, təmir edilir və ya lazımi qaydada saxlanır. Bunlar olmadıqda, təyinat regionu dəyişdirilir və mallar oraya göndərilir.
xəstənin poliklinikada həkim yanına 1 dəfə getməsinə və ya həkimin xəstə yanına evə 1 dəfə gəlməsinə uyğun olan uçotdur.
– ixtisaslar üzrə ümumi sayda göstərilmiş həkimlər və orta tibb heyətidir. Həkimlərə, müalicə-profilaktika müəssisələrində əhaliyə tibbi yardımlar göstərən, həmçinin sanitar təşkilatlarında, sosial müdafiə müəssisələrində, elmi-tədqiqat institutlarında, kadr hazırlığı üzrə müəssisələrdə, səhiyyə orqanlarının aparatlarında və digər yerlərdə işləyən ali tibb təhsilli şəxslər aid edilir. Peşə qrupları (feldşer, mama həkimi, tibb bacısı və s.) üzrə orta tibbi təhsilli, müalicə- profilaktika müəssisələrində, sanitar
təşkilatlarında, sosial müdafiə müəssisələrində, məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə və digər yerlərdə işləyən şəxslər orta tibb heyətinin sayına daxil edilir. Həkim və orta tibb heyəti ilə təminat göstəriciləri bütün həkimlərin (fiziki şəxslərin) və orta tibb heyətinin sayının hər 10 min nəfər əhaliyə nisbəti ilə və yaxud bir həkimə düşən əhalinin sayı kimi hesablanır. TĐBBĐ SIĞORTA - tibbi xidmətlərə görə sığorta olunanların tibb təşkilatlarına müraciəti ilə əlaqədar, əlavə sığorta xərclərinin qismən və ya tam həcmdə kompensasiya edilməsində, sığorta ödənişlərinin həyata keçirilməsi üzrə sığorta edənin vəzifələrində nəzərdə tutulan sığorta növlərinin məcmusudur. Azərbaycan Respublikasında könüllü tibbi sığorta “Sığorta haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası haqqında” qanunlarla tənzimlənir. TĐBBĐ SIĞORTA TƏŞKĐLATI – məcburi və (və ya) könüllü tibbi sığortanın keçirilməsi üçün dövlət lisenziyasına malik, qanunvericilikdə nəzərdə tutulan hər hansı bir təşkilati-hüquqi formada olan, müstəqil təsərrüfat subyekti hesab edilən hüquqi şəxsdir. Tibbi sığorta təşkilatı səhiyyə sisteminə daxil olmur. Onun əsas vəzifəsi vətəndaşların tibbi sığortalanmasını təşkil etmək, tibbi yardımları ödəmək, həmçinin mütləq tibbi sığortanın ərazi müqavilə və proqramlarına uyğun olaraq, tibbi və digər xidmətlərin həcm və keyfiyyətinə nəzarət etməkdir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling