Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet161/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   157   158   159   160   161   162   163   164   ...   183

TELEFONLARIN  SIXLIĞI

  –  bütün  əsas 

telefon  aparatlarının  əhalinin  sayına  nisbəti  ilə 

hesablanır (adətən hər, 100 nəfərə). 

 

TELEKOMMUNĐKASĐYA  XĐDMƏTLƏ-



RĐNƏ  ĐNVESTĐSĐYALAR

  –  gözlənilən 

fəaliyyət  müddəti  xeyli  uzun  müddətli  olacaq 

qurğuların  ilkin  quraşdırılmasına  və  ya  mövcud 

olanı    tamamlayan  quraşdırmalara    çəkilən 

xərcləri göstərir. 



 

TELEVĐZĐYA  KANALI

  –  televiziya  heyəti 

(işçiləri)  tərəfindən  və  ya  bir  neçə  televiziya 

şirkətləri  ilə  əməkdaşlıq  nəticəsində  tərtib 

olunmuş 


və 

redaktə 


edilmiş 

televiziya 

proqramlarının  toplusudur  (dəstidir).  Adətən, 

televiziya  kanalı  öz  xüsusi  işarəsinə  (loqotip) 

malik  olur  və  eyni  bir  şəbəkədə  öz  gündəlik 

verilişlərini  aparır.  Kanal  öz  verilişlərini  radio 

dalğalar (hava ilə), internet, birbaşa peyk ilə və ya 

kabel əlaqəsi vasitəsilə apara bilər. 



 

TELEVĐZĐYA  VƏ  RADĐO  PROQRAM-

LARI  XĐDMƏTLƏRĐ 

-  istənilən  texniki 

vasitələr ilə ötürülən və xüsusi bölmə və ya ötürən 

təşkilatın  məhsulları  çərçivəsində  xüsusi  adı  olan 

kanal  formalaşdıran  radio  və  ya  televiziya 

proqramlarının ardıcıllığı kimi müəyyən edilir. 

 

TENDER

  –  1)  aılş-verişin  aparılmasının 

müsabiqə 

formasıdır. 

Tender 

sənədlərində 

göstərilən  meyarlara  uyğun  olması  nöqteyi-

nəzərindən,  ofertin  (müqavilənin,  sazişin)  təqdim 

olunan  iddiaçılarının  müsabiqəsidir;  2)  satınalma 

müqaviləsinin  yerinə  yetirilməsi  üzrə  iddiaçıların 

yazılı 


təqdim 

etdikləri 

təkliflərdən 

ən 


səmərəlisinin  seçilməsi  məqsədi  ilə  keçirilən 

müsabiqədir. 



 

TENDER  KOMĐTƏSĐ  (KOMĐSSĐYASI) 

– 

sifarişçi və ya hərrac təşkilatçısı tərəfindən hərracı 



təşkil etmək  və aparmaq üçün yaradılan daimi və 

ya  müvəqqəti  orqandır.  Tender  komitəsinin 

(komissiyasının) 

daha 


rəqabət 

qabiliyyətli 

ofertinin  seçilməsi  məqsədi  ilə,  əsas  vəzifəsi 

tender  sənədlərinin  hazırlanması,  hərracın  elan 



 

628 


edilməsi və aparılması, hərrac iştirakçılarının ofert 

təkliflərinin 

və 

ya 


ərizələrinin  təhlili 

və 


qiymətləndirilməsidir. 

 

TENDER  SƏNƏDLƏRĐ

 – obyektin və hərrac 

obyektinin  texniki,  ticarət,  təşkilati  və  digər 

xarakteristikası, həmçinin hərrac üsulunun şərtləri 

haqqında 

ilkin 


məlumatlar 

olan 


sənədlər 

komplektidir.  Tender  sənədlərinin  əsas  bölmələri 

aşağıdakılardır: 

obyekt 


və 

hərrac 


obyekti 

haqqında  ümumi  məlumatlar;  layihə  sənədləri; 

ofertin  tərtib  edilməsi  üzrə  tələblər;  ofert 

iştirakçılarının  təlimatı;  hərracın  aparılma  şərtləri 

və qaydaları; hərracda iştirak etmək üçün ərizə. 

 

TERMĐNAL

  –  istifadəçi  tərəfindən  EHM-də 

işlənən  zaman,  məlumatın  daxil  edilməsi  –  çap 

edilməsi  üçün  tətbiq  olunan  aparat  və  proqram 

vasitələri kompleksidir. 

 

TESTLƏŞDĐRMƏ  PROQRAMI

  -  EHM-in, 

onun  ayrı-ayrı  qurğularının  və  ya  işlənmiş 

proqramların  işləmə  qabiliyyətinin  yoxlanmasını 

təmin  edən  proqramdır.  Yoxlanılan  (nəzarət 

edilən)  obyektdə  nasazlığı  aşkar  edən,  nasazlığın 

mövcudluğu 

faktının 

xüsusiyyətlərini 

müəyyənləşdirən  və  onun  meydana  çıxdığı  yeri 

bildirən testləri bir-birindən fərqləndirir. 

 

“TEZ”  VƏ  YÜKSƏKSATIŞLI  AKTĐV-

LƏR

  –  nağd  pula  ekvivalent  olan  mövcud  nağd 

pul  və  ya  dəyərdir,  həmçinin  onların  nominal 

dəyəri  üzrə  öz  təbiətinə  görə  tez  nağd  pul 

vəsaitinə  konvertasiya  oluna  bilən  istənilən  digər 

qiymətlilərdir. 

 

TEZAVRASĐYA

  (pulun  əmanət  şəklində 

banka  qoymadan  evdə  saxlanması)  –  1) 

qiymətli metalların sərbəst şəkildə yığılmasıdır; 2) 

kredit  vəsaitlərini  dövriyyədən  çıxarmaq  yolu  ilə 

onların 


əhali 

tərəfindən 

qeyri-mütəşəkkil 

yığılmasıdır.  Geniş  mənada  ölkənin  mərkəzi 

banklarının, 

xəzinə 


və 

xüsusi 


fondlarının 

yaratdıqları  qızıl  ehtiyatları  da  tezavrasiyaya 

daxildir. 

 

TEZLĐK 



-  bir  saniyədəki  rəqslərin  (hərəkətin) 

sayıdır. Tezliyin ölçü vahidi hers (hs) adlanır.  

 

TEZLĐK  YOXLAMASI

  –  sıranın,  ondan 

müəyyən 

diapazonlu 

tezlikli 

variasiyaların 

çıxardılması  və  təhlilin  sıranın  qalan  hissələrinə 

yönəldilməsi  məqsədilə  riyazi  şəklə  salınma 

üsuludur.  

 

TƏBƏQƏLƏNMĐŞ 

 

SEÇMƏ 



baş 

məcmunun  uyğun  təbəqələrindən  götürülmüş, 

altçoxluqların  dəstindən  ibarət  olan  ümumi 



seçmədir. 

Təbəqələnmiş 

seçmənin 

təsnifləşdirilməsi, 

bölüşdürmə 

qarışıqlarının 

hissələrə 

ayrılması 

metodu 

ilə 


aparılır. 

Bölüşdürmə 

qarışıqlarının 

fərqləndirici 

əlamətlərinin  (eyniləşdirmələrinin)  məlum  zəruri 

və  kifayət  olan  şərtlərindən  belə  nəticə  çıxır  ki, 

bölüşdürmələrdən 

alınan 


son 

qarışıqlar  

fərqlənirlər:  1)  normal,  o  cümlədən  çoxölçülü;  2) 

eksponensial; 3) puasson; 4) Koşi. 

Ümumi  halda  binominal  və  bərabər  ölçülü 

paylamaların  son  qarışıqları  eyniləşdirilən  hesab 

olunmurlar. 

 

TƏBĐƏTDƏN  ĐSTĐFADƏ

  –  müxtəlif  növ 

təbii  ehtiyatlardan  istifadə  olunması  yolu  ilə 

cəmiyyətin  müxtəlif  tələbatının  ödənilməsidir. 

Təbiətdən  səmərəli  istifadə  ekoloji  davamlı 

inkişaf konsepsiyası ilə sıx əlaqədardır. Bu sahədə 

mərkəzi və ən əsası məğz insanla (insan fəaliyyəti 

ilə), onu əhatə edən ətraf mühit, yəni təbiət, təbiət 

ehtiyatlarının  məcmusu  arasında  qarşılıqlı  əlaqə 

və  qarşılıqlı  fəaliyyət  xarakteristikasının  statistik 

öyrənilməsi hesab edilir. 



 

TƏBĐƏTĐN  ĐQTĐSADĐ  DƏYƏRĐ 

-  ümumi 

iqtisadi  dəyər  konsepsiyasında  daha  dolğun 

şəkildə  əks  etdirilmişdir.  Bu  konsepsiya,  təbiətin 

qiymətləndirilməsinə  kompleks  yanaşma  nöqteyi-

nəzərindən 

nəinki 

onun 


birbaşa 

ehtiyat 


funksiyalarını öyrənməyə cəhd edir, eyni zamanda 

bütün  iqtisadi  yanaşmalar  arasında  ən  perspektiv 

yanaşma  sayılır.  Az  müddət  bundan  əvvəl,  1990-

cı  illərdə  meydana  çıxan  bu  konsepsiya  bütün 

dünyada  həm  nəzəri,  həm  də  elmi  cəhətdən 

təsdiqlənmişdir. 

Ümumi  iqtisadi  dəyərin  həcmi  iki  aqreqasiya 

edilmiş  göstəricinin  cəmindən  ibarətdir:  istifadə 

dəyəri  (istehlak  dəyəri)  və  qeyri-istifadə  (qeyri-

istehlak) dəyəri: 

ÜĐD = ĐD +QĐD 

ÜĐD - ümumi iqtisadi dəyər; 

ĐD – istehlak (istifadə) dəyəri; 

QĐD - qeyri-istehlak dəyəri. 

Öz  növbəsində  istifadə  dəyəri  üç  toplanandan 

ibarətdir: 

ĐD = BĐD +DĐD + AAD 

BĐD  - birbaşa istehlak dəyəri; 

DĐD - dolayı istehlak dəyəri;  

AAD - ayrılmış alternativ dəyər. 

Çox  zaman  qeyri-istehlak  dəyəri  mövcud  olan 

dəyərin  miqdarı  ilə  müəyyən  edilir.  Bəzən  qeyri-

istehlak  dəyərinə  irsi  dəyər  də  daxil  edilir. 

Ümumilikdə,  bu  göstərici  təbiətin  insan  və 


 

629


cəmiyyət  üçün  nə  qədər  əhəmiyyətli  olmasını 

göstərir. 

 

Beləliklə,  ümumi  iqtisadi  dəyərin  həcmi  dörd 



toplanandan  ibarət  olur:  Yuxarıdakı  düsturları 

nəzərə alsaq, 



ÜĐD = BĐD+DĐD+AAD+MD 

burada MD - mövcudluq dəyərini göstərir

Đstehlak  dəyərini  (istifadə  dəyərini)  təşkil  edən 

iqtisadi qiymətlərə aşağıdakılar daxildir: 

-  birbaşa  istehlak  dəyəri  –  turizm,  istirahət,  sabit 

ovçuluq, balıqçılıq və s. 

-  dolayı  istehlak  dəyəri  -  qlobal  nəticələr,  karbon 

qazı və s. ilə bağlı olan ekoloji funksiyalar; 

-  ayrılmış  alternativ  dəyər  -  gələcəkdə  təbii 

nemətlərin 

istifadəsindən 

yaranan 


potensial 

mənfəət. 

Öz-özlüyündə  təbiətin  mövcudluğu  cəhətdən 

qeyri-istehlak  dəyəri  böyük  əhəmiyyət  kəsb  edir 

(daha  incə  məqamların  qiymətləndirilməsi  - 

təbiətin  sosial,  etik  və  estetik  aspektləri).  Đnkişaf 

etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  nadir 

heyvanların və milli parkların mövcudluq dəyərini 

(mövcudluğunu)  müəyyən  etmək  üçün  bir  sıra 

müayinələr aparılır. Bu müayinələrin əsasını əhali 

arasında aparılan sorğu nəticəsində müxtəlif nadir 

bioloji  obyektlərin  iqtisadi  qiymətləndirilməsi  və 

onların  mövcudluğunu  ödəmək  üçün  əhalinin 

potensial hazırlığı təşkil edir. Đqtisadi nəzəriyyədə 

bu  müayinələr  “ödəmə  hazırlığı”,  subyektiv 

qiymətləndirilmə ilə əlaqəlidir.  



 

TƏBĐƏTĐN  QORUNMASI  FƏALĐYYƏ-

TĐNĐN  ĐQTĐSADĐ  HƏVƏSLƏNDĐRĐL-

MƏSĐ

  –  1)  mülkiyyət  növündən  asılı  olmayaraq 

bütün  müəssisələr  (təşkilatlar)  tərəfindən  təbiətin 

qorunması  səmərəli,  az  tullantılı  texnologiyaların 

və istehsalın tətbiqi zamanı onlara verilən vergi və 

güzəştlərin  müəyyən  edilməsidir;  2)  ekoloji 

fondların  qoyduqları  vergilərdən  (tam  və  ya 

hissələrlə)  azad  edilməsidir;  3)  ekoloji  fond 

vəsaitlərinin  bir  hissəsinin  müqavilə  şərtləri 

daxilində,  atmosferə  atılan  (tullanan)  zərərli 

maddələrin 

və 


ətraf 

mühitdə 


yerləşdirilən 

tullantıların  miqdarının  azaldılması  zəmanəti 

altında, iş görmək üçün müəssisələrə (təşkilatlara) 

və 


vətəndaşlara 

borcların 

aşağı 

faizlərlə 



verilməsidir;  4)  təbiətin  qorunmasının  əsas 

istehsal 

fondlarının 

yüksək 


amortizasiya 

normalarının  təyin  edilməsidir;  5)  ekoloji  təmiz 

məhsulların 

istehsalı 

və 

satışına 



görə 

həvəsləndirici  (yüksək)  qiymətlərin  tətbiqidir;  6) 

ekoloji  zərərli  məhsullara,  həmçinin  ekoloji 

təhlükəli  texnologiyaların  tətbiqi  məhsullarına 

vergilərin 

qoyulması 

kimi 

tədbirlərin 



kompleksidir. 

 

TƏBĐĐ  (MĐLLĐ)  PARKLAR

  -    təbii  və 

mədəni  landşaftların  (mənzərələrin)  əlverişli 

birləşməsi  nəticəsində  xüsusi  ekoloji,  tarixi  və 

bədii  qiymətə  malik  olan  və  həm  əyləncə  və 

maarifləndirici,  həm  də  elm  və  mədəniyyət 

məqsədləri 

üçün 

istifadə 



edilən 

təbii 


komplekslərin  qorunması  üçün  yaradılan  ərazi 

sahələridir.  Təbii  (milli)  parklardan  həm  təbiətin 

qorunması, həm də əyləncə məqsədi üçün istifadə 

olunur.  Statistikada  təbii  (milli)  parkların  həm 

ümumi  ekoloji  göstəricilərini,  həm  də  onların 

təsərrüfat  fəaliyyətinin  elementlərini  (parka  gələn 

şəxslərin  sayını  və  strukturunu,  göstərilən 

xidmətləri və s.) nəzərə almaq lazımdır.  



 

TƏBĐĐ  DOĞUM

  –  hamiləliyin  qarşısını  alan 

tədbirlərlə  və  süni  abortlarla  məhdudlaşmayan 

doğumdur. “Təbii doğum” terminini elmə 1961-ci 

ildə fransız demoqrafı L.Anri daxil etmişdi. Təbii 

doğum  törəyib  artma  qabiliyyəti  ilə  eyni  deyil, 

çünki  o  təbii  doğumda  tam  realizə  olmur.  Təbii 

doğum  bəzən  istifadə  olunan  qeyri-dəqiq  “xalis-

bioloji”, 

yaxud 

“kor-təbii” 



doğum 

kimi 


anlayışlara  da  bərabər  deyil.  Kontrasepsiya  və 

süni  abortlar  praktikası  olmadıqda,  uşaq  doğuşu 

nikah  və  ailə  vəziyyətini,  uşaqlara  qulluğu  və  s. 

tənzimləyən 

sosial 

normaların 



təsiri 

ilə 


məhdudlaşır (nəzarət edilir, tənzimlənir). 

 

TƏBĐĐ  EHTĐYATLAR

 – geniş mənada, əmək 

əşyaları  və  ya  vasitələri,  enerji  mənbələri,  qida 

məhsulları, 

reqressiya 

(insanların 

həyat 


fəaliyyətinin 

bərpa 


edilməsi), 

mühafizə 

elementləri  və  təbii  sərvətlərin  (aktivlərin)  bərpa 

edilməsi  və  s.  kimi  cəmiyyətin  müxtəlif  fiziki  və 

mənəvi tələbatını ödəmək üçün istifadə olunan və 

gələcəkdə 

istifadə 

oluna 


biləcək 

təbii 


komponentlərin və ətraf mühitin xüsusiyyətlərinin 

məcmusudur 

və 

sosial-iqtisadi 



statistika 

sisteminin tərkib hissəsi sayılır. “Təbii ehtiyatlar” 

anlayışı,  nəticə  etibarı  ilə,  mənaya  və  daxili 

tərkibə  zərər  vurmadan  “ətraf  mühit  vasitələri 

ehtiyatları” anlayışı ilə əvəz oluna bilər.  

Təbii  ehtiyatlara  aiddir:  torpaq,  su,  yeraltı 

sərvətlər  (yeraltı  qazıntılar),  bitki  və    heyvanlar 

aləmi,  atmosfer  havası,  havanın,  qabarmaların  və 

dalğaların  enerjisi,  günəş  enerjisi.  Bu  ehtiyatlar 

bərpa  olunan  və  bərpa  olunmayan  ehtiyatlara 

bölünürlər.  Bərpa  və  təkrar  olunan  təbii 

ehtiyatlara  su  ehtiyatları,  heyvanat  və  bitkilər 

aləmi, atmosfer havası və enerji; bərpa olunmayan 

və  təkrar  olunmayan  ehtiyatlara  isə  bir  çox 

nəsillər  boyu  təkrarlanmayan  torpaq  və  faydalı 

qazıntılar aiddir. 

Eyni  zamanda,  təbi  ehtiyatlar  istehsal  və  qeyri-

istehsal ehtiyatlarına bölünürlər. 



 

 

630 


TƏBĐĐ  EHTĐYATLARA  GÖRƏ  ÖDƏMƏ-

LƏR

  –  torpaqdan,  sudan,  meşə  və  digər  təbii 

ehtiyatlardan  istifadə  etmək  və  sərəncam  vermək 

hüququna 

görə 


müəssisələrin 

(təşkilatların, 

səhmdar  cəmiyyətlərin  və  s.)  mənfəətlərindən  və 

ya  gəlirlərindən  və  digər  mənbələrdən  dövlət 

büdcəsinə  ödəmə  formasıdır;  müəyyənləşdirilmiş 

normativ əsaslarla müəyyən edilir (mənfəətə görə 



faizlə,  istifadə  olunan  ehtiyatların  miqdarına  görə 

fəaliyyətdə  olan  qəti  tariflərə  uyğun  sabit 

dərəcələrlə). Təbii ehtiyatların təbii məhsuldarlığı 

arasında  fərqlər  baş  verdiyindən,  təbii  ehtiyatlara 

görə ödəmələr diferensial renta şəklində alınır.  

 

TƏBĐĐ  ƏTRAF  MÜHĐT

 – insan cəmiyyətinin 

mövcudluğu  və  inkişafı  üçün  zəruri  olan  təbii 

şəraitin 

məcmusudur. 

Təbii 

ətraf 


mühit 

atmosferdən, 

hidrosferadan 

və 


litosferadan 

(torpağı,  yeraltı  suları  və  faydalı  qazıntıları 

birləşdirən  yer  kürəsinin  üst  qatı),  flora  və 

faunadan  ibarətdir.  Cəmiyyətin  inkişafı  ilə  onun 

təbiətə  təsiri  genişlənir,  təbii  formalara  xas 

olmayan,  təbii  mühit  tərəfindən  assimilyasiya 

olunmayan  və  canlı  orqanizm  üçün  zərərli  olan 

maddələrlə  çirklənməsi,    ətraf  mühitin  neqativ 

dəyişiklikləri  artır;  təbiətin  dinamiki  tarazlığı 

pozulur;  su  balansında  dəyişikliklər  baş  verir, 

torpağın  eroziyası  artır,  mineral  xammal  və 

yanacaq  ehtiyatlarının  tükənməsi  və  s.  kimi 

proseslər  baş  verir.  Đnsanla  ətraf  mühit  arasında 

qarşılıqlı  proseslər  statistik  öyrənmənin  predmeti 

hesab edilir.  

 

TƏCĐLĐ    SĐYAHIYAALMA

  -  qısa  təqvim 

günlərində  (2  gündən  10-dək)  təşkil  olunmuş 

siyahıyaalmadır. 

Təcili 


siyahıyaalma 

üçün 


xarakterikdir: 

məlumatların 

toplanması 

və 


işlənməsində  mərkəzləşdirilmiş  (rəsmi  statistika 

orqanları 

tərəfindən) 

rəhbərlik, 

ciddi 

məhdudlaşdırılmış  məqsəd  və  müşahidənin  qısa 



proqramı  (1-5  sual),  məlumatların  ötürülməsinin 

təcili üsulu. 



 

TƏCĐLĐLĐYƏ  VƏ  YA  NAĞD  ÖDƏNĐŞ-

LƏRƏ  GÖRƏ  GÜZƏŞT

  -  kreditor tərəfindən 

borcalana  verilən  borcun  azalmasıdır.  Borclu 

vaxtı  çatmamış  və  yaxud  təyin  edilmiş  vaxtda 

borcun  ödənilməsində  ona  verilmiş  üstünlükdən 

mənfəət əldə etmədən nağd ödəməklə öz borcunu 

ödəyir. 


 

TƏCRĐD  EDĐLƏNLƏR

  (fran.  isoler  – 

ayırmaq)  –  insanların  nisbətən  kiçik  qrupu,  öz 

ərazi  vəziyyətlərinə  (məsələn,  kiçik  adada, 

dağlarda 

və 

digər 


əlçatmayan 

yerlərdə 

məskunlaşma),  yaxud  digər  səbəblərə  (dini,  etnik 

və  b.)  görə  əhali  kütləsindən  ayrılmış  olurlar. 

Təcrid  edilənlərdə  əhalinin  təkrar  istehsalı  bu 

qrupların hüdudundan kənara çıxmır. 



 

TƏCRÜBƏ  ĐSTEHSALI

 

– 



elmi-texniki 

işləmələrin  nəticələrinin  yoxlanması,  tədqiqat 

proseslərini 

təmin 


etmək 

məqsədi 


ilə 

eksperimental  işləri  yerinə  yetirən  təcrübə-

eksperimental  istehsalın  məcmusudur.  Statistika 

elmi 


idarələrdə 

təcrübə 


istehsallarının 

mövcudluğunu,  onların  texniki  vəziyyətlərini, 

yerinə  yetirilən  eksperimental  işlərin  həcmini, 

onların davamiyyət müddətini, keyfiyyətə təsirini, 

yeni  yaradılan  texnikanın  işlənib-hazırlanma 

müddətini  və  səmərəliliyini  öyrənir.  Təcrübə 

istehsalı  –  həmçinin  maketlərin,  nümunələrin  və 

ya yeni məhsul növlərinin birinci (ilk) partiyasının 

(seriyasının)  hazırlanmasıdır.  Təcrübə  istehsalı 

partiyalarla həyata keçirilə bilər, gələcəkdə isə bu 

məhsulun  layihə-konstruktor  və  elmi-tədqiqat 

təşkilatlarının  nəzdində  ixtisaslaşdırılmış  təcrübə 

zavodları  (sexləri),  təcrübə  zavodları  tərəfindən 

kütləvi və ya seriyalı istehsalı gözlənilir.  



 

TƏCRÜBƏ,  EKSPERĐMENTAL  ĐŞLƏRĐ

 

–  elmi  tədqiqatların  nəticələrinin  təcrübədə 

yoxlanması  ilə  bağlı  işləmələrin  formasıdır. 

Təcrübə  işləri  yeni  məhsul  nümunələrinin 

hazırlanması və işlənməsi, yeni (təkmilləşdirilmiş) 

texnoloji  proseslərin  işlənməsi  məqsədini  daşıyır. 

Eksperimental  işlər  elmi  tədqiqat  və  işləmələrin 

aparılması üçün zəruri olan xüsusi (qeyri-standart) 

avadanlıqların,  aparatların,  cihazların,  qurğuların, 

stendlərin, maketlərin və s. hazırlanması, təmiri və 

xidmətinə yönəldilən işlərdir. 



 

TƏDARÜKÇÜ  QRUPLARLA  BĐRLƏŞ-

MƏLƏR 

(ƏMƏKDAŞLIQ)

 

– 



ayrılıqda 

aldıqları  ilə  müqayisədə,  mal  göndərəndən  daha 

əlverişli  şərait  almaq  üçün  bir  və  ya  daha  çox 

topdan və pərakəndə ticarətçilərin birləşməsidir. 

 

TƏDAVÜL  EDƏN  (ROLOVER)  KREDĐT

 

– bankların qısamüddətli ehtiyatları hesabına (3-6 

ay  müddətinə)  maliyyələşdirilən,  bir  və  ya  bir 

neçə  bankın  müştəriyə  kredit  xətti  (2-5  il 

müddətinə) açdığı vaxt, dəyişən faiz tarifləri üzrə 

verilən,  ortamüddətli  və  uzunmüddətli  kredit 

formalarıdır.  Kredit  üzrə  faiz  tariflərinə  bank 

tərəfindən 

hər 


yenidən 

maliyyələşdirilmə 

əməliyyatı  zamanı  yenidən  baxılır  və  bu, 

qısamüddətli  kapital  bazarının  dinamika  və 

konyunkturasından  asılı  olur.  Belə  ki,  konkret 

maliyyə  bazarında  baza  faiz  tarifinə  bank 

marjlarının məbləği də əlavə edilir. 

Tədavül edən (rolover) kreditinin köməyi ilə bank 

valyuta,  faiz  və  kredit  tarifləri  üzrə  risklərin 


 

631


səviyyəsini  optimallaşdırır.  Đri  tədavül  edən 

(rolover)  kredit  daha  çox  bank  konsorsiumları 

tərəfindən  verilir  ki,  burada  da  risklər  banklar 

arasında bölüşdürülür. Konsorsiuma başçılıq edən 

bank rəhbərlik etməyə görə komisyon haqqı alır ki, 

bu  da  konsorsiumun  üzvü  olan  hər  bir  bankın 

iştirakçı kimi aldığı komisyon haqqa əlavə edilir.  

 

TƏDAVÜL  EDƏN  DEPOZĐT  SERTĐ-



FĐKATI

  –  kredit  müəssisələrində  depoziti  əks 

etdirən  qiymətli  kağızlardır.  Bütöv  şərtlənmiş 

müddət  ərzində  bank  tərəddüd  etmədən  verilmiş 

məbləğə  sərəncam  vermək  hüququna  malik 

olduğundan,  tədavül  edən  depozit  sertifikatı  gəlir 

gətirir.  Sadə  təcili  əmanətlərlə  müqayisədə, 

tədavül  edən  depozit  sertifikatları  əmanətçiyə 

cərimə  ödəmədən,  öz  vəsaitini  vaxtından  əvvəl 

geri  tələb  etmək  imkanı  verir.  Bunun  üçün  ona 

təkrar  (ikinci)  bazarda  sertifikatı  üçüncü  şəxsə 

satmaq kifayətdir. 

 

TƏDAVÜL  XƏRCLƏRĐ



  –  (I)  məhsulun 

satılması  və  onun  istehlakçıya  çatdırılması  ilə 

əlaqədar  müəssisənin  xərclərinin  pul  ifadəsində 

dəyəridir.  Məhsulların  daşınması;  əmək  haqqının 

ödənilməsi;  binaların,  qurğuların,  tikili  və 

inventarların  icarəsi  və  saxlanması;  köhnələn 

məhsulların  saxlanması;  reklam  və  s.    xərcləri 

özündə birləşdirir. Tədavül xərcləri xalis və əlavə 

xərclərə bölünür. Xalis tədavül xərcləri məhsulun 

alqı-satqı  aktı  ilə  bilavasitə  əlaqədar  olan  və 

şərtlənən  xərcləri,  əlavə  tədavül  xərcləri  isə 

tədavül  sferasında  istehsal  prosesinin  (daşınma, 

yenidən  işlənmə,  saxlanma,  qablaşdırılma  və  s.) 

davam etdirilməsi ilə əlaqəli xərcləri göstərir.  

Tədavül  xərcləri  –  müəssisənin  gəlir  və 

rentabelliyinin  yaranmasının  əsas  amillərindən 

biridir.  Tədavül  xərclərinin  statistikası  tədavül 

xərclərinin  səviyyə,  struktur  və  dinamikasının 

amil,  indeks,  tənəzzül  və  klaster  modellərini 

işləyir və təhlil edir. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   157   158   159   160   161   162   163   164   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling