Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet170/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   166   167   168   169   170   171   172   173   ...   183

(III) - iqtisadiyyatın sahəsidir. Onun iqtisadiyyata 

təsiri  (birbaşa,  dolayısı  ilə  və  ya  vasitəli)  əlavə 

dəyərin  yaradılmasında,  məşğulluğun  artmasında, 

regionların inkişafında və s. danılmazdır. 

 

TURĐZM  (SƏYAHƏT)  XƏRCLƏRĐ

  - 

“müştəri  tərəfindən  və  ya  onun  adından  səfər 

etmək  üçün,  səyahət  zamanı  və  təyin  olunmuş 

yerdə  çəkilmiş  ümumi  istehlak  xərcləri”  kimi 

müəyyənləşdirilir. 

Bu  konsepsiya  özündə  çox  müxtəlif  mövqeləri 

birləşdirir. Bunlara, səyahətdə və istirahətdə olma 

ilə  bağlı  istehlak  mallarının  və  xidmətlərin,  özü 

üçün  uzunmüddətli  istifadə  üçün  az  miqdarda 

istehlak  mallarının,  həmçinin  öz  ailəsi  və  dostları 

üçün  suvenirlərin  və  hədiyyələrin  alınması 

daxildir.  Turizm  xərcləri  səyahət  zamanı  olan 

xərclərlə məhdudlaşmır. Onlar, həmçinin səyahətə 

hazırlıq  və  onun  gerçəkləşdirilməsi,  səyahətlə 

bağlı  və  səyahətdən  döndükdən  sonra  daimi 

yaşayış  yerində  edilən  alış-veriş  xərclərini  də 

özündə  birləşdirir.  Bu  kateqoriyaya,  həmçinin 

səyahət  zamanı  sığortalanma,  nəqliyyat,  bələdçi 

xərcləri və s. də aiddir. 

Xərclərin  və  ya  əldə  etmələrin  elə  növləri 

mövcuddur  ki,  onları  turizmə  məsrəflərdən 

çıxmaq lazımdır. Bunlara kommersiya məqsədləri 

üçün  alınan  mallar,  kapital  qoyuluşu  ilə  bağlı 

investisiyalar  və  ya  sövdələşmələr  (məsələn, 

daşınmaz  əmlak,  avtomobil,  gəmilər  və  s.  ilə 

bağlı),  hətta  gələcəkdə  onlardan  turist  məqsədləri 

üçün istifadə olunsa belə, həmçinin şəxslərə və ya 

təsisatlara  turist  əmtəə  və  xidmətlərinin  alışını 

özündə  əks  etdirməyən  ianə  və  ya  nağd  verilən 

pullar aid deyil.  

Turizmin  ümumi  xərclərini  aşağıdakı  mövqelərə 

uyğun olaraq bölmək olar: 

- daxili və beynəlxalq turizmə çəkilən xərclər; 

-  beynəlxalq  turizmə  xərcləri  öz  növbəsində 

nəqliyyat və digər xərclər; 

-  bir  günlük  səyahət  üçün  çəkilmiş  xərclərə 

(gecələmə ilə və ya onsuz); 

- məhsullara sərf edilmiş xərclər.  

 

TURĐZM  FƏALĐYYƏTĐ

  -  bəzi  iqtisadi 

fəaliyyət 

növlərinin 

mövcudluğu 

turizmdən 

asılıdır,  məsələn,  turistlərin  yerləşdirilməsi  üçün 

şəraitlər,  turizm  agentlikləri,  uzaq  məsafəli 

sərnişin 

nəqliyyatları. 

Restoran 

və 

barlar, 


avtomobillərin  icarəyə  verilməsi  üzrə  xidmətlər, 

əyləncə  və  attraksionlar  kimi  digər  fəaliyyət 

növləri  verilmiş  mərhələdə  turizmə  arxalanmaq 

tendensiyasına  malikdir.  Təyin  edilmiş  fəaliyyət 

növlü  müəssisələrin  turizmdən  asılılığına  onların 

yerləşdiyi yer də təsir edir.   

 

TURĐZM  GÖNDƏRĐŞ  BLANKI

  -  ciddi 

hesabat  olmaqla,  proqramla  nəzərdə  tutulmuş 

xidmətlərin ödənildiyini təsdiq edən sənəddir. 

 

TURĐZM 



XĐDMƏTĐNĐN 

TƏKLĐF 

EDĐLMƏSĐ

 

turizmin 

özünün 

müəyyənləşdirilməsindən  irəli  gəlir.  Buna  görə 



də,  səfər  müddətində  gələnlərin  (turistlərin) 

tələbatının  ödənilməsi  üzrə  bütün  aktiv,  mal  və 

xidmətlərin  təqdim  edilməsi  və  ya  zəruri  olan 

alınmaların  təmin  edilməsi  kimi  müəyyən  edilə 

bilər. 

 

TURĐZM  XĐDMƏTLƏRĐNƏ  TƏLƏBAT



 – 

turoperatorlar,  turagentliklər,  mehmanxanalar  və 

restoranların 

turizmlə 

əlaqədar 

olan 


digər 

infrastuktur  vahidlərin  (muzeylər,  tarixi-mədəni 

abidələr 

və 


s.) 

fəaliyyətinin 

xidmətlər 

məcmusudur.  Tələbat  nöqteyi-nəzərdən,  yəni 

turizm  xidmətləri  göstərilmiş  şəxslərin  sayı  ilə 

müəyyən  edilir.  Bu  şəxslər  müştərilər  (gələnlər) 

adlandırılır. 

 

TURĐZM  MƏHSULU



  -  turistin  səyahəti 

müddətində  onun  tələbatlarının  ödənilməsi  üçün 

lazım  olan  maddi  və  qeyri-maddi  istehlak 

dəyərlərinin  məcmusudur.  Turizm  məhsulu  3 

hissədən ibarətdir: tur (müəyyən olunmuş marşrut 

üzrə turist gəzintisi); turizm-ekskursiya xidmətləri 

(yerləşdirmə,  qidalanma,  nəqliyyat,  səyahətin 

məqsədindən asılı olaraq, marşrut üzrə ekskursiya 

və digər proqramlar) və mallar – istehlak şeyləri.  

 

TURĐZM  MÜƏSSĐSƏLƏRĐ

 – turist bazaları, 

yurdları,  mehmanxanaları,  motelləri,  kempinqləri 

və  digərləridir.  Turizm  müəssisələrində  yaşamaq 

xidmətləri  (məcburi  xidmətlər),  qidalanma  və 

turist-ekskursiya xidmətləri göstərilir. 

 

TURĐZM 



STRATEGĐYASI

 

reallaşdırılmasına xeyli vaxt və maliyyə resursları 



tələb  edilən  ümumi  inkişaf  konsepsiyalarının  və 

məqsədli proqramların işlənib hazırlanmasıdır. 

 


 

661


TURĐZM  TAKTĐKASI

  -  qarşıya  qoyulmuş 

məqsədə  çatmaq  üçün  həyata  keçirilən  konkret 

tədbirlər məcmusudur. 

 

TURĐZM  VAUÇERĐ



  -  xarici turistlərə xidmət 

göstərilməsi  və  firma  ilə  qarşılıqlı  ödəmələr 

aparılması  üçün  əsas  olmaqla,  turun  tərkibinə 

daxil  olan  xidmətlər  üzərində  turistin  hüququnu 

müəyyənləşdirən  və  xidmətlərin  göstəriləcəyi 

faktını təsdiq edən sənəddir. 

 

TURĐZM  VƏ  EKSKURSĐYALAR  SA-

HƏSĐNDƏ  XĐDMƏTLƏR

  –  səyahətlərin  və 

ekskursiyaların  (səfərlərin  marşrutları  haqqında 

məlumatların 

verilməsi 

və 


məsləhətlər, 

marşrutların  planlaşdırılması,  səfərlərin  təşkili, 

səyahətlərin 

və 


turistlərin 

yaşayış 


yerləri, 

nəqliyyat  vasitələri,  biletlər  və  ekskursiya  rəhbəri 

ilə təmin edilməsi) təşkili üzrə xidmətlərdir. 

 

ТUROPERATOR

  –  turist  marşrutlarını işləyib 

hazırlayan,  turların  komplektləşdirilməsi,  onların 

fəaliyyətinin  təmin  edilməsi  və  reklamını  təşkil 

edən turizm  müəssisəsidir.  Turoperator,  həmçinin 

normativlərə  uyğun  olaraq,  turların  qiymətinin 

hesablanması  və  təsbit  edilmiş  qaydada  bu 

marşrutlar 

üzrə 


turların 

qiymətinin 

təsdiq 

edilməsi, eləcə də öz lisenziyası əsasında yollayış 



blanklarının  buraxılması  və  satılması  məqsədilə 

turların turagentlərə satılması ilə də məşğul olur. 

Fəaliyyət 

göstərdiyi 

ərazi 

baxımından, 



turoperatorlar  təşəbbüskar  və  daxili  (reseptiv) 

turoperatorlara bölünür. 

 

TURPAKET 

-  fərdi  və  qrup  halında  səyahət 

üçün  təqdim  edilən  əsas  (mütləq)  xidmətlər 

kompleksi  olub,  seriyalı  xarakter daşıyır  və  geniş 

satış üçün təklif olunur. 4 mütləq elementi vardır: 

turist mərkəzi, nəqliyyat, yerləşdirmə vasitələri və 

transfer  (yəni  turist  mərkəzi  daxilində  turistin 

müxtəlif  istiqamətlərdə  daşınması  (məsələn, 

aeroportdan,  dəmiryolu  stansiyasından,  dəniz 

limanından otelə və geriyə, teatr, muzey və s. kimi 

yerlərə  aparılması).  Təsbit  edilmiş  qiymətə 

malikdir. 

 

TVĐST

  –  hakimiyyətin  tarif  dərəcələrinə  əks 

istiqamətli 

tədbirlərdən 

ibarət 


siyasətidir. 

Məsələn,  ABŞ-də  Tvist  tədiyyə  balansının 

tarazlaşdırılmasının  bərpasında,  daxili  bazarda 

yerləşdirilmiş  xüsusi  və  xarici  kapitalların 

cəlbediciliyinin 

yüksəldilməsində, 

investisiya 

həcminin  artırılması  hesabına  yüksək  iqtisadi 

artım sürətinin saxlanılmasında istifadə olunur.  

 


 

662 


-U-

Ucuz əsas dərman vasitələrini əldə etməyə 

həmişə imkanı olan əhalinin sayı ............... 663 

Ucuz turlar.................................................. 663 

Uçot ............................................................ 663 

Uçot anı ...................................................... 663 

Uçot dövrü.................................................. 663 

Uçot faizi .................................................... 663 

Uçot registrləri ........................................... 663 

Uçot sənədləri ............................................ 664 

Uçotun avtomatlaşdırılması ....................... 664 

Uçuş mərhələsi ........................................... 664 

Udma .......................................................... 664 

Udulma ....................................................... 664 

Ulpianın cədvəli ......................................... 664 

Unitar müəssisə .......................................... 664 

Universal mağaza ....................................... 664 

Urbanizasiya............................................... 664 

Uşaq ölümü ................................................ 665 

Uşaq ölümü paradoksu ............................... 665 

Uşaq sağlamlıq-təhsil müəssisəsi ............... 665 

Uşaqlar ....................................................... 665 

Uşaqların arzu olunan sayı ......................... 666 

Uşaqların gözlənilən sayı ........................... 666 

Uşaqların ideal sayı .................................... 667 

Uşaqların məktəbəqədər təhsil müəssisələri 

ilə təmin olunması ...................................... 667 

Uşaqların məktəbəqədər təhsil 

müəssisələrində yerlərlə təmin olunması ... 667 

Uşaqların orta sayı ..................................... 667 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Uşaqların planlaşdırılan sayı ...................... 668 

Uşaqlı olma indeksi ................................... 668 

Uşaqlılıq göstəricisi ................................... 668 

Uyğunlaşma (adaptiv) modeli .................... 668 

Uyğunlaşma parametri ............................... 668 

Uyğunluq ................................................... 668 

Uyğunluq meyarları ................................... 668 

Uzun ömür ................................................. 669 

Uzunmüddətli aktivlər ............................... 669 

Uzunmüddətli dövlət istiqraz vərəqəsi ...... 669 

Uzunmüddətli icarə üçün ödəmələr və 

malların əməliyyat lizinqi .......................... 669 

Uzunmüddətli icarə üçün ödəmələr və 

mallarin maliyyə lizinqi ............................. 669 

Uzunmüddətli icarə və material aktivlərinin 

əməliyyat lizinqinə görə ödəmələr ............. 669 

Uzunmüddətli investisiyalar ...................... 670 

Uzunmüddətli istifadə üçün istehlak      

malları ........................................................ 670 

Uzunmüddətli kredit .................................. 670 

Uzunmüddətli maliyyə qoyuluşu formasında 

investisiyalar .............................................. 670 

Uzunmüddətli saxlama üçün məlumatlar 

bazası ......................................................... 670 

Uzununa təhlil ............................................ 670 



 

663


UCUZ  ƏSAS  DƏRMAN  VASĐTƏLƏRĐNĐ 

ƏLDƏ  ETMƏYƏ  HƏMĐŞƏ  ĐMKANI 

OLAN 

ƏHALĐNĐN 

SAYI 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  20  addan  az  olmayan  ən 

zəruri  dərmanları  almağa  imkanı  olan  əhalinin 

faizidir. Đnsanların yaşadığı (yerləşdiyi) yerdən bir 

saatdan  çox  olmayan  piyada  getmək  məsafəsində 

yerləşən,  dövlət  və  ya  özəl  tibbi,  yaxud  aptek 

müəssisələrində  əhali  üçün  əlverişli  qiymətlə 

dərmanların  daimi  mövcudluğu  kimi  müəyyən 

edilir.  Əsas  dərman  vasitələri  əhalinin  böyük 

əksəriyyətinin tibbi tələbatlarını ödəyən dərmanlar 

hesab  edilir.  Ümumdünya  Səhiyyə  Təşkilatı  üzv 

ölkələr 

və 


digər 

partnyorlarla 

geniş 

məsləhətləşmələr 



aparmaqla, 

əsas 


dərman 

vasitələrinin  müntəzəm  olaraq  yeniləşdirilən 

nümunəvi  siyahısını  hazırlamışdır.  Beləliklə,  əsas 

dərman 


vasitələrinin 

əldə 


edilməsinin 

genişləndirilməsinin 

inkişaf 

etdirilməsi 

hökumətlərin,  BMT,  dövlət  və  özəl  müəssisələri, 

qeyri-hökumət  təşkilatları  və  həmkarlar  birlikləri 

kimi strateji partnyorların birgə səylərinin nəticəsi 

hesab edilir (Əsas dərman vasitələri üzrə ÜST-nin 

ekspertlər Komitəsi, 1999-cu il, noyabr).  

Ümumdünya  Səhiyyə  Təşkilatı  minimum  20  ən 

zəruri  dərmanın  əldə  edilməsinə  dair  müntəzəm 

olaraq monitorinq həyata keçirir.  



 

UCUZ  TURLAR

  -  qiymətinə  yalnız  zəruri 

xərclər 


daxil 

edilmiş 


turist 

xidmətləri 

kompleksidir.  Adətən,  baha  olmayan  aviareyslə 

uçuşu  və  ya  qatarla  səyahəti,  orta  səviyyəli 

mehmanxanada  gündə  bir  dəfə  qidalanmanı 

nəzərdə  tutur.  Bu  cür  turlara  ekskursiya  və 

bələdçinin xidmətləri daxil edilmir. 

 

UÇOT  –  iqtisadi  fəaliyyətin  və  ictimai 

həyatın  vəziyyətinin  və  dəyişikliklərinin 

öyrənilməsi məqsədi ilə  onlardakı proseslərin 

müntəzəm  qeydiyyatıdır.  Uçotu  natura-əşya 

formasında,  dəyər  ifadəsində,  əmək  ölçü 

vahidində  aparmaq  olar.  Uçotun  müxtəlif 

metodlarının  və  formalarının  tətbiqi  sosial-

iqtisadi  münasibətlərin  inkişafı  dərəcəsindən, 

uçot  obyektlərinin  xarakteri  və  mürəkkəblik 

səviyyəsindən asılıdır. 

 

UÇOT  ANI  – 

su,  dəmir  yolu,  avtomobil,  hava 

nəqliyyatlarında  daşımalarda  malların  idxalı 

(gətirilməsi) və ixracı (aparılması) anıdır. Uçot anı 

gömrük  yük  bəyannaməsində  göstərilən  malların 

buraxılmasına 

dair 

gömrük 


orqanının 

nümayəndəsi  tərəfindən  verilən  icazənin  tarixinə 

görə  aparılır.  Boru  kəməri  nəqliyyatı  ilə  təşkil 

edilmiş  malların,  habelə  elektrik  ötürücü  xətlər 

vasitələri ilə ötürülən elektrik enerjisinin idxal və 

ixrac  tarixi,  sərhəd  və  müvafiq  boru  kəməri  və 

elektrik  ötürücü  xətlərinin  nəzarət–paylaşdırıcı 

məntəqələrində 

tərtib 

edilən 


təhvil-təslim 

aktlarının tarixi hesab edilir.   



 

UÇOT  DÖVRÜ

  –  sorğu  metodundan  istifadə 

olunarkən gəlirlərin, istehlakın və xərclərin hər bir 

maddəsi  üzrə  müəyyənləşdirilməsi  xüsusi  diqqət 

tələb  edən  amildir.  Uçot  dövrü  həddən  artıq  qısa 

olduqda,  ona  daha  az  qiymət  düşür  ki,  bunun 

nəticəsində də seçmədə böyük səhvlərə yol verilir. 

Həddən  artıq  uzun  uçot  dövrü  isə  unutqanlıqdan 

düzgün olmayan cavablarla nəticələnə bilər. Buna 

görə  də,  uçot  dövrünün  müəyyənləşdirilməsində 

gəlirlər,  istehlak  və  xərclər  axınının  normal 

modelini  nəzərə  almaq  zəruridir  və  bu,  ayrı-ayrı 

maddələr üzrə müxtəlif ola bilər. 



 

UÇOT  FAĐZĐ  (UÇOT  DƏRƏCƏSĐ

)  - 

veksellər  uçota  alınan  zaman,  yəni  onların  bank 

tərəfindən  alındığı  zaman  ödənişlərin  vaxtı 

gələnədək  banklar  tərəfindən  tutulan  faizdir. 

Veksellər  uçota  alınarkən,  bank  kreditinə  görə 

müvafiq 


ödəmələrdən  əlavələri 

(diskontanı) 

çıxmaqla,  veksellərin  nominal  dəyərini  onları 

təqdim  edənə  ödəyir.  Veksel  üzrə  pulun  tələb 

olunması  hüququ  banka  keçir.  O  ya  vaxtın 

bitməsini 

gözləyir 

və 


vekselin 

sahibindən  

veksellərdə göstərilmiş məbləği alır, ya da vekseli 

(həmçinin  əlavə  ilə  birlikdə)  pul  bazarında 

yenidən  satır.  Əgər  vekselin  bazarda  satışı 

çətinləşmişdirsə, 

onda 

kommersiya 



vekseli 

Mərkəzi  Bankda  yenidən  uçota  alına  bilər.  Bu 

zaman  o,  əməliyyata  görə  bank  tərəfindən 

müəyyənləşdirilmiş  rəsmi  uçot  faizi  dərəcəsini 

ödəməlidir. 

 

UÇOT  REGĐSTRLƏRĐ

  -  uçot  yazıları  üçün 

nəzərdə 


tutulmuş 

mühasibat 

sənədləridir. 

Mühasibat    sənədləri  vasitəsi  ilə  hesablamaların 

düzgünlüyü,  onlarda  təsərrüfat  əməliyyatlarının 

rəsmiləşdirilməsinin 

qanunauyğunluğu 

və 


məqsədəuyğunluğu  yoxlanır. Sonra isə mühasibat 

uçotunun  sintetik  və  analitik  hesabları  sistemində 

onların  qeydiyyatı  və  iqtisadi  qruplaşmaları 

həyata  keçirilir.  Bu  məqsədlə,  əmlakın  qalıqları, 

təsərrüfat  vasitələri  və  onların  formalaşması 

mənbələrinə dair məlumatlar, həmçinin mühasibat 

uçotu  hesablarında  təsərrüfat  əməliyyatlarını  əks 

etdirmək  üçün  istifadə  olunan  müvafiq  ilkin 

sənədlərdən  təsərrüfat  əməliyyatları  haqqında 

məlumatlar uçot registrlərində yazılır. 

Quruluşundan 

asılı 


olaraq 

uçot 


registrləri 

xronoloji  və  müntəzəmə  bölünür.  Xronoloji 

registrlərdə  təsərrüfat  əməliyyatları  haqqında 

məlumatlar baş verdikdə, onlar ardıcıllıqla yazılır. 


 

664 


Müntəzəm  uçot  registrlərində  bundan  əlavə, 

müəyyənləşdirilmiş  əlamətlər  üzrə  təsərrüfat 

əməliyyatları  qruplaşdırılır.  Uçot  registrləri  kitab, 

jurnal,  siyahı,  kart,  maşinoqram  və  ayrı-ayrı 

vərəqlər formasında aparılır. Sintetik uçot sintetik 

registrlər  adlanan  registrdə,  analitik  uçot  isə 



analitik  registrlərdə  həyata  keçirilir.  Registrlərdə 

yazılar  həm  əllə,  həm  də  hesablama  texnikası 

vasitələrindən istifadə etməklə aparılır. 

 

UÇOT  SƏNƏDLƏRĐ

  (tikintidə)  -  tikintidə 

təsərrüfat  əməliyyatlarının  və  təsərrüfat  işlərinin 

ucdantutma  yazılı  qeydiyyatı  üçün  sifarişçi 

müəssisələrin  və  təşkilatların,  həmçinin  podrat 

tikinti, layihə  və  axtarış (kəşfiyyat)  təşkilatlarının 

uçot  sənədlərinin  məcmusudur.  Uçot  sənədləri 

müəyyənləşdirilmiş  formalar  üzrə  aparılır  və 

vəzifəli  şəxslər  tərəfindən  imzalanır.  Statistika 



müşahidələrinin formalarının tərtib olunması üçün 

əsas  mənbə  sayılır.  Uçot  sənədlərinin  tərkibində 

material  və  maliyyə  qiymətlərinin  hərəkətinin 

rəsmiləşdirilməsi, 

maşın 

və 


mexanizmlərin 

mövcudluğu  və  istifadəsi,  işçi  qüvvəsi  və  əmək 

haqqına dair sənədlər olur. 

 

UÇOTUN  AVTOMATLAŞDIRILMASI

  – 

istehsal-texniki,  iqtisadi  və  sosial  proseslərin 

məlumatlarının  müşahidəsi,  ölçülməsi,  qeydə 

alınması  və  həmçinin  məlumatların  işlənməsinin 

bu  proseslərin  idarə  edilməsində  hesablama 

texnikasından  və  digər  elektron  vasitələrindən 

istifadə  olunmasıdır.  Bu  zaman  uçotun  bütün 

mərhələləri 

və 

növləri 


üzrə 

məlumatların 

işlənməsi 

prosesləri 

avtomatlaşdırılır: 

ilkin, 


operativ-texniki, 

mühasibat, 

statistik. 

Đnformasiyaların işlənməsinin avtomatlaşdırılması 

məlumatların  doğruluğunu,  onun  sosial  və 

təsərrüfat proseslərinin idarə edilməsində səmərəli 

istifadəsinə  yararlı  olan  şəklə  salınmasını  təmin 

edən  vasitələrlə  (EHM,  sayğaclar,  qeydiyyatçılar 

və s.) həyata keçirilir.  

 

UÇUŞ  MƏRHƏLƏSĐ



  –  verilmiş  reysdə  uçuş 

anından  sonrakı  yerə  enməyədək  hava  gəmisinin 

uçuşudur.  Sərnişin  daşınmasının  orta  məsafəsi 

yerinə  yetirilmiş  sərnişin  dövriyyəsinin  aviasiya 

nəqliyyatı ilə daşınmış sərnişinlərin sayına nisbəti 

ilə müəyyən edilir. 

 

UDMA

 – müəyyən statistik vahidlərin digər belə 

statistik  vahidlər  tərəfindən  udulmasına,  yəni  öz 

tərkibinə  daxil  edilməsinə  dair  müəssisələrin 

demoqrafiyasına aid olan hadisələrdir. 

 

UDULMA

  –  iki  firmanın  udan  firmanın  hüquqi 

şəxs  kimi  qalmasını,  udulan  firmanın  isə  bütün 

əmlakını, 

öhdəliklərini, 

borclarını 

birinciyə 

verməklə  ləğv  edilməsini  nəzərdə  tutan  birləşmə 

növüdür.  Udan  firma  öz  aktivlərini  udulan 

firmanın  xalis  aktivləri  məbləğində  artırır,  onun 

səhmdarlarına  isə  onların  hər  birinin  iştirakına 

müvafiq yeni səhmləri almaq hüququ verilir. Çox 

vaxt udulma məcburi qaydada keçirilir.  

 

ULPĐANIN  CƏDVƏLĐ

  –  məlum  olan  ən 

qədim  ölüm  cədvəlidir.  Tərtibçisi  olan  Roma 

hüquqşünası  və  dövlət  xadimi  Domisiy  Ulpianın 

adı ilə  adlandırılmışdır.  Məqsəd  –  müxtəlif  yaşda 

olan şəxslərə ömürlük renta ödənilməli olan illərin 

sayının müəyyən edilməsidir.  



 

UNĐTAR  MÜƏSSĐSƏ

  -  əmlak  mülkiyyətçisi 

tərəfindən ona təhkim edilmiş mülkiyyətə hüququ 

olmayan 

kommersiya 

təşkilatıdır. 

Unitar 


müəssisənin  əmlakı  bölünməz  hesab  edilir  və 

qoyuluşlar  (paylar,  hissələr)  üzrə,  o  cümlədən 

müəssisələrin işçiləri arasında bölüşdürülə bilməz. 

Unitar  müəssisə  formasında  yalnız  dövlət  və 

bələdiyyə  müəssisələri  yaradıla  bilər.  Onların 

əmlakı,  uyğun  olaraq,  dövlət  və  bələdiyyə 

mülkiyyətində olur və bu müəssisələrə təsərrüfatın 

aparılması və operativ idarə etmə hüququ aid olur. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   166   167   168   169   170   171   172   173   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling