Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- TƏDĐYYƏ BALANSI – (I)
- TƏDĐYYƏ BALANSI HESABLARININ QURULUŞU
- TƏDĐYYƏ BALANSINDA ƏKS OLUNAN ƏMTƏƏLƏR
- TƏHKĐM OLUNMUŞ ƏHALĐ
- TƏHLÜKƏSĐZLĐK TƏLƏBLƏRĐNƏ CAVAB VERMƏYƏN AVADANLIQDA MƏŞĞULLUQ (MƏŞĞUL OLANLAR)
- TƏHSĐL XĐDMƏTLƏRĐNĐN GÖSTƏ- RĐLMƏSĐ (BURAXILIŞI)
- TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNDƏ OXU- YANLARIN SAYI
- TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNƏ QƏBUL
- TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNƏ MÜSA- BĐQƏ
- TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNĐN LĐSEN- ZĐYALAŞDIRILMASI
- TƏHSĐL MÜƏSSĐSƏLƏRĐNĐN MADDĐ BAZASI
- TƏHSĐL PROSESĐNĐN DAXĐLĐ SƏMƏ- RƏLĐLĐYĐ
- TƏHSĐL SAHƏSĐNDƏ XĐDMƏTLƏR
- TƏHSĐL SENZĐ
- TƏHSĐL STATĐSTĐKASI
- TƏHSĐL ÜZRƏ ĐXTĐSAS TƏSNĐFATI
- TƏHSĐLLƏ ƏHATƏ OLUNMA
- TƏK (FƏRDĐ) SAHĐBLĐ MÜƏSSĐSƏNĐN KAPĐTALI
- TƏKBAŞINA SAHĐBLĐK
- TƏKLĐF (əmtəə təklifi)
- TƏKLĐF QANUNU
- TƏKLĐF ÜZRƏ ELASTĐKLĐK
- TƏKLĐFĐN ELASTĐKLĐK ƏMSALI
(II) - şirkətin öz məhsullarını və xidmətlərini alıcıya çatdırmasına çəkdiyi bütün xərclərdir. Onlar özündə məhsulun satışının və istehlakçıya xidmətlərin təşkilinə yönəldilmiş fəaliyyətin bütün növlərinə aid olan birbaşa və köməkçi xərcləri birləşdirir.
ərzində bir ölkənin digər ölkə ilə xarici iqtisadi əməliyyatlar haqqında sistemləşdirilmiş yekun məlumatlarını əks etdirən statistik cədvəldir. Rezident və qeyri-rezidentlər arasında baş verən belə əməliyyatlara əmtəə, xidmət və gəlirlərlə əməliyyatlar; dünyanın qalan ölkələrinə olan maliyyə tələb və öhdəliklərlə olan əməliyyatlar; transferlər kimi təsnifləşdirilən əməliyyatlar daxildir. (II) - ölkənin qalan dünya ilə bütün beynəlxalq əməliyyatları haqqında hesabatdır. O ölkə ilə rezident və qeyri-rezidentləri arasında olan bütün əməliyyatları əhatə edir.
Tədiyyə balansı
aşağıdakı əsas hissələrdən ibarətdir: cari hesab və investisiya və digər kapital əməliyyatları. Mühasibat uçotunda tətbiq edilən ikili qeyd etmə sisteminin köməyi ilə qeydiyyata alınmış bu əməliyyat, özündə qiymətli kağızlar bazarı, xarici valyuta ilə göstərilmiş və ya alınmış mallarla, xidmətlərlə, köçürmələrlə (transferlərlə), ssudalarla (borclarla) və s. aparılan əməliyyatları birləşdirir. Beynəlxalq ticarət xidmətləri tədiyyə balansının cari hesabında göstərilir və
“görünməyən əməliyyatlar” adlanan hissəsini formalaşdırır. Balansın cari hesabı özündə xarici ticarət xidmətləri statistikası üzrə yeganə müqayisəli məlumat bazasını əks etdirir.
QURULUŞU – tədiyyə balansı çərçivəsində aşağıdakı hesablardan istifadə olunur: cari əməliyyatlar hesabı, kapitalla əməliyyatlar hesabı və maliyyə hesabı. Cari əməliyyatlar hesabında əmtəə və xidmətlərin idxal və ixracı, xaricdən alınan gəlirlər və xaricə ödəmələr, xaricə və xaricdən olan cari transferlərin göstəriciləri əks etdirilir. Cari əməliyyatlar hesablarının əməliyyatları ümumi göstəricilərlə göstərilir ki, bu da hər bir kateqoriya üzrə debet və kredit müxabirləşməsinin olması deməkdir. Kapitalla əməliyyatlar hesabında kapital
transferləri və
qeyri-istehsal qeyri-maliyyə aktivləri ilə (patent və müəllif hüquqları kimi) əməliyyatlar göstərilir. Kapitalla əməliyyatlar hesabında müxabirləşmələr üzrə həm də ümumi göstəricilər göstərilir. Maliyyə hesabı, rezidentlərin qeyri-rezidentlərə olan maliyyə tələbləri (aktivlərlə) və rezidentlərin qeyri-rezidentlər qarşısındakı öhdəlikləri ilə əməliyyatlar üzrə məlumatları əks etdirir. Bu əməliyyatlar kredit və istiqrazların istifadəsi və ödənişini, xarici valyutaların alınmasını və xərclənməsini; qiymətli kağızların buraxılmasını, geri alınmasını, satışı və ya alışını və s. əks etdirir. Maliyyə hesabları əməliyyatları xalis
göstəricilərlə yazılır ki, bu da hər bir mövqenin ya kredit, ya da debet üzrə müxabirləşməsini əks etdirir.
ƏMTƏƏLƏR – əmtəələrin tədiyyə balansına daxil edilməsinin və xarici iqtisadi əməliyyatlarda qeydiyyatı vaxtının müəyyən edilməsi üçün əsas 632
prinsip, əmtəəyə olan mülkiyyət hüququnun əməliyyatın bir iştirakçısından digərinə keçməsi anı hesab edilir. Daşınar əmtəələr, emal üçün əmtəələr, əmtəələrin təmiri,
nəqliyyat təşkilatlarının limanlarda aldıqları əmtəələr və qeyri-monetar qızıl əmtəə hesabına daxil olan komponentlərə daxildir.
– “Hüquqi əhali”yə bax.
– tərkibində əhalinin sağlamlığı və ətraf mühit üçün xüsusilə zəhərli maddələr və birləşmələr olan istehsal və istehlak tullantılarıdır. Qüvvədə olan qaydalara uyğun olaraq, təbii ətraf mühitə atılan bütün tullantılar (inqredientlər) dörd sinfə bölünür: 1) son dərəcə təhlükəli tullantılar; 2) yüksək dərəcəli təhlükəli tullantılar; 3) orta dərəcəli təhlükəli tullantılar; 4) az təhlükəli tullantılar. Sənayenin mövcud təhlükəli tərkibli zəhərli tullantılarının bütün növlərinin əmələ gəlməsinin, zərərsizləşdirilməsinin, basdırılmasının və istifadəsinin (utilizasiyasının), həmçinin saxlanma və ya daşınma prosesində korlanan, özünün birbaşa təyinatı üzrə istifadə oluna bilməyən (məsələn, istifadəyə yararsız hala düşən və qadağa olunan pestisidlər) bütün təhlükəli məhsul və məmulatların statistik uçotu aparılır. Lakin hazır məhsul və ya yarımfabrikat olan zəhərli maddələr (məhsullar, birləşmələr) uçota alınmır.
TƏLƏBLƏRĐNƏ CAVAB VERMƏYƏN AVADANLIQDA MƏŞĞULLUQ (MƏŞĞUL OLANLAR) – istehsal avadanlıqları üçün təsdiq olunmuş təhlükəsizlik tələblərinə və müvafiq standartlara cavab verməyən istehsal avadanlıqlarından, maşın və mexanizmlərdən istifadə edən şəxslərdir.
– biliklərin alınması və toplanması, qarşılıqlı münasibətlə informasiya mübadiləsi qabiliyyətinin əldə olunmasını özündə əks etdirir. Bu qabiliyyətlər müasir cəmiyyətin həyatında tam hüquqla iştirak və ona öz töhfələrini vermək üçün zəruridir. Hazırda təhsilin əhəmiyyəti daha yüksəkdir və
innovasiya və
informasiya texnologiyalarının inkişafına uyğun
olaraq artmaqda davam edir. Savadlılıq özündə istənilən təhsili almaq üçün zəruri zəmini əks etdirir və buna görə də, yaşlı əhalinin savadlılıq əmsalı insan inkişafının ölçülməsinin əsas baza göstəricisi hesab edilir. Bu, gündəlik həyata aid olan qısa sadə mövzuları başa düşməklə oxuya və yaza bilən adamların 15 və yuxarı yaşlarda olan adamların faizlə nisbəti kimi müəyyən edilir. Savadlılıq əmsalı real əhaliyə aid edilir və vəziyyətin göstəricisi hesab edilir, yəni təhsil sahəsində toplanmış nailiyyətləri əks etdirir (bu, əhəmiyyətli dərəcədə keçən 10-20 ildə
savadlılığın yayılmasından asılıdır). Savadlılıq səviyyəsini hesablayarkən həm birbaşa məlumatlardan (adətən, hər 10 ildən bir aparılan əhalinin siyahıyaalınmalarının nəticələri əsasında), həm də əlavə məlumatlardan istifadə etmək olar. Bazar iqtisadiyyatlı sənaye ölkələri üçün savadlılıq səviyyəsi göstəricisi 99 faizə bərabər
götürülür və
bu ölkələrdə əhali siyahıyaalmalarının proqramlarından savadlılıq haqqında sual çıxarılmışdır. 1990-cı ildən təhsillilik indikatoru kimi
savadlılıq səviyyəsindən istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilinin davam etdirilməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
bütün
səviyyələrdə əhalinin təhsil alması məqsədi ilə və əlavə
ixtisas təhsili
(tədris akademiyaları, universitetlər, institutlar, məktəblər, digər ali və orta ixtisas təhsilli kadrların hazırlanması üzrə təhsil müəssisələri, ixtisasartırma kursları, uşaq evləri), həmçinin məktəbəqədər təhsil və tərbiyə üçün onlara göstərilən bazar və qeyri-bazar xidmətlərinin dəyəridir. Bu sahə üzrə bazar buraxılışı göstərilən pullu xidmətlərin dəyərini ifadə edir. Qeyri–bazar buraxılışı dövlət büdcəsindən və qeyri-büdcə fondlarından maliyyələşən müəssisə və təşkilatların cari xərclərinin, həmçinin sahənin əsas kapital istehlakının həcminin cəmi ilə ifadə olunur.
MÜƏSSĐSƏLƏRĐNDƏ OXU- YANLARIN SAYI
– ümumi təhsil
müəssisələrində; ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində oxuyanların sayıdır. Rəsmi statistika hesabatlarında oxuyanların (tələbələrin) sayı haqqında məlumatlar siniflər (kurslar), cins, yaş, ixtisas və digər göstəricilər üzrə verilir.
- təsdiq olunmuş qaydalara uyğun olaraq, müvafiq tədris ilində oxumağa qəbul edilmiş şəxslərin sayının göstəricisidir. Đkinci ilə qalan və bərpa olunmuşların sayı qəbul olunanların sayına daxil olunmur. Təhsilin bu
səviyyəsində təhsil
müəssisələrinə qəbulun
kəmiyyət 633
xarakteristikalarına aşağıdakılar daxil edilir: qəbulun sayı, təhsilin formaları, istiqamətləri və baza təhsili üzrə qəbulun strukturu, təhsil müəssisələrinə müsabiqə, müəyyən
təhsil səviyyəsinə daxil olma dərəcəsi.
imtahanlarının nəticələrinə (qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə müsabiqə əsasında qəbuldur. Qəbulun
nəticələrinin təhlilində ərizə verənlərlə təhsil alanların (imtahan verənlər) nisbətini xarakterizə edən göstəricilərdən istifadə edilir və təhsil müəssisələrində müsabiqə hər yüz yerə ərizə verənlərlə ifadə olunur.
ZĐYALAŞDIRILMASI – təhsil müəssisəsinin təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən
edilmiş qaydada
müvafiq icra
hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almasıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Hüquqi və fiziki şəxslər tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil
müəssisələrinə xüsusi
razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər
tərəfindən təsis
edilmiş təhsil
müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir. Belə lisenziyanın verilməsində məqsəd ölkə vətəndaşlarının peşə təhsili almaq hüququnun qorunması, müxtəlif təşkilati-hüquqi formaya məxsus peşə təhsili müəssisələrinin sərbəst fəaliyyət göstərməsi və inkişaf etməsi üçün hüquqi əsas yaratmaqdan ibarətdir
BAZASI – tədris-tərbiyə prosesinin təşkili üçün istifadə edilən bina və avadanlıqlar kompleksidir. Konkret
təhsil səviyyəsinin maddi-texniki bazasını xarakterizə edən
göstəricilərə aşağıdakılar daxildir: funksional təyinatına görə sahənin həcmi, təhsil alan hər bir nəfərə düşən tədris sahəsi, orada yaşayan hər bir sakinə düşən yataqxana sahəsi, yataqxana ilə təminat, texniki təhsil vasitələri, kitabxana fondu, ictimai iaşə müəssisələri ilə təminat. Təhsil statistikası həm də ümumtəhsil məktəblərinin binalarının texniki vəziyyətini və onların abadlığını öyrənir.
təhsil
müəssisəsinin statusunun dövlət tərəfindən tanınması prosesidir. Dövlət akkreditasiyasının məqsədi təhsil müəssisəsinə statusun verilməsi, dövlət standartlarında nəzərdə tutulmuş səviyyədə və vaxtda təhsilin alınmasında vətəndaşların hüquqlarının qorunmasından ibarətdir.
növbəti sinfə keçmə, çıxma (uzaqlaşma), buraxılış əmsalları ilə xarakterizə edilir. Đkiilçilik əmsalı - dərs ilini təkrarlayan (iki il bir sinifdə və ya kursda qalan) şagirdlərin (tələbələrin) sayının sinifdə (kursda) oxuyan şagirdlərin (tələbələrin) sayına olan nisbəti ilə; növbəti sinfə (kursa) keçmə əmsalı – növbəti sinfə keçənlərin sayının sinifdə (kursda) oxuyanların sayına olan nisbəti ilə; çıxma əmsalı – çıxan şagirdlərin (tələbələrin) sayının sinifdə (kursda) oxuyanların sayına olan nisbəti ilə; buraxılış əmsalı - axırıncı sinifdən (kursdan) buraxılanların sayının axırıncı sinifdə (kursda) oxuyanların sayına olan nisbəti ilə müəyyən edilir.
– dövlət, qeyri-dövlət təhsil müəssisələri, şəxsi müəllimlər tərəfindən göstərilən xidmətlərdir. Onlara məktəbəqədər və ibtidai təhsil, ümumi orta və tam orta təhsil, orta ixtisas təhsili, ali təhsil sistemində oxumayan yaşlılar üçün fasiləsiz təhsil sahəsində xidmətlər; xüsusi ixtisaslaşmış pullu təhsil müəssisələri və seminarları tərəfindən göstərilən xidmətlər, kurslarda, pullu dərnəklərdə göstərilən xidmətlər aiddir.
qanununa əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasında təhsil
sistemi aşağıdakı quruluşda müəyyən olunmuşdur: məktəbəqədər təhsil; ümumi təhsil (ibtidai təhsil; ümumi orta təhsil; tam orta təhsil; ilk peşə-ixtisas təhsili, orta peşə təhsili, ali təhsil).
ümumi təhsil; ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyətini öyrənən sahədir. Göstəricilər sistemi təhsil sahəsində baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini xarakterizə edir. Təhsilin hər bir səviyyəsi üzrə təhsil müəssisələri, təhsil alanların kontingenti, təhsil
prosesinin daxili
səmərəliliyinin xarakteristikası, təhsil müəssisələrinə qəbul haqqında məlumatlar, mütəxəssislərin buraxılışı, müəllim heyətinin kəmiyyət və
keyfiyyət xarakteristikası, təhsil müəssisələrinin maddi- texniki bazalarının vəziyyəti haqqında məlumatların alınmasına imkan yaradır. Təhsil statistikasının praktiki vəzifəsi dövlət və ictimai 634
strukturlarını, elm sahələrini və vətəndaşları təhsil haqqında məlumatlarla təmin etməkdən ibarətdir.
təsnifləşdirmə obyekti ixtisas qrupları; fənn (elm) sahəsi; orta ixtisas və ali təhsil ixtisasları; hazırlığın istiqamətləri (ali təhsildə), həmçinin ixtisaslaşma olan təsnifatdır. Təhsil üzrə ixtisas təsnifatı ölkədə təhsil üzrə qəbul olunmuş ixtisasları nizama salmaq üçün yaradılmışdır və iqtisadiyyatın idarə olunmasının bütün səviyyələrində aşağıdakı vəzifələrin həll edilməsində avtomatlaşdırılmış işləmələr və informasiya mübadiləsi prosesində istifadə üçün nəzərdə tutulmuşdur: mütəxəssislərin qəbulu və buraxılışının nizama
salınmasında; mütəxəssislərin qəbulu, buraxılışı və işə
düzəlməsinin statistika uçotunda; ölkənin ali və orta ixtisas təhsili sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiya edilməsində; milli təhsil statistikasının digər ölkələrin statistikası ilə müqayisəliliyinin təmin olunmasında.
– müvafiq yaş qrupuna uyğun olaraq, əhalinin təhsili mənimsəmə səviyyəsi ilə xarakterizə olunan göstəricidir. Əhalinin mövcud təhsil səviyyəsini mənimsəmə göstəricisi xalis və ümumi kontingentlərə görə əmsallarla müəyyən edilir. Xalis (təmiz) kontingentə görə əmsal (netto əmsal) – yaşa uyğun mövcud təhsil səviyyəsini mənimsəyən əhalinin bir hissəsidir. Ümumi kontingentə görə əmsal (brutto əmsal) – hansı yaşda olmasından asılı olmayaraq, təhsilin mövcud səviyyəsində təhsil alanların sayının həmin yaşda olanların ümumi sayına nisbətidir.
KAPĐTALI – tək sahibli kimi istismar ediləcək müəssisənin (şirkətin) yaradılmasıdır. Bu
müəssisənin yaradılması zamanı onun başlanğıc kapitalı aktiv və passivlərin dəyərləri fərqinə bərabər olur və müvafiq qanunvericiliyin olmadığı halda, müəssisənin sahibi öz müəssisəsinin balansına bu fərqi yazmağı qərara alır. Başlanğıc kapital sonradan əlavə kapital
qoyuluşları və ya onun sərfi, həmçinin gəlirin bölüşdürülməsi nəticəsində dəyişir.
– Azərbaycanda uşağı atası olmadan tərbiyə edən qadınlardır. Bir şərtlə ki, doğum haqqında şəhadətnamədə atası haqda yazı yoxdur və ya belə yazı həmin uşağın faktiki atası ilə nikahda olmadığı ananın göstərişi ilə aparılıb. Tək analara bir sıra güzəşt və üstünlüklər verilir. Onlar üçün 14 yaşınadək xəstələnmiş uşağa qulluqla bağlı
əmək qabiliyyəti müəyyən edildikdə əlavə təminatlar nəzərdə tutulur; işçilərin sayı və ştatı ixtisara düşdükdə işdə qalmaq üstünlüyünə malik olurlar. Tək analı uşağa 16 yaşa çatanadək, oxuduğu və təqaüd almadığı halda 18 yaşadək müavinət ödənilir.
fiziki şəxsə məxsus olan müəssisədir; 2) idarəetmənin təşkili formasıdır; bu zaman müəssisə, idarə, yaxud təşkilatın idarəetmə orqanına bir fiziki şəxs başçılıq edir; ona hüquqi cəhətdən məcburi, yəni hökmən icra olunmalı qərarlar qəbul etmək səlahiyyəti verilir.
(əmtəə təklifi) – bazar mexanizminin vacib tərkib hissəsidir. Təkliflər – bazarda təmsil edilmiş və müəyyən müddət ərzində bazara çatdırıla biləcək əmtəələrdir.
təklifin artması müqabilində həmin əmtəənin (digər amillərin sabitliyi şəraitində) qiymətinin artması prinsipidir.
- əmtəə və xidmətlərə olan təkliflərin onların qiymətlərinə görə dəyişmə dərəcəsidir. Təklif elastikliyi
- “Elastiklik” ifadəsinə bax. TƏKRAR – registrdə vahidin səhvən iki dəfə və ya daha çox yazılmasıdır. TƏKRAR ĐSTEHSAL – ölkə miqyasında istehsalın fasiləsiz bərpa edilməsi prosesidir. Maddi-əşya və dəyər formasında həyata keçirilir. Təkrar istehsal sadə və geniş ola bilər. Sadə təkrar istehsal prosesində hər bir yeni dövrdə (silsilədə) istehsalın həcmi dəyişməz qalır (əvvəlki kimi), geniş təkrar istehsalda isə həcm artır. Sadə təkrar istehsalda yenidən yaradılan bütün dəyərlər (məhsullar) qeyri-istehsal istehlakına istifadə oluna bilər; geniş təkrar istehsalda isə yeni yaradılan dəyərlərin bir hissəsi yığılmalıdır və istehsalın əlavə fəaliyyət göstərən vasitələrinə çevrilməlidir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling